ANA SƏHİFƏ / YAZARLAR

Qələm adamının 55 hədiyyəsi

Yazıçı-jurnalist Şirməmməd Nəzərli bu dəfə fotoqraf kimi yaradıcılıq hesabatı verdi

36461    |   2014-12-06 02:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şair və yazıçılar, jurnalist həmkarlarımız adətən yubileylərində və ya yeni kitablarının təqdimat mərasimlərində oxucularını, dost-tanışlarını bir araya toplayır. Tanınmış jurnalist, istedadlı yazıçı-publisist Şirməmməd Nəzərli bir neçə gün öncə bizi öz foto-sərgisinə dəvət etdi.
Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Şirməmməd Nəzərlinin "Azərbaycan rəssamlarının foto-portretləri" adlı sərgisi keçirildi. Xalq rəssamları Arif Hüseynov və Fuad Salayev, Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev jurnalist həmkarımızın bu yeni layihəsinin uğurlu alındığını qeyd etdilər. Sərgiyə gələn tamaşaçılar isə 55 rəssamın- xalq rəssamları Ağaəli İbrahimovun, Fuad Salayevin, Arif Hüseynovun, Xanlar Əhmədovun, əməkdar rəssam Sakit Məmmədovun, Hüseyn Haqverdiyevin, Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyevin, xalçaçı rəssam Hacı Eldar Mikayılzadənin, Lənkəranda yaşayan fırça ustası Adil Əsədlinin və başqalarının fərqli obrazlardakı foto-portretləri ilə tanış oldular.


Layihənin müəllifi haqqında:

"Humay" mükafatı laureatı Şirməmməd Nəzərli uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində, Jurnalistlər Birliyinin İdarə Heyətində çalışıb. "İRS" Beynəlxalq jurnalının təsisçisi və baş redaktoru olub.
Bu günə kimi 10 kitabı işıq üzü görən Şirməmməd Nəzərli maraqlı pyeslər, kinossenarilər yazır. Dram əsərləri Bakı və Sumqayıt teatrlarında uğurla tamaşaya qoyulub. Həmkarımız 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Ən yaxşı pyes" müsabiqəsinin qalibi olub.


- Sərginin açılış mərasimindəki çıxışlardan göründüyü kimi, "Azərbaycan rəssamlarının foto-portretləri" layihəniz maraqla qarşılandı. Bəs bu ideyanın özü necə yarandı?
- Sən də yaxşı bilirsən ki, hazırda jurnalistlik fəaliyyətim mədəniyyət və incəsənətlə sıx bağlıdır. Ona görə də sənət mühitinin "boşluqları" nəzərimdən qaçmır. Bu mənada Rəssamlar İttifaqının üzvü olan insanların əksəriyyəti yalnız təşkilatın qurultaylarında bir araya gəlir. Amma qurultay sonuncu dəfə nə vaxt olub?! Digər vaxtlarda 10 rəssamı toplum halında görmək mümkün deyil, deməli, sənət haqqında müzakirələr də yoxdur. Bu mənada İdeyam Rəssamlar İttifaqının rəhbərliyində bəyənildi və dəstək qazandı. Beləcə 55 sənətkarın - rəssam, heykəltəraş və sənətşünasın foto portretini hazırladım. Layihədə iştiraka razılıq verən hər bir rəssam sərgi bitəndən sonra foto-portretini qoltuğuna vurub öz evlərinə apara bilər.
- Layihəyə cəlb etmək istədiyiniz rəssamlar özləri bu ideyanı necə qarşıladılar?
- Sözün açığı, hərəsi bir cür qarşıladı. Burada iştirak könüllülük əsasında keçirildi. İdeyanı qəbul etməyən rəssamlardan bəziləri sərginin açılışına gəlmişdi.
- Sərgini bəyəndilərmi?
- Belə bir maraqlı layihədə iştirakdan imtina etdiklərinə görə təəssüfləndiklərini bildirdilər.
- Rəssamlar fotokamera qarşısında özlərini necə hiss edirdilər?
- Bəziləri öyrəncəli görünürdü. Düzdür, aralarında özünü "xam" kimi aparanlar da var idi. Ümumiyyətlə rəssamların məxsusi xarakteri var, bu nüansı yaxşı bildiyimdən o qədər də çətinlik yaşamadım.
- Bəs hansı rəssamla çalışmaq daha asan oldu?
- Konkret ad çəkmək istəməzdim. Amma layihədə iştirak edən 55 rəssam arasında 4-5 nəfərlə çalışmaq daha asan oldu. Onlar ideyamı havada tutdular və "buyurun, elə indicə çəkin" dedilər. Deyim ki, onların portretləri daha səmimi alınıb.
- Layihəni neçə müddətə reallaşdırdınız?
- İlk foto aprel ayında, sonuncu isə noyabrın axırında çəkilib. Bu, rəssamların geyimində də hiss olunur.
- Sərginin açılış mərasimində çıxış edənlər foto-portretlərin albom halında da nəşr olunmasını da təklif etdilər...
- Sən yəqin ki, Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimovun təklifini nəzərdə tutursan. Açılışda iştirak edən, ünvanıma xoş sözlər söyləyən hər kəsə minnətdarlığımı bildirirəm. Hörmətli Nazim müəllimin təklifinə gəlincə, həqiqətən də layihənin davamı kimi albomun nəşri maraqlı olardı. Maliyyə məsələsini qarşılayan olsa...
- Jurnalistlərlə belə bir layihə reallaşdırmaq olarmı? Adı da artıq hazırdı- "Azərbaycan jurnalistlərinin foto-portretləri"...
- Mənə elə gəlir ki.... ola bilər. Amma onlara bu ideyanı kim, nə vaxt və necə izah etsin? Bax, bu hazırlıq işlərinə mən hələ hazır deyiləm. Kim irəli düşsə, mən arxasınca getməyə hazıram!
- Sizi yaxından tanıyanlar bilir ki, iki ildən bir yaradıcılıq hesabatı verirsiniz. Bu dəfə foto-sərginizlə tanış olduq. Növbəti yaradıcılıq hesabatında bizi nə ilə təəccübləndirəcəksiniz?
- Əvvəlcə qarşıdakı iki ili yaşamaq lazımdı, sonrası o qədər də çətin məsələ deyil.



YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK