ANA SƏHİFƏ / YAZARLAR

Düşə-düşə gedir...

Yarımiqtisadi mövzuda ikinci yazı

18478    |   2008-05-03 01:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Havada hərarətin düşməsi mənə yaman pis təsir edir. Hər şey gözümdə əsl dəyərindən düşməyə başlayır. Yadıma ancaq pis və qorxulu hadisələr düşür.
   Dünən elə bu ovqatla evdən çıxıb liftə mindim ki, rahat aşağı düşüm. Yerimi liftdə rahatlamağa macal tapmadım. Kök qonşum özünü saldı liftə ki, bəs mən də aşağı düşürəm. Kefi də özü kimi elə kök idi. Sir-sifətinin bütün əzaları sevinirdi, ikicə göz istəyirdi tamaşasına gəlsin. Elə bil dünyanın bir nömrəli terrorçusu Bin Ladenin izinə düşmüşdü. "Dünən çox vurmuşam, təzyiqim aşağı düşüb. Ona görə mən özüm də tez aşağı düşürəm ki, aptekə çatım"-dedi və aşağıya düşmək üçün düyməni basmaqda məndən qabağa düşdü. Binamızın ən aşağı mərtəbəsinə düşən kimi daha bir qonşumla rastlaşdım. Qanı yaman qara idi, bıçaq vursaydın, xlor çıxardı. Dedi ki, dünən gecə vəzifədən düşürüblər. Özü də zorla. Əslində bizdə hamını vəzifədən zorla düşürürlər.
   Yadıma düşmüşkən tez özümü verdim qəzet köşkünə. Gördüm bağlıdır. Dedilər ki, qəzet satan özü çörək almaq üçün küçənin o biri tininə düşüb. Xeyli gözləyəndən sonra deyinə-deyinə gəldi. Dedi ki, çörəyin çəkisi lap aşağı düşüb, bərəkətinə qurban olduğum o qədər balacalaşıb ki, artıq görmək olmur. Nə isə onun yanında çox qalmayıb məhəlləmizin aşağısına düşdüm. Gördüm dörd yol polis işçisi bir sürücü babanın üstünə düşüb. Bu mənzərəni görməmək üçün özümü görməməzliyə vurdum, guya qəzetləri oxuyuram. Qəzetlərə göz atan kimi gördüm ki, müxalifət iqtidarın gözündən düşüb. O biri qəzetə baxmağa peşman oldum, nə oxusam yaxşıdı? Sən demə iqtidar da müxalifətin gözündən düşüb. Özü də İndoneziyada. Bizdə bəzi qəzetləri oxuyanda elə bilirsən ki, dünyanın lap sonudu, bir-iki günə Günəş göydən yerə düşəcək, aləmi alov bürüyəcək. Təzə qəzeti ələ götürən kimi adamın canına vəlvələ düşür. Bu dəfə də belə oldu. Oxuduqlarımdan belə başa düşdüm ki, gələn həftənin ortalarında Rusiya ilə Gürcüstan arasında qan düşəcək. Buna qədər isə Amerikada vəziyyət pisləşəcək. Çünki Buşun reytinqi elə düşüb ki, nə Konqres, nə Senat onu qaldıra bilmir. İraqda yenə qan neft yerinə axır. Yazıqların bəxti heç gətirmir, Səddam mağaraya düşüb asılandan sonra ölkənin başına daş düşüb. Hindistandakı vəziyyətdən yazmalı deyil, o yekəlikdə ölkənin qatarları düz yollarıyla da gedə bilmirlər. Bir-iki gün əvvəl Dehli tərəfdə yenə qatar qəzaya düşüb. Madaqaskarda avtobus dərənin dibinə düşüb. Qəzetlərimizdən biri Ermənistandakı vəziyyətdən iki səhifə yazı çap etmişdi. Oxuyub gördüm ki, erməni müxalifətçilərinin yarıdan çoxu həbsxanaya düşüb. Beynəlxalq təşkilatlar necə sərt reaksiya veribsə təzə prezident Serj Sarkisyan qarınağrıya düşüb. Siyasi ekspertlərdən biri də müsahibəsində deyib ki, son prezident seçkilərindən sonra bütün erməni xalqı dizə qədər zibilə düşüb. Sözün açığı, politoloq zibilin yerinə başqa söz yazıb, sadəcə, mən həmin ifadəni yazıma gətirmək istəmədim.
   Nə isə gördüm ki, qəzetləri oxuduqca üstümdən qan-qada iyi gəlir. Tez özümü iş yerinə çatdırdım. Kabinetimdə oturan kimi televizorun düyməsinə toxundum. Kanalların birində hansısa ulduz müğənni canlı oxuyanda zilə qalxdı, amma bəmə zorla düşdü. Elə bildim ki, bu dəqiqə tappıltıyla yerə düşəcək. Düyməyə yenidən toxunub televizora rahatlıq verdim.
   Bizim işimiz onsuz da Allaha qalıb. Hər gün çalıb-oxuyuruq. Oynamağa başımız o qədər qarışıb ki, torpaqlarımızın 20 faizi düşmən əlinə düşüb. Bu arada başımızın qarışdığını görən dollar öz məzənnəsini dəyişib, yəni kurs aşağı düşüb.
   Öz aramızdı, qiymətlər yaman yuxarı qalxıb...


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK