hacklink Adalet.az | SƏN KÖÇÜB GEDƏLİ, AY MƏMMƏD ARAZ DƏRDİMİ DEMƏYƏ BİR KİMSƏ YOXDUR Adalet.az | SƏN KÖÇÜB GEDƏLİ, AY MƏMMƏD ARAZ DƏRDİMİ DEMƏYƏ BİR KİMSƏ YOXDUR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏN KÖÇÜB GEDƏLİ, AY MƏMMƏD ARAZ DƏRDİMİ DEMƏYƏ BİR KİMSƏ YOXDUR

"ŞER YAZILMIR DOĞULUR"

22587    |   2007-11-24 07:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ədəbiyyat, söz adamı ilə həmsöhbət olmaq nə qədər asandırsa, bir o qədər də çətindir. Ona görə ki, həmin həmsöhbətim sözünü hər gün oxuyur, eşidir, düşüncələri ilə tanış olursan və ona görə də üzbəüz gələndə ondan təzə söz qoparmaq, təzə fikir eşitmək o qədər də asan olmur. Və bir az da açıq desəm, bəzən heç buna ümid də bağlamırsan. Çünki söz adamı artıq özü sənin soruşduqlarının bir qismini sənsiz kağıza köçürübdür. Yerdə qalan hissəsi isə ya hələ onun iç dünyasında doğulmayıb, ya da doğulubsa da hələ cilalanmayıb. Bütün bunları sözgəlişi elə-belə demirəm. Çünki atüstü söhbət etdiyim təkcə mənim yox, həm də çalışdığım qəzetin əksər əməkdaşlarının həmsöhbəti, sevimlisi olan Vəli Xramçaylı özünün dediyi və yazdığı kimi Dərviş Vəli hərdən bizdən inciyib küsür də. O, inciyib-küsməyini birbaşa demir, atmacalarla, ismarıclarla çatdırır. Mən də eləməyib tənbəllik özünün gözləmədiyi bir məqamda kəsdim qarşısını və çəkdim məhşər ayağına. Əgər buna məhşər ayağı demək olarsa...
   
   
   
   - Vəli, xoş gördük, nə var, nə yox, necəsən?
   
   - Xoş gördük, bu günə də şükür. Hələ ki, ayaq üstəyik, hələ ki, yaşayırıq.
   
   - Özün bilirsən ki, səni hər gün xatırlayıb, tez-tez də qəzetimizdə reklam eləyirik. Təbii ki, bu da sevgidəndir. Arada-bərədə lətifələrimizdən inciyirsən də. Amma bilirik ki, bu bir anın incikliyidi, tez də ötüb gedir. Çünki sən özünəməxsus keyfiyyətləri, jestləri, dəsti-ətti olan jurnalistsən, şairsən, dostumuzsan.
   
   - Mən sizdən heç vaxt incimirəm, heç mesaj-zad da yazmıram. Birinci, qəzetinizin daimi oxucusuyam, ikincisi, Aqil Abbasın, eləcə də sizin hər birinizin dostuyam, üçüncüsü, sizin kollektivinizə bu gün rəhbərlik edən İradə xanımın yazılarını doğrudan maraqla izləyirəm və nəhayət, əgər siz mənimlə zarafat eləyirsinizsə və bu da çox səmimi bir zaraftdırsa, onda mən sizdən niyə inciməliyəm ki? Onu da yadımdan çıxmamış deyim ki, maşallah, qəzetinizdə çox maraqlı yazılar, ədəbi-bədii nümunələr dərc olunur, təhlillər verilir. Səmimi deyirəm, bütün bunlar ürəyimcədi. Qısası, mənim sizdən incikliyim yoxdur, qardaş.
   
   - Vəli, atalar sözüdü, deyir "uman yerdən küsərlər". örünür biz səni gec-gec axtarıb müsahib oluruq ona görə inciyirsən. Bu da ki, vaxtla, zamanla, hadisələrlə bağlıdır.
   
   - Təbii ki, insan umduğundan, ərki keçəndən küsər. Ancaq mən "Ədalət"in daimi bir oxucusu kimi bilirəm ki, həmişə bir yerdə olduğumuzdandır ki, yadınıza az düşürəm. Çünki adam gözünün qarşısındakının fərqinə çox vaxt varmır. Bu biri tərəfdən də mən özüm də elə son vaxtlar müsahibələrdən qaçıram, şer çap elətdirmirəm, amma yazmağına yazıram. Qardaş, 17 ilə yaxın bir ömür yaşamışam ki, onun hər günü dəyərlidir və o 17 ili rəhmətlik Məmməd Arazla birlikdə işləmişəm. Ona bir şer yazmışam, demək olar ki, hazırdı. Şer belə başlayır:
   
   
   
   Sən köçüb gedəli ay Məmməd Araz,
   
   Dərdimi deməyə bir kimsə yoxdur.
   
   
   
   Yəni mənim ədəbiyyat haqqında, şer haqqında ən çox ürəyimi açdığım böyük Məmməd Araz idi. İndi qardaş, özün də görürsən ki, ədəbiyyatda qəribə bir boşluq yaranıb. Söz kəsərdən, urvatdan, qiymətdən düşüb. Yaman ucuzlaşıb söz. Dəhşət kitablar çıxır, dəhşət şerlər yazılır. Şeirə, ədəbiyyata dəxli olmayan bu kitablar haqqında dəhşət rəylər, məqalələr yazılır. Adamın əli qalır üzündə.
   
   - Səmimi bir cavab ver mənə. Bu gün sən özün ədəbiyyatın görürsən, hiss edirsən, hansı yerindəsən, hansı məqamındasan?
   
   - Vallah, onu mənim deməyim və yaxud da özüm-özümü görməyim yaxşı səslənməz və bunu deyə də bilmərəm. Amma bircə onu bilirəm ki, mənim ədəbiyyatda yerim var.
   
   - Yaxşı, bəs onda bu dərvişlik nədir?
   
   - Vallah dərvişlik də... dərviş olmayım, neyləyim. Mən elə təpədən dırnağa dərvişəm də.
   
   - Yox, mən istədiyimi demədin. Onda sualı belə qoyaq. Sən özünü dərvişliyə hazırlamısan, yoxsa elə bu cür təqdim eləyirsən?
   
   - Yox, mən elə anadan dərviş doğulmuşam. Çünki mənim heç nədə, heç kimdə gözüm yoxdur. özüm, könlüm toxdur mənim. Bu dünyada varım-yoxum bircə sözdür. Mən sözlə başbaşayam, onunla yaşayıram.
   
   - Öz həmyaşlarım içərisində iki dərviş tanıyıram. Biri dərviş Cavanşirdi, biri də dərviş Vəli. Birinci həqiqətən dərviş kimi heç gözə görünmür, çəkilib öz dünyasına, amma sən həmişə dostların, bizim yanımızdasan, gündəmdəsən. Oxşar cəhətlərimiz də var, bu da öz yerində.
   
   - (ülür). Qardaş, mən həm də qaynar adamam. İnsanların hamısı ilə təmasdayam, danışıram, gülürəm. Ayə, mən dostlarsız, sizsiz yaşaya bilmərəm. Onu da deyim ki, Biləcərdə yaşayıram. Şerim də var özümə:
   
   
   
   Bir şair yaşayır Biləcərdə,
   
   Yarı yuxuludu, yarı da sərxoş.
   
   Bir şair yaşayır Biləcərdə,
   
   Əlləri cibində, cibi də bomboş...
   
   
   
   - Vəli, sən həm də bir əsgər atasısan. Maşallah, oğlun vətənin keşiyindədir...
   
   - Mən bununla fəxr eləyirəm. Oğlum cəbhə bölgəsində xidmət edir, komandirləri də ondan razıdır. Artıq çavuşdur, inşallah, dörd aydan sonra xidmətini başa vurub qayıdacaq.
   
   - Bu sualı elə-belə vermədim. Yaradıcı adamın əsəri də onun övladıdır...
   
   - (Sözümü kəsir). Heç şübhəsiz ki, bu belədir. Mənim 5 kitabım çıxıb.Onlar hamısı mənim övladımdır, 6-cı kitabım, 6-cı əsərim də oğlumdur. Bu mənim sonuncu əsərimdir, bundan sonra nə yazacam, nə olacaq, inşallah, onları oğlum toplayıb çap elətdirsə də sağ olsun, eləməsə də. Amma ümid edirəm ki, çap elətdirər.
   
   - Vəli, bayaq dedin ki, ədəbiyyatda bir boşluq var. Amma ədəbiyyatımızda bu gün axı qütbləşmə də var...
   
   - Vallah, heç o cərəyanlar zad bilmirəm nədi, doğrusu, mən özüm filoloqam, cərəyanların hamısından xəbərim var, amma bizdəki cərəyanların hələ ki, bir ciddi əsərini nə oxumuşam, nə də rast gəlmişəm. Eləcə söz yarışı gedir. Mətbuatda bir-birini topa-tüfəngə tuturlar, amma ortada əsər yox. Onların bu gün etdikləri böyük ədəbiyyata aparan yol deyil. Bəlkə də onlar üçün yoldur, nə deyim... amma mən onu görmürəm.
   
   - Mən sənlə razılaşmıram, məsələn, Həmid Herisçinin "Nekroloq"u, Seymur Baycanın, Aqşinin, Zahir Əzəmətin və başqalarının kitabları, əsərləri var...
   
   - Vallah, onlar mənim üçün böyük ədəbiyyat deyil.
   
   - Yaxşı, sən böyük ədəbiyyatı nə ilə hesablayırsan, sənin kriteriyan, ölçün nədir?
   
   - Mən böyük ədəbiyyat onu hesab edirəm ki, o, ədəbi hadisə olsun. Bu gün də ona görə boşluqdur ki, ədəbi hadisə yoxdur. Ancaq yadındadır də "Dəli kür", "Qətl günü", "İdeal", lap elə Süleyman Rəhimovun əsərləri öz zamanında əsər idi. Bu gün isə həmin nöqteyi-nəzərdən yanaşanda mən ortada heç nə görmürəm.
   
   - Onda bəs poeziyamızdan niyə nümunə göstərmədin?
   
   - Azərbaycan poeziyasının tarixi, yaşı çox böyükdür. Poeziya bizdə həmişə olub, var və həmişə də olacaq. Ancaq poeziya ədəbi hadisəyə çevrilə bilməz. Bir gözəl şer, ümumiyyətlə, gözəl şerlər var, olacaqdır da. Onlar zaman keçdikcə də ədəbiyyatda qalırlar. Ancaq ciddi ədəbiyyat nümunəsi kimi bir şer axı hadisə deyil. Mən məsələyə bu cür yanaşıram. O biri tərəfdən də məsələn, Orxan Pamuq... onun əsərləri ortadadır, Nobel mükafatı da aldı. Bu artıq hadisədir. Azərbaycanda isə bunu görmürəm. Məndən cərəyanlar inciməsinlər, mən moderni də, ümumiyyətlə, bütün "izimlər"i bilirəm, xəbərim var, oxuyuram da, amma bizdə hələ ki, onlar nə istədiklərini ortaya qoya bilməyiblər. Əleyhlərinə də deyiləm, qəbul da edirəm, təqdir də edirəm, amma hələ ki, bir hadisə olacaq əsərlərini görməmişəm. Bilmək lazımdır ki, şer yazılmır, şer doğulur. Doğulan şer də bütün zamanlarda yaşayır.
   
   - Ən çox kimi oxuyursan?
   
   - Mən hər gün mütaliə edirəm. Ancaq özümün sevdiyim, hələ orta məktəbdən vurulduğum Məmməd Arazı demək olar ki, hər gün mütaliə edirəm, bunu mənim dostlarım da bilir, tələbə yoldaşlarım da. Sonra Hüseyn Arifi, Nəriman Həsənzadəni, Bəxtiyar Vahabzadəni oxuyuram. Bunlar mənim sevdiyim şairlərdir.
   
   - Bəs yaşıdlarından, yeni nəsildən?
   
   - Rəhmətlik Akif Səmədi tez-tez oxuyuram. Heyf ondan... Məmməd İlqarı, elə üzünə demək olmasın, ruhuma yaxın olan sənin kitablarını da tez-tez gözdən keçirirəm. Çünki sənin kədərin mənə daha doğmadır. Bəzən fikirlərimiz üst-üstə düşür, buna sevinirəm də. Çox ad saya bilərəm, amma ehtiyac görmürəm.
   
   - Vəli, şairi söz dolandırır, yoxsa...
   
   - Qardaş, şairi el dolandırmalıdır, amma indi el elə gündədir ki, şairinə min şükür.
   
   - Yaxşı, bəs onda nə ilə dolanırsan?
   
   - Kitablar redaktə edirəm. Həm də özün bilirsən ki, "Ocaq" qəzetini buraxıram, birtəhər yaşayıram... Belə də, ölməmək üçün yaşayırıq.
   
   - Yazıçılar Birliyindəki son təqdimatlar, təqaüdlər məsələsi, orada baş verən söz-söhbətlər, onlara münasibətiniz necədir?
   
   - İnanmıram ki, mənim adım o siyahıda olar. Çünki o təqdimat da, təqaüd də hamısı münasibətlərnəndi. Şəxsi əlaqələrə görə verilir. Orada istedaddan söhbət getmir. Ona görə də mən Yazıçılar Birliyinin nə xeyrinə danışıram, nə də əleyhinə, mən şerimi yazıram. Təsəvvür elə ki, mənim 50 yaşımda bütün üzvlərini təbrik edən YB hətta özünün "Ədəbiyyat" qəzetində üç cümləlik bir təbrik də vermədi. Day, onlardan nə umum, nə gözləyim. Hamısı da məni tanıyır, hətta Fikrət Qoca "Azərbaycan" jurnalında işləyəndə şerlərimə bir balaca ön söz də yazmışdı, rəhmətlik İsa İsmayılzadə o vaxtı dərc etmədi, amma "Ulduz" jurnalında nöqtəsinə, vergülünə dəymədən şerlərim dərc olunub, kitablarım ortada, daha neynəməliyəm ki. Onlardan heç nə istəmirəm. Allah işlərini avand eləsin. Yeganə bildiyim odur ki, kim onlarla təmasdadır, onların dediyini təkrarlayır, həmin adamların adı da həmişə siyahılarda olub.
   
   - Yaxşı, bəs ədəbiyyatımızdakı "atalar-oğullar" məsələsinə necə baxırsan?
   
   - Bu cür mübarizə bütün zamanlarda olub, bu gün də var. Amma çox istərdim ki, cavanlar etik normalara əməl etsinlər, yaşa hörmət qoysunlar, yəni bir az milli dəyərlərlə hərəkət etsinlər. Ədəbiyyat ədəbi mübarizə olsun, ədəbsizlik yox. 25 ildir mətbuatdayam, bu gün qəzetçiliyə dəxli olmayan qəzet buraxır. Mən senzuranın həmişə əleyhinə olmuşam, amma bu gün qəzetlərimizin çılpaqlığını görüb senzorun atasına rəhmət oxuyuram. Hamı qəzet buraxır, qardaş. Zulum məsələdi, dəxli oldu, olmadı. "Azərbaycan təbiəti" jurnalını buraxırdıq, 35 min də tirajı vardı, hamı da oxuyurdu, bir adam da bizə nöqsan tutmurdu. Amma indi aləm qarışıb bir-birinə. Nə böyük qalıb, nə kiçik, nə ar qalıb, nə ismət...
   
   - Vəli, sonda bir şeyi də soruşum. Yaxşı, bu dediklərini kim qaydasına qoyacaq?
   
   - Vallah, bu bir az çətin məsələdi. Amma yük yenə ziyalıların boynuna düşür. Onlar bir araya gəlib, axır ki, bir "Dur!" deməlidir, yoxsa doğrudan-doğruya qəzetçilik də, ədəbiyyat da çox gülünc günə düşür. Mən Sibirdə doğulmuşam, soyuğun da, şaxtanın da nə olduğunu bilirəm, amma tərbiyəsiz, ədəbsiz yazılardan oradakı soyuqdan qızardığımdan min dəfə çox, burada qızarıram. Bu barədə doğrudan yaxşı-yaxşı düşünmək lazımdı.
   
   ... Mən Dərviş Vəli ilə bu atüstü söhbətdə çox mətləblərə toxundum, amma hiss elədim ki, qardaşımın bir ayağı qaçaqdı, deyəsən, onu kimsə gözləyirdi. Çünki bir gözü də elə əlindəki mobil telefonda idi. Neynək, hara gedir, hansı məqsədə gedir, Allah işini avand eləsin. Çünki Dərviş azad adamdır, işinə qarışa bilmərik.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK