ANA SƏHİFƏ / YAZARLAR

Koroğlunun təxirəsalınmaz işi çıxıb

Və ya qazaxların dublyaj etdiyi "Baharın on yeddi anı" filmində Borman Hitlerə necə salam verirdi?

24012    |   2008-01-27 11:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir-iki gün öncə telekanalların birində hərbi, daha doğrusu, hərbi-vətənpərvərlik mövzusunda veriliş göstərirdilər. Yaman kövrəldim. Bilmirəm nə təhər işdirsə bizimkilərin belə proqramlarına baxanda adam əlinə silah götürüb döyüşmək əvəzinə, dəsmal alıb ağlamaq istəyir. Rəhmətlik şairlərimiz Alı Mustafayevlə Nüsrət Kəsəmənli demişkən, dəli bir ağlamaq keçir könlümdən.
   
   Əsgərlərimiz üçün hazırlanan veriliş bitəndən sonra filoloq-alim, nəğməkar şair Vüqar Əhmədin yaradıcılığından danışırdılar, onun qələmindən çıxan poetik ifadələrdən sitat gətirirdilər:
   
   
   
   Xala, xala,
   
   Təndiri qala.
   
   
   
   Daha da kövrəldim. Səngərdəki döyüşçülərimiz, nəğməkar şairin poetik ifadələri gözlərimin önündən getmədi. Xəyallarım məni ötən illərə qaytardı. Hərbi xidmətdə olduğum günlər yadıma düşdü. Qazaxıstan çölləri, Taldı-Kurqan vilayəti, Uçaral şəhəri. Çöldə şaxta kef edir, kazarmanın içində istidən nəfəs kəsilir. Qazaxıstan televiziyasında Ştirlis almanların "gəmisində oturub gəmiçilə dava edir. "Baharın on yeddi anı" filminin neçəncisə seriyasını göstərirlər. zü də tərtəmiz qazax dilində.
   
   Borman kabinetə daxil olan kimi Hitlerə salam verir:
   
   - Salam əleyküm, Hitler ağa!
   
   - Salam əleyküm, Borman ağa!
   
   - Sovetlər gəlirmi?
   
   - Cok!
   
   
   
   tən günlərdən bu günə qayıtdım. Milli Teleradio Şurasının qərarı yadıma düşdü. Yəqin ki, sizin də xəbəriniz var. Şuranın qərarına görə telekanallarımızda əcnəbi dillərdə kino göstərmək yasaqdır. Filmlərin bütün qəhrəmanları gərək bizim dildə danışsın. Sözün doğrusu mənim Milli Teleradio Şurasının bəzi işlərindən gözüm su içmir. Qurumun rəhbərliyində oturanlar bəzi siyasətçilər, şou-biznes adamları kimi dünən dediklərini bu gün danırlar. Amma bu dublyaj məsələsi yaman yerinə düşdü. Kino olacaq e, kino...
   
   Hər gün televiziya kanallarımızda göstərilən filmlərə baxıb doyunca güləcəyik. Yox, Milli Teleradio Şurası ağlamalı kino göstərməyi qadağan etməyib. Sadəcə, ağlamalı film göstərəndə də gülməyimiz gələcək. Çünki biz heç öz filmlərimizi döğma dilimizdə dilləndirməyi düz-əməlli bacarmırıq.
   
   Bu fikrimlə o qədər barışmayan olacaq. Dava edəsi deyiləm ki? Bizdə demokratiyadı. Onların fikirlərinə hörmətim və bircə təklifim var. Təklifim çox sadədir. İmkan olanda bizim "Koroğlu" filminə baxsınlar. Sovetlərin at oynatdığı zamanlarda əksər filmlərimiz kimi "Koroğlu"nu da rus dilində çəkiblər, sonra da öz filmimizi bizim dilimizə dublyaj ediblər. Yazıq Koroğlu nə günlərə düşüb...
   
   Filmin növbəti kadrlarından biri. Dəli Həsən Koroğlunun yolunu kəsir. Dəli Həsənin dəliliyi tutur. Koroğluya deyir ki, düş atın belindən. Bu atı bundan sonra özüm sürəcəyəm. Koroğlunun cavabı təkcə Dəli Həsəni yox, az qala bütün tamaşaçıları dəli edir:
   
   - Burax gedim, mənim təxirəsalınmaz işlərim var.
   
   
   
   Koroğlunun təxirəsalınmaz işi çıxanda heç Milli Teleradio Şurası yox idi. Amma indi Milli Teleradio Şurası da var, onun qərarları da. Vaxtınız olanda telekanallarımıza göz atın, hər gün gülməli kinolar göstərəcəklər...


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK