viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | PAYIZ MƏNİM YAŞIDIMDI... Adalet.az | PAYIZ MƏNİM YAŞIDIMDI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

PAYIZ MƏNİM YAŞIDIMDI...

(Lövhələr)

18228    |   2007-11-03 04:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Bir ömür göz yaşı bəs etməz mənə,
   
   Payızlar gözümə köçə bilməsə!...
   
    Ənvər Əhməd
   
   
   
   Yaman gecikdi bu ilki payız.Vaxtında özünü yetirib otları,yarpaqları saraltmaq əvəzinə gözümüzün kökünü saraltdı.Biz də yaman kəmhövsələ olmuşuq ha.Bəlkə də payız elə vaxtında gəldi.Kim hökm verib ki, payız elə mütləq sentyabrın 22-də girməlidi?! Bəlkə göylərin də öz dəftər-kitabı var, hər şeyi öz ölçülərimizə salmağa öyrəşmişik. Gərək hər şey biz deyən kimi olsun, vəssəlam. Əgər təbiətin də iki ayağı olsaydı, ikisini də bir başmağa dirəyib istədiyimizi elətdirərdik. Dünyanın ayrı-ayrı yerlərində fəsillər istənilən vaxt gəlirsə, biz niyə təbiətin bu qızıl saçlı gözəlinin nazı ilə oynamayaq?! Axı, gözəllərə hər şey keçilir. Bəlkə O sentyabrın 22-də deyil, avqustun axırında, lap elə oktyabrın 16-da gəlmək istəyir.Onsuz da bu kainat gözəlini hamı eyni həsrətlə gözləmir. Məsələn, hansı fermer pambıq əkmişdisə, bu ilki payız ona görə fəsillərin şahı oldu. Kimsə ev tikdirir, divarlarını qaldırıb, ancaq damını örtə bilməyib. Gecə-gündüz əlləri haqqdadı ki, göydən yerə bir damcı da yağış düşməsin. Kiminin fərli əyin-başı yoxdu, kimi hələ qışa ərzaq tədarük etməyə macal tapmayıb. Deyəsən, insanların gün-güzəranı təbiətin vecinə də deyil. Payız da kimini yandırır, kimini qandırır.Bağında nar ağacı olanlar deyir ki, heyif o qədər məhsuldan, yağış olmadı, ağaclara mic daraşdı, hər şeyi korladı. O gün Kürün üstündən keçmişəm; o boyda çay yarıyaqat olub, lap dağ çayına oxşayır.
   
   Yağışların gecikməsi evdar qadınların da bir tərəfdən işinə yaradı.Mürəbbələrini bişirdilər, kompotlarını bağladılar, şorabalarını qoydular. Sonra arxayınlıqla payız işlərini görməyə başladılar.Paltar-palazı yuyub qurutdular. Yorğan-döşəyi söküb yununu yudular, çırpdılar, təzədən sırıdılar. Elə kənd kişiləri də günəşli günlərdən az yararlanmadılar. Yollar palçıq bağlamamış çöl-bayır işlərini qurtardılar. Yağış yağıb biçənəklərdəki otları çürütmədi. Necə olsa,köynəkləri kürəklərinə yapışırdı dəryaz çalanda. Qabaqda əli qılınclı qış gəlir, mal-qara da ac qalmayacaq, deməli. Nişanlı oğlu-qızı olanlar da əl-ayağı quru toylarını yola verdilər...
   
   Yəqin elə buna görə də birdən leysan duşub iki-üç gün kəsməyəndə heç kəs əndişələnmədi.Baxışlar narazılıqla deyil, şükranlıqla göylərə dikildi: " Kərəminə şükür, xudaya! zün hər şeyin yaxşısını bilirsən.Nə edirsən, yaxşılığa edirsən!"
   
   
   
   ***
   
   
   
   Bəlkə bu yazdıqlarım bahar sevdalı insanların xoşuna gəlməyəcək. Gəlişi ilə bütün təbiəti canlandırsa da, klassiklərdən üzü bəri əlinə qələm alan şəninə mədhiyyələr yazsa da, hər kəsdə bir fərəh, şuxluq yaratsa da bahar mənim sevdiyim fəsil deyil. Ən azından ona görə ki, yaz gələndə təbiət insanları saf-çürük eləyir. Qan qaynayan kimi xəstəliklər də baş qaldırır.Duyğular yaşamaq eşqilə cilvələnən məqamda xəstələr, qocalar xəzəl kimi tökülüb torpağa qarışır.Bilmirəm, daha nələrə görəsə, yazın gəlişi məndə kədər oyadır. Bəlkə də bu mənim qəribəliyimdi...
   
   Mənim fəslim Payızdı...
   
    Uşaqlıqda köhnə yurd yerlərindən, cığırların qırağından, kolların dibindən, xəzəlin altından göbələk yığdığımız fəsildi payız. Bu göbələklərin saplağını qoparıb yerinə duz doldurar, közün üstünə düzərdik.Sulanıb fışıltıynan bişən, bişdikcə büzüşən göbələyin xoş ətrini ciyərlərimizə çəkə-çəkə iştahla bişməyini gözlərdik.
   
   
   
   ***
   
   
   
   Mənə görə payız yaradıcı adamların fəslidi. Elə bilirəm yayda bir durğunluq olur bütün sənət sahələrində Yay uzunu dincəlməyə, səyahətə gedən yaradıcı şəxslər payızda geri dönür, təzələnmiş ovqatla qələmə sarılırlar.Payızdan təzə əsərlər, bütün qış uzunu oxuya biləcəyim şeirlər, romanlar, povestlər gözləyirəm. Yadıma kənddəki evimizin köndələn otağının nar bağına açılan pəncərəsi ağzında oturub kitab oxuduğum günlər düşür.Yetişib partlamış narın qırmızı dənələri sarı yarpaqların arasında daha parlaq görünürdü. Barmağımı səhifələrin arasına qoyub alnımı soyuq şüşəyə söykəyər, quru budaqları, ağacların dibində qalaqlanan xəzəli döyəcləyən damcılara tamaşa edərdim. O dumanlı şüşənin soyuqluğunu hələ də alnımda hiss elədikcə qəlbimi şirin bir isti bürüyür.
   
   
   
   ***
   
   
   
   Ağacda xəzəl ağlar,
   
   Dibində gözəl ağlar...
   
   
   
   Bir mən deyiləmmiş payız gələndə kövrələn,doluxsunan. Bax, o gözəl niyə ağac dibində dayanıb göz yaşlarını xəzəl kimi tökür?! Bu payız onun qəlbində hansı yaranın qasnağını qoparıb?! Sinəsi dağ-düyünlü nənələrimiz qupquru, sapsarı yarpaqlardan məlhəm də umublar hələ...
   
   
   
   Bağda xəzəl qalmadı
   
   Yarama bağlamaqdan.
   
   
   
   Mənə qalsa, ...Payız mənim həsrətimdi, həmdəmimdi, sirdaşımdı.
   
   Mən payızda doğulmuşam... Payız mənim yaşıdımdı...
   
   
   
   ***
   
   
   
   Payız etibarlı ilə etibarsızı bir-birindən ayıran fəsildi. Yazda üzübəri axışan qanadlı səyyahlar yenə də çayları, göyləri yerli quşların umuduna qoyub isti ölkələrə uçurlar. Qaranquşlar çoxdan gözə dəymirlər. Yaxşı ki, vəfalı, zərif sərçələr var. Payızın yağışında, küləyində, qışın qarında, şaxtasında da bizimlə olacaqlar. Yenə də bir gün gecəyarısında göylərin dərinliyindən qığıltı eşidib yatağımdan qalxacaq, balkonda dayanıb başımı qaldıranda adamları yuxuya verib qatarını çəkən durnaları görəcəm. Durnaların yerinə olsam, bu payız Bağdada üz tutmaram. Çünki... "İraq batıb nahaq qana..." (Son günlər bu ölkənin sərhəddində haqqına işlər də görülür, deyəsən)...
   
   
   
   ***
   
   
   
   Payız duyğularımın içində bir nigarançılıq, həsrət olur həmişə. Xəyalən yurdumun hər bucağını göz önünə gətirirəm: " Görəsən, filan yerin payızı necə olur?" Son illər fikrim ancaq bir nöqtəyə cəmləşib. O nöqtəyə ki, ora payız da qorxa-qorxa gəlir, qərib-qərib gəzib dolaşır, bu torpağın əsl sahiblərini tapmayıb tez də çıxıb getməyə tələsir. Göylərin bomboz dumanında süzən solğun Aydan soruşmaq istəyirəm: " Şuşanın payızı bu il necədi?!"...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK