Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BAKIDAN TUĞA GEDƏN Adalet.az | BAKIDAN TUĞA GEDƏN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAKIDAN TUĞA GEDƏN

Avtobusa minik başlayır(mı)

29567    |   2008-06-14 00:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhərin açılmasını səbrsizliklə gözləyirdim. Tez-tez yerimdən durub saata baxır, əqrəblərindən daş asılmış bu köhnə, Nuh-Nəbidən qalma stolüstü saatı az qala götürüb divara çırpmaq istəyirdim. Sanki hər şey mənim acığıma, məni daha çox əsəbləşdirmək, hirsləndirmək üçün "ağırayaq" olmuşdu. Bir qərara gələ bilmirdim. Gah boşalmış yaylarının cırhacırı baş-beyin aparan köhnə dəmir krovatda o yan-bu yana aşır, gah da yerimdən durub pəncərədən göy üzünə baxırdım. Saat 6 olanda evdən çıxacaqdım. 7-də Bakı-Tuğ avtobusu yola düşürdü.
   Onda birinci kursun qış sessiyasının imtahanlarını verib qurtarmışdım. Bir az loru ifadə etsəm, bığlı-saqqalı kişi idim. Sovet ordusunda da iki il xidmət etmişdim, hələ üstəlik iki il də fəhlə işləmişdim. Əsgərlikdən sonra qəbul olmuşdum Dövlət Universitetinə. Bu qədər təcrübəm olmasına baxmayaraq, kəndimiz üçün, evimiz üçün burnumun ucu göynəyirdi. Amma səhər açılmaq bilmirdi ki, bilmirdi. Mən xəyal qururdum, Bakı-Tuğ yolunu bu xəyalla gedirdim...
   Köhnə Avtovağzal, səhərin alatoranı... Xutorda kirayənişin qaldığım zirzəmidən saat 6-da balaca çemodan əlimdə yola çıxıram. İki dayanacaq yaxın məsafəni piyada keçməliyəm. Çünki "dördün- cü peravalni" deyilən əraziyə marşrut işləmir. 26-lar adına maşınqayırma zavodunun qarşısına qədər piyada getməliyəm. Yanvarın 28-di. Uşaq anasının üstünə yüyürən kimi o anların hisslərini içimdə yaşaya-yaşaya gölməçələrə fikir vermədən qaranlıq döngələri keçirəm. Hə, bu da 145 nömrəli marşrut. Uzun bir avtobusdu. Sanki yerindən tərpənmək fikri yoxdu. Tərs-tərs konduktora, sürücüyə baxıram. Heç veclərinə də deyil. Nəhayət ki, tərpənir.
   
    Səməd Vurğun küçəsi ilə üzüaşağı Bakıxanovla kəsişməyə qədər səbrimi cilovlayıram. Sürücünü tələsdirmək istəyirəm:
   - Əmioğlu, bəlkə bir az yeyin sürəsən.
   
   Sürücünün əvəzinə konduktor cavab verir:
   - Tələsirsənsə düş min taksiyə, get. Biz qrafiklə işləyirik.
   Onu nifrət dolu baxışlarımla başdan-ayağa süzərək ürəyimdə kasıbçılığı və ehtiyacı qınayıram. İkicə manat pulum olsaydı, elə burdaca düşüb taksiyə minərdim. Amma neyləyim ki, cəmi-cümlətanı cibimdə 7 manat pulum var. Onun da 6 manat 50 qəpiyini kassaya verib bilet alacam. 50 qəpiyini də yəqin ki, qoğala, ya da indiki dildə desək smitə (bublikə) xərcləyəcəm. Hə, Allah kasıbçılığın üzünü qara eləsin, içimdə boğula-boğula gözümü yola zilləyirəm. Nəhayət ki, Avtovağzalın tininə gəlib çatıram. Burada tələsik çemodanımı götürüb 5 qəpiyi konduktorun üstünə tullayıb sağolsuz salonu tərk edirəm.
   Avtovağzalın həyətinə daxil olanda artıq diktor xanımın səsi ətrafı başına götürmüşdü: "Bakıdan Tuğa gedən avtobusa üçüncü yoldan minik başlayır". Tez həmin yerə cumuram. Avtobusda xeyli adam var. Çemodanımı yerləşdirib bilet almağa getmək istəyəndə sürücü məni görür və gülə-gülə "Hə, kəndçi, sən də gedirsən?"- deyir. Onu tanıyıram. Bu bizim kənddən olan və uzun illərdir ki, Bakıda yaşayan ermənidi. Vorovski də olur. Hətta bir-iki dəfə mənə kənddən valideynlərim pul göndərəndə ona vermişdilər. Və xəbər eləmişdilər ki, gedib Valodgildən götürərsən.
   - Hə, mən də gedirəm, qaçıram bilet almağa-deyirəm.
   - Lazım deyil, köməkçim bu gün mənimlə getməyəcək, onun yeri boşdu. Oturarsan orda.
   Bu qabaqdakı birinci yerdi. Keçib əyləşirəm. Əvvəldən bilsəydim konduktorun cavabını orda yaxşı verərdim. Nə isə...
   5 dəqiqədən sonra avtobus tərpənir. Diktor xanım bildirir ki: "Bakıdan Tuğa gedən avtobus 5 dəqiqədən sonra üçüncü yoldan yola düşür".
   Şəhərdən çıxmaq üçün avtobus "Bakı soveti" istiqamətində hərəkət edir. Bu da "Azneft" meydanı. Adətən bizim kəndə gedən ermənilər daha çox burda avtobusa minirlər. Onların bir-iki nümayəndəsi vağzala gəlib avtobusda yerləri tutur, qalanları isə "Azneft" meydanında gözləyirlər. Ermənilər hay-küylə doluşurlar avtobusa. Hamısı tanış sifətlərdi. Avtobus tərpənir. Bu da Bayıl. İlk dəfə görürəm ki, erməni sürücü də düşüb nəzir qutusuna pul atır. Bilmirəm, ürəyində nə dua edir, bundan xəbərim olmur.
   Yol uzanır. Qobustan, Ələt, Hacıqabul... Burdan isə iki istiqamətdə getmək müm- kündür. Biri Kürdəmir, Yevlax, Bərdə, Ağdam, Martuni, Füzuli, Tuğ. O biri isə Sabirabad, Saatlı, İmişli, Bəhrəmtəpə, Daşburun, Əhmədbəyli, Qaraxanbəyli, Füzuli, Tuğ.
   Adətən avtobuslar birinci yolu gedirlər. Çünki Daşburun ərazisində, Bəhrəmtəpədə Sovet sərhədçiləri pasportunda "ZP" olmayanı avtobuslardan düşürürlər. Müt-ləq sərhəd zolağına daxil olmaq, əraziyə gediş-gəliş icazəsinə malik olmalısan. Bax, buna görə də avtobuslar daha çox birinci yolu gedirlər ki, bu yolda həmin yoxlamalar yoxdur. Qəribədir, öz məmləkətində öz evinə getmək üçün rus əsgərinin icazəsini almalısan, əks təqdirdə yarı yoldan üzügeri qaytarılacaqsan.
   Kürdəmirdə avtobus dayanır. Sərnişinlər vağzaldakı yeməkxanaya tərəf üz tuturlar. Ermənilər isə avtobusda süfrə açırlar. Soyutma toyuqdan tutmuş tut arağına qədər, müxtəlif turşuların qoxusu bürüyür avtobusu. İnsafən, sürücü də mənə "bizimlə qal" deyir, amma mən aradan çıxıram. Bir az özümə sığışdırmıram, kiminsə boğazına şərik olmağı. Bir də cibimdə artıq yolpulum var və bilirəm ki, ondan istifadə edə bilərəm. Uzaqbaşı sürücünün pulunu evdən alıb verəcəm. Yəni biz də özümüzə görə kişiyik də, niyə gedib pulumuzu verib çörəyimizi yeməyək?! İndi deyə bilmərəm, o vaxtlar vağzal yeməkxanalarında sərnişinlərə nə gəldi verirdilər, özü də od qiymətinə.
   Bir saatlıq fasilə qurtarır, avtobusa qayıdanda tut arağının, sirkə-sarımsağın iyindən az qaldım ki, sərxoş olam. Pəncərələri açırıq içərinin havası dəyişsin. Yolboyu düşəcək digər sərnişinlər mızıldana-mızıldana öz yerlərini tuturlar, ermənilərin isə vecinə deyil. Bir azdan içəri dolan soyuq hava salondakı sirkə-sarmısaq iyinin axırına çıxır. Bu da Yevlax, bu da Bərdə, bu da Ağdam. Yolboyu cəmi beş-altı nəfər bizi tərk edir. Əsas sərnişinlər Martunidə düşürlər. Füzulidə də iki-üç nəfər bizimlə sağollaşır. Fialetovka deyilən yeri keçirik, qarşıda Məngələnata yüksəkliyi, Hoğa, Govşadlı və Tuğ yolu uzanıb. Qınayan olmasa avtobusdan düşüb kəndimizə doğru yüyürərəm. Amma neyləyim ki, bizim tərəfləri qar bürüyüb. Kənd yolu asfalt olsa da əməlli-başlı qar var. Yolun kənarlarında onun hündürlüyü rahat 40-50 santimetr olar.
   Bu da Quruçay körpüsü. Körpünün sağ tərəfində Dırbanabənd deyilən yerdə yaxşı bir yeməkxana var. Sürücü elə bil ki, ürəyimi oxuyur. Avtobusda cəmi dörd nəfərik. Maşını yoldan kənara çəkir.
   -Mənim adətimdi, kəndə gələndə həmişə düşüb burda bir kabab yeməsəm, evimizə getmirəm- deyir.
   Hamı avtobusdan düşür- üç erməni və bir də mən. Qiyasın yeməkxanasına daxil oluruq. Ortada odun peçi yanır. Qışın şaxtasına baxmayaraq yaxası-başı açıq Qiyas əlində hazır şişlər bizi qarşılayır. Gülə-gülə "vaxtında gəlmisiniz, qonaqlarım vardı, onları yola salıb bağlayacaqdım"-deyir.
   Sürücü sifarişini verir, mən də dillənmək istəyəndə "sən gözlə, bizim qonağımızsan. Tələbənin pulu var ki, xərcləsin"- deyir. Sözü Qiyas göydə tutur: "Ondan narahat olmayın, onun qonaqlığını özüm verəcəm. Üzümüzü ağ edib o boyda məktəbə girib. Nədi gücümüz çatmayacaq iki şiş kababa qonaq edək?" Özü dediyini özü də təsdiq edirmiş kimi köməkçisinə "ordan iki şiş yaxşı kabab çək" deyə qışqırır.
   Süfrə açılır, kabablar gəlir, təbii ki, yanında da tut arağı...
   ... Yerimdən dik atılıb oyanıram. Sanki məni ilan çalır, ürəyimdən dəhşətli bir ağrı qopur. Allah-Allah, mən hardayam, hardaydım, haralara gedim çıxmışdım? Niyə yenə bəxtim gətirmədi, gedib evimizə çıxa bilmədim... Əllərimlə başımı sıxıram. Bu an qeybdən gələn bir səs kimi qulaqlarımda həmin diktor xanımın pıçıltısı səslənir:
   - Bakıdan Tuğa gedən avtobusa üçüncü yoldan...
   ...- bağışlayın, Bakıdan Yeni Tuğ qəsəbəsinə bu gün avtobus olmayacaq. Sərnişinlər Beyləqan avtobusuna bilet ala bilərlər.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK