ANA SƏHİFƏ / YAZARLAR

TƏZƏLƏNƏN KÖHNƏ DƏRDİM

Bir kitab barədə düşüncələrim

42127    |   2014-12-09 09:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən yeni kitablar barəsində fikirlərimi oxucularla bölüşməyə hazırlaşanda öz içimə çəkilirəm. Nə yazacağımı, necə yazacağımı iç dünyamın süzgəcindən keçirib sonda qərar verirəm. Bu dəfə də belə etdim. Amma...
Açığını deyəcəm, kitabı mənə təqdim edən çox hörmətli söz adamlarından biri sözarası vurğuladı ki, oxuyun, xoşunuza gəlsə, fikirlərinizi mətbuata çıxararsınız. Bu günə qədər həmin o dəyərli söz adamından belə bir fikir eşitməmişdim. Yəni o heç vaxt nəyisə yazmağı, qeyd etməyi dilə gətirməyib. Bu məsələni mənim öz ixtiyarıma buraxıbdı. Ona görə də kitabı iş otağıma gətirdiyim andan onu vərəqləməyə, gözdən keçirməyə başladım. Bir də gördümi ki, artıq o yazıların içərisindəyəm. Çünki, bu köhnə dərd idi. Zaman yeni olsa da, illər dəyişsə də, həmin o köhnə dərd mənə o qədər hopub ki, onun bir işartısı, onun bir ilməsi gözümə dəyən kimi, yenidən məni öz qoynuna çəkib aparır. Bax, bu kitabdakı bütün sözlər, cümlələr, xüsusilə şəkillər həmin o dərdin həm ifadəsi idi, həm də təqdimatı. Mən də təzələnən köhnə dərdimin içində qovrula-qovrula, o anları yenidən yaşaya-yaşaya bu kitabı oxuyub başa çatdım. Sonra qatlayıb bir kənara qoydum və növbəti günün axırında da kitabı özümlə birlikdə evə apardım. Onu kitabı rəfinə qoymaq üçün evin xanımına verəndə üzümə baxdı və mən onun baxışlarından həmişə dediyi sözü yenə oxudum:
- Özünə yazığın gəlsin, şəhidlərlə, Xocalıyla, Qarabağla bağlı bu qədər dərdli kitabları oxuyub ürəyini üzmə.
Bəli, mən özüm də həmişə dərddən, kədərdən yazanda çalışmışam ki, oxucunu ağlatmayım, oxucunu düşündürüm... onu qələbəyə kökləyim, qələbəyə səsləyim. Bax, bu kitabda da mənim istədiklərim, yəni tərəfdarı olduğum məqam üstünlük təşkil edir. Burda da oxucu bilavasitə dərdi yaşayıb onun içində itib-batmır. Əksinə, həmin o hadisə ilə, dərdlə birlikdə özü də böyüyür, özü də vuruşur və sonda özü də qalib olur. Dediklərimi kitabda toplanmış bütün hekayələrdə çılpaqlığı ilə görmək olar. Xüsusilə bu kitabın şah damarı olan Qarabağ, müharibə, işğal, insan amili və nəhayət, həmin o insanın torpaq sevgisi digər yanakı məqamları da o qədər cilalayıb ki, oxucu artıq sanki bir-birinin davamı olan hekayələri oxumaqdan yorulmur. Əksinə hekayədən hekayəyə keçidikcə, qəhrəmanlar dəyişsə də, hadisənin məğzi yenilənsə də, amma məqsəd, yəni qələbə inamı bitmir, əksinə daha da alovlanır. Şəxsən mən bir oxucu kimi kitabdakı səhifələri çevirdikcə dəyişən qəhrəmanların həyat devizində qələbəni görürəm. Elə bilirəm ki, növbəti hekayənin qəhrəmanı Azərbaycan bayrağını Şuşaya sancacaq...
Bəli, bütün bu düşüncələrim müəyyən qədər pafoslu, emosional görünsə də, amma sırf gerçəklik və bu gerçəkliyi bütün söz adamları özləri üçün həyat kredosuna çevirirlər. Elə barəsində söhbət açdığım kitabın müəllifi Salatın Əhmədli də məhz həmin prinsiplərə digər əsərlərində də sadiq olub və bu kitabında da o sadiqliyi daha da qabardıb. Kitabdakı "Saçlarını niyə kəsdirmisən?.." adlı hekayə ilk baxışdan bir məişət probleminə, bir az da açıq ifadə etsəm, hansısa sevən və sevilən tərəfin öz aralarında müzakirə eldə biləcək məsələsinə sanki həsr olunub. Ancaq hekayəni oxuduqca bu gün həsrətini çəkdiyimiz Kəlbəcərin xoşbəxt günləri ilə yanaşı, didərgin həyatı da göz önündə canlanır. Orta məktəb şagirdi olan Yusifin bir pıçıltısı, sevdiyi qızın saçlarına vurğunluğunu ifadə edən "heç vaxt saçlarını kəsdirmə" deyərək ayrılıb getməsi və bu ayrılığın da ən uca mərtəbə olan şəhidliyə istiqamətlənməsi son dərəcə kövrək və həyatdan gələn bir gerçəklik təsiri yaşadır insanda. Təsəvvür edin ki, Yusifin göstərdiyi qəhrəmanlıqlar, sonda şəhid olması və yalnız şəhidliyin bir anında imkan tapıb başlarını dizi üstünə almış həkim vasitəsilə ismarıc göndərməsi duyğulu insanda nə qədər daxili bir gərginlik, daxili bir sızıltı yaşadır. Özü də müəllif bunu elə məharətlə işləyir ki, yalnız həmin o son anda, Yusif həmin o ismarıcı edəndə bilir ki, başını qucağına almış həkim onun tanıdığı Şəfiqənin həyat yoldaşıdı və onun "saçlarını heç vaxt kəsmə" sevgilisi də Şəfiqənin rəfiqəsidi. Yalnız müəyyən zaman keçəndən sonra Şəfiqə Yusifin son pıçıltısını ona çatdıra bilir, təbii ki, həyat yoldaşından eşidəndən sonra. Bu qəhrəmanlıq həm də Yusifin adını daşıyan bir uşağın dilində də ayrı bir xətlə oxucuya yenidən çatdırılır. Məhz sinifdə şəhidlərdən söhbət düşəndə Yusif adlı məktəbli onun anasını və digər insanları əsirlikdən xilas edən Yusifin qəhrəmanlığından danışır və vurğulayır ki, həmin qəhrəmana görə, anam mən dünyaya gələndə adımı Yusif qoyub.
Bir sevginin işartısı olan bir cümlə bir qəhrəmanın ayrı-ayrı tərəflərdən təqdimatını oxucu üçün sərgiləyir. Bu da həm obrazı tam bitkin halda ortaya qoymaq məharətidi, həm də oxucunu yormadan, əlavə hisslərlə, duyğularla yükləməndən birbaşa qəhrəmanla baş-başa qoymaq bacarığıdı.
Mən Salatın xanımın bu kitabdakı "Zirzəmidə qazılan məzar", "İnildəyən torpaq", "Gül öpüşü", "Təndir yarası", "Körpə səsi, ana nəfəsi", "Bir çanaq un" və digər bir-birindən maraqnlı süjetlərə malik hekayələrin hər birində qəhrəman obrazlarına xüsusi sevginin şahidi oldum. Bu kitabın üzərində müəllif adı olmasa da, oxucu onu oxuyarkən ilk öncə yazarın məhz azərbaycanlı olduğuna, torpaq itkisini, şəhid acısını yaşayan millətə məxsusluğuna şübhəsiz inanacağına əminəm. Çünki əvvəldə də xatırlatdığım kimi, bütün hekayələrin arxa planında, yəni müəllifin durduğu yerdə bir Azərbaycan sevgisi dayanıb. Bax, bu da kitaba marağı, əsərləri oxumağa həvəsi daha da artırır.
Mən bu kitabda "Başdaşı əhvalatı" adlı hekayə üzərində ayrıca dayanmaq istəyirəm. Çünki həmin hekayə bir bitkin əsər kimi müxtəlif zamanları öz daxilində qarşılaşdırır. Burada həm sovet dönəmi var, həm işğal var, həm də uzaq bir tarix. Həmin dönəmləri üzə çıxaran erməni obrazıdı. Yəni şuşalı Sabirin uşaqlıqdan tanıdığı, bir məhəllədə böyüdüyü Arsaq əsərin birinci hissəsində necə deyərlər, normal, bütün keyfiyyətləri yerində olan bir insan kimi təqdim olunub. Əslində Dağlıq Qarabağda yaşayan hər kəs, o cümlədən mən də ermənilərin sifətlərini zaman-zaman görmüşük və ağlımıza gəlməyib ki, bu sifətlərin arxa qatları da var. Müəllif də bunu məhz həmin prizmadan olduğu kimi təqdim edir. "Erməni canıyananlığı, "erməni qonaqpərvərliyi" hekayənin əvvəlində o dövrü yaşayanlar üçün tanış bir mənzərədi. İkinci məqamda erməni qonaqpərvərliyi, erməni yarınmağı da ortaya gəlir. Burada artıq Arsaq öz məktəb yoldaşına iş təklif edir, atasının başdaşını Yerevana aparmaq, əvəzində yaxşı pul qazanmaq şəraiti yaradır. Bax, bu hadisənin Yerevan məqamında erməninin iç üzünün qatı açılır. Sən demə, əslində bu başdaşı deyil, xüsusi hazırlanmış bir qəlibdi. Onun içərisi qızılla, qaş-daşla, zinət əşyaları ilə doludu və sərxoş erməni bu varidatın Azərbaycandan talan edildiyini dilə gətirir. Nəhayət, Şuşanın işğalı və dünənki yaltaq erməninin Sabirə tuşlanan silahı...
Bəli, mən bu əsərlərin hər biri haqqında ayrı-ayrılıqda daha ətraflı fikir söyləyə bilərdim. Ancaq ədəbiyyatşünas olmadığım üçün bu fikrimdən ayrılaraq mənə doğma olan dərdlərdən bəhs edən bu kitabı araya-ərsəyə gətirən müəllifə təşəkkürümü bildirirəm. Və düşünürəm ki, bu cür hekayələr yaddaşımız üçün, bizim intiqam, qələbə hissimizin alovlanması üçün çox vacibdi.

P.S. Bir fikri də vurğulamalıyam. O da kitabın adı ilə bağlıdı. Mən bir oxucu kimi, kitabın adıyla onun əhatə etdiyi dünyanın arasında uyğunsuzluq görürdüm. Çox istərdim ki, müəllif bu kitabı "Ata fəryadı" və yaxud da "Gül öpüşü" adı ilə oxucuya təqdim edəydi.


YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK