Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əcnəbilər bizi başa düşmür Adalet.az | Əcnəbilər bizi başa düşmür Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əcnəbilər bizi başa düşmür

Və ya baş məşqçi neft quyularının arasında nə axtarır?

22733    |   2008-05-12 10:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizə gələn əcnəbilər bizi başa düşmürlər. Bəlkə də başa düşürlər, amma özlərini elə aparırlar ki, guya heç nə anlamırlar. Biz "Şah İsmayıl"dan oxuyuruq, onlar bizə Rəqsanənin repertuarından cavab verirlər.
   Özümüzü dağa-daşa salıb futbol üzrə yığmamıza əcnəbi baş məşqçi axtardıq. İstədiyimiz namizədi tapana kimi neçə cüt ayaqqabı korladıq. Çox zülmlə Almaniyadan olan Berti Foqtsu tapdıq. O qədər sevindik ki, az qaldı Respublika stadionunda yekə mağar qurub çal-çağır təşkil edək. Axı yeni baş məşqçi balaca adam deyildi. Berti müəllim yaşıl meydanlarda top qovanda dünya çempionu olub. Yetirmələrinə top qovduranda Avropa çempionluğunu bayram edib. Ailəsini doğma Almaniyada qoyub biz tərəflərə ancaq titullarını gətirən cənab Foqts Bakıya çatan kim anlatdı ki, bizi başa düşmür. Futboldan danışmalı Berti müəllim bilirsiz hansı mövzuda söz qonaqlığı verdi?
   Adam tərcüməçi vasitəsi ilə bizə başa saldı ki, dostlarına qara kürü almaq istəyir, lakin əli aşağıdır. Sonra paytaxtımızda gördüyü qədim binalardan və yeni göydələnlərdən danışdı. Bakıda gördüyü neft quyuları alman məşqçini təəccübləndirib. Hər halda özü belə deyir. Vallah, adam lap mat qalıb. Biz beş-altı ətək pul verib onu gətirmişik ki, futbolumuzun səviyyəsini qaldırsın, millimizin oyunları hamını təəccübləndirsin. Foqts özü neft quyularından təəccüblənir.
   Neft demişkən, alman məşqçinin sözünü kerosinlə kəsim, "Neftçi" əlimyandıda olanda yenə gedib xaricdən məşqçi gətirdik. Amma bu dəfə yaxın xaricdən. Hər halda Anatoli Demyanenko əcnəbi sayılır. Köhnə illərin tanınmış futbolçusu da gələn kimi öz sahəsindən yox, tamam başqa məsələdən söhbət açdı, elə bil inşaatçıdır. Dedi ki, Bakıda xeyli körpü tikilir.
   İndi nə zaman telekanallarda xəbərlərə baxırsan hansısa əcnəbi diplomatın buralara gəldiyini göstərirlər. Əllərindəki çemodanları yerə qoyan kimi çaşırlar. Öz işlərinə dəxli olmayan məsələlərdən danışırlar. ATƏT-in Minsk Qrupu həmsədrlərindən tutmuş, Ümumdünya Piyada Dolaşanlar Təşkilatının sədr əvəzinəcən. Həmsədrlər onsuz da çoxdan aranı qarışdırıblar. Zalım uşaqlarına Qarabağın taleyi barədə sual verəndə kimya sənayesinin inkişaf mərhələsindən söhbət açırlar. O gün seçkilərlə bağlı əcnəbi ekspert gəlmişdi. Geyim-keçimindən belə başa düşmək olurdu ki, guya nəsə bilir, üstəlik, bildiklərini bizlərə öyrətmək üçün 12 saat uça-uça yol gəlib. Elə ki ağzını açdı, məlum oldu... Seçkini qatlayıb qoydu kənara, dedi ki, bizim rayonlarda becərilən xiyarlardan xoşu gəlib. Bir növ onlara vurulub. Kənd təsərrüfatını inkişaf etdirmək üçün köməyə çağırdığımız əcnəbi isə xiyara tərəf heç gözünün ucuyla belə baxmır. Deyir ki, hər şey seçkilərin paritet əsaslarla keçirilməsindən asılıdı. NATO yekəlikdə təşkilatın da təmsilçisi gələndə özünü bilməməzliyə vurur. Elə bil ondan top-tüfəng istəyirik. O dəqiqə əsas məsələni kənara qoyub dəxli olmayan söhbətlə adamın gözünə kül üfürür. Deyir ki, sizdə də dovğaya tərxun qatırlar?
   Canları sağ olsun, mən artıq bilirəm onlarla nə etmək lazımdı. Köşə yoldaşım Oqtay Salamovdan fərqli olaraq, ABŞ prezidenti Corc Buşun qızı Cennanın toyuna dəvətliyəm. Dəvətnamənin küncündəki yazıya inansam, sabah Texasın "Zülm yetər" şadlıq sarayında keçiriləcək toya dəvət alan 200 nəfərin arasında adım 197-ci kimi qeyd edilib. Göynən getsəm sabah tezdən oradayam.
   Çatan kimi özümü elə aparacağam ki, guya heç nə başa düşmürəm. Mikrofonu götürüb Brejnevin dəfn mərasimindən yadımda qalanları bütün təfsilatıyla danışacağam.
   Onlara hər nə danışmaq olar, bizə yox... Niyə, kasıbın əlində 40 qəpiklik çörək pis görünür?


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK