hacklink Adalet.az | YALANLA BAŞLANAN AY Adalet.az | YALANLA BAŞLANAN AY Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YALANLA BAŞLANAN AY

25087    |   2008-04-05 00:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qədim zamanlarda, tarixin bizim eradan da əvvəlki çağlarında insanlar yalanın nə demək olduğunu bilmirdilər. Danışa bilmədiklərinə görə özlərindən min illər sonra yetişəcək diplomat xələfləri kimi bir şey fikirləşib qarşısındakına başqa bir şey demək imkanından məhrumdular. Əl ilə, sifət cizgiləri ilə anlaşan əcdadlarımız bir-birlərini necə aldadaydılar ki?! O meşəlikdə, qayalıqda yaşayıb qarınlarını doydurmaqdan başqa qayəsi olmayan biçarələr (əslində bəxtəvərlər) axır ki, bir gün danışmağı öyrəndilər. Günəşə də ad qoydular, oda, suya, ağaca, torpağa, küləyə, yağışa da. Xoş sözlər də öyrəndilər, acı sözlər də. Sözlər artdı, çoxaldı... Bir gün hər şeyi öz adıynan çağırmaqdan bezdilər. Dedilər, bəlkə əksinə edək, məsələn, ağa qara deyək, acıya şirin, yaxşıya pis?! Elə də elədilər. Gördülər çox əyləncəlidi. Dedilər, bəlkə ilin bir gününü elə səhərdən axşamacan yalan danışaq? Bunu da elədilər. Gördülər bu yalan deyilən şey çox şirindi, lap adamın ağzında bal dadır, danışdıqca da adamın qulaqları elə öyrəşir ki, daha düz söz eşitmək istəmirsən. Yavaş-yavaş yalanları çoxaltdılar, 1 gün artıb oldu 365 gün. Həqiqəti danışanları daha heç kim bəyənmirdi, belələrini avam, fərsiz sayırdılar. İndi sözün düzünü ancaq zarafatla deməyə başlamışdılar. Zarafatla deyilən düz sözdən alınanları da qınayırdılar ki, sən zarafatdan heç nə anlamırsan. Yalanlar artdıqca sərt, acı həqiqətlər unudulur, hər şey gözəlləşirdi. Yaşamaq elə asan olmuşdu ki,.. İşləmək də asanlaşmışdı, dolanmaq da, evlənmək də, vəzifəyə keçmək də, karyera qurmaq da... Heç kəs həqiqəti görmək istəmir, düz söz eşidəndə üz çevirib öz yoluynan gedirdi.
   Yalan qloballaşdı, dünyanı ayağı altına aldı. Yalanlara bürünmüş dünya çox ecazkar görünməyə başladı...
   Lap nağıla bənzəyir, elə deyilmi? Hə, bu bir nağıldı, danışıram. zü də bu nağılı mən uydurmuşam. Daha bütün yalanları deyib qurtarmışıq, indi də başlamışıq özümüzdən nağıllar quraşdırmağa. Çarəmiz nədir ki?..
   
   ***
   
   Aldatmağı hamı bacarmır. zümüzü aldatmaqdan xoşlansaq da, aldadılmaq heç ürəkaçan deyil. Elə bu səbəbdən aprelin 1-də həmişə narahat oluram. Kiminsə şit zarafatına düçar olmaq qorxusuynan bütün günümü gərgin keçirirəm. Yaxşı ki, indi bir az ara soyuyub. Əvvəllər lap ağ eləmişdilər. Bəzən elə şit, bayağı yalanlar söyləyib adamı aldadırdılar ki, gerçəkdən pərişan olurdun. Bu ilki aprelin 1-də nədənsə, heç kəsin dodağı da qaçmadı, heç adını da tutmadılar. Ən azından mənim tanıdıqlarımın halında təfavüt görmədim. Görünür, adamlar ya yalana alışıblar, ya da onunla dil tapıblar...
   Hələ kəndimizə elektrik işığı çəkilməmişdən qabaq batareya ilə işləyən radioqəbuledicimiz vardı. Böyüklər "daşnan işləyən radio" deyirdilər. 1961-ci il aprelin 12-də həmin radionun "dil"indən "Yuri Qaqarin", "kosmos" sözləri düşmürdü. Mənim yadımda qalansa bu cümlələrdi; "İyirmi yeddi yaşı var, iki qız atasıdı"... Qəzetdəki şəkilləri hələ də gözlərimin önündən getmir. Elə bil bütün aləm o gəncin sehrli təbəssümüynən işıqlanırdı. Televizorumuz olanda Qaqarinin kosmosdan qayıdandan sonra Moskvaya ilk gəlişi, təyyarədən düşüb xalçanın üstüynən məğrur yeriməsi, Xruşşovun onu dönə-dönə öpüb ağlaması kimi həyəcanlı kadrlara dəfələrlə baxmışdım. İlk kosmonavt təyyarə sinağı zamanı həlak olanda çox sarsılmışdım. Hönkürtüynən ağlamağıma təəccüblə baxırdılar. Başa düşmürdülər ki, bu adam bizim gənclik xəyallarımızın, yerə-göyə sığmayan arzularımızın artıq fəzalara çatmış səsiydi.
   Kosmos o qədər dəbdəydi ki, oğlanlı-qızlı hamımız kosmosa uçmağı arzulayırdıq. Amma böyüklərimiz rəncidə olurdular. Hava dolaşan kimi deyirdilər: "Yəqin göyə adam buraxıblar. Yuxarıları qatmaqarışıq elədilər"...
   Sovetlər Birliyinin dağılması çox şeyin üstündən pərdəni götürdü. Elə Qaqarin haqqında da çox şeylər danışıldı, yazıldı: Guya ilk dəfə kosmosa o yox, başqası uçubmuş. Əslində, o, təyyarə qəzasında həlak olmayıbmış, ömrünün sonunacan dəlixanada yatırmış və s. və i.a. Gerçək olan hansıdı, yalan olan hansı, bilmirəm. Ancaq onun işıqlı təbəssümü xəyalımda canlananda indi də gözlərim yol çəkir...
   
   ***
   
   Aprelin 22-də dünyaya bir insan gəldi. Həmin şəxs tarixi zorlayıb yalanlar üzərində bir dövlət qurdu. O dövlətin kağız üzərində qızıl kimi qanunları olsa da, nəsillərə qan uddurdu. Saxta ideya, əqidə, məslək adıynan atanı oğula, qardaşı bacıya, əri arvadına düşmən elədi. lkəni idarə edən manyak düşüncəli diktatorlar Sovetlər ölkəsində yaşayan qeyri-rus, qeyri-xristian millətlərə elə divan tutdular ki, bu gün də özlərini tanımırlar...
   ***
   
   Tarixin elə gözəl, şirin yalanları var ki,.. 28 Aprel kimi... Hər il təntənəli qeyd edirdik. Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ildönümlərindəki çal-çağırlar hələ qulaqlarımızdan getməyib. Həmin ildönümlərin birində şəhərimizin 28 Aprel küçəsində yaşayan nümunəvi bir ailədən yazmağı tapşırmışdılar mənə. Və o yalançı bayramın yalançı yubiley nömrəsində mən də yalan yazmışdım. Çünki təriflədiyim o ailə, əslində, bir sürü lovğa və özünübəyənmişdən başqa bir şey deyildi... Çox şeylər kimi, bunu da sonralar anladım...
   Mən Azərbaycanın Rusiyaya birləşdirilməsinin (o zaman belə deyirdilər) 150 illiyinin bayram təntənələrini də xatırlayıram. Yaddaşımın ən yaralı yeridi. Televizorda göstərilən bir süjetdə planetimizin ən qocaman sakini, 164 yaşlı Şirəli Müslümov da çalıb-oynayanlara qoşulmuşdu. Aparıcı da kadr arxasından deyirdi ki, Azərbaycan Rusiyaya birləşəndə bu qocanın 14 yaşı vardı... Bəli, o hadisədən sonra 150 il yaşasa da, nə tarixdən, nə də tarixin min bir oyunlarından bir şey anlamayan 164 yaşlı qoca zamanın ağ yalanına qol götürüb oynayırdı...
   
   ***
   
   Bir ayın içinə tarixin nə qədər yalanları sığarmış... Hələ bu harasıdı?! Bundan sonrakı ayın ilk günü daha nəhəng bir yalanla başlanır. Zəhmətkeşlərin həmrəylik günü!.. Əslində, zəhmətkeşlər təkcə 1 Mayda deyil, ilin bütün günlərində həmrəydilər. Nədə həmrəy olduqlarını da onların zəhmətinin bəhrəsini yeyənlər daha yaxşı bilir...
   
   P.S. Bəlkə hansısa ayın birini də Həqiqət Günü elan edək?! O da artıb bütün 365 günü tutsun! Nə deyirsiniz?..


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK