ANA SƏHİFƏ / YAZARLAR

Buşun qızının toyunda "İran təranələri"

23529    |   2008-05-17 11:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Corc Buşun canı qurtardı. Qızı Cennanı ərə verdi. Deyilənə görə, toy ərəfəsində oğul Buş ata kimi yaman qayğılı görünürmüş. Dost-tanışa deyirmiş ki, qız atası olmaq Səddam Hüseyni asmaqdan qat-qat çətin imiş. Hər gün "Qız yükü, bomba yükü"-deyib qədim ingilis məsəlini xatırlayırmış.
   Ötən yazımda dəyərli oxuculara söz vermişdim ki, ABŞ prezidentinin qızı Cennanın toyuna gedib orada bir-iki vacib cümləni işlədib geri qayıdacağam. Özümə tam arxayın idim. Texasdakı "Zülm yetər" şadlıq sarayına dəvətnamə ilə Çin səddini də keçmək olardı. Şəxsən məmin adıma yazılan bəzəkli dəvətnaməni götürüb başmaqlarımı geyindim. Qalırdı bircə "QAZel"lə hava limanına getmək. Amerikaya qatarla gedəsi deyildim ki... Son anda başmaqlarımı yerinə qaytardım. Toya getmək fikrimdən daşındım.
   Bir neçə il əvvəl oğluma kiçik toy edəndə ABŞ prezidenti Corc
   Buş gəlib iştirak etmədi. Onun puluna qalmamışdım, heç olmasa, gəlib yüz-yüz vurardı, bir-iki rəqs edərdi. Televizorda özüm baxmışam, yaxşı burcutmağı var. Gürcüstana səfəri zamanı elə gözəl oynadı ki, altı göz istədi tamaşasına dursun. Nə isə, toya gedəsi olmadım. Buş mənim oğlumun kiçik toyuna gəlməyibsə, bəs mən niyə onun qızının böyük toyuna getməliyəm? Onsuz da uçmalı halım yoxdu.
   Yenə sağ-olsun dost-tanış. Toyu əvvəldən-axıracan mənə danışdılar. Bir vaxtlar hind filmlərini bir-birimizə danışardıq, özü də mahnılarıyla birlikdə. Dost-tanış uşaqlıq xasiyyətlərini saxlayıblar. O böyüklükdə dövlətin başında duran o böyüklükdə kişinin o böyüklükdə qızının o böyüklükdə toyunu mənə elə danışdılar ki, özümü elə toydakı kimi hiss etdim. Elə bildim kababın sümüklərini indi boşqabın qırağına düzmüşəm.
   Şadlıq sarayının musiqiçiləri toyu "İran təranələri"lə açıblar. Buş bir qol qaldırıb oynayıb ki, gəl görəsən. Toyda balaca fasilə yaranan kimi Corc Buş bu mahnını sifariş verirmiş. Sonra "Qudalar" mahnısı oxunub. Ədalətin fonoqramı guruldayıb. Buş xanımını da qoluna vurub qudalarını sarayın düz ortasına dəvət edib. Ədalətin fonoqramı "Ay qız, keçmə bizim məhlədən" oxuyanda Buşun subay qızı ona elə baxıb ki, elə bil Corc Buş Fidel Kastroya tərəf boylanır.
   Şadlıq sarayına Ruhi gələndə hamı təəccüblənib. Qonaqlar belə hesab ediblər ki, yaraşıqlı xanımdı, yəqin yaxşı oxuyar. Ruhi ağzını tərpədən kimi yenə hamı təəccüblənib. Səməd Səmədovun toya gəlişi əməlli-başlı qalmaqal yaradıb. Qonaqların bəzisi elə bilib ki, bəzənib gələn Elariz Məmmədoğludu. Aparıcı Səməd Səmədovu Azərbaycanın əməkdar artisti kimi təqdim etsə də yenə heç nə aydın olmayıb. Toy adamları elə güman edib ki, ortada tullanıb qışqıran Mozambikin əməkdar artistidi.
   Toyun şıdırığı yerində şadlıq sarayının işıqları sönüb. Buşun təzə qohumları çaşıb qalıblar. Təlaşla soruşublar ki, ay qohum, işıq idarəsinə borcunuz-filan var? Xeyli keçəndən sonra bunun bir qədim adət olduğunu anlayıblar. Rəqqaslar məşəl yandıra-yandıra aş gətiriblər. Qonaqlar aşa qaşıq vuran kimi Səidə Soltan oxumağa başlayıb. Amma o da oxumaqdan çox danışıb. Deyib ki, Buşun qızı Cennanın sol ayağı mənim başıma. Mən də bir halal viski əmmiş tapsaydım, ərə gedərdim.
   Arada qonaqların sifarişilə meyxana da deyilib. Lakin sifariş verənlərin yarısı meyxananı dinləmək əvəzinə yuxulayıb. Toyun sonuna yaxın heç kimin tanımadığı bir maşın oxuyan da Buşun qızını təbrik ediblər. Onların adını öyrənə bilmədim. Bildiyim odur ki, toy hamının xoşuna gəlib. Amma bilmədim Buş şadlıq sarayının, musiqiçilərin pulunu verə bilib, yoxsa borclu qalıb. Dostlarım deyib ki, bir-iki günə toyun dəftərini də tapıb mənə tərəf atacaqlar. Görəsən, Əhmədinejad Buşun qızının toyuna nə qədər pul göndərib?


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK