warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | DƏVƏÇİDƏ BİŞƏN XAŞ Adalet.az | DƏVƏÇİDƏ BİŞƏN XAŞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DƏVƏÇİDƏ BİŞƏN XAŞ

Uzaq yerin halvasını gözləyincə, evdə soyutma kartofla baş soğan yemək ondan yaxşıdır

23734    |   2007-11-27 08:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənə məxsus atalar sözü.

Axır vaxtlar telekanalların demək olar ki, əksəriyyətinin həftə sonu verilişlərinə, yəni icmallarına marağım artıb. Otururam televizorun qarşısında, pult da əlimdə. Az TV-də "Həftə", İTV-də "Yekun", ANS-də "Hesabat", o birilərində də bilmirəm nədi, adları yadımdan çıxıb... Hə, başlayıram izləməyə ki, görüm nəyi gözdən qaçırmışam, nədən xəbərim olmayıb. Baxmayın, bəzən adam elə yerə düşür ki, həmsöhbətləri xəbər xəstəsi olurlar və başlayırlar ki, dünən ANS-də göstərdilər ki, hansısa lükdən bir qız ayaqqabısı tapıblar. Çox maraqlı idi. Əməlli-başlı şok açıqlama oldu. Və yaxud da LİDER-də dedilər ki, bəs "Papanin"də qonşu-qonşunun damına çıxıb, keçib o biri həyətə, oradan üzügeri qayıdanda qarşısına qara pişik çıxdığından məcbur olub küçəyə tullansın, bunu da sahə müvəkkili görüb, elə bilib oğrudur. Əməlli-başlı hay-küy düşüb. Son araşdırmada, özü də LİDER-in müdaxiləsindən sonra məlum olub ki, sən demə, qonşular gizlənpaç oynayırmış...
   
   Bax, bütün bunları izləməyəndə, xəbərim olmayanda həmin o xəbər xəstələrinin yanında qalıram gözümü döyə-döyə. Onlar da deyir ki, bəzən də deməsələr də söz toxuyurlar ki, tay səndən jurnalist olmaz, biz hər şeyi bilirik, sən burdan-bura heç nəyi bilmirsən, barı televizorlara bax, gör ölkədə nələr baş verir. Bütün bu danlaqlardan canımı qurtarmaq üçün, nəhayət qərara gəlib, əvvəldə dediyim kimi hər bazar axşamı həftənin son icmallarını izləyirəm. Yəni onların bir-bir baxdığına mən toplum halında nəzər yetirirəm. Əsas odur ki, məlumatım olsun, bir də ki, ya bir gilə gilas yedin, ya bir kilo. Onsuz da hamısının dadı eynidi...
   
   Hə, deməli, dostlardan biri söz vermişdi ki, Dəvəçiyə gedirəm, orada yaxşı xaş bişirirlər. İstəyirsiniz sizi də aparım, istəyirsinzsə payınızı gətirim. Çox götür-qoydan, yəni yolu, vaxtı və digər məsrəfləri hesablayandan sonra qərara gəldik ki, getməkdənsə gətirməyi yaxşıdır. Və...
   
   Yəqin qəzetlərdən oxumusunuz, televizorlardan da izləmisiniz. Ölkəmizdə vəhhabilik əməlli-başlı at oynadır. Artıq bu məsələ təkcə sıravi vətəndaşların deyil, hətta Qafqaz Müsəlmanları İdarəsinin, Dini İşlər üzrə Dövlət Komitəsinin, bütövlükdə əlaqədar təşiklatların, o cümlədən də hüquq-mühafizə orqanlarının əməlli-başlı diqqətini çəkib. Demək olar ki, hər gün bu barədə yeni məlumatlar aşkarlanır, mətbuata yeni informasiyalar sızır. İşin ciddiliyi göz qabağındadır. Deməli, bu son nəticələr göstərir ki, həmişə olduğu kimi yenə də oturub gözləmişik... gözləmişik və məsələ qloballaşandan, əndazəsindən çıxandan sonra başlamışıq münasibət bildirib tədbir görməyə, bunun sonu nə olacaq - bəri başdan deyə bilmərəm. Amma bircə bildiyim odur ki, bu vəhhabilik elə bizə Dəvəçidə bişirilib gətirilən xaş kimidir. Yəni qıraqda bişib, ölkədə pay-pürüş olub. Kim nə qədər bacarır, necə bacarır, o cür də qaşıqlayır...
   
   Ölkənin istehlak bazarında lisenziyasız alkoqollu içkilər, tütün məmulatları, eləcə də istifadəyə yararsız olan çoxsaylı qida məhsulları aşkarlanır. Hər gün keçirilən reydlər barəsində verilən məlumatlardan bəlli olur ki, şəhərin hansı mağazasından, hansı marketindən, kəsəsi, hansı obyektindən nə qədər məhsul satışdan çıxarılıb və Dövlət ömrük Komitəsinin, eləcə də digər təşkilatların nümayəndələrinin iştirakı ilə yandırılıb, məhv edilib. Maraqlıdır, bütün bu məhsulların hamısının üstündə bər-bəzəkli etiketləri, o cümlədən də onların qablaşdırıldığı müxtəlif sintetik, eləcə də kağız qutular, butulkalar və sairələr göstərildiyi kimi, xarici ölkələrə aiddir, tərkibini deyə bilmərəm... Belə olduğu halda bu yararsız məhsulların ölkəyə necə daxil olmasından tutmuş, piştaxtalara necə yol tapmasına qədər hamısı təbii ki, müəyyən proseslərdir. Deməli, bu məsələ də elə Dəvəçidə bişən xaşı xatırladır...
   
   Azərbaycanın siyasi müstəvisində mövcud olan ailə partiyalarından tutmuş, böyük partiya və təşkilatlara, QHT-lərə qədər hamısının adı da bəllidir, bir parasının ünvanı da. Amma bunların necə maliyyələşdiyi son illər boyu həmişə müzakirə mövzusu olub. Ən azı ona görə ki, həmin partiyaların rəhbər elitasının yaşaması, fəaliyyət göstərməsi, səfərləri, telexronitelləri, yəni cangüdənləri, banketləri, digər mərasimləri, bir sözlə, xərclədikləri bütün məbləğlər hesablananda əməlli-başlı bir rayonun büdcəsi edir. Belə olduğu halda bu qədər maliyyənin harda, niyə, nə üçün ayrılması, verilməsi, təbii ki, öz-özlüyündə sual doğurur. Amma neynəmək olar, bizdə o qədər cavabsız suallar var ki. Bu da onlardan biri və bəlkə də ən böyüklərindəndir... Əsas odur ki, partiyalarımız çoxdu, partiyası çox olan ölkə də basılmaz. Yeri gəlmişkən, bu da xaş məsələsini xatırladır...
   
   İndi gələk xaş məsələsinə. Deməli, bizə Dəvəçidən xaş gətirdilər, amma elə ilk loxmadan hiss olundu ki, xaş Dəvəçidə bişib, amma suyunu Yasamalda əlavə eləyiblər. Ona görə də nə bu xaşın dadını, nə də ünvanını dəqiqləşdirə bildik. Eləcə üzərində Rusiyanın istehsalı olduğu göstərilən, amma paytaxtın hansı sexindəsə bağlanmış Rusiya arağının biri ilə həmin Dəvəçidə bişib, Yasamalda suyu qarışdırılmış xaşın axırına çıxdıq. Neynəmək olar, adımıza gələn pay idi. Bax, bunun ayrı ləzzəti var...
   
   P.S. Ölkəmizə kənarda bişib, amma məmləkətdə yayılmaq üçün göndərilən o qədər layihələr, təkliflər, proqramlar və sairələr və ilaxirlər var ki, biz onun dadını biləndə ya dizimizə vururuq, ya başımıza, amma hələlik ikisinə birdən vurmamışıq. Çünki üstündə Rusiya ünvanı, tərkibi isə özümüzə aid olan rus arağı ilə çox şeyləri yola vermək mümkündür. Əsas odur ki, qrant olsun. Hətta dinlə də kimlərsə özlərinə çörək qazanır, şərait düzəldirlər. Sonuncu fikir onların öz sözüdü, guya dolanışıq üçün edirlər, yaşamaq zərurətidir. ə


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK