bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | ADAMLI, ADAMSIZ MÖVZULAR Adalet.az | ADAMLI, ADAMSIZ MÖVZULAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADAMLI, ADAMSIZ MÖVZULAR

21163    |   2008-02-09 00:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu məmləkətdə heç kəsin mövzu qıtlığından şikayətlənməyə haqqı yoxdu. "Heç kəs" deyəndə, əlbət ki, qələm əhlini nəzərdə tuturam, başqalarının nəyinə gərəkdi mövzu bolluğu və ya qıtlığı. Başqaları elə bu mövzuları yaradanlar deyilmi?!...
   
   Başını hansı tərəfə döndərsən, mövzu görərsən. Heç zəhmət çəkib sağa-sola baxmasan da, lap evdə oturub çölə-bayıra çıxmasan da mövzu özü gəlib səni tapacaq.Amma bir müşkül var ki, hər şeydən və hamıdan yazmaq olmur. Gərək götür-qoy edəsən, seçəsən... Nədən yazsan, bir ucu gedib kiməsə, kimlərəsə toxunacaq. Heç ağlına gəlməyənlərin, soğan yeməyənlərin də içi göynəyəcək.Mövzu problemdən doğur, çatışmazlıqdan, narahatçılıqdan doğur. İnciyənlər də o saydıqlarıma rəvac verənlərdi, ya da yardımçı olanlardı. Səhvlərini düzəltmək, iş görmək əvəzinə dönüb olurlar o xətaların qoruyanı, adamı, arxasında duranı... Sən demə, mövzuların da arxalısı, arxasızı olurmuş...
   
   
   
   ***
   
   
   
   İş ki, bu yerə çıxdı, mən də adamsız mövzulardan yapışacağam.Hamının öz dərisini qoruduğu bir zamanda mən niyə "pis kişi" oluram?! Məsələn, qışın sərt keçməsindən yazacağam.Bilirəm ki, nə qədər canına döşəsəm, heç kəs onu müdafiə etməyəcək. Fəsillərin də adamı, ən azından, yerdə adamı yox ki, ...Amma adam olmasa da, bəzi adamlara oxşayır bu qış. Uzun illərdi ki, mülayim-mülayim gəlib keçir, özünü unutdurur, adamları arxayınlaşdırırdı. Sən demə, yığıb-yığıb cəbbəxanasını doldurubmuş, gözləyirmiş ki, 2007-ci ilin sonu, 2008-ci ilin əvvəli gələn kimi bütün arsenalını işə salsın. Adamın bu gözəl fəsilə etibarsız, kəmfürsət deməyə də dili gəlmir. Bax, elə söhbətin bu yerində onu bəzi dövlətlərə oxşatsam, mərəkə qopacaq. Deyəcəklər ki, yuxarıda yazdıqların nədi, bu bənzətmə nədi?! Adamsız mövzu deyə-deyə o boyda dövlətlərə sataşırsan. Qışdı da, onun da topu-tüfəngi yağışdı, qardı, şaxtadı. İstəyər yığıb saxlayar, istəyər səxavət əlini açar. Bizim borcumuz onu özünə və özümüzə layiq qarşılayıb yola salmaqdı.. Elə mən də onu demək istəyirdim, amma qorxumdan çörə-çöpə sarıyırdım. Qorxmasaydım, qazın azalmasından, işıqların " şıltaqlığından", boruların donub partlamasından danışacaqdım. Qar yağanda qayğısız balacalardan, bir də əkinçilərdən başqa hamının canını qara qayğı alır. Bir də qar örtüyü altda şəhərimiz elə təmiz, yaraşıqlı görünür ki, ... Gün çıxıb torpağın donu açılan kimi, palçıq dizə çıxır.Hirs-hikkəsindən boğulan xadimələr az qalır döşəməsilən taxtanı qapıdan girənlərin təpəsinə çırpsın...
   
   
   
   ***
   
   
   
   Dədə-babadan deyiblər ki, qışda yaxşı yeyib-içməyin, bir də isti, rahat yerin-yurdun olmalıdı.Hərgah, bazar yoluynan gedib-gələnlərin "ordu-ordundan keçən" zənbilləri bunu demir, amma neyləməliyik?! Qurunun qurtarıb, yaşın da olmadığı bu günlərdə dərindən bir köks ötürüb "təki salamatçılıq olsun" deməkdən başqa çarəmiz yoxdu...
   
   Mən göylərdən yapışmışdım, məcbur olub yerə endim. Yerdə də hər sözün, hər eyhamın yiyəsi, havadarı var. "Havadar" dedim, yadıma düşdü.Dedilər, ölkəmizin ərazisinə soyuq hava cərəyanı keçib, temperatur da bu səbəbdən belə kəskin düşüb. Deməli, bu qış da özbaşına deyilmiş. Bir qışımız qalmışdı, sən demə, onun da xaricdə "sponsoru" varmış...
   
   Adamsız mövzulardan bir şey çıxmadı. Keçirəm adamlılara. Nə olar-olar...
   
   
   
   ***
   
   
   
   O biri həftədəki "Hesabat"da (ANS) Mirşahin SSRİ xalq artisti Lütfiyar İmanovun vəfatı, son mənzilə yola salınması barədə adamın canından tikan çıxaran sözlər dedi. Süjet neçə dəqiqə çəkdi, bilmirəm, amma bu kəsərli sözlərdən sonra saatlarla oturub fikirləşmək olardı.Doğrudan da insan kimə gərəkdi, nəyə gərəkdi? mumiyyətlə, gərəkdimi? O gurultulu alqışların, titrəyən salonların sonu beləcə səssiz- səmirsiz, minlərdən, milyonlardan biri kimi bu dünyadan köçmək imişmi?!Gərəkli olmaq deyilən bir şey varmı? Vaxtında sən gərək olursan-səndən istifadə edirlər, biliyin, istedadın, gəncliyin, sağlamlığın istismar olunur.Bir gün sənin də köməyə, qayğıya, qiymətə, ehtirama ehtiyacın olanda o "pərvanələr"dən heç kəsi yanında görmürsən. "Xalqım məni sevir", " xalqım məni qəbul edir"... Sayılmalı yerlərə sayılmayanların, haqq etdiyi qiyməti almayanların çarəsizlikdən doğan yalançı təsəllisindən başqa bir şey deyil bu sözlər... Xalq ancaq yuxarıların barmaq tuşladıqlarını sevir, özbaşına, özxoşuna heç kəsi yaşada bilmir. Onda ki, bizim xalqımız ola...Başı öz yaşayışına qarışıb xalqın...
   
   Yetmiş yaşında Koroğlunu oxudu. Alqışlayanlar da oldu, dodaq büzənlər də... Deyəsən, axı, bu məmləkətin adamlarına qocalmaq yasaqdı...Bəlkə bu yaşında nə səhnəyə, nə qastrola, nə də auditoriyaya yaramırdı. Amma dünyadan qəlbi xoş, rahat köçə bilərdi. O, əslən şamaxılıydı, ancaq sabirabadlı sayılırdı. Dəxli yoxdu. O, bu xalqa salonlar dolu alqışlar, şan-şöhrət gətirmişdi... Belə soyuq vida törəni bundan sonra səhnəyə gələn koroğluların boğazını qurutmayacaqmı?!...
   
   Tarix müəllimimiz Sovet hakimiyyətinin sayəsində xalqımızın necə inkişaf etməsindən, elmin, mədəniyyətin, təsərrüfatın bütün sahələrində uğur qazanmasından danışanda demişdi: "Dünən televizora baxırdınız? Gördünüz, aşpaz Müslümün oğlu Kremlin Qurultaylar sarayının səhnəsində oxuyurdu..."
   
   ...Birinci kursda oxuyurduq, Bakıya cəlmiş İranın təhsil nazirinin şərəfinə oynanılan "Koroğlu" operasına bizi də aparmışdılar. Koroğlunu Lütfiyar İmanov oynayırdı. Sən demə, bütün tamaşa boyu kiminsə fikri məndəymiş:
   
   -Alqışlayanda əllərin az qala tavana dəyirdi. Xeyir ola?
   
   -Axı, o, mənim yerlimdi...
   
   - Nə olsun ki,..
   
   Doğrudan dag O, hardan biləydi ki,g Elə biz də bilmirik ki, Sabirabadda bir də elə tenor neçə ildən sonra yetişəcək. mumiyyətlə, yetişəcəkmi?!..
   
   İndi də iş yoldaşım deyir:
   
   - Sən Lütfiyardan yaz ey... Fəxrimizdi...
   
   -Sənin o fəxr elədiyin adamın dəfninə burdan kimsə getmişdi?
   
   - Bilmirəm...
   
   - Bəs, nə bilirsən ki, mən Ondan yazmayacağam?!...
   
   
   
   ***
   
   
   
   Alman dəqiqliyi, alman səliqəsi, alman qənaətcilliyi...Hər yandan bizə nümunə göstərilirg Sən demə, almanların yaddaşı da unikalmış...1966-cı ildə dünya çempionatının İngiltərə-Almaniya final oyununda Tofiq Bəhramovun verdiyi qərarı yaddan çıxarmayıblar.Günümüzəcən də bu qərarla barışmayıblar, hətta əleyhimizə film də çəkiblər.Atamız-anamız ölməsin bizim. Gör nələri unutmuşuq, nələri unutdurublar bizə. Qışın oğlan çağıdı. Qadınlı-kişili hamımızın başında papaq, kepka var. Deyirəm, bəlkə qarşımıza qoyub fikirləşək?! İdman tariximizi deyə bilmərəm, bütöv tariximizdə nələri unutduğumuzu yada salaq...
   
   Görəsən, almanlar 60-70 il bundan qabaq bəşəriyyətin başına açdıqları oyunları necə, unutmayıblar ki?!...
   
   
   
   ***
   
   
   
   Boşboğazların şar kimi üfürüb dünyanın başı üstündən asdıqları əcaib bir mövzu da var. Elə bir mövzu ki, bu gün yerindən qalxan ondan yapışır. Sərsəm xülyalarını beyinlərə yeritmək istəyən də, özünü reklam edən, məşhurlaşmaq istəyən, səs yığmaq istəyən də bu mövzunu rupora çevirir. Bu gün az qala Avropada, Amerikada təzə evlənənlər zifaf gecəsində, ər-arvad yataq otağında "erməni soyqırımı"ndan danışır. Ancaq sən demə, ər-arvadların arasında da fərqli düşünənlər varmış. Yeddi il bundan qabaq Bill Klinton "erməni soyqırımı"nın Nümayəndələr Palatasında qəbul edilməsini əngəlləmişdi. Bu gün onun xanımı, Amerika prezidentliyinə namizəd Hillari Klinton "erməni soyqırımı"nı dəstəkləyən namizədlərdən olduğunu söyləyir. Nə isə... Xanım Klintonun da xəcalətindən çıxdıq...
   
   Bizim də dünyaya bir mövzu verməyimizin vaxtı çatmayıbmı? Elə bir mövzu ki, yerdə qalan bütün bəhanələr, qondarmalar gücdən düşsün. Günlərin birində dünyanın qəsdən qapadılmış, kar edilmiş qulaqlarına var gücümüzlə öz sözlərimizi deməsək, hələ çox sayıqlamaların mənbəyi, sarsaqların aləti olacağıq...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK