ANA SƏHİFƏ / YAZARLAR

Qalxa-qalxa gedir

Yarımiqtisadi mövzuda birinci yazı

20340    |   2008-04-26 00:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ökumətimiz bir neçə dəfə ucadan deyib ki, yaxınlarda Bakıya beş-altı vaqon "Mercedes-600" markalı taksi gətirəcək. Yəqin ki, "Mercedes"lər qatarla yol gəlir. Bilmirəm həmin bahalı taksilərə minib paytaxtımızı gəzmək mənə nəsib olacaq, ya yox. Amma qiymətlər artıq "Mercedes-600"ə minib sağa-sola şütüyür. Bizim qiymətlərə çatmağımız isə qaldı qiyamətə. Dükan-bazarın qapısını açmağa peşmansan, qiymətlər qalxa-qalxa gedir. Səhər aldığın malın qiyməti günorta qalxır, günorta nəsə alırsan, görürsən ki, qiymət zəhrimar yenə qalxıb. Axşam qalxan qiymətlərdən danışmağa belə dəyməz.
   Təkcə qiymətlər qalxsaydı nə vardı ki... Şəhərdə hər gün yeni binalar qalxır, özü də harada və necə gəldi. Kürdə suyun səviyyəsi qalxır. Hələ mən narkomanların sayını demirəm. Zalım uşaqları gecə-gündüz bilmirlər, qalxıb uçurlar. Neftin qiymətinin dünya bazarında necə sürətlə qalxdığını yəqin ki, eşitmisiz. Dünya bazarı da bizim bazarlara oxşayır. İt yiyəsinin legitimliyini şübhə altına alır. Nə isə, neft məsələsi bir az təhlükəli söhbətdi, çox yazsan adamı elə vəziyyətə salarlar ki, ömrü boyu benzin iyi verər, tüstüsü təpəsindən qalxar.
   Dünən liftlə yuxarı qalxırdım. Qaranlıq liftin içərisinə daxil olan kimi gördüm ki, tək qalxmıram, qonşum məndən əvvəl yerini möhkəmləndirib. Özü də elə bil liftlə yox, təyyarə ilə yuxarı mərtəbəyə qalxacaq. Boydan məndən də uca olduğu üçün qalxıb salam verdim. Elə bil yuxudan qalxdı, başladı, nə başladı. Özündən qabaq dərdi-qəmi yuxarı mərtəbəyə qalxdı:
   - Allah heç kimi həkimlərin əlinə salmasın. Xəstələnməyə peşman olursan. Yerindən qalxan yekə bir dərman siyahısı uzadır. Dərmanların qiyməti də göyə qalxır. İndi də elə həkim yanından gəlirəm. Təzyiqim yenə qalxıb, bu dəfə də yorğan-döşəyə düşsəm, çətin ayağa qalxam.
   Yuxarı mərtəbəyə qalxana kimi qonşuma ürək-dirək verdim. Nə isə, lift dayandı. Qapı açılan kimi gördüm ki, Dövlət Yol Polisinin əməkdaşı bizi gözləyir. Lift "Mercedes" deyil ki, onu DYP əməkdaşı əl qaldırıb saxlaya. Sadəcə istədiyimiz mərtəbəyə qalxdığımızdan lift dayanmışdı. DYP əməkdaşı da kənar adam deyildi, qonşuluqda yaşayır. Bizim liftlə yuxarı qalxır. Bəxtəvərin heç nə vecinə deyil. Əlindəki çubuğu qaldırır, filan qədər pul qazanır. Çubuq qalxan kimi gəliri də qalxır.
   Elə ki evə qalxdım, özümü verdim televizorun qabağına. Gördüm ki, hansısa qurumda bizim məsələ müzakirə edilir. Bircə onu bildim ki, Azərbaycanın beynəlxalq nüfuzu qalxıb. Yerimdən qalxıb ekrana bir qədər də yaxın oturdum. Nə görsəm yaxşıdı? Amerika təyyarələri havaya qalxıb İraqın tozunu göyə qaldırır. Bağdadda camaat yenə ayağa qalxıb. ABŞ-da Hillari Klintonun reytinqi qalxıb. Bin Laden yatdığı mağaradan qalxıb yenə müsahibə verib. Deyib ki, qalxıb Buşun üstünə getmək üçün yaman darıxmışam. Rusiyada bəzi jurnalistlərin kefi qalxıb, Putinə sataşıblar. Yazıblar ki, ölkənin indiki prezidenti vəzifəsini təhvil verən kimi məşhur idmançı Alina Kabayevanı özünə arvad edəcək. Putinin də hirsi qalxıb, belə şeylər yazan jurnalisti həbs etdirib.
   Bir qədər də yaxınlaşıb başqa kanallara baxdım. Gördüm ki, bizim ulduzları göstərirlər. Hansı müğənninin donu qalxırsa həmin gün onun reytinqi qalxır. Bəzi sənətçilərin səsi qalxmaq əvəzinə teli qalxır. Başqa kanalda beş-altı şair dağın başına qalxıb şeir oxuyurdu.
   Yerimdən qalxıb getdim yatmağa. Hər şeyin qiyməti qalxsa da sözün dəyəri aşağı düşüb...


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK