ANA SƏHİFƏ / YAZARLAR

BAL SƏSİN İŞIQ ADAMI

O səs bizdən öndədi

40657    |   2014-12-17 08:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Lap çoxdanın söhbətidi. Az qala üstündən iyirmi il ötüb və mən o söhbəti heç unuda bilmirəm. Çünki o söhbətin mövzusu səs idi. Özü də elə səs ki, o qeybdən gəlir və onu da öncə Allah özü dinləyir... Özü dinləyib səsin bəmini, zilini bütün notlarda gəzişmələrini və hətta rəngini dəyərləndirəndən sonra o səsi bəndələrin də ixtiyarına verir. Yalnız bundan sonra səsin özünü, rəngini, işığını görən adamlar başlayırlar o səsi dinləməyə. Amma burda da bir məqam var. Adamlar, yəni biz o səsin rəngini, işığını, çalarlarını görürük, duyuruq, canımıza-qanımıza hopdururuq, ancaq ona toxuna bilmirik. Çünki o səs bizdən qabaqdadı, özü də lap qabaqda. Biz o səsə doğru gedirik. Elə o səsin sahibi də o səsə doğru gedir. Özü də...
O da hamı kimi bu dünyanın işıq üzünə qədəm qoydu. Bir kənddə böyüdü, oxudu... kənd yollarını, məktəb yollarını eninə-boyuna gəzib dolaşdı... örüşə də getdi, bulaq başına da... Və bütün bunların hamısını o yaşıdlarından heç nə ilə fərqlənmədən gerçəkləşdirdi. Ancaq bir məqamdan başqa. O hara gedirdisə, onun qarşısınca bir səs gedirdi... o hara üz tuturdusa, onun önündə gedən səsi görürdü və o səs ilahi bir güc idi. Özü də elə bir güc ki, təpədən dırnağa işıq axırdı o səsin içindən. Beçə balı kimi göz oxşayan, ruha rahatlıq verən işıqlı bir səs...
O heç nəyin fərqinə varmadan o səsin işığının ucundan tutmuşdu. Onun səslə təması elə bil ki, göylə yerin bağlantısı idi. Bax, bu səbəbdən də o səsin cazibəsindən çıxa bilmirdi. Səs də onu öz əhatə dairəsindən kənara buraxmırdı. O səsi sevirdi, səs də onu... Səs ona güvənirdi, o da səsə... Görənlər, duyanlar, bunun şahidi olanlar həm heyrət edirdilər, həm də heyran qalırdılar. Çünki bal kimi səsin işığı onları da ağuşuna alırdı, onları da bir növü layla kimi qoynuna alıb daxili rahatlıqlarını, sonsuz səmalara olan xəyali uçuşlarını o qədər təmkinli, o qədər sərbəst və o qədər də mənalı bir teldə kökləyirdi ki, onun bütün detallarını yalnız yaşamaq lazım gəlirdi. Adam istəyirdi ki, o səsin aurasından, o səsin qoşa qanadından uzaq düşməsin, eləcə qoşulub o səsə çıxıb getsin...
Hə, onun səsi özündən öndə olduğuna görə, öncə səsini gördülər. Səsi duyanlar, səsi eşidənlər, səslə yaşayanlar, səslə nəfəs alanlar o səsin dalınca gələn bu oğlanın təmkininə, səbrinə və bir də inadına qapı açırdılar. Elə bir qapı ki, o qapıdan ancaq səs keçə bilərdi. Özü də bal süzülən bir səs... özü də mayası və canı bal olan bir səs... özü də yuvası ürək çırpıntısı, şəlalə nəfəsli olan bu səsin qibləsi Qarabağ idi, Ağdam idi, Şuşa idi, bütöv Azərbaycan idi!!!
Onu həyatda ilk dəfə görəndə, düzünü deyəcəm, o səsin bu təmkinə, bu sakit görkəmə və bu bir az soyuqqanlı təsiri bağışlayan insana aid olduğuna inanmadım. Çünki onun danışığı da, yerişi, duruşu da, hətta öz yaxınları ilə etdiyi zarafatlar da çox adi görünürdü. Başa düşə bilmirdim ki, o boyda səsi içində daşıyan və içindən də bütün Azərbaycana, eləcə də onun sərhədlərindən kənara qanadlandıran xanəndə məhz üz-üzə dayandığım bu qarayanız oğlandı. Amma biləndə ki, o, rəhmətlik Vahid Abdullayevin qardaşıdı, onda necə deyərlər, barmağımı dişlədim, yanıldığımı anladım. Çünki həyatda dəfələrlə həmsöhbət olduğum, səsini dinləməkdən doymadığım və bu namərd dünyaya çox erkən gözucu baxıb getmiş Vahid Abdullayev həqiqətən böyük xanəndə idi. Musiqini az-çox duyan, musiqidən az-çox anlayışı olan hər kəs Vahid Abdullayevin həm səsinin, həm də şəxsiyyətinin Azərbaycan musiqisi üçün nə demək olduğunu çox gözəl bilir. Təəssüf ki, biz həmişə nəyi, kimi itirdiyimizi sonradan anlayırıq, onda da gec olur...
Bəli, mən Cabir Abdullayevin aid olduğu ocağın, ailənin həyat tərzindən, ətrafa münasibətlərindən azacıq xəbərdar olduğuma görə, ilk görünüşdə dəqiq qərar qəbul edə bilmədiyim üçün özümü qınadım və bu gün də etiraf edirəm ki, o böyük səsin sahibi barəsindəki ilk təəssüratım yanlış oldu. Çünki mən səsi görmüşdüm və düşünmüşdüm ki, bu səsin sahibi mütləq özündən razı, ətrafa əhəmiyyət verməyən, adamlara yuxarıdan aşağıya baxan, bir sözlə, bəzi "ulduz" xəstələri kimi olmalıdı. Elə ki, onu yaxından gördüm, onun söhbətlərini dinlədim və saatlarla onun səsiylə yol-yoldaşı oldum. Bax, onda həmin o yalnışlıq məni daxilən sıxdı və nəhayət, mərhum Vahid Abdullayevin yas mərasimində mən Cabir Abdullayevin təmkininin bir daha şahidi oldum. Hiss etdim ki, həmin andan o, bəlkə də özü-özündən xəbərsiz Vahidin də səsinin davamçısı, yaşadanı kimi mənim ürəyimdə əbədi bir qala ucaltdı. Elə bir qala ki, onun açar-kilidi də Cabirin səsinin əlində oldu.
Mən musiqini dinləməyi, xüsusilə dərd mənə güc gələndə, bir kənara çəkilib öz içimdə ağlamaq istəyəndə, ya da hansısa bir sevinci yaşayanda musiqi ilə baş-başa qalmağı daha üstün tuturam. Ona görə ki, musiqini görürəm, onunla danışa bilirəm və onun da mənə nə dediyini və mənə hansı iradlarını çatdırdığını da səmimiyyətlə qəbul edirəm. Hətta dağılmış yurd-yuvam, işğal altında qalmış torpaqlarımız yuxuma girəndə mütləq musiqi dinləyirəm. Ən çox da İslamı, Dədə Süleymanı, Mənsumu, Cabiri və bir də Məhəbbət Kazımovu. Bilmirəm, nədənsə bu səslər mənim əlimdən tuturlar... məni özləri ilə götürüb cəbhə xəttinin o biri üzünə aparırlar. Ağdamı, Şuşanı, Füzulini, Xocavəndi, bir sözlə, bu gün əlimiz çatmayan həmin o yerləri küçəbəküçə, evbəev gəzirəm. Özüm də bilmədən, özüm də hiss etmədən hansısa bir küçənin başında dayanıb ev sahiblərini səsləyirəm. Elə bilirəm ki, yandırılmış, dağıdılmış o evlərin daş-qalağı altından mütləq mənə cavab verəcəklər... Mütləq deyəcəklər ki, "burdayıq!" Siz niyə gecikirsiniz? Siz niyə gəlib çıxmırsınız? Nədən qorxursunuz? Nədən çəkinirsiniz? Adam da evini sahibsiz qoyarmı? Gücünüz tükənəndə, diziniz titrəyəndə tutun o səslərin ətəyindən, qoşulun o səslərə və çıxıb gəlin Bakıdan üzü bəri...
Bugünlərdə üzü Qarabağa, cəbhə bölgəsinə getmişdim. Xocavəndin Nərgiztəpə deyilən ərazisinə qalxdım. Orda işğal altında olan torpaqlarımız ovuc içi kimi görünür və ordan başı qarlı Kirs də görünür. Özü də o qədər yaxın görünür ki, sanki əlini uzatsan daşına-toprağına toxunacaqsan. Ancaq məsafə baxımından o məndən çox aralıdadı. Lakin göy üzünün aydınlığı, həmçinin Kirsin zirvəsindəki qarın parıltısı və nəhayət bayaqdan bəri mənimlə yol-yoldaşı olan o səsin hərarəti bu məsafəni ortadan götürmüşdü. Mən özümü Qarabağda, o səsin dünyaya gəldiyi ocağın başında hiss edirdim. İlahi, səsin qüdrəti, səsin məlahəti və nəhayət, səsin şirinliyi gör nə boydadı ki, o, məsafələri də öz içərisində əridir. Bu yalnız böyük Yaradanın iradəsinin diktəsidi. Burda insan əli, burda insan gücü acizdi!
Bakıdan cəbhə xəttinə qədər yol-yoldaşım olan səs məni həm də bütün günahlarımdan, bütün ağrı-acılarımdan bir növü çəkib çıxarırdı. Özüm öz günahlarım qarşısında boynubükük qalırdım. Amma o səs mənə ümid verirdi ki, dözüb dayanım, günahlarıma qalib gəlim. Axı əlimiz çatmayan o torpağın qarşısında mənim də günahım var. Şəhid ruhları, nigaran ruhların və nəhayət qisasa çağıran ruhların qarşısında kim günahsızdı ki?
Həyatda özümü qarşısında borcu saydığım insanlar var və mən bilirəm ki, onlar mənimlə borc davası etmirlər, heç bunu dillərinə də gətirmirlər. Ancaq mən müəyyən qədər duyğusal olduğum üçün o borcun ağırlığı içərisində dinclik tapa bilmirəm. Çalışıram ki, hansısa bir yolla, hansısa bir vasitə ilə və özü də heç kimə, xüsusilə, borclu olduqlarıma hiss etdirmədən o borcu misqal-misqal qaytarım. Bilmirəm, buna nə qədər nail ola bilmişəm. Ancaq əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətlə etiraf edə bilərəm ki, mənim borclu olduğum adamlar elə mənim sevdiyim, mənim pərəstiş etdiyim, mənim vurğunu olduğum adamlardı. Bu adamları Tanrı və millətə, bu torpağa işıq kimi, ümid kimi, ucalıq kimi bəxş edibdi. Onlar həm də bir tutiyədilər. Biz onlara baxırıq, onları görürük, onları dinləyirik, onlardan öyrənirik və nəhayət, onlarla fəxr edirik. Öyünürük ki, biz də onların aid olduğu millətdən, xalqdanıq. Allah da öz sevgisiylə, öz lütfüylə onları bu xalq üçün ərmağan edib!..
Bax, bu yanaşmanın, bu içdən gələn sözlərin ifadə etdiyi mənanın içərisində onun da yeri var. Özü də bu yeri ona mən ayırmamışam, müəyyən etməmişəm. Bu yeri onun səsi onun özündən əvvəl qazanıb, haqq edib! Və xalq da ona bal Cabir deyibdi - səsi, nəfəsi bal olan Cabir!!! Xalqın bu təqdimatı heç də təsadüfi deyil. Hətta mən bu yazını bilgisayara diktə edəndə çox hörmətli Gülər xanım bildirdi ki:
- Əbülfət müəllim, onun səsi mənim də ruhumu dincəldir, məni də qayğılardan azad edir.
İnanın ki, bu, mənim yazıya əlavəm deyildi. Bu söhbətin canlı şahidləri də var. Deməli, mən o səsin dəlisi olmaqda yanılmamışam! Mən o səsin yol-yoldaşı olmaqda bəlkə də gecikmişəm. Amma o səsin işığına getməkdə artıq geçikmirəm və tam əminliklə bilirəm ki, Cabir Abdullayev, yəni bal səsin işığında yaşayan bu xanəndə hər bir evdə gözlənilir, arzulanır. Deməli, onun səs xoşbəxtliyi həm də biz dinləyicilərin xoşbəxtliyidir!


YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK