warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | XƏBƏRDARLIQ Adalet.az | XƏBƏRDARLIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XƏBƏRDARLIQ

Hə, bu məlum, bəs sonra?..

23315    |   2007-12-06 03:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncə deyim ki, bu mənim şəxsi fikrimdi. Yəni səlahiyyəti yetərincə olmayan, işlək mexanizmləri nəzərə çarpmayan elə təşkilatlar var ki, onların gündə mətbuat səhifəsində özünün varlığını nümayiş etdirmək üçün pafoslu açıqlamalar verməsi, guya sərt mesajlarla özünü işgüzar kimi göstərməsi əslində gündəmdə qalmaqdan başqa bir şey deyil. Bu mənada istər qeyri-hökumət təşkilatları olsun, istər hökumət təşkilatları. Bax, loru dildə desək, əlindən bir iş gəlməyən təşkilatın, eləcə də onun rəhbərinin palaz-palaz müsahibələr verib, jurnalistlər dəvət edib, tay nələr düzənləməsi, vallah-billah, elə bir növü şoudu ki, var. Mən bunun başqa bir adını bilmirəm. Bilənlər varsa imkan daxilində mənə də bir xəbər göndərsinlər. Çünki mənim anlamıma görə həmin əlindən bir iş gəlməyən təşkilatlar elə portfelsiz nazir kimi bir şeydir. Olsa-olsa katibəsidi, telefonudu, bir də aldığı qrantı. Sağ canla işlətsin...
   
   ələk mətləb üstə. (Əvvəldə dediklərim mənim şəxsi mülahizələrimdi) Mətbuatdan öyrəndim ki, sən demə, bizim MTRŞ (adı bir az yaxşı səslənmir, üzr istəyirəm), yəni Milli Televiziya və Radio Şurası iki gün öncə yığışıb iclas keçirib. İclasda ANS telekanalında milli-mənəvi dəyərlərə, efir mədəniyyətinə əməl olunması, reklamların yerləşdirilməsi ilə bağlı Şuranın keçirdiyi monitorinqin nəticələri müzakirə olunub. Açığını deyəcəm, müzakirələr necə gedib, kim nə danışıb, monitorinqi nə təhər aparıblar, bunların mənə heç zərrə qədər də dəxli və aidiyyatı yoxdur, heç maraqlandırmır da. Məni maraqlandıran, daha doğrusu, düşündürən Şuranın qəbul etdiyi qərardır. MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli iclasdan sonra mətbuat işçilərinə bəyan edib ki, bəs müzakirələr aparıldı, qanuna müvafiq olaraq ANS rəhbərliyinə xəbərdarlıq elan edildi. Ona görə ki, "Milli Televiziya və Radio Şurası uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli, mənəvi inkişafına ziyan vura bilən, o cümlədən erotikanı, qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydaların pozulması faktları aşkar edib" və ANS rəhbərliyi də bunun sistematik hal olmadığını və diqqətdən yayındığını bildirib. Və söz verib ki, qısa zamanda yol verilmiş nöqsanlar aradan qaldırılacaq.
   
   Həmin iclasda ATV kanalına da xəbərdarlıq ünvanlanıb. Çox gözəl. Deməli, iki xəbərdarlıq bəllidir və iki xəbərdarlıqdan sonra, inşallah, digər kanallar da nümunə götürəcək və biz evimizdə ailə-uşaqla bir yerdə buğlanan çay süfrəsi arxasında televizyonlarımızı utanmadan seyr edə biləcəyik. Nə öpüşmək olacaq, nə qucaqlaşmaq, nə baş kəsib qan içmək, nə də və sairə və ilaxır. Ən əsası da gözümüzü "mazol" edən göbəklərdən canımız qurtaracaq!!! Maşallah, gözəl xəbərdarlıqdır, amma...
   
   Amma adamın heç inanmağı gəlmir e. Çünki xəbərdarlıqla bu məmləkətdə hələ nəyinsə düzəldiyini, hansısa nöqsanın dərhal aradan qaldırıldığını nə görmüşəm, nə də eşitmişəm. Özü də MTRŞ-nın xəbərdarlığa əməl etməyənlərə qarşı hansısa sanksiyalar tətbiq etmək səlahiyyəti də bir az alayı cürdür. Deməli...
   
   Ən maraqlı xəbər odur ki, ATƏT-in təşəbbüsü ilə mətbuat polisi yaradılması ideyası gündəmə gəlib. İşdir, bu polis məsələsi öz həllini tapsa, yəni reallaşsa, onda nəyəsə inanmaq olar. Bir şərtlə ki, həmin bu polis ilk növbədə telekanallarda fəaliyyətə başlaya. Çünki qəzetləri, təbii ki, xoşuma, zövqümə uyğun olmayan qəzetlərdən söhbət gedir, evimə aparmaya bilərəm, ailəm də onu görməz və oxumaz, amma televiziya bütün günü evdədi və məndən icazə almadan öz bildiyini eləyir, bax, polis ona lazımdı. Yenə deyirəm, təbii ki, polis məsələsi çin olsa.
   
   Hə, əvvəldə dedim axı, səlahiyyəti kəsərli olan təşkilatlara quzu kəsim. Onların əkdiyi də bitir, dedikləri də olur. İndi vəziyyət bir xəbərdarlıq ümidinə qalıb, ümidin də göyərməyi ya qismət.
   
   
   
   P.S. Bir sənətçinin arvadı onun iş yoldaşı ilə "görüşür"müş. Sənətçi həmin "yoldaş"ın dostunu taparaq deyir ki, dostuna de, mənim ailəmi dağıtmasın, yaxşı deyil, bir yerdə işləyirik. Dostu deyir, mütləq tapşıraram.
   
   Bir müddət sonra "şikayətçi" avtobusa minəndə görür ki, "tapşıran" qabaq qapıdan düşür. Elə arxadan qışqırır:
   
   -Mən sənə söz demişdim, nooldu?
   
   -Tapşırmışam, bir də eləməz...
   
   Şikayətçi əlini yellədərək:
   
   -Eh, eh... eləyir ee...
   
   Məsəli MTRŞ-dan uzaq...
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-27
2019-05-25
2019-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK