RUH ADAMI

ƏBÜLFƏT MƏDƏTOĞLU
34181 | 2014-12-11 01:22
"İçimdəki adamlar" silsiləsindən

O hec kimə özü barəsində danışmır


Bəzən deyirlər ki, həyat qəribəliklərlə doludu. Hətta böyük Səməd Vurğun özünün məhşur şeirlərindən birində bu dünyanı sirli-soraqlı adlandırmışdı və onu da vurğulamışdı ki, sirrini sirdaşa vermir. Təbii ki, sirri sirdaşa verəndən sonra o ilkin mənasını itirir, yəni sirr olmaqdan uzaq düşür. Amma bütün bunlara baxmayaraq, mən tam əminəm ki, hər kəsin içində bir alt qat var. Həmin o alt qat sirlər və sevgilər üçündü. Deyə bilərsiniz ki, sevgi gizlədiləsi, hətta imtina ediləsi bir duyğu deyil, əgər sevgidisə!!! Amma bir gerçəyi də unutmayaq ki, sevgi duyğu olduğu üçün onu duymaq lazımdı, onu ifadə etmək, onu göstərmək əslində sevgini mənə görə ucuzlaşdırmaq deməkdi. Bir halda ki, mənim kiməsə sevgim hiss olunmursa, hətta onun iynə ucu boyda işartısı nəzər çəkmirsə, onda bu sevginin yaşanması günahdı. Təbii ki, bu mənim inancımdı, bu mənim özümə aid olan dünyamın sərəncamıdı, qərarıdı. Lakin necə olur-olsun, insanın alt qatındakı sirr də, sevgi də üst qatı yaşatmağa, fəaliyyət göstərməyə, özünü təqdim etməyə bir dayaq kimi, bir maya kimi xidmət etməlidi. Əks halda, bütün əlaqələr qırılır və necə deyərlər, adam adamlıqdan çıxırg
Təəsüf ki, günümüzün bir gerçək üzü var. O da adamlıqdan çıxanların adamlara nəyisə diqtə etməsi və yaxud da adamları öz iradəsinə ram etmək arzusu, niyyətidi. Elə burdaca etiraf edim ki, onlar bəzən buna nail ola bilirlər. Təbii ki, burada da iki faktor həmin o adamı adamlığı olmayanın qarşısında tutmağa məcbur edir. Bunun birincisi adamın şəxsiyyəti, ikincisi isə əxlaqıdı. Yəni şəxsiyyətli, əxlaqlı adamlar daha çox öz içlərində, öz mənlərində əriyirlər, şam kimi yanıb öz işıqlarında, öz odlarında isinirlər və bu da ömrü baltalayır, ömrü yellərə verir. Bax, bütün bunlardan sonra yaşanan təəssüf hissi təbii ki, ürək ağrıdır. Lakin o ağrı adamın özünün halal qazancına, halal xidmətinə kölgə salmır, yəni onu göz dağına çevirmir. Sadəcə, adam bu ağrıdan dünyaya bir gileyli nəzərlərlə, bir acı istehza ilə baxır. Yenə də onun şəxsiyyəti, əqidəsi imkan vermir ki, haqqını tapdayanları Haqqa tapşırsın. Çünki o, hər şeyi gec-tez haqqını alacağına gün işığı kimi inanır!..
Bəli, bu bir az duyğusal, bir az dünyaya fəlsəfi baxış fonunda kökləndiyim fikirləri mən neçə gündü içimdə ələkdən keçirirəm. Hər dəfə də yazacağım sözləri, cümlələri məhz indi böyük hərflə yazdığım və o cür də gördüyüm Ruh Adamı ilə bağlantılar qurmaq üçün kökləyirəm. İstəyirəm ki, bu kök təkcə sarı sim olmasın, həm də bir adamın içini alt-üst edən, adamın dünyasını başına fırladan bir nota söykənsin. Lap elə onun içində "cəngi" də olsun, "ruhani" də.
g Onu lap gec tanıdım. Gec deyəndə ki, 80-ci illərin ortalarında. Amma bu tanışlığa qədər mən o ailəni tanımışdım. Daha doğrusu, onun atası barəsində kifayət qədər məlumat əldə edə bilmişdim. Özü də bunu hansısa bir araşdırıcı kimi yox, sadəcə bir insan kimi toplamışdım. Və bu marağın da kökündə yenə həmin o böyük hərflə yazılan İnsan amili dayanmışdı. Çünki yaşadığım cəmiyyətdə böyük hay-küyə səbəb olmuş, amma üstündən sükutla keçilmiş bir fakt hər kəs kimi mənim də diqqətimi çəkmişdi. Təsəvvür edin ki, bir rayon rəhbəri intihar etmişdi və bu da sükutla, heç bir münasibət bildirmədən pərdələnirdi. Çalışırdılar ki, bu fakt adamların diqqətindən kənarda qalsın, unudulsun. Lakin onu tanıyanlar, onun çevrəsində olanlar, onunla işləyənlər hər addımda, hər qaldırılan məsələdə bu adamın izini görürdülər, yerini görürdülər. Ona görə də ürəkdən gələn bir istəklə ona rəhmət oxuyurdular. Mən ilk dəfə Vahid İsmayılov barəsində Ağcabədidəki qohumlarımdan, dostlarm eşitdim. Sonra Beyləqanda yaşayan qohumlar onun barəsində ağızdoğlusu danışdılar. Xüsusilə onlar üçün bu insanın maraqlı tərəfləri daha önəmli idi. Yəni onlar rayon rəhbərinin pambıq sahəsində, üzüm bağında, sıravi adamlarla bir yerdə oturub çörək yeməsini, suvarılan sahələri ayağında rezin çəkmə, əlində lapatka gəzməsini, üstəlik, gecə-gündüz bilmədən, hətta ailə üzvlərini də cəlb etməklə təsərrüfatda çalışmasını elə şövqlə, elə böyük və qeyri-adi hadisəni təqdim etməklə dilə gətirirdilər ki, istər-istəməz sən o söhbətin iştirakçısına, o hadisənin şahidinə çevrilirdin. Bax, bu nüanslar məni demək olar ki, elə cəlb eləmişdi ki, içimdə bir arzu da cücərtmişdi. Könlüm istəmişdi ki, onu daha yaxından tanıyam, onun ailəsinin içindən olan adamları və yaxud onlardan birini görüm, tanyım, həmsöhbət olum. Görünür, arzum, diləyim Tanrıya da xoş getmişdi və günlərin birində həmin o istəyim çin oldu. Amma ona qədərg
Onun haqqında dostlarımdan eşidirim, həmkarlarımdan bilgi əldə edirdim. Mənə elə gəlirdi ki, bu deyilənlər bir-birindən maraqlı təqdimatlar hardasa bir istəkdən qaynaqlanır. Yəni onun barəsində danışanlar onda daha çox nəyisə görürlər və buna söykənib onun barəsində fikir yürüdürlər, təqdimat edirlər. mən bu gəldiyim qərarı, bu çıxardığım nəticəni zaman özü mənə diqtə etdi. xüsuislə "qara" şair kimi tanınan Vaqif Cəfərlinin dilindən. Son dərəcə çox istədiyim əv dünyadan nakam köçmüş bu beyləqanlı balası, bu istedadlı şair hər gbrüşümüzdə yaxşı adamlardan, xeyirxah insanlardan danışmağı xoşlayırdı və söhbətirin mütləq bir yerində, bir məqamında o, Mobil müəllimin də adını çəkirdi. Dilindən səslənən sözlər indiki kimi yadımdadı:
- Çox savadlı, həm də çox əxlaqlı insandı. Onunla söhbət edəndə yorulmuram. Əksinə, istirahət edirəmg
Bəli, bu sözləri Vaqif Cəfərli deyirdi. bu dünyada sözdən başqa heç nəyi olmayan, sözldən başqa heç nəyə baş əyməyən Vaqif Cəfərli!.. Mən də həmin o sözləri, yəni Vaqifin dilindən eşitdiklərimi bu gün ən yüksək mərtəbələrdə, ən böyük auditoriyalarda cəsarətlə səsləndirə bilərəm. Ona görə kig
İlk dəfə qarşılaşdıq. Necə deyərlər, adını eşitdiyim igidin özünü də gördüm. Digər məmurlardan fərqil olaraq çox sadə bir iş otağı var idi. içrəi daxil oldum. Özümü təqdim etmək istəyəndə gülərüz çöhrəsində son dərəcə halal bir səmimiyyət ifadə etməklə :
- Əbülfət müəllim, tanıyıram sizi, oxuyuram da. Xoş gəlmisiniz! - söylədi.
Bu qarşılanma, bu ikicə kəlmə söz mənə xəyallarımda yanılmadığımı, eşitdiklərimin yalnış olmadığını dərhal sübut etdi. Necə deyərlər, fakt aramağa, sübut gəzməyə ehtiyac qalmadı. Qarşımda köklü-köməcli, qollu-budaqlı bir ruh adamı gördüm və o adamla təmasım mənim də təzələdi, məni də müəyyən yalnış fikirlərdən, düşüncələrdən çəkindirdi. Görüdüm ki, bu dünya elə təkcə mənim fərz etdiym kimi, qəbul etdiyim kimi deyil. Bunun gecə və gündüzü ilə bahəm ayrıca qaranlıqları da, aydınlıqları da var. Həmin o gecə-gündüzdən fərqli aydınlığı və qaranlığı insanlar yaradır. Təbii ki, aydın insanlar aydınlığı, içi xıltla, xəbisliklə, acgözlüklə, nadanlıqla, şərəfsizliklə, bir sözlə, adam olmamaqla yüklənənlər isə qaranlığı yaradırlar.
Söhbət əsnasında mən qonağı olduğum bu kişinin təkcə öz sahəsinin, öz peşəsinin deyil, həm də böyük sözün, böyük ədəbiyyatın daşıyıcılarından biri olduğuna inandım. Onunla klassik ədəbiyyatımızdan tutmuş bugünkü mətbuatımıza qədər, bugünkü söz camiyəmizə qədər çox yazılardan və çox yazarlardan danışdıq. Bilmirəm, Mobil müəllimin xatirində qalıb, yoxsa yox, mən onda sözarası soruşdum ki, "siz də yaradıcılıqla məşğul olursunuz?". O da təbəsümü ilə bir növü sualın cavabından məharətlə yayındı. Lakin günlərin birində Mobil müəllimin mükəmməl bir kitabını dostlarım mənə bağışladı. Həmin romanı oxuyandan sonra bir vaxtlar ürəyimə damanın gerçək oolduğuna heç bir şübhə yeri qalmadı. Gördüm və əmin oldum ki, Mobil müəllim həm də ömrünü sözün içində əridir.
Bir dəfə yolumuz Biləsuvara düşmüşdü. Daha doğrusu, burada məskunlaşan Cəbrayıl qaçqınları maraqlı bir tədbir keçrirdilər. Tədbir Vahid İsmayılovun yubileyinə həsr olunmuşdu. İndi etiraf edim ki, çox yüksək səviyyədə hazırlanmış bu mərasimdə mən təkcə cəbrayıllıların öz unudulmaz ziyalılarına sevgisini görmədim, burada həm də mən o ziyalını yaşatmaq, onu örnək etmək duyğularının da, istəklərinin də şahidi oldum. Üstəlik, həmin tədbirdə atanın ruhu qarşısında övladın nə qədər vüqarlı, həm də nə qədər duyğusal olduğunu müşahidə etdim. Gördüm ki, Vahid müəllim barəsində söylənilən hər söz, hər fikir Mobil müəllimin bütün varlığına hopur, bütün varlığında gəzib dolaşır. Elə bil ki, o sözlər onun birbaşa qanına yeriyir və o da bu diqqətin içərisində atalı günlərinə qayıdırg
Mən hər kəsin öz valideyni ilə qürur duyduğunu, ona güvəndiyini çox gözəl bilirəm. Amma bunu bütün hiss-həyəcanla, bütün çılpaqlıqla və yalnız səni dərk edənlərlə, səni duyanlarla paylaşmaq, onlarla birlikdə yaşamaq hər adamın bacarığı deyil. Bu baxarığın mən Mobil müəllimdə şahidi oldum. Üstəlik, gördüm ki, o təkcə hüquqşünas diqqəti ilə məclisə nəzarət emir, həm də burdakı söhbətlərin, burdakı adamların bir həyat müstəvisindəki hüquqlarını da könül rahatlığı ilə payalaşa bilir.
Bu gün içimdə olan və bütün ömrüm boyu mənimlə birlikdə addımlayıb, mənimlə birlikdə yaşayacaq adamlardan biri kimi Mobil müəllimlə bağlı müəyyən nüansları dilə gətirdim. Amma səmimi etirafı edim ki, bütün bunlar bütövlükdə mənim içmimdə olan Mobil İsmayılovun tam obrazı deyil. Çünki həm onu bütünlüklə yazmaq çətindi, həm də elə mətləblər var ki, o, zamana ehtiyac duyur. Sadəcə, bir gerçəyi indi vurğulamaq istəyirəm. Mən Mobil müəllim vəzifə başında olanda onunla bağlı, onun həyatı və şəxsiyyəti ilə əlaqəli bir cümlə də olsun yazmadım. İndi isə yazıram. Ona görə ki, o, mənim üçün karyera adamı yox, Ruh Adamıdı. Üstəlik, o həm də gözlərindən od yağan, çevikliyi, məntiqi ilə kifayət qədər cəmiyyətə fayda verə biləcək bir durumda olan ziyalıdı. Təəsüf ki, həmişə hörmət edib və həmiəş də həyatımızın ölçüsünə çevirdiyimiz qanunlarımız bəzən kimlərinsə istəyini daha tez gerçəkləşdirir, adamlara sərhəd yaradır. Bu heç də yaxşı hal deyil. Yəni qolu-budaqlı, kifayət qədər gücü olan bir xan çinarı doğrayıb yerinə bir çubuq əkmək, heç də təbiəti cavanlaşdırmır, gözəlləşdirmir. O çubuğu başqa bir yerdə də əkmək olar. Təəsüf ki, bizdə bəzən istəklər fərdlərdən gəldiyi üçün fərdələrə də xidmət edir.
g Hə, bilmirəm, bu yazımda onu sizə tanıda bildim yoxsa yox, amma bir cümlə ilə vurğulamaq istəyirəm ki, o, kökü üzərində böyüyən əqidəsinə, ziyalılığına və sədaqətinə güvəniləsi bir Kişidir. Bu cür kişilər xalqa bütün zamanlarda gərək olubdu.


TƏQVİM / ARXİV