viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | BİR CƏBHƏDƏ İKİ TALE Adalet.az | BİR CƏBHƏDƏ İKİ TALE Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR CƏBHƏDƏ İKİ TALE

18730    |   2008-06-21 00:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeddinci sinifdə oxuyanda bizə, xala xətrin qalmasın, "Azərbaycan tarixi" keçirdilər. (Əgər səthi, candərdi oçerklər şəklində yazılmış bu kitaba tarix demək olardısa). Sinfimizin qızlarıynan Böyük Vətən Müharibəsində iştirak eləmiş təyyarəçi Züleyxa Seyidməmmədova və snayper Ziba Qəniyevanın kitabda verilmiş şəkillərinə necə heyranlıqla baxdığımız indi də yadımdadı. Hər birimiz hərbi geyimdə daha da incə və cazibədar görünən bu qızların yerinə olmağı, onlar kimi tarixə düşməyi və nəsillərin yaddaşında yaşamağı arzulayırdıq. İllər ötüb gənclik xəyallarının yerini daha real və sərt həyat həqiqətləri tutduqca Qadın və Müharibə mənə ağlasığmaz və acı tale nümunəsi kimi görünməyə başladı. Heç ağlıma sığışdıra bilmirdim: hər səhər yerindən qalxan kimi güzgü qabağına qaçan, dırnağından tutmuş tellərinin ucunadək özünə sığal verməkdən usanmayan, gözəllikdən gözü doymayan qadın hara, hər dəqiqəsi ölüm saçan, ağlagəlməz vəhşiliklər, insanı alçaldan münasibət və rəftarla dolu müharibələr hara?! Qadınların əsir düşərgələrində, kəşfiyyatda, hətta gestapoda işlədiklərini, silahla, insan həyatı ilə oynadıqlarını, ən böyük amacı dünyaya uşaq gətirmək olan məxluqun (bu yerdə "incə", "zərif" sözlərini işlədə bilmirəm) əzab və işgəncələr verilməsində iştirak etdiklərini kitablarda oxuyub, filmlərdə görəndə özümə gələ bilmirəm. Hətta belələri ilə sevgi səhnələri də məndə ikrah doğurur. Ancaq tarixin elə dönəmləri gəlir ki, qadın da silaha sarılmalı olur...
   İllər öncəsi Qələbə gününə həsr olunmuş nömrəni hazırlayanda rayonun pambıqtəmizləmə zavodunda işləyən, müharibə veteranı rus qadın haqqında yazmağı tapşırdılar mənə. Zavodda komsomol təşkilatı katibi işləyən qızla Klavdiya Xodusgilə yollandıq. Deyəsən, müxbir gələcəyini Klava xalaya demişdilər; çay süfrəsi açmışdı. Yəqin ki, nələrdən danışacağını da götür-qoy eləmişdi... Danışdıqca onun xırda mavi gözlərinə, xoş simasına baxır, nələr gördüyünü, yaşadığını təsəvvür etmək istəyirdim...
   "...Müharibə başlananda cəmi 19 yaşı olub. Bu yaşda qızlar hələ romantik xəyallardan, qeyri-müəyyən hiss-lərdən xilas olmur, gələcək həyatlarını nəhayətsiz göylər qədər saf və təmiz təsəvvür edirlər. Yer üzündə bəd əməlli, qara niyyətli düşmənin yaşadığını, bir zaman onların gözəl arzularına qənim kəsilə biləcəyini ağıllarına belə gətirmirlər. Klava da beləydi. Əgər günlərin birində bu şən, qayğısız qıza deyən olsaydı ki, sənin bu sevinc dolu həyatın tezliklə tamam dəyişəcək, əyninə əsgər şineli geyib cəbhəyə gedəcəksən, ölüm-itim, qan-qada, ayrılıqlar görəcəksən, yəqin ki, Klava həmin adamı ağılsız hesab edərdi. Ancaq belə bir gün gəldi. Qırx birinci ilin iyununda Muğan günəşinin göydən od ələdiyi günlərin birində ildırım sürətli xəbər qulaqları dəlib ürəkləri üşütdü, damarları dondurdu. Sevimli Vətənin ayna kimi tərtəmiz göylərini qara bulud aldı. Dəstə-dəstə oğlanlar, kişilər hərbi komissarlığa yollandılar. Həmin günlərdə Klava da həmişə əzizlədiyi sarışın hörüklərindən ayrılıb əsgər şineli geydi...
   Onlar 45 nəfər idilər. Hamısı da qız, qadın. Dörd ay Yerevanda yük avtomobillərini idarə etməyi öyrəndilər. Kursu başa vurduqdan sonra 85-ci əlahiddə avtomobil batalyonunda xidmət etməyə başladılar. Klava xala idarə etdiyi yük maşınının markasını indi də yaxşı xatırlayır: "QAZ-AA". Sonra onları Qroznıya gətirirlər. Burada Klava bir müddət 411-ci zenit batalyonunda və 744-cü zenit polkunda uşaqlıqdan sevdiyi Vətən səmasının keşiyini çəkir...Əsgərlər bu cəsur qıza " Kürən" ləqəbi vermişdilər.Deyirdilər ki, ən ağır döyüşlərdə də bir şeydən arxayın oluruq, bilirik ki, "Kürən" bizi gülləsiz, qumbarasız qoymayacaq...
   Klava Belorusiyanın Jlobin şəhərində gedən döyüşləri heç zaman yaddan çıxarmır. Yaz yaz gəlmişdi. Bombardmandan salamat qalmış ağaclar yarpaqlamışdı. Klava silah dolu maşının sükanı arxasında oturmuşdu. Baharın ilıq nəfəsi öz işini görürdü. Müharibə getdiyini ani də olsa unutmuş, xəyalı şirin, qayğısız uşaqlıq illərinə dönmüşdü ... Birdən maşının arxa təkərləri altında güclü partlayış qopdu... Sonra nələr baş verdiyini xatırlamır. Qulaqları tutulmuş, qıçları möhkəm zədələnmişdi. Üç ay qospitalda müalicə olunub təzədən cəbhəyə qayıtdı. Xidmət etdiyi hissə artıq Kaunasda vuruşurdu...
   Böyük Qələbənin xəbərini Könsberqdə eşitdi.
   - Mayın 8-də axşam naharından sonra dincəlirdik. Bərk yorulmuşdum.Kazarmada uzanıb yatmaq istəyirdim. Birdən güllə səsi eşidib yerimdən sıçradım. Yanımda tüfəng yoxdu, güllə səsləri getdikcə artırdı. Özümü bayıra atdım. Hissəmiz aerodromla vağzalın arasında yerləşirdi. Səmada sarı, qırmızı, yaşıl alov parlayırdı. Mən özümü itirərək tüfəng axtarırdım. Almanların qəflətən hücuma keçdiklərini zənn etmişdim. Yoldaşlarımdan birinin əlindəki tüfəngdən yapışdım:
   - Tez ol, özünə başqasını tap. Ona qədər mən bu əclaflara atəş açaram.
   - Nə danışırsan, Kürən, nə atəşbazlıqdır?! Qələbə! Biz qalib gəldik!
   Var qüvvəmlə tüfəngi dartıb onun əlindən aldım. Dalbadal doldurub göyə boşaltdım. Mən gülür, qışqırır, ağlayır, atəş açırdım... Köns-berqdən evimizə on günə qayıtdım. Halbuki bu yolu üç il yarıma getmişdim...
   ... Bu ikiotaqlı, səliqəli mənzildə Klavdiya xala tək yaşayır. Oğlu Yuri Moskvada, qızı Lyuba Bakıdadı. Bu mənzildə bir Klava xaladı, bir də onun barıt dolu xatirələri. Müharibəylə bağlı nəyi varsa, stolun üstünə tökür. "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" yubiley medalları, şəkillər və bir də fincan... Üzərində xırda gülləri olan bu fincan düz 36 ildir ki, onun sirdaşıdı. Evinə nə qədər əziz qonaq gəlsə də, Klava xala ancaq onda çay içir. Üç dəfə əlindən yerə salıb, xoşbəxtlikdən sınmayıb. Elə bil ki, fincan da od-alov içərisində bişib, bərkiyib. Şəkilləri əlinə alıb köksünü ötürür:
   - Bu adamların çoxu indi həyatda yoxdu. Hər il mayın 9-da süfrə bəzəyirəm. Qohum-qonşudan təbrikə gələnlər olsa, onlarla birlikdə bayramı qeyd eləyirəm. Heç kəs gəlməyəndə bu şəkilləri stolun ətrafına düzürəm. Hər biriylə ayrıca söhbət eləyirəm. Sonra ağlayıram. Onlarla birlikdə oddan-alovdan keçəndə kövrəlmirdim. İndi yaman kövrək olmuşam onlarsız...
   
   ***
   Klavadan başqa müharibə veteranı olan bir gürcü qadını da vardı rayonumuzda. Ancaq o zamanlar ağlıma belə gəlməzdi ki, veteran qadınlar arasında azərbaycanlı da var...
   İki-üç il əvvəl bir tanışım xahiş elədi ki, poçtamtda Sara Əhmədova var, qabaqcıl rabitə işçisi, əmək veteranı kimi ondan yazım. Əlavə elədi ki, maraqlı yazı alınacaq, Sara xala müharibə iştirakçısıdı. Güclü leysanın ara vermədiyi həmin gündə iki-üç dəqiqəyə özümü poçtamta çatdırdım. Nəfəsimi dərməmiş Sara xala qol-qanadımı qırdı. Məni xoş üzlə qarşılasa da, türklər demiş, ağzını bıçaq açmırdı. Onu buraya gəldiyim ilk illərdən tanıyırdım. Qarlı-şaxtalı bir qış gecəsində gecə saat birədək onun qaz sobası yanan iş otağında oturub Saratovdan telefon zəngi gözləmişdim. O vaxtdan bu qadından xoşum gəlirdi. Amma indi niyə danışmasın?! Peşə vərdişlərim də karıma yetmirdi. Səksən yaşlı qadın haqqında qəzetdə yazı verilməsini istəmirdi. Xüsusilə də müharibə iştirakçısı olması barədə bir kəlmə də yazıla bilməzdi. Handan-hana anladım ki, Sara xala ərindən və qaynından qorxur. Bunu biləndə mən də bərkidim, qəzetçin alınmasa da, mütləq özümçün bəzi şeylər öyrənməliydim. Beş-on dəqiqədən sonra yumşaldı, ilk gənclik illərinin həm xoş, həm də ağrılı-acılı xatirələri bu günün hər cür qadağa və əngəllərini unutdurdu...
   Qırx ikinci ildə, 17 yaşı olanda onu cəbhəyə aparıblar. Saatlının Krasnoselsk, Sabirabadın Pakrovka kəndlərindən cəbhəyə gedən rus qızları arasında o, yeganə azırbaycanlıymış.
   - Bəs, sizdən başqa azərbaycanlı qız yox idi?
   - Vardı. Hamısının adamı gəldi, biri əlini qulağına, biri boynuna apardı, o birisi barmağındakı üzüyünü göstərdi, qızlarını alıb apardılar. Tək mən qaldım... (Amma bizə öyrədirdilər ki, müharibədə başda Stalin olmaqla bütün sovet xalqı büllurdanmış...) Bizi Sarıcalarda qatara mindirib Bakıda düşürdülər. On gün Bakıda qalandan sonra Stavropola, 513-cü zenit artilleriya batalyonuna göndərdilər. 3 aya projektorçuluğu öyrətdilər. Projektorlarla göyü işıqlandırır, düşmən təyyarələrini görəndə xəbər verirdik...
   - Düşmən təyyarələrindən heç adları yadınızda qalıb?
   - Qalıb... " Misserşmidt", "Kitixau"...
   - Komandirinizi xatırlayırsız?
   - Xatırlayıram. Ukraynalıydı. Nosov. Məni yaman çox istəyirdi. Tez-tez deyərdi: "Ax, Sarıçka, tı kakaya krasivaya"...
   Hələ də gözəlliyini saxlamış sifətinə baxıb içimdə sızıldayıram: "Ah, Sara xala, sən necə də avamsan. Bu yaşda da belə məsum olmaq mümkünmü?"..
   Qırx beşinci ildə evə dönüb. Qələbə günü növbətçiymiş. Bu gün də növbətçiydi...
   Müharibədən qayıdandan sonra kitabxanada işləyib. 1952-ci ildən rabitə sahəsində çalışır.
   Ayrılanda yenə də ehtiyatla pıçıldadı:
   - Bunları səninçin danışdım. Qəzetə yazma. Sabah gələrsən, sənə cəbhə şəklimi göstərəcəm...
   Gözümə yuxu gedənəcən onu hərbi formada təsəvvür etməyə çalışırdım: "Yəqin ki, çox gözəl görünürmüş"... Səhər redaktor zəng vurub dedi ki, əziyyət çəkmə, Sara xalanın əri yazıya icazə vermir... Daha bir gün sonra ölüm xəbərini eşitdim...
   Eyni ölkənin vətəndaşı, eyni hüquqların daşıyıcısı iki qadın, iki cəbhədaş. Son illərədək Klava xalanı döşü orden-medallı müxtəlif tədbirlərdə, məktəblilərlə, tələbələrlə görüşlərdə görürdüm. Sara xala isə bizim idbar mentaliltetimizin ucbatından düz 60 il cəbhə xatirələrini içində gizlətdi, söyləməyə utandı. O cəbhəyə yollananda kol-kosa girib Qələbədən sonra üzə çıxanların anaları, bacıları, arvadları çox güman ki, dillərini dinc qoymamış, bu gözəl qadının içindəki qəhrəmanlığı boğa bilmişdilər. Məmləkətin bu miskin ucqarında ölümlə üz-üzə dayanmış qadının belə dilini qısa etməyi hələ də bacarırlar. Lənət olsun! O qədər pisliklər eşidir, görürsən ki, yazanda da sinirlərini cilovlaya bilmirsən...
   Klava xala haqqında yazımı belə bitirmişdim: "Nə zaman ki, qadın əlinə silah götürür, nə zaman ki, analar əsgər şineli geyir, o zaman Vətən basılmaz olur". İndi isə daha elə düşünmürəm. Vətən o zaman basılmaz olur ki, onun ən gözəl vətəndaşına qadın kimi, insan kimi dəyər verilir!
   İllər keçir, Sara xalanın səksən yaşında belə o cümləni deyərkən həya cilvələnən çöhrəsini unuda bilmirəm. Elə bilirəm ki, o sözlər ömründə eşitdiyi ən şirin sözlərdi:
   "Ax, Sarıçka, tı kakaya krasivaya!"


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK