ANA SƏHİFƏ / YAZARLAR

Türkiyə yetim deyil ki, əlindəki qoğal əcaib görünə

Aqil ABBAS

60891    |   2014-12-09 13:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ankarada möhtəşəm bir Cümhurbaşkanlığı Sarayı tikilib. Yəni Türkiyənin adına layiq. 650 illik bir imperiyanın varislərinə layiq. Atatürkün qurduğu Türkiyə Respublikasının adına layiq. Çox möhtəşəm.

Amma müxalifət qılıncını sıyırıb bu Cümhurbaşkanlığı Sarayına və daha dəqiq desək, sayın Ərdoğana hücuma keçib. Düz bir aydır bütün qəzetlərdə, televizyonlarda, parlament iclaslarında belə bir saray tikdirdiyinə görə hətta sayın Ərdoğanı istefaya çağırırlar ki, sən niyə bu qədər pul xərcləmisən bu saraya.

Mən hər dəfə Çankaya köşkünün (keçmiş Cümhurbaşkanlığı) yanından keçəndə öz-özümə deyirdim ki, doğrudanmı Türkiyə öz adına layiq cümhurbaşkanlığı sarayı tikə bilmir və ya niyə tikmək istəmir?! Təəssüflənirdim.

Çünki dünyanın möhtəşəm dövlətlərinin və heç möhtəşəm olmayan dövlətlərinin də çox gözəl prezident sarayları var.


Məsələn, Rusiyanın Kremli və yaxud Fransanın Yelisey sarayı. Niyə Türkiyənin də belə Cümhurbaşkanlığı Sarayı olmasın?

Götürək adi səfirlikləri. Səfirilklər də həmin ölkənin gücündən, qüdrətindən xəbər verir. Əvvəllər Azərbaycanın xaricdəki səfirlikləri və baş konsulluqları çox adi binalardaydılar, amma Azərbaycanın qüdrəti artdıqca, ölkənin nüfuzu artdıqca, imici formalaşdıqca bizim səfirliklərimiz də, baş konsulluqlarımız da elə bir yüksək səviyyədəki gözəl binalarla təmin olundular ki, indi həm adam görəndə ürəyi açıılır, həm də həmin ölkənin vətəndaşları görürlər ki, Azərbaycanın gücü-qüdrəti haracandı.

Uzun illər Türkiyənin Azərbaycandakı Böyük Elçiliyi yazıçılarla bəstəkarlar ittifaqının içinə birtəhər sığınmışdı. Həmişə ABŞ-ın, Rusiyanın səfirlikləri ilə müqayisə edəndə pərt olurdum ki, niyə qardaşlarımız hansısa binaya sığınıblar? Amma indi maşallah, Bakının ən görkəmli yerində böyük bir elçilikləri inşa edildi, görəndə adamın ürəyi açılır. Mənim fikrimcə, hər bir ölkənin başqa bir ölkədəki böyük elçiliyi elə həmin ölkənin cümhurbaşkanlığıdı.

Qayıdaq yenə Türkiyədəki yeni tikilmiş Cümhurbaşkanlığı Sarayına. Doğrudan da dünyanın özündənrazı dövlətlərinin heç birində bu möhtəşəmlikdə Cümhurbaşkanlığı Sarayı yoxdur. Hətta Kreml də bunun yanında kasıb görünür. Buna yalnız sevinmək lazımdı, bunu alqışlamaq lazımdı. Elə bu sarayın bəxti də gətirdi. İlk müsafiri din xadimi oldu – Roma Papası. Deməli, Allah özü halallıq verib bu saraya.

Amma çox təəssüf ki, sayın Kılıcdaroğlu qılıncını sıyırıb ey, deyir hakimiyyətə gələndə bu binanı nə bilim hansısa təşkilatamı, universitetəmi bağışlayacaq. Belə gedərsə Kılıcdaroğlunun hakimiyyətə gəlməsi bizim Milli Şuranın hakimiyyətə gələcəyi kimi yuxudan başqa bir şey deyil.

Və sonda. Sayın Ərdoğan bu sarayı özü üçün tikdirməyib. Cümhurbaşkanları gəlirlər, gedirlər. Beş sənə, on sənə, sayın Ərdoğan da cümhurbaşkanlığından gedəcək, amma Cümhurbaşkanlığı Sarayı qalacaq. Tikilən qalır. Və bu saray da sayın Ərdoğandan Türkiyə dövlətinə və Türk millətinə bir ərməğandı.

«Allah xeyir versin» deyərlər. Biz də bu Cümhurbaşkanlığı Sarayının Türkiyə üçün düşərli olmasını arzulayırıq və inanırıq ki, belə də olacaq.

P.S. Kimlərsə deyə bilər ki, Ağ Ev elə də möhtəşəm deyil, çünki şəkildə, televiziyada görüblər. Mən Ağ Evdə olmuşam. Çox möhtəşəmdi, onu həyətində olanda, içində olanda hiss eləmək olur. Və Ağ Evdə yalnız prezident, ailəsi və ona qulluq edən personal oturur. Amma Ağ Evin yanında, təxminən 10-15 metr aralı möhtəşəm bir Prezident Administrasiyası var. Və bəlkə orda elə min otaq var. Onu da deyim ki, Ağ Evin siz şəkildə üç mərtəbəsini görübsünüz, amma yerin altında neçə qatı var, ondan heç kimin xəbəri yoxdu.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK