hacklink Adalet.az | TƏZADLI BOYALAR Adalet.az | TƏZADLI BOYALAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TƏZADLI BOYALAR

(Yazıçı Mənzər Niyarlının povest və hekayələri haqqında)

39064    |   2014-12-10 02:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənzər Niyarlının ilk hekayəsinin işıq üzü görməsindən düz 45 il keçir və gələn mart ayında onun 65 yaşı tamam olacaq. Bu 45 illik yaradıcılıq dövrü onun yazıçı ömründə maraqlı nəsr əsərləri, bu əsərlərin cəm halında toplandığı kitablarla müşayiət olunub. Təbii ki, bir qadın yazar üçün ailənin, uşaqların qayğısına qalmaq, üstəlik, redaktorluq, sonra elmi fəaliyyət onun da vaxtını, gücünü, yaradıcılıq enerjisini əlindən alıb, bəlkə də vaxtında yazılacaq əsərlərinin dünyaya gəlməsini ləngidib, yubandırıb, amma o, yazmaqdan, həyat və insanlar haqqında düşündüklərini ağ vərəqlərə köçürməkdən ayrılmayıb. Mənzər xanımın bu yaxınlarda işıq üzü görən "Seçilmiş əsərləri"ni oxuyanda bunun bir daha şahidi oldum. Kitaba mərhum deməyə dilim gəlmədiyi Sara xanım Oğuz kiçik bir ön söz yazıb və onun böyük səmimiyyətlə söylədiyi bir neçə cümləni nəzərinizə çatdırıram: "M.Niyarlı öz mövzularını adətən yaxşı bələd olduğu mühitdən, tanıdığı, bildiyi insanların əhatəsindən əxz edir. O, yazılarında həyat materialını bol-bol işlədir. Odur ki, Niyarlının hekayələri xüsusi cazibə qüvvəsinə malikdirgM.Niyarlının qələmindən çıxan hekayələr o qədər ahəngdar, üzvi şəkildə söylənilir ki, əsərin kompozisiyası, üslub, süjet xətti haqqında fikirləşməyi belə ağlına gətirmirsən. Hər şey olduqca təbii, canlı çalarlarla "ətə-qana dolub" əmələ-ərsəyə gəlir".
Burada səslənən bir sözün üzərində dayanmaq istərdik: TƏBİİ. Bəli, Mənzər Niyarlının nəsri-hekayə və povestləri elə ilk cümlələrindən öz təbii təhkiyə manerası ilə diqqəti cəlb edir, hiss edirsən ki, müəllifin həyat müşahidəsi güclüdür, o, səni yaxşı tanıdığı, xasiyyətinə, xarakterinə kifayət qədər bələd olduğu insanların yanına aparır, onların təzadlarla dolu həyatını, qayğılarını, sevincli-kədərli yaşantılarını diqqətinə çatdırır. Mənzər Niyarlı təzadlı boyalarla işləməyi çox sevir və oxucunun gözləri qarşısında da hisslərin, duyğuların dramasını, çox zaman da faciəsini canlandırır, insanların bir-birilə münasibətlərindəki qarşıdurmaları da elə "ürək məkanında" açıb göstərir. Onun psixoloji nəsrə meyl göstərməyi də buradan irəli gəlir.
"Qürbətə aparan qatar" povesti məlum repressiya tufanının insan həyatında necə müdhiş faciələr törətdiyindən söz açır. Burada bir qadının-Əfruzun taleyi izlənilir. Yeri gəlmişkən qeyd edək ki, Mənzər Niyarlı qadın dünyasına, zərif insanların psixologiyasına yaxşı bələddir və biz bunu onun bütün hekayə və povestlərində hiss edirik. Təbii ki, bu xüsusiyyət həm də onun öz yaşantılarından gəlir, necə deyərlər, başqalarının hissiyyatını da öz içərisində yaşatmaqdan da çox şey açılıdır.
"Əfruz xala, o Qazaxıstanın şaxtalı, sərt qışında, isti, bürkülü yayında qızılgülün həsrətini çəkmisənmi? Axı, sənin uşaqlığın, gəncliyin qızılgülün məskəni Şəkidə keçib, gəlinlik duvağını üzünə burada salmısan".
Bu iki cümlədə artıq obrazın bütün taleyini işıqlandıran məqamlar əks olunub. Ancaq bizim diqqətimizi cəlb edən iki söz var: Qızılgül və Şaxta. Bax, Mənzər xanımın hekayə və povestlərində də qızılgüllərlə şaxtaların - zərif və incə çiçəklərlə (təbii ki, hisslərlə, duyğularla və bunları yaşadan insanlarla) şaxtanın-sərt soyuğun (zalım dövranın, o dövrana oxşayan qaniçənlərin) mübarizəsinin şahidi oluruq. Povest boyu Əfruzun xoşbəxtlikdən bədbəxtliyə-sevincdən sonsuz üzüntüyə doğru gedən yolu bizə belə bir fikri söyləməyə haqq verir: ən amansız repressiya belə insanın içindəki yaşamaq yanğısını söndürə bilməz. Povestdə Şükriyyə, Səyyarə, Ümmügülsüm kimi ziyalı qadınların da aqibəti, həmçinin o illərin tarixi həqiqətlərinin məlum görüntüləri bir daha bizə təsvir olunan hadisələrin reallığını xatırlatdı.
Öncə qeyd etdik ki, Mənzər Niyarlı qadın dünyasına və psixolojiyasına yaxşı bələddir. Amma eyni zamanda, o, cəmiyyətimizdəki qadınların mənəvi problemlərinə də həssaslıqla yanaşır. "Yola dikilən gözlər", "Yarımçıq məzuniyyət" və "Səhv atılan addımlar" povestlərində biz bunun əyani şahidi oluruq. Hər bir qadın, xüsusilə, Ana yükünü öz çiyinlərində daşıyan, ömrü-günü ailəsinə və övladlarına həsr olunan Qadın üçün başlıca problem onun sevilməsi, dərk olunmasıdır. Dünyanın ən həssas barometri belə Qadın ürəyini əvəz edə bilməz. Qadın ürəyi bizim sonacan yaxşı dərk edə bilmədiyimiz bir ayrı aləmdir. Biz bu aləmin müxtəlif mənzərələrini nəsrimizin bir sıra nümunələrində izləmişik. Mənzər Niyarlının "Yola dikilən gözlər" povestində doğma övladlarının biganəliyindən qovrulan bir ananın iztirabları canlandırılır. Doğmaların belə qəddarlığı, mənəvi müflisliyi fonunda ananın birinci ərindən olan oğulluğu onun harayına yetir. Belə hadisələr həyatda azmı olur? Ancaq bu məlum hadisənin bir fərdin taleyində izlənilməsi, onun iztirab və həyəcanlarının psixoloji aspektdə təqdimi yazıçıdan ustalıq tələb edir və Mənzər Niyarlı buna nail ola bilmişdir.
Qadın üçün ailə həyatının xoşbəxtliyi onun taleyinə yazılmış ən gözəl səhifədir, desək, yanılmarıq. Sevgidə, qurduğu xəyallarda xoşbəxt ola bilməyən qadın ailədə xoşbəxt ola bilər. Bunun da şahidi olmuşuq. "Yarımçıq məzuniyyət"də isə Şəmsiyyə nə sevgidə, nə də ailə həyatında xoşbəxtdir. Atasının, qardaşının təhrikilə o, Ağahüseynə ərə gedir. Təsəvvür edin, bayaq dediyimiz Qızılgül əzilir, soluxur, xırpalanır. Xəstəliyini unutdurmaq və mənəvi əzablarını yüngülləşdirmək üçün o, bir sanatoriyaya yollanır. Burada ona romantik xəyallarının yenidən pərvazlanması üçün fürsət yaranır. Dəniz mənzərəsi onun içindəki duyğuları üzə çıxarır: "Tək idi. Uzanmışdı. Axşam gördüyü yuxunu yadına sala-sala, onun qəribəliyinə mat qala-qala fikrə getmişdi. Nə yuxuydu axı o görürdü? Birinci dəfə deyildi. Hər gün bu cür, buna oxşar yuxular görəndə, hər gün həmin adama-xəyalında uydurduğu adama oxşatdığı o qalstuklu, şıq geyimli Muradla rastlaşanda, hər gün sahilə düşüb o nurani, çalsaçlı kişiylə - Sokrat müəllimlə işdən-gücdən, ailədən, yalqızlığın əzabından, həyati məsələlərdən söhbət edəndən sonra qəribə, özünə indiyə kimi məlum olmayan bir hissin içində dolaşırdı".
Şəmsiyyə romantika ilə reallığın amansız mübarizəsindən əzab çəkən bir qadındır və bu mübarizədə reallıq qarşısında təslim olmaq istəmir. Amma o, gücsüzdür. Xəyallar, yuxulardakı romantik mənzərələr onun könlünü, ruhunu isindirirsə, həyatda rast gəldiyi eybəcərliklər o xəyalları havaya uçurur. Xəyalında sevgi qəhrəmanı kimi yaşatmaq istədiyi Murad ona çirkin bir təklifdə bulunanda dərk edir ki, daha xəyallara yer yoxdu həyatında. Ona görə də yatağa düşür və ərinə xəbər göndərir ki, gəlib onu aparsın. "İndi dəniz ona başqa cür görünürdü. Elə bil, öz bakirəliyini itirmişdi dəniz. Hər şey Şəmsiyyəyə şübhəli, müəmmalı görünürdü". Amma sanatoriyada rastlaşdığı Sokrat müəllimdən eşitdiyi "pessimizmə qapılma" sözləri hər halda, bir təsəlli olur onun üçün. Bəlkə elə bu təsəlli ona köməyə gəlir, evdə qoyduğu uşaqları xatırlayır: "Sahil yenə də gözündə dəyişdi. Dəniz yenə də əvvəlki kimi ona şirin gəldi, doğma gəldi". Deməli, dəniz də, həyat da, uşaqlar da doğmadır və yaşamaq üçün, bədbəxtlik sindromundan xilas olmaq üçün qarşıda bir ömür var.
Mənzər Niyarlının hekayələrində də maraqlı situasiyalarla, təzadlı boyalarla rastlaşırıq. Qeyd edək ki, onun hekayələri həyat materialının seçimi baxımından müxtəlifliyi ilə diqqəti cəlb edir. Hekayələrin mövzusu gerçəkliyin bizə tanış olan mənzərələrini əks etdirir. Uydurma heç nə yoxdur. "Sərnişin bileti və başaj çeki" hekayəsi bizim bu çağlardakı mənəvi-maddi həyatımızdan bir xarakterik hadisə üzərində qurulub. Murad elm adamıdır, amma bu elm ona heç nə bəxş eləmir, çünki o, ailəsinin maddi tələbləri qarşısında susqundur. Deməli, istər-istəməz mənəviyyat - elmlə yaşamaq, alim kimi şöhrət qazanmaq arxa plana keçməlidir. Və belə də olur. Murad dostu Fazilin təhrikilə istedadsız adamlar üçün kitablar yazır, dissertasiyalar hazırlayır. Evə pul gəlir, yaşayış bir az yaxşılaşır. Amma bir hadisə onun bütün əsəblərini tarıma çəkir. Başqası üçün yazdığı kitabın təntənəli təqdimat mərasimində dərk edir ki, ömrünü, mənəviyyatını uduzub. Öz yazdıqlarını onun özünə təqdim edəndə başa düşür ki, təmiz keçmişi ilə bu günü arasında böyük bir uçurum yaranıb və onun "Eynək gözündən düşmüşdü... Qaranlıqda Nazlının ağlar gözlərini gördü, sonra qızları göründü və birdən Nazlının yerində on il idi dəfn etdiyi, ağsaçlı qoca anası dayandı. Ağ kəfənə bürünmüş anası zil qaranlıqda durub onu gözləyirdi". Bəli, bu ölüm labüd idi. Çünki mənəvi ölümdən sonra fiziki ölüm gəlir.
Mənzər Niyarlının "Elə bil çay da susmuşdu" hekayəsi daha təsirlidir. Bu hekayədə də obrazın keçmişi ilə bu günü qarşılaşdırılır. İnsanın vaxtilə elədiyi səhv onun özündən çox başqalarının həyatını korlayır. Məhərrəm Növrəstəni atıb getmiş, qadın iki oğlan uşağını min bir əziyyətlə böyütmüşdür. Uşaqlara bir yalan uydurub "atanız gələcək" demiş... Budur, ata gəlib, amma başqa bir qadınla və uşağıyla. Növrəstə ilə qarşılaşması, uşaqlarının ona oxşaması Məhərrəmin ürəyini sızıldadır. "Bozumtul yoldan başqa heç nə gözünə görünmürdü. gGözü maşının güzgüsündən görünən bir cüt uşaqdaydı-bozumtul yollarda qalan əkizlərdə". Sonrası nə olacaq? Bu suala cavab vermək müşgüldür...g
Mənzər Niyarlının "Seçilmiş əsərləri"nin son səhifələrində mərhum ədəbiyyatşünas, professor Nazif Ələkbərlinin "Müəllifin əsərləri haqqında" məqaləsi ilə də rastlaşdıq. Çox səmimi, əsl təhlil mədəniyyəti nümayiş olunan bu yazıda Mənzər Niyarlının hekayə və povestlərindəki bir əsas motiv xüsusilə nəzərə çarpdırılır: "Tənha qadın motivi - Mənzər xanımın əvvəlki kitablarından relyefli görünən bu tematikanı biz "Azərbaycan" jurnalında (2000-ci il) çap olunmuş "Toy gününün səhəri" hekayəsində aydın müşahidə edirik. "Tənha qadın" motivi yalnız prizmadır: bu prizmadan boşalmış, suyu sovulmuş kənd, yarımçıq talelər, ərə getməmiş qızların möhnəti, dolanışıq və çörək dalınca Rusiyaya yollanan gənclərin yoxluğundan doğmuş ağrılı problemlər silsiləsi aydın görünür". Tamamilə doğru mülahizələrdir və Mənzər xanımın povest və hekayələrinin əksər qəhrəmanları tənhalıq burulğanındadırlar. Ancaq biz də o fikirdəyik ki, tənhalıq yalnız prizmadır. Müəllifi daha çox məşğul edən, onu bu qadınların həyatına, bədbəxt talelərinə sövq edən başqa bir səbəbdir. Mənzər Niyarlı o qadınların qəlbindəki işığı, o işığın hərarətini, sönmədiyini bizə göstərir. Və bu işıq onların keçirdikləri ruhi-mənəvi əzabların fonunda güclüdür. Biz "Toy gününün səhəri"ndəki Aybikə püstənin, "Ölümlə üz-üzə" hekayəsindəki rəssam qadının, "Dua"dakı Pəri arvadın qəlbindəki o işığı görür və sevinirik.
Mənzər Niyarlının povestləri və hekayələrinin hamısından söz aça bilməsək də, onun qırx illik yaradıcılığının son illərinin bədii məhsullarına sevindik. Yazıçıya uğurlar arzulayırıq...


YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK