hacklink Adalet.az | DÜZ YOL GEDƏN "PİYADALARDIR" Adalet.az | DÜZ YOL GEDƏN "PİYADALARDIR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜZ YOL GEDƏN "PİYADALARDIR"

"Mən hər zaman çalışmışam ki, ömür kitabımın redaktəsini Şeytana etibar etməyim"

29097    |   2007-12-16 21:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dəfəki qonağımız əslində heç bir təqdimata ehtiyacı olmayan, özünə tamaşaçı və oxucu auditoriyası qazanmış jurnalist Etibar Babayevdir. ə
   
   
   
   -Salam Etibar müəllim, necəsiniz?
   
   -Sağ olun.
   
   - Sizcə zaman mütləq sahibdir, yoxsa söz?
   
   -Söz də zamanından asılı olaraq haldan-hala düşür. Məncə, vaxtında deyilən söz hamımıza sahibdir.
   
   -Bəs, onda niyə hamımız zamanı gözləyirik?
   
   - Ona görə ki, vaxtında deyilməyən sözün çox vaxt mənası düz anlaşılmır, kəsəri olmur. Nə biz əbədiyik, nə zəmanə. Əbədi olan öz axarıyla gedən zamandır. Bizim bəzən özümüzü də, yaxından tanıdığımız adamları da, ayrı-ayrı məvhumları, anlayışları da zaman yox, zəmanə dəyişir.
   
   -Mən bu sualı elə-belə vermədim. Sizi kənardan müşahidə edən bir həmkarınız kimi, bir Azərbaycan vətəndaşı kimi, mənə elə gəlir ki, siz bu zamanla paralel yol getmək istəməyən ziyalısınız. Bunu mən nə qədər dəqiq bilirəm?
   
   -Zamana, zəmanəyə sığmamaq dahilərə aid xüsusiyyətdir. Mən bu siyahıya düşməyi heç yuxumda da özümə arzulamamışam. Çünki bu istək mənim üçün həddindən artıq böyük olardı. Mən sıradan bir insanam. Coxları kimi, öz ömür payımı zəmanənin qayğılarına dözməklə, adətən təməl qaydalarına uymaqla, müəyyən kompromislərə getməklə yaşayıram. Amma, bu işdə bir balans da olmalıdır. Hər şeyin özünə görə ölçü həddi var. Gündəlik məişət qayğilarından üstdə duran əxlaq, mənəviyyat anlayışı, vətəndaş məsuliyyəti var. İnanıram ki, genetik olaraq, onlar hər kəsin içindədir. Amma, kimlərinsə içində bərk mürgü vurur. Allahin bəxş etdiyi həyat adlı nemətdə hərənin daxilində özünə görə yaşam manıfesti də mövcuddur. Bax, o əmanəti gərək zəmanəyə təslim etməyəsən .Əsrlər boyu zamanı adlaya-adlaya gələn, ilkin mənasını heç vaxt dəyişməyən anlayışlara içindəki şeytanın düzəlişlər etməsinə imkan verməyəsən. Çətin də olsa, insan kimi yaşamağın yolu budur. Zəmanə insanı qocalda bilər, alçalda bilməz. İnsanı ucaldan da, alçaldan da içindəki qüvvədir. Mən hər zaman çalışmışam ki, ömür kitabımın redaktəsini Şeytana etibar etməyim.
   
   -İçindəki Şeytana tabe olmamaq üçün ən vacib şərt nədir?
   
   - Məncə, əqidədir, tərbiyədir, əxlaqdır,mənəvi dəyərlərdir.
   
   -Mənə elə gəlir ki, bizdə mənəvi dəyərlərdə erroziya baş alıb gedir.
   
   - Hər bir xalqın ən böyük sərvəti mənəvi dəyərləridir. Bugun heç kəs demir ki, Nizami, Fizuli dövründə nə qadər pambıq yığılıb, yaxud taxıl əkilib. Xalqın tarixi keçmışındən danışanda onun maddi deyil,mənəvi sərvət daşıyıcıları yada düşür. Adları çəkilən mənəvi çıraqların işığında biz əsrləri adlayıb bu günümüzdən ötməklə gələcəyə gedirik. İndi bizim iqtisadiyyatımız güclənir. İnanırıq ki, yaxın gələcəkdə məmləkətimiz daha da qüdrətlənəcək. Əvvəl pul yox idi, indi pul coxluğundan ehtiyatlanırıq. Bəziləri deyir respublikaya pul axını başlayanda inflyasiya artacaq. Mən bu sahədə mütəxəssis olmasam da, belə düşünürəm ki, Holland sindromunun qarşısı alına bilər. Bunun üçün kifayət qədər ağıllı, qabiliyyətlı iqtisadçılarımız, güclü dövlətimiz var. Bilə-bilə ki, belə bir bəla gəlir, "palaza bürün, elnən sürün" deyib gözləməzlər ki. Təhlükənin qarşısını təcili almaq lazımdır.Bu məsələdə də, nə qədər qəribə görünsə də, söz sahblərindən, mütəxəssislərdən iqtisadi biliklərdən də cox, mənəvi kamillik, sağlam vətəndaşlıq mövqeyi, milli maraqları qorumaq qeyrəti tələb olunur. Ona görə də hər şeydən əvvəl sizin dediyiniz milli-mənəvi dəyərlərimizi erroziyadan qorumağı bacalmalıyıq.
   
   -Etibar müəllim, siz peşəkar jurnalistsiniz, televiziyaçısınız. Axı, məndən soruşmadan televizor aləmi qatır bir-birinə.
   
   - Təəssüf ki, dediklərinizdə müəyyən həqiqət var. SSRİ dövründə yazılı və elektron KİV dövlətin əlində idi. Ciddi senzura vardı. Tamaşaçıların iki seçənəyi vardı: Moskvadan yaylınlanan Mərkəzi televiziyaya, bir də AzTV. Onlar da vahid Sovet ideologiyanın daşıyıcısı kimi, kütlələrə böyük təsir gücünə malik idi və etiraf edək ki, bu vasitədən məharətlə istifadə olunurdu. Televiziyaların yeganə maliyyələşmə qaynağı da dövlət büdcəsi idi.Texniki-təhcizat məsələləri mərkəzləşdirilmış şəkildə həll olardı. Müstəqil KİV müstəqillik dövrünün məhsuludur. İndi senzura da yoxdur. Teleradio şirkətləri coxalıb. Onlara dövlət nəzarəti yeni yaradılan Milli Teleradio Şurasına tapşırılıb. Şura tərəfindən ara-sıra monitorinq keçırilir, iradları, nöqsanları aradan qaldırmaq üçün müvafiq tədbirlər görürlür. Bir yandan deyirik mətbuata, televiziyaya, radioya dövlət nəzarəti olmasın. Digər tərəfdən də deyirik ki, şərəf və ləyaqətimiz müstəqil qəzet səhifələrində, efirdə təhqir olunur. Müstəqiləm deyib, hərə nə istəsə çap etdirsə, kimi istəsə təhqir atəşinə tutsa, demokratiyanın deyil, hərcmərcliyin təntənəsinə gəlib çıxarıq. Bir yandan məişət tullantılarını çöplüyə atırıqsa, digər tərəfdən ideoloji və mənəvi zibili evə gətirməli deyilik. Bu zəhərlənmənin sonrakı aqibəti ağır nəticələr verə bilər. Kanallar coxluğunda bizi düşündürən, yetişdirən, maarifləndirən, əyləndirən kanalları özümüz seçməliyik. Bir neçə kanalı ailə dostumuz elan etməliyik. Şübhəsiz ki, bizi ən cox maraqlandıran bizə ən yaxın olmalı Azərbaycan televiziyalarıdır. Mənə elə gəlir ki, geniş rəqabət meydanında duruş gətirmək üçün yaxın vaxtlarda yerli televiziyaları ciddi imtahanlar gözləyir.
   
   -Etibar müəllim, biz sovet dönəmində sizin dediyiniz kimi, bir ideya ilə yaşayırdıq. Amma mənə elə gəlir ki, bugün bizim ideyamız da yoxdur, biz nə ilə yaşayırıq?
   
   - İdeyamız yoxdur demək, məncə düz olmaz. İdeyamız da var, milli ideologiyamız da. Biz bir keçıd dövrü yaşadıq. Təəssüf ki, onu hələ də tam başa vurmamışıq. Bİr ictimai-siyasi formasiyadan başqasına adladıq. Şübhəsiz ki, bu proses ağrılı-itkili olacaqdı. Bu qarışıq, dolaşıq yollarla addımlayarkən sırada ən geridə qalan mənəvi dəyərlər oldu. n cərgədə iri addımlarla maddi maraqlar irəlilədi. Məncə, ən böyük zərbə bərkə-boşa düşmüş yaşlılara deyil, həyat təcrübəsi olmayan yeniyetmələrə, gənclərə dəydi. Görün nə qədər yetkinlik yaşına çatan, fəqət hələ də yetişməyən gənclərimiz var. Arada yaranan ideoloji boşluqların ziyanı indi özünü göstərməkdədir. Bizim uşaqlıq dövründə "Bir qalanın sirri" kimi filmlər çəkilərdi. Gəncliyimizdə "Onu bağışlamaq olarmı?" kimi tərbiyəvi fkinolara baxardıq. Nə baş vermişdi adını çəkdiyim filmdə? Quldurlar mənzil qarət edərkən bir qadına beşbarmaqla xəsarət yetirmişdilər. Nəticədə onun gözləri tutulmuşdu. Filmin sonunda zərərçəkənin gözu açılır. Fİlm boyu hadisələri həyəcanla izləməyin özü bir tərbiyəvi proses idi. İndi nümayiş etdirilən filmlərdə, seriallarda məna yükünü çıraqla axtarmaq lazım gəlir. Efir vaxtının əksər hissəsini xarici məhsullar tutan yerli televiziyalara milli demək olmur. Kanalların peyk vasitəsiylə yayınlanmağı başqa ölkələrdə də bizə baxmaq üçün texniki imkan yaradır. Hər kəs onu maraqlandıran proqramlara baxar, obyektiv və əhəmiyyətli xəbərlərlə tanış olmaq istər. Dünya bizə baxır deyib, kimlərisə aldatmaqla ideoloji işimizi uzaqlara apara bilmərik. Mənə elə gəlir ki, yeniləşən Azərbaycnın yaxın vaxtlarda kürəsəl bir televiziyaya ehtiyacı olacaq. Bu televiziya millətin, dövlətin, turklər demiş, tanıtım kanalı olmalıdır. Belə kanallar bir cox ölkələrdə fəaliyyət göstərir.
   
   -Etibar müəllim, siz elə bir ailədə böyümüsünüz ki, bu ailənin Azərbaycan mühitinə həmişə təsiri olub, ziyalı ocağı olub. Siz bu ocaqdan bəhrələnmisiniz və sizin yazılarınızda azərbaycanın cox ünlü insanları ilə bağlı xatirələr, tarixi baxımdan qiymətli məqamlar var. Bütün bunlar sənətə gendən, nəsildən gələn bağlılıqdı, yoxsa sizin öz içinizdə də sevgi olub bu insanlara?
   
   - Hər iki səbəb var. "Ot kökü üstə bitər" deyiblər. Amma, bir toxum ki, torpaqdan çıxdı, öz müstəqil ömrünü yaşar. Ətraf mühitin təsirindən hər cür şəkil ala bilər. Gül də aça bilər, ətir də saça bilər, vaxtından tez saralıb sola da bilər. Mənim də boya-başa çatdığım bir mühit olub.Ədəbiyyat,incəsənət adamlarının, elm xadimlərinin, siyasətçılərin əhatəsində olmuşam. Bu mənim bir insan kimi formalaşmama hər zaman təsir göstərib.Mən hər zaman onlara minnətdaram və əgər bu gün ictimai aləmdə müəyyən dəyər sahibi, fikir adamı kimi tanınıramsa, Allahın verdiyi istedadla yanaşı, mənə yol göstərən o mayaklara borcluyam.
   
   -Mənim bildiyimə görə, sizin doğum gününüz yaxınlaşır. Əvvəlcədən təbrik edirəm. Bu yaşadığınız illər böyük zaman kəsiyində sizin üçün nədi?
   
   - Yaşadığım illər mənim həyatımdı,ömrümdü.Mən 1950-ci ildə Bakıda anadan olmuşam. O vaxt Azərbaycan SSRİ-nin tərkibində on beş respublikadan biriydi. İndi müstəqil Azərbaycanın vətəndaşıyıq. Bu böyük dəyişikliklərin içində olmaq mənim kiçik ömür payıma da düşüb. XX əsr inqlabla gəldiyi kimi. Inqlabı dəyişikliklərlə də bitdi. Yeni əsrin yeni qayğıları, yeni uğurları olacaq. Allah nəsib edərsə onları da görərik. Amma, o mühitdə də Azərbaycanı ucaldan, şöhrətləndirən insanlar az olmayıb. Məhz o dövrdə Müstəqil Azərbaycanın memarı Heydər Əliyev ümummilli lider kimi yetişib. Üzeyirbəy Hacıbəyov kimi sənət korifeyləri yaşayıb yaradıb. Biz onların müasirləri olmağımızla fəxr edirik. Ona görə, keşmışı heç vaxt dibindən baltalamaq olmaz.
   
   - Etibar müəllim, siz elə vəzifərlərdə işləmisiniz ki, cavanlıqdan həmişə göz qabağında olmusunuz. İstər-istəməz insan vəzifədə işləyəndə yaxşılıq etməyi də var, pislik etməyi də. Yəni, bundan qaçmaq mümkün deyil. Siz indi bu illəri gözünüz qabağına gətirəndə, çözələyəndə nəyə peşımansınız, nəyə demisiniz ki, nə yaxşı bu işləri görmüşəm. Xatırladığınız elə şeylər varmı?
   
   - Vəzifə məhəng daşı kimi bir şeydir. Vəzifədi,maddi imkandı yaxşını bir az da yaxşılaşdırır, pisin pisliyini bir az da üzə şıxarır. Mən həmişə belə hesab etmışəm ki, mənə nəsib olan xidməti vəzifə insanlıq vəzifəmi ləyaqətlə yerinə yetirmək üçün bir imkandır.
   
   Götürək, elə komsomolda işlədiyim dövrü. Yaradıcı gənclərlə əlaqələrimiz cox sıx idi. Bu gün sənər aləmində nüfuzlu adamların əksəriyyəti həmin dövrdə bizimlə fəal əməkdaşlıq edən yaradıcı gənclər idi. Mütəmadi olaraq, müsabiqələr, yarışlar, baxışlar, kütləvi tədbirlər keçırərdik. İndi yadıma Zakataladakı yaradıcılıq seminarı, Lənkərandakı musiqi müsabiqəsi düşdü. Zakatalada kimlər yox idi? Anar, Elçin, Xuraman və Fidan Qasımova bacıları, Emin Sabitoğlu... Hamının adını sadalasam, siyahı cox böyük olar. Lənkəranda tədbirin münsiflər heyətinin tərkibinə Fikrət Əmirovu, Vasif Adıgözəlovu, Ramiz Quliyevi daxil etmışdık. O zaman Fikrət müəllim "Min bir gecə" baleti üzərində işləyirdi. zünün dediyi kimi bir ara yaradıcılıq böhranı keçırırdı.Xanbulan çayın əsrarəngiz mənzərəsi, gənclərlə ünsiyyət, səfər təəssüratları onun əhval-ruhiyyəsini tamam dəyişmişdi. Bir axşam Fikrət müəllim özü etiraf etdi ki, "istedad çeşməmin gözü elə bil yenidən açıldı". "Min bir gecə" nin ən maraqlı səhnələrindən birini elə hesab edin ki , burda yazdım."
   
   - Yəni bu tədbirlərin keçirilməsibdə dövlət də maraqlı idi...
   
   - Dövlət də maraqlı idi, sənət adamları da , yaradıcı gənclər də. O vaxt Niyazi kimi, Şəmsi Bədəlbəyli kimi görkəmli sənətkarlar komsomolun tədbirlərində fəal iştirak edirdilər. Səməd Vurğunun 70 illiyi yubileyi ərəfəsində Qazaxda Gənc aşıqların IRespublika müsabiqəsini keçirdik.1976-cı ildə belə tədbiri keçirmək heç də asan məsələ deyildi. Hüseyn Arif, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə kimi görkəmli ziyalılarımız bizimlə Qazağa getmişdilər. Aşığ Şəmşiri münsiflər heyətinin fəxri sədri seçmişdik. Belə tədbirlər nəsillər arasında qırıqlığı, qopmaları aradan qaldırırdı. Böyük sözünün dəyəri böyük simaların özünün böyüklüyü qəbul edilən yerdə bilinər. O dövrdə məhşur Baykal-Amur maqistralının tikintisinə tez-tez yaradıcı gəncləri göndərərdik. Vaqif İbrahim, Səyavuş Sərxanlı səfərdən sonra gözəl şerlər, poemalar yazdılar. Əli Verdiyev qəhrəman neftçi Fərman Salmanovun portretini işlədi. İndi İçəri Şəhərin bərpasından tez-tez danışılır. Biz hələ 70-ci illərdə memarlıq fakültəsində oxuyan bir qrup gənci, onların arasında Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev də vardı, İçəri Şəhərin reqenerasiya planını hazırladıqları üçün Komsomol mükafatına layiq görmüşdük. 1981-ci ildə qədim xalq çalğı alətlərindən ibarət "İrs" folklor ansamblı yarandı. Mən o zaman Bakı partiya komitəsində şöbə müdiri idim. Bəstəkar Rəşid Nəsiboğlunun rəhbərlik etdiyi bu kollektivə İçəri Şəhərdə yer ayırdıq."İrs" kollektivini Neapola ezam etmişdik. İndi məhşur müğənni kimi tanınan Mələkxanım Əyyubova həmin kollektivin solisti kimi "San Karlo" teatrında qədim muqamlarımızı səsləndirmişdi. Belə misalları çox çəkmək olar. O dövrdə milli dəyərlərin qorunub saxlanması, xalq adət ənənələrinin yaşanması Heydər Əliyevin Respublikada yarada bildiyi sağlam mənəvi iqlim şəraitinin nəticəsi idi. Bütün prosseslərin başında o dayanırdı.
   
   - Bir halda ki , Heydər Əliyevi xatırladız, hər halda Sovet dövründə də insanların qabağa getməsi üçün bir proteje məsələsi vardı.Sizdə belə olubmu, Heydər Əliyevin Sizin taleyinizdəki yeri.
   
   -Onun mənim həyatımda çox böyük yeri var. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəldiyi il bizim tələbəlik dövrümüzün başlanğıcı idi. Bizim nəsil üçün o bir ideal idi. z çıxışları, zahiri görünüşü, liderlik qabiliyyəti ilə o dövrün gəncləri üçün bir mayaka çevrilmişdi. Gənclər ona inanırdi, ardınca gedirdi, hər addımda onun qayğısını hiss edirdi.O, xalqdan güc aldıqca daha böyük hədəflərə doğru irəlləyirdi. Respublikada gənc kadrları irəli çəkmək ənənəsi də onun adı ilə bağlıdır. 1979-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə işə qəbul olunmağım bilavasitə onun xeyirduası ilə olub. Sonralar müxtəlif vəzifələrdə çalışsam da həmişə özümə qarşı onun xeyirxahlığını hiss etmişəm. Həyatımda, fəaliyyətimdə, ziyalı kimi yetişməyimdə onu ən böyük müəllim bilmişəm.
   
   - Sizə qəzəbləndiyi olub?
   
   - Müəyyən məsələlərlə bağlı məni də tənbeh edib, amma bu ata qayğısı şəkilində olub.
   
   -Belə deyək, Azərbaycan müstəqillik qazandı və bu illərdə biz Etibar Babayevi artıq jurnalıst fəaliyyəti ilə də yaxından tanımağa başladıq. Türkiyə ilə Azərbaycan arasında körpü rolunu oynayan o verilişlər hər kəsin yadındadı. Bəs, sonrakı dövr? "Space" də keçən 5 iliniz?
   
   - Türkiyə mənim jurnalist fəaliyyətimdə unudulmaz iz buraxıb. Görkəmli siyasi xadimlərlə, sənət aləminin, iş dünyasının ünlü simaları, tanınmış mediya nümayəndələri ilə görüşlərim, müsahibələrim, müxtəlif səpkili verilişim, şəxsi münasibətlərim yaradıcılıq tərcümeyi-halımın şərəfli səhifələridir. "Space" gəlincə, mən onun 5 deyil, 9 ilindən ətraflı danışa bilərəm. "Space" televiziyası yaranan gündən mənim müəllif verilişlərim mütəmadi olaraq orada yayınlanıb." "Space" mənə hər zaman əziz və doğma olub. Bunun cox ciddi səbəbləri var, amma bu barədə indi danışmaq istəmirəm. Bircə onu deyim ki, ilk gündən kanalın cizgisi, istiqaməti düzgün müəyyən edilib və bu xətt şirkət sahibi Sevil xanım Əliyevanın alicənablığından, nəcib niyyətindən qaynaqlanıb. 2001-ci ildə məni Şİrkətin prezidenti təyin etdilər. Mən kimsənin yerinə gəlməmişdim. Bu vəzifə yeni təsis olundu və Şirkətin ilk prezidenti mən oldum. O zamana kimi "Space" artıq müəyyən məsafə qət etmişdı, insanların nüfuzunu qazanmışdı. İndi növbəti mərhələ başlayırdı. Qarşımda yeni vəzifələr qoyulmuşdu. Şirkətin maddi-texniki bazasını daha da gücləndirmək, təzə layihələr hazırlamaq, efir vaxtını artıqmaq, yayın əhatəsini genişləndirmək, peykə çıxmaq və sair. Bu, təbii idi. Axı, hər şey axır, hər şey dəyişir. Yenı dəyişiklikləri əsasən köhnə komandanın sağlam təməlinə arxalanaraq apardıq. Yeni binaya daşındıq, yeni yaradıcı qüvvələr cəlb etdik. Kollektiv daha da böyüdü, onlarla yeni veriliş tamaşalar təqdim olundu. Dublyaj işini qurduq. Televıziyanın özünün yaradıcılıq emalatxanasını yaratdıq. Türkiyə, Amerika ilə ilk dəfə telekörpülər quruldu. Yayınlarımız respublikanı əhatə etdi. Bölgələrdə kütləvi tədbirlər keçirilməyə başladı. O zaman "Space" yeganə teleradio şirkəti idi ki, özünün radiosu yox idi. Bunu qurmaq xeyli vaxt və əlavə vəsait tələb edirdi. Bu problemin də çarəsini tapdıq. Təsisçisi olduğum BTR şirkətinin müasir radio studiyası vardı. Bir qədər əvvəl Ulu öndərimizin və ailə üzvlərinin iştirakı ilə onun rəsmi açılış mərasimi olmuşdu. BTR şirkəti ilə "Space" arasında bağlanan iş birliyi müqaviləsinə əsasən 2001-ci il oktyabr ayının 12-də 104 FM radiosu dinləyicilərə təqdim olundu. Hər hansı bir televiziya istedadlı insanların, nüfuzlu simaların hesabına tanınır, sevilir, uğur qazanır. Televiziyanın vizit kartı onun efirdə görünən əməkdaşlarıdır. Çalışırdıq ki, öz sözü, nüfuzu, mövqeyi olan jurnalıstləri, ziyalıları efirə çıxaraq, onların yaradıçılıq imkanlarının tam açılması üçün münasıb şərait yaradaq. Həmin dövrün bəzi maraqlı layihələri indi də öz ekran ömrünü yaşamaqdadır. Mən inanıram ki, o mərhələdə nümayiş etdirilən Mehriban Ələkbərzadənin, Zəlimzxan Yaqubun müəllif proqramları, İlhamiyyə Rzayeva və Həmid Herisçinin təqdimatında "Gecə kanalı", İlham Qasımovun aparıcılığı ilə "Zəfər zəngi" proqramı, Brilyant Dadaşovanın verilişi, ilk dəfə keçirilən Muğam müsabiqəsi, Azəri-star yarışması, "Görüş yeri", Muğam teatrından hazırlanan xatirə gecələri, "Azərbaycan xanlıqları" serialı indi də tamaşaçıların xatirindədır. Arzu edirəm ki, on yaşlı "Space" gələcəkdə daha böyük nailiyyətlər qazansın.
   
    -Siz belə güman edirsiniz ki, ancaq düz yol gedibsinz?
   
   -Bu sualı mənə verincə, bir şer düşdü yadıma:
   
   
   
   "Siyasət şahmatdır,
   
   düz yol gedən piyadalardır."
   
   
   
   Sözün mütləq mənasında həyatda nə gedilən yol düz olar, nə də o yolla gedənlər. Həyatın sevinci, ləzzəti ondadır ki, bu əyri, dolanbac yollardan, gah enişli, gah yoxuşlu dərələrdən, düzlərdən simanı qoruyub, ləyaqətini saxlayaraq keçə biləsən. Əsas odur ki, istiqamətin, mövqeyin düz olsun. Mən həmişə çalışmısam hədəfi doğru seçəm, yolumu düz gedəm. Bəzən sürətim aşağı olub, bəzən yuxarı. Amma, yolumu azmamışam. Palaz kimi sərilib qapılarda qalmamışam. Yolum işıqlı da olub, qaranlıq da. Çalışmışam kecdiyim yerdə ayağımın ləpiri deyil, əməlimin izi qalsın. 32 illik əmək fəaliyyətimdə, 30 illik ailə həyatımda qazandıqlarım da, itirdiklərim də, uğurlarım da, nöqsanlarım, bir sözlə, nə olubsa hamısı mənim qismətimdir, taleyimdir. Heç nə üçün heyfslənmirəm. Olayları yenidən yaşamaq, keçmışdəki yalnışlıqları aradan qaldırmaq kimsəyə nəsib olmayıb. Ona görə mən olub-keçənlər deyil, gələcək barədə düşünürəm, yeni layihələr üzərində işləyirəm. Bundan sonrakı ömür payımı da insan kimi ləyaqətlə başa vurmağı arzulayıram.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK