warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | ÇÖRƏK VƏ FƏLSƏFƏ Adalet.az | ÇÖRƏK VƏ FƏLSƏFƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÇÖRƏK VƏ FƏLSƏFƏ

21480    |   2008-04-12 09:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elnur Astanbəylinin "Vəzifəsi-yazıçılıq!" adlı yazısı ("Ədalət" qəzeti, 3 aprel 2008-ci il) yaman taxılmışdı beynimə. Aylardan, illərdən bəri düşündüyüm, xəyalımda getdikcə böyüyən, amma nədənsə qələmə almağa özümü hazır bilmədiyim bir mövzuya toxunmuşdu. Bəzən rəngləri tündləşdirdiyinə, qatı inkarçılığına baxmayaraq, yazılarını məmnunluqla oxuduğum, fikirlərinin orijinallığı və səmimiliyi ilə ayrıca bir qütbdə dayanan bu maraqlı cavanla qəzet səhifəsində həm səsləşmək, həm də bir az dartışmaq istəyi başımda dolaşarkən " Quo vadis?" filmində bir filosof gördüm. Cır-cındır içində, hisli-paslı sifətindən nur yağa-yağa deyirdi ki, bəzən filosoflar da bir qarın çörəyə görə müxtəlif vasitələrə əl atmalı olurlar... Vəssəlam. Daha bəsimdi, istədiyimi tapmışdım. Filmə axıradək baxmadım. Gec idi, sabah erkən durub işə, çörəyimin dalınca getməliydim. Baxmayaraq ki, ən gözəl çağlarım, mövzularım, fikirlərim, cümlələrim o kağız-kuğuzun içində itib-batır, evə bədəni əzgin, qafası yorğun, ürəyi boş dönürəm, başqa çarəm yoxdu. Baxmayaraq ki, mənim yüz kiloya gücüm çatırsa, on kiloluq yükü əlimə verib deyirlər, buyur, daşı, yenə də çıxış yolu görmürəm. Reallıq budur ki, mən özümə çörək pulu qazanmalıyam, bunu kimsə mənə verməyə borclu deyil...
   Amma bir xeyli yuxulaya bilmədim. Gözümün önündən getməyən filosof "Biruni" filmindən bir epizodu da yadıma saldı... O, acından üzülmüş bir nəfərlə rastlaşır, ancaq ona verməyə heç nəyi yoxdu. Heybəsini yerə qoyub çörək axtarmağa gedir. Adam qalxıb Biruninin heybəsini axtarır, yeməyə bir şey tapmayanda acığını kitablardan çıxır, onları hirslə cırıb dağıdır. Yəni məni ac qoyan bunlar oldu. Deməli, bu acından ölən də bilim adamıymış...
   Hamı yemək, geymək, doymaq istəyir. Təbiətdə yeyiləcək, geyiləcək nə varsa, insan üçündü. Təbiətin yetirdikləri də, insanların öz əlləriylə yaratdıqları da. Təbii ki, mən nə yüksək imtiyazlardan, nə təmtəraqlı həyat sürməkdən, nə mükafatlardan, nə də Fəxri Xiyabandan deyil, ən adi insani ehtiyaclardan danışıram. Birincinin həsrətində olanlar insanlıq üçün, yaradıcılıq üçün ən önəmli olanı qurban verməsələr, bunu qazana bilməzlər.
   Niyə yazıçı, şair, filosof, incəsənət adamı mütləq əzab-əziyyət çəkməlidi?! Yaradıcılığının daha həyati, inandırıcı olması üçünmü?! Əksinə, ağıllı adamlardan biri deyib ki, yoxsulluq bizim bütün qabiliyyətimizin məhvi deməkdir. "Yoxsulluğun qüruru olmur, boş torbanı dik qoymaq olmaz". Bunu da A.Düma deyib. Tolstoy varlı, Qorki əzabkeş olub. Bu o deməkdirmi ki, ikincinin əsərləri daha təsirli, daha ümumbəşəridir? Bəlkə də sənət adamlarını müqayisə etmək düz deyil, amma bundan həmişə qaçmaq da olmur. O, Sovet dövlətiydi, cəfakeş proletar ədib obrazı yaratmışdı. Görüm, bundan sonra hansı cəmiyyət əzabkeş qələm sahibini tribunalara dartacaq! Tribuna ədibə heç gərək də deyil. İmtiyaz istəyini də elə cəmiyyət özü yaradır. Qələmsizləri öz tərəfinə çəkib məddahlar sürüsü yetişdirməkçin...
   Amma sənətkar çörək dərdi də çəkməməlidi. Vallah, çörək qazanmaq yaradıcı adamın vaxtını elə alır ki, yanıb yaxıla-yaxıla qalırsan. Onda ki, bu çörəyin halalını qazanasan. Günümüzdə bu lap zülmə çevrilib. Çünki yaşadığımız mühit buna alışqan deyil. Nə edirsən et, təki hər şeyin olsun. Heç kəs hesabını sormayacaq. Heç kəs deməyəcək ki, əzizim, axı sənin imkanın budu, bəs bu cəh-cəlal hardandı? Olmayanda deyirlər, niyə yoxdu? Bir köynəyi, ayaqqabını köhnəlincə geyinəndə sənə ayıb edirlər, üstəlik, zövqsüz də deyirlər. Guya əlli kostyumu, qalstuku, otuz cüt ayaqqabısı olmaq zövqlülükmüş...
   Yazmaq ruhi bir aləmdi, adamın əlini-ayağını yerdən üzən bir sevdadı. Qələm sahibinin dünyasına çörək pulu qazanmaq ifadəsi yaddı. O, nə alver edə bilər, nə də qara fəhləlik. Ən azından onu tanıyanlar bunu duymalıdı. Ruhu tox olanları "ac" adlandırmağa alışqandı bizim cəmiyyət...
   
   ***
   
   Əzizim Elnur, yazmaq çox çətindi, bilirsən. Belinski yaradıcılıq əzablarını qadının uşaq doğarkən çəkdiyi ağrılara bənzədirdi. Ancaq o, qələmi yerə də qoya bilməz, bunu da bilirsən. Adam bəzən yaza bilməyənlərə də qibtə edir. Elə bu yerdə istəyirəm sənin "bu yazıçının hansısa mahir mühəndisdən, həkimdən, dəlləkdən üstünlüyü nədədir" sualınla razılaşmadığımı bildirim. Yaxşı ki, "mahir" sözünü işlətmisən. Bilirsənmi, nə qədər adam adicə ərizəni yaza bilmir? İşim kadr məsələləriynən bağlı olduğundan öz tərcümeyi-halını yaza bilməyən yüzlərlə həkim, müəllim, mühəndis, idarə və təşkilat rəhbəri tanıyıram, desəm, mənə inanarsanmı? Amma nə edəsən ki, bu cəmiyyət həmişə dəvəni eşşəyin quyruğuna bağlayır. Yaxşı maaş alanlar yaxşı qazanır, yaxşı qazananlar da yaxşı maaş alır. Ən mahir həkim, dəllək belə duyğuları qarışanda bir kitab açır, o kitabda öz könül sorğularına cavab arayır. Çox zaman tapır da, özünə gəlir, ovqatı dəyişir, eyni durulur. Bəs, o kitabları kim yazır? Doğrudanmı, heç bir fərq yoxdur? Qələm sahibi doğrudan da üstündü. Ən azından ona görə ki, Çingiz Aytmatov demişkən, Tanrı ona insanların adından danışmaq hüququ verib. Məhz hüququ, imkanı yox! Bu səbəbdən onun şöhrətini heç kimsə qısqanmamalıdı. Bir də ki,.. Elə bilirsən, o mahir mühəndisin, həkimin, dəlləyin günü mahir yazıçının, rəssamın, bəstəkarın, xanəndənin günündən yaxşıdı? İstedadı olan hər kəs əzab çəkir bu həyatda. Və istedadı olanın imtiyaz umduğuna da məni kimsə inandıra bilməz. Yüzdə yüz haqlısan ki, belələri var, özü də lap çoxdular...
   Sənə, mənə görə əsl qələm sahibinin, məsum ruhlu birisinin yaşadığı qamış daxma da həşəmətli saraylardan üstündü, şirindi, doğmadı. Saray dedim, saraylara uymayan böyük Nizamini xatırladım. Hər şeyə qulp qoymağa öyrəncəliyik. Onu da şahların sifarişi ilə yazmaqda qınayırıq. Amma Nizaminin sənəti şahları onun ayağına gətirirdi. Hər dövrün, şəraitin diqtəsi var. Dahi şairin öz əsərlərinin itib-batmaması üçün belə etdiyini söyləyənlər də var. Çox ağlabatandı. Görəsən, hansı cütçü, maldar onun poemalarını öz daxmasında saxlayıb, yüz illər sonraya ötürə biləcəkdi?! Ədəbiyyat dərsli-yində öyrədilirdi ki, el şənliklərində qazandığı nəmərlə, xələtlə dolanan aşıq Ələsgər həm də araba bağlamaqla məşğul olurmuş. Bu bizə nə qədər xoş gəlsə də, razılaşmalıyıq ki, Ələsgərin dövrü başqaydı. Yazıçı ancaq məşhurlaşana qədər əzablı yollar keçə bilər. zünü təsdiqləyəndən sonra onun fəhlə, dəmirçi, pinəçi işləməsi nə qədər ağlabatandı?
   Bizi elə tərbiyə etdilər ki, (əlbəttə, tərbiyə almağa meylli olanlarımızı) öz halal əməyimizin bəhrəsini də istəməyə utanırıq. Bu gün yazıçı, ya jurnalist öz iş yerində nə qədər maaş, qonorar alır? Çoxumuz belə sorğuları cavablandırmağa da utanırıq. Kim nə deyir-desin, hər bir sənəti onun gətirdiyi gəlir şərəfləndirir. Bəlkə də "gəlir" sözü yerinə düşmədi, olsun normal bir həyat təminatı. stəgəl, cəmiyyətin ona verdiyi dəyər. Bu gün jurnalist olmaq istəyən övladını hansı valideyn dəstəkləyir? Yazı-pozuya meyl edənləri də həmçinin... İyirmi birinci əsrin yaradıcı adamı nə pis yaşamaqdan vərəmləməyə, nə sürgünlərdə çürüməyə, nə də harınlamış başsızların rişxəndinə layiqdi!
   Mənə qalsa, heç bir mükafatı, titulu yaradıcı şəxsə yaxın qoymaram. Bunlar hamısı istedadlı ilə istedadsızı tarazlaşdırmaq məqsədi güdür. Şopenhauerin sözüdü: "Təbiət insanlara ağıl və zəka verməklə onların arasında böyük fərq yaradır, cəmiyyət isə rütbə və dərəcə yolu ilə həmin fərqi yox etməyə çalışır".
   Bəs, nə etməli?! Əsl yazıçı səviyyəli oxucu olan yerdə özünü gərəkli hiss edər. Kitab oxumağı demirəm, lap elə kitab satışının təşkili də bir mədəniyyətdir. Məmləkətin və millətin səviyyəsini təyin edən elitar ölçüdür. Bu millət iş yerində belə günün çoxunu krossvord həll etmək, çayxanalarda boşboğazlıq eləmək, meyxana dinləmək, nərd, domino, bilyard oynamağa sərf etdiyi vaxtının yarısını kitab oxumağa sərf eləsə, bütün qələm əhlini mutlu etmiş olar...
   
   ***
   
   Qələm sahibi ruh etibarilə Aristotel deyəndi... "Səni başqalarından fərqləndirən nədi?" sualına filosof belə cavab vermişdi: "Başqaları yemək üçün yaşayır, mənsə yaşamaq üçün yeyirəm". Deməli, ən azından yazmaq üçün yemək lazımdı,..
   Sonda onu demək istəyirəm ki, əzizim Elnur, bu yazını mənə yazdırdığına görə sənə təşəkkür edirəm. Sənin kimi fərqli düşünən cavanlar bu millətə çox gərəkdi. Davam elə...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK