hacklink Adalet.az | HƏR BİR ƏSƏRİNDƏ ÖZÜNÜ YAZAN ƏLİ MÜƏLLİM Adalet.az | HƏR BİR ƏSƏRİNDƏ ÖZÜNÜ YAZAN ƏLİ MÜƏLLİM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏR BİR ƏSƏRİNDƏ ÖZÜNÜ YAZAN ƏLİ MÜƏLLİM

22778    |   2007-11-16 03:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yəqin ki, oxucular maraqlanacaq kimdir bu Əli müəllim. Maraqlanmaqda da haqlıdırlar. Çünki soyadı göstərməmişəm. Əgər soyadı da yazmış olsaydım onda nə suala, nə də təqdimata ehtiyac qalmayacaqdı. Ona görə ki, Əli İldırımoğlu imzası özü-özlüyündə bütün sualların cavabı və özü-özlüyündə də təqdimatdı...
   
   Qarşımda bir neçə kitab var. Müxtəlif illərdə, müxtəlif zaman kəsiyində yazılıb və işıq üzü görmüş "Çinarlı", "Zorən jurnalist", "Həmin adam", "Aqibət", "Közərən sətirlər"... Bu kitabları müxtəlif illərdə oxumuşam, amma indi yenidən gözdən keçirirəm. Özü də bu kitabların heç birini mənə kimsə hədiyyə etməyib. Özüm, necə deyərlər, öz zövqümün marağı ilə bu kitabları kitab mağazalarından əldə etmişəm. Həm sovet dönəmində, həm də indi. Çünki "Közərən sətirlər" və "Aqibət" mənim kitab rəfimdə latın qrafikası ilə, digərləri isə kiril əlifbası ilə dərc olunmuş nüsxələrdi. Bundan başqa, mən Əli müəllimin 70 illik yubileyində, yəni Atatürk Mərkəzində düzənlənən tədbirdə də iştirakçı olmuşdum və burada "Qarlı gecələr", "Mənim rəncbər atam" kitablarını əldə etmək fürsətini qazanmışam. Bütün bunlar öz yerində...
   
   Zaman heç kimi və heç nəyi gözləmir. Öz axarında, öz işindədir. Və 70 illik yubileyindən keçən zaman da heç kimi və heç nəyi gözləmədi. Eləcə papağımızı fırladıq gördük ki, növbəti yubiley qapını döyür. Biz, o cümlədən də mən gördüm ki, yubileydən yubileyə olan bir zaman kəsiyində də Əli müəllimin qələmi yenə öz işini görür. Bunun nümunəsi kimi "525-ci qəzet"də oxucuların ixtiyarına verilmiş "Zorən jurnalist" adlı romanının ikinci hissəsini xatırlatmaq məncə kifayət edər...
   
   Mən Əli müəllimi jurnalist kimi tanımışam. Özü də elə-belə jurnalist kimi yox. Sözün həqiqi mənasında qələmiylə, şəxsiyyətiylə tamamlanan, sözüynən, hətta jestləri ilə belə bütöv görünən köhnə, köklü bir kişi kimi, necə deyərlər Köhnə Kişi, Köhnə urnalist kimi! Bu gün adamın içində məhz həmin o Köhnə, Köklü Kişiyə, urnalistə həm bir həsrət var, həm də bir həsəd. Bilirsiniz niyə? Ona görə ki, bu günün qəzet bolluğunda, bazar iqtisadiyyatının bazar qəzetçiliyində "jurnalist sözü" bir az başqa cür səslənir, "müxbir sözü" az qala allerqiya doğurur. Biz də bunların günahını özümüzə təsəlli üçün keçid dövründə axtarırıq. Hara, nəyə keçdiyimizdən xəbərsiz ola-ola büküb-bükələyib bütün günahları yıxırıq bu bədbəxt keçid dövrünün boynuna... Amma...
   
   Mən hələ orta məktəbdə, özü də Tuğ kənd orta məktəbində, yəni bir vaxtlar beynəlmiləlçi məktəb kimi tanınan erməni və azərbaycanlı uşaqların bir dam altında oxuduğu illərdə "Kommunist" qəzetini ailəmiz abunəçi olduğundan gözdən keçirirdim. Lakin həmin qəzetdə Əli müəllimin istənilən yazısını oxuyurdum və öz-özümə düşünürdüm ki, eyni qəzetdə eyni məsələni jurnalistlər necə fərqli təqdim edirlər. Əli İldırımoğlunun hər bir yazısı dili bal kimi edir. Elə bilirdin ki, müəllif səninlə söhbət edir öz kəndində, öz evinin içində. Hətta tənqidi yazılarında da bir çılpaq səmimiyyət var idi, qərəz yox, ancaq səmimi xeyirxahlıq var idi. Nöqsanı üzə deməklə, əyər-əskiyin ortadan qaldırılması üçün kişiyana söz yazmaqla... Mənə elə gəlirdi ki, daha doğrusu, inanırdım ki, Əli müəllimin tənqid etdiyi məmurlar onun yazısında heç vaxt qərəz tapa bilmirdilər. Və ona görə də heç kim onun barəsində hansısa mənasız, əhəmiyyətsiz söz-söhbət edə bilmirdi...
   
   Əli İldırımoğlunu ilk dəfə yaxından Füzulidə, o vaxtkı Raykom binasının qarşısında görmüşəm. Elə həsrətlə baxmışdım ki, həqiqətən ürəyimdən keçmişdi ki, onu yaxından tanıyım. Açığı, özümü bir az da onun yerində də təsəvvür etmişdim. Doğrudu, illər ötdü mən Əli müəllimi kənardan-kənara da olsa yaxından tanıdım, əsərlərini oxudum və gördüm ki, elə mən də Əli müəllim kimi bir rəncbər oğluyam. Kənddə doğulub quzu da otarmışam, meşəyə oduna da getmişəm, kolxozda çalışan əliqabarlı atamın, anamın necə yorğun-arğın işdən qayıdıb bizləri başına toplamasının şirinliyini də, amma gecələr ağrıdan qolları sızıldayan ağır işin öhdəsindən qan-tər bahasına gələn atamın ufultusunu da, sızıltısını da eşitmişəm...
   
   Əli İldırımoğlunun ilk oxuduğum kitabı felyetonlarından ibarət idi. Və mən bu felyetonları oxuduqca oradakı Mirzə Cəlil ənənəsinə, "Molla Nəsrəddin" məktəbinə olan sədaqəti və o öyrəndiklərindən özündən sonrakılara bir öyrənmə şansı verən imkanı da duymuşam. Aşkarca görmüşəm ki, Əli müəllimin felyetonları gənc jurnalistlər üçün universitetin auditoriyalarında öyrəndiklərini nəzəri cəhətdən daha dərindən mənimsəməyə şərait yaradır və özü-özlüyündə deyir ki, buyur oxu, öyrən! Sonra Əli müəllimin "Çinarlı" kitabı əlimə düşdü. Burdakı hekayələr yığcam süjeti ilə, dil koloriti ilə mənə öz kəndimizi, öz qohum-əqrəbamı xatırlatdı. ördüm ki, bu hekayələrin bir çoxunun qəhrəmanlarını az qala tanıyıram, hər gün onlarla qarşılaşıram, rastlaşıram. Bu təəssürat məndə Əli müəllimin digər əsərlərinə qarşı da bir rəğbət yaratdı və bu imzanı axtarmağa başladım.
   
   Mərhum xalq yazıçılarımızdan birinin Əli müəllim haqqında yazdığı bir fikir bu gün də mənim üçün həqiqətin əksi təsirini bağışlayır. Xalq yazıçımız Bayram Bayramov Əli müəllimin kitablarının birinə ön söz yazarkən qeyd edib ki, "Əli İldırımoğlunun jurnalistliyi ilə yazıçılığı rəqabət aparır". Doğrudan da belədir. Bir oxucu kimi mən Əli İldırımoğlunun jurnalistikasında gördüyüm həyat reallığı, fakt bolluğu və dəqiqliyi, eləcə də görmək, gördüyünü əks etdirmək məharəti onun yazıçılığında da birmənalı olaraq ortaya çıxır. Tutaq ki, "Qarlı gecələr" romanını oxuyanda mənə elə gəldi ki, müəllif kənd məktəbinə müəllim gəlmiş cavan bir oğlan haqqında reallığı təcəssüm etdirən sənədli bir film nümayiş etdirir və yaxud oçerk ortaya qoyubdur. Amma hadisələrin davamlı inkişafı romanda təbiətdən tutmuş cəmiyyətə qədər bütün mühit və məkan hər xırda detallarına qədər müəllif qələminin təsdiqindən keçir və oxucu elə hiss edir ki, müəllif onun əlindən tutub öz yaşadığı, öz köynəyindən keçirdiyi bütün hissələri, bütün yaşamları oxucuya göstərməklə yanaşı, oxucuya həm də yaşadır. Təbii ki, bu da məhz jurnalist peşəkarlığının Əli İldırımoğlu yazıçılığına mənim zənnimcə, ən böyük xidməti, töhfəsidir. Mən hətta bunu Allah vergisi kimi də görürəm.
   
   İstedadla zəhmətin birləşməsi həmişə ortaya uğurlu nəticələr çıxarır. Bunu mən demirəm, bunu məndən öncə də deyiblər və mən bu fikri təkrarlamaqla Əli İldırımoğlunun yaradıcılığının bəhrələri olan əsərlərə söykənərək sizə xatırlatdığım fikrin nə qədər doğru olduğunun təsdiqini tapdığını diqqətə çatdırıram. Çünki istər "Zorən jurnalist", istər "Qarlı gecələr", istər "Aqibət", istərsə də "Közərən sətirlər" romanının hər birində Əli İldırımoğlunun özünü yazdığını duymuşam. Doğrudur, "Közərən sətiirlər" xatirə roman kimi qələmə alınıb, amma əvvəldə qeyd etdiyim kimi digər romanlarında da mən Əli müəllimin obrazını görmüşəm. Bir oxucu marağı ilə Əli İldırımoğlunun tərcümeyi-halını da məhz həmin o romanlardan öyrənmişəm və onu da görmüşəm ki, xalqın dilində çoxşaxəli süjetlər qurmaqla oxucunu böyük ədalətə də inandırmaq mümkündür, riyakarlığa qarşı, haqsızlığa qarşı dözümsüz olmağa da qaldırmaq mümkündür. Deməli, burada söhbət qələmin kimin əlində olmasından, qələmdən kimin istifadə etməsindən və nəhayət qələmlə ürəyin eyni məqsədə xidmətindən gedir. Əli İldırımoğlu da məhz öz qələmiylə öz ürəyini bir yerdə görən, öz şəxsiyyəti ilə öz qələmini və ürəyini bütöv halında təqdim etməyi bacaran bütün çətinliklərdən ürəyi, qələmi və şəxsiyyəti ilə bütöv çıxan Köhnə Kişilərdən biridir.
   
   ... Bu yazını mən Əli müəllimin yubileyi ərəfəsində yazarkən öncə istədim ki, onun kitablarından, qəhrəmanlarından söhbət açım. Sonra qərarımı dəyişdim. Çünki Əli müəllimin əsərlərini araşdırmaq üçün oxucu olmaq kifayət etmir. Həm də tənqidçi olmaq lazımdır. Mən də tənqidçilərin işinə qarışmadan Əli İldırımoğlu haqqında onun yaxşı oxucusu kimi könlümdən keçənləri necə bacardımsa eləcə də kağıza köçürdüm. Hər halda kasıbın olanından... Yubileyiniz mübarək, Əli müəllim! urnalistikanın və ədəbiyyatın Köhnə Kişisi, Qubadlıda görüşmək ümidiylə sizə can sağlığı arzulayıram.
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK