Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Xalqın içindəki xofu kimsə dağıtmalıydı Adalet.az | Xalqın içindəki xofu kimsə dağıtmalıydı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Xalqın içindəki xofu kimsə dağıtmalıydı

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)

14980    |   2008-01-28 11:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dünyada hər nə varsa, yaxşı görmək üçün ona yaxından baxmaq lazımdır. Yalnız bir şeydən başqa - bu, tarixdir, tarixi hadisələr, şəxsiyyətlərdir. Onlara yalnız uzaqdan baxanda daha aydın görünür, duyulur, anlaşılırlar. İyirminci əsrdə 70 il əzəmətli imperiyanın tərkibində yaşadıq. Zaman keçdikcə içində çalxalandığımız o böyük nehrənin özünü də, "yağı yağ, ayranı ayran" olan özümüzü də daha doğru tanımağa başlayırıq. Yeddi rəqəmi bizə həmişə əzizdir. Biz hər zaman İlahidən yeddi oğul istəmişik. Yetmiş ildə yeddi rəhbərimiz oldu. Şəxsiyyət kimi sayılanı, sayılmayanı da var idi. Amma bir yerdə sayanda sayı düz gəldi, yeddi oldu: Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko və Qorbaçov. Hər biri dövlət maşınını ölkənin əyri yollarında düz sürmək üçün sükanı bir az sağa, bir az sola burdu. Gələndə noğul kimi şirin-şəkər bildiyimiz oğullar bizə nə nağıllar vəd etdilər, bəs, gerçəklər nə oldu... Gələndə Rüstəmi-Zal, gedəndə lal-kar olan yeddi oğulun aqibətindən indi də yeddi oğul istərəm ki, dərs alsın. O dövlət də getdi, o oğullar oxuduğumuz dərsliklərdə qalmadı. Şahlıq quşuna həmişəlik bir yerdə oturmağı kimsə öyrədə bilmədi. Çox dolaşıb seçdiyi ən qiymətli başda da, yol azıb yorulduğundan təsadüfən qonduğu dəyərsiz başda da əbədi qalacağını kimsəyə vəd etmədi. Gəzən çoxdu, amma gəzəyən adı təkcə Şahlıq quşuna yaraşdı. Səmada pərvazlanıb ölkələr gəzdi. Qonduğu başların başına gələnləri hamıya danışdı. Danışdı ki, bilib agah olaq. Danışdı ki, agah olduqlarımızdan doğru nəticə çıxaraq. Danışdı ki, dünyada əbədi var olan, göylərdə-yerlərdə dövranını sürüb tarix saatının göstəricisiylə bir anlıq o bəxtəvər başa mehman olan Şahlıq quşunun yanında kimsə özünü növbəti dəfə qiymətsiz etməsin. Tarix saatının əqrəbləriysə öz bildiyi kimi işləyir... Həm saatın əqrəbləri, həm də ətrafımızda dolaşıb bizi yerimizdən oynadan, ağlımızı qaçıran ölümcül zəhərli əqrəblər bir an belə dayanmır. Hərdən tarixi vərəqləyib ondan ibrət dərsi almaqda fayda var.
   
   
   
   ***
   
   
   
   (əvvəli ötən
   
   şənbə sayımızda)
   
   
   
   Bir müəmmalı məqama diqqət yetirək: ölkənin üç ən yüksək rəhbər vəzifəsini daşıyan iki şəxs - Xruşşov və Mikoyan paytaxtdan xeyli aralıda yerləşən Pitsundaya eyni vaxtda yollanmışdı. Problemlər içində çağlayan uc-suz-bucaqsız məmləkəti payızın oğlan çağında kimin ümidinə qoyub birlikdə dincəlməyə getmək olardı? Belə yüksək vəzifə sahibləri üçün ən gözəl istirahət hər şəraiti olan kabinetləri, yaxud bağ malikanələri deyilmi? Birincilər, adətən məzuniyyətlərini həmkarları ilə keçirməyi xoşlamırlar. Onların birgə Pitsunda səfəri, həm də aralarındakı özəl münasibətin göstəricisiydi. Sarayiçi artan narazılıqlar barədə Nikita Sergeyeviçlə bölüşmək Mikoyan üçün əlavə problem yaratmazdı. Amma o, bunu etmədi. Hadisələri bir qədər qabaqlayaraq xatırladaq ki, az sonra Xruşşovun SSRİ Nazirlər Soveti sədri vəzifəsindən çıxarılması barədə Ali Sovetin Fərmanını onunla bərabər, Qara dəniz sahillərində ağ günlər yaşayan Anastas Mikoyan əlləri əsmədən, bar-maqları titrəmədən, rahatca imzalayacaqdı... Mənim qənaətimcə, Mikoyanın Kremldə çalınacaq növbəti vida zəngindən xəbəri vardı və Nikita Sergeyeviçi nəyin bahasına olursa-olsun, dilə tutub Moskvaya gətirmək, məhz ona tapşırılmışdı. Şübhəsiz ki, bu tapşırıq rica formasında edilmişdi. Bəlkə istirahətə birlikdə getmələri, çılğın təbiətli cırtqoz Nikitanı mərkəzdən uzaqda da, hər ehtimala qarşı nəzarətdə saxlamaq məqsədi güdürdü. Erməni kələyi bu dəfə də baş tutdu. Xruşşov məzuniyyətini yarımçıq qoyub, oğlu Sergey və cəmi 5 nəfər şəxsi mühafizəçisi ilə paytaxta qayıtdı.
   
   "Vnukova-2" hava limanında onları vur-tut iki nəfər rəsmi şəxs qarşıladı - Ali Sovetin Rəyasət Heyətinin katibi Mixail Qeorqadze və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Semıçastnı. Bu həmin Semiçastnı idi ki, 1959-1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın ikinci katibi vəzifəsində işləmişdı. Adətən, birinci şəxsin qarşılanma mərasimi çoxsaylı yüksək səviyyəli məmurların iştirakı ilə keçərdi. Nə Xruşşovun, nə də Mikoyanın diqqətindən bu məqam yayına bilməzdi. Amma Kremldə qurulan siyasi tamaşa artıq hazırlanmışdı. Salondakılar səbrsizlklə əsərin baş qəhrəmanını, daha doğrusu, baş qurbanını gözləyirdilər.
   
   Bəli, bir vaxtlar Kreml cəngəlliklərinin baş ovçusu on il ötəndən sonra özü şikara çevrildi. Sinəsi dörd Qızıl ulduzlu qəhrəman ən yaxınları tərəfindən məharətlə qurulan tələyə düşdü. Həmin gün Moskvaya qayıtmasaydı, oğlunun çevriliş ehtimalı barədə xəbərdarlığına ciddi yanaşıb tədbirli davransaydı, ən üst eşalonda növbəti "təmizlənmə əməliyyatı" aparıb, bəlkə də ömrünün sonuna kımi ölkədə şahlıq edəcəkdi. Amma şeytan onu yoldan çıxararaq Mikoyana qoşduğundan hadisələr qabaqcadan razılaşdırılmış çevriliş planına uyğun cərəyan edirdi.
   
   
   
   * * *
   
    Sovet xalqını çoxillik Stalin, Beriya xofundan azad etməsi, şəxsiyyətə pərəstiş dövrünün ifşası, milyonlarla günahsıza bəraət verdirməsi, Avropaya baxan pəncərənin demokratiya nəfəsciyini azacıq da olsa açması, hakimiyyətinin ilk illərində Nikita Xruşşova yüksək siyası dividend qazandırmışdı. Bu, onun ən böyük qələbəsi idi. Hərbi sənayenin güclənməsinə diqqət, kosmosun fəthində mühüm nailiyyətlər, el içində indi də "xruşovka" adlanan binaları tikməklə ölkə əhalisinin əksəriyyətinin mənzillə təmin edilməsi cəmiyyətdə rəğbətlə qarşılanırdı.
   
   Xruşşovun ən böyük xətaları isə dövlət idarəetməçiliyində özünü doğrultmayan struktur dəyişiklikləri, kənd təsərrüfatındakı uğursuz islahatlar, əsaslı düşünmədən qəbul etdiyi qərarlar, cəfəng vergi sistemi oldu. Nəticədə ölkədə ciddi ərzaq qıtlığı problemi yarandı, qiymət artımı baş verdı. Çörək üçün uzun növbələr, ət məhsullarının, yağın, unun talonla verilməsi insanları xəyalən yenidən əzablı müharibə dövrünə qaytarmışdı. Rəhbərin təbiətindəki qeyri-stabillik, getdikcə artan "mənəm-mənəmlik", özünəvurğunluq, idarəetməçilikdə buraxdığı bağışlanmaz nöqsanlar, təkcə Kremldəki silahdaşları arasında deyil, yavaş-yavaş bütün ölkədə narazılıq dalğasını gücləndirirdi. Son vaxtlar onun hərəkətlərində, rəftarında qəribə dəyişikliklər müşahidə olunurdu. O, heç kəsi axıradək dinləmır, kimsəylə məsləhətləşmirdi. Tabeliyində olanların əksəri qaydada əmrə müntəzir davranış tərzindən daha çox xoşlanırdı. Belə təsəvvür yaranırdı ki, indi də bu başıbəlalı ölkə pərəstişə layiq səxsiyyəti olmayan rəhbərə pərəstiş dövrünə qədəm basacaqdı. Köhnə qvardiyadan yalnız Anastas Mikoyan onun qılığına girə bilmişdi və yüksək etimadını qazanmışdı. Ara-sıra Nikita Sergeyeviç vaxtı qabaqlayaraq bəzi bəyanatlar da verərdi. Gözlənilmədən açıqlanan planlar, proqramlar onu əhatə edənlərin maraqları ilə çox vaxt üst-üstə düşməzdi. mumiyyətlə, Xruşşov ali rəhbərlikdə əsaslı kadr dəyişikliyi aparmaq niyyətində idi. Bu barədə məlumatlar sızdıqca Kreml elitası üçün o, arzuolunmaz personaya çevrilirdi. Heç şübhəsiz ki, saray dəhlizlərində aparılan gizli danışıqlar haqda Xruşşova məlumat verənlər də vardı. Sovet xalqını səksəninci illərdə kommunizmdə yaşayacağına əmin edən Nikita Sergeyeviçin yaxın əhatəsindən olan bir çox silahdaşı ilə vidalaşmaq niyyəti ciddiləşirdi. Amma baş rəhbərin fikirlərini tam paylaşmayan, hərəkətlərini orda-burda pıçhapıçla müzakirə edən adamları Xruşşov əliboş təqaüdə göndərmək istəmirdi. "Demoktatik" ruhlu Lider onunla həmfikir olmayanlara qarşı belə haqsızlığa, insafsızlığa yol verə bilməzdi. Odur ki, son illərin siyasi və iqtisadi uğursuzluqlarını böyük səxavətlə onların ayağına yazıb, yerdə qalanları da xurcunlarına yükləyib, təmtəraqlı yolasalma mərasimi keçirməyi düşünürdü. Prezidium iclaslarının birində üzünü toplantı iştirakçılarına tutaraq, yarı zarafat, yarı gerçək bildirmişdi ki, sizin bütün gizli planlarınızdan məlumatım var, özünüzü yığışdırın. Elə oradaca Mikoyana tapşırmışdı ki, bu adamların nəylə məşğul oldularını ətraflı araşdırsın. Doğru deyimdir ki, "xain xoflu olar". Rəhbərin gözlənilməz xəbərdarlığından təşvişə düşən sağdış-soldışları özlərinə əl qatıb and-aman elədilər ki, nəinki xəyanət, ikitirəlik, fikir ayrılığı da bu müqəddəs qala divarları arxasında, indiki demokratik şəraitdə mümkün deyil. Hamı bir nəfər kimi onun ətrafında sıx birləşib. Bu monolit, sarsılmaz birliyi top-tüfəng də dağıtmaz. Çox şeylərdən agah Anastas ona verilən geniş səlahiyyətdən istifadə edərək fövqəladə tapşırığa ürəklə yanaşsaydı, hadisələrin sonrakı axarı başqa məcrada davam edəcəkdi. Çox güman ki, artıq o da Xruşşovun lider kimi siyasi perspektivini görmürdü və elə bu səbəbdən öz gələcəyini ona bağlamaq fikrindən getdikcə uzaqlaşırdı. Bu uzaqlaşmalar 1964-cü ilin məlum oktyabr hadisələrini daha da yaxınlaşdırdı...
   
   
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK