Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "YEVLAXDA MÜXALİFƏTİN DEMƏYƏ SÖZÜ YOXDUR" Adalet.az | "YEVLAXDA MÜXALİFƏTİN DEMƏYƏ SÖZÜ YOXDUR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"YEVLAXDA MÜXALİFƏTİN DEMƏYƏ SÖZÜ YOXDUR"

"Köhnə təfəkkürlü məmurlar da var"

23729    |   2007-11-02 04:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan adlı məmləkətin təkcə paytaxtında deyil, regionlarında da həyatın müəyyən mənada qaynaması, yəni iş yerlərinin açılması, adamların öz istəklərinə uyğun müxtəlif sahibkarlıq növləri ilə məşğul olması, bütövlükdə isə əyalət və paytaxtın bir axarda qovuşması istiqamətində məqsədyönlü iş aparılır. Təbii ki, burada dövlət başçısının regionların inkişaf etdirilməsinə dair imzaladığı "Dövlət Proqramı" da xüsusi önəm daşıyır. Bütün bunlar və eləcə də bir millət vəkili olaraq düşüncələri, gördüyü işlərlə bağlı fikirlərini öyrənmək üçün "Deputat otağı"mıza növbəti qonaq kimi İlham Məmmədovu dəvət etdik.
   
   
   
   - İlham müəllim, siz Yevlax rayonundan millət vəkili seçilmisiniz. Bu mənada təmsil etdiyiniz bölgəni oxucularınıza necə təqdim edərdiniz?
   
   - Mən sizin layihənizlə tanışam və mütəmadi olaraq da izləyirəm. Bu müsahibələrin özü müəyyən mənada həm də millət vəkili ilə onun seçicisi arasında bir körpüdür, daha bir hesabat vermək imkanıdır. Yəni bizim cəmiyyətlə əlaqəmizin əlavə bir variantıdır. Nəticədə bizim müsahibələri oxuyan oxucular, bütövlükdə seçicilər nələr etdiyimizi, nələr düşündüklərimizi "Ədalət"in vasitəsilə bir az da artıq bilirlər, məlumatlanırlar. Bu baxımdan mən sizin layihənizi çox yüksək qiymətləndirirəm və ümid edirəm ki, bu davamlı olaraq millət vəkili ilə seçici körpüsünün daha da genişlənməsinə yardım edəcəkdir. Həm də bu dediklərimdən çıxış etməklə mən dəvətinizi məmnuniyyətlə qəbul etdim. Bildirim ki, mən Yevlaxdakı 48 saylı mərkəzi seçki dairəsindən millət vəkili seçilmişəm. Mənə etimad göstərilib, səs verilib və mənim bilavasitə vəzifəm bu etimadı doğrultmaqdır. Parlamentdə təmsil olunduğum bu müddət ərzində ardıcıl olaraq çalışmışam ki, seçicilərimin qarşıma qoyduğu tapşırıqları, eləcə də millət vəkilinin vəzifələrini ardıcıl yerinə yetirim və seçicilərim öz seçimində yanılmadıqlarına daha ürəkdən inansınlar. Qeyd edim ki, bütün Azərbaycanda mövcud olan problemlər təbii ki, Yevlaxdan da yan keçmir. Burada da sosial, məişət problemləri mövcuddur. Ümumiyyətlə, birmənalı demək lazımdır ki, həyat varsa, onun problemləri də var və bütün problemləri sehrli çubuqla bir anda həll etmək mümkün deyil. Lakin elə problemlər var ki, onu yerlərdə həm icra strukturlarının, həm millət vəkilinin, həm də digər əlaqədar təşkilatların köməkliyi ilə aradan qaldırmaq mümkündür. Ancaq elələri də var ki, o, respublika səviyyəsində öz həllini gözləyir. Hər bir millət vəkili kimi mən də bütün müraciətləri təbii qəbul edirəm. Çünki seçilmişəmsə, dinləməyi, köməklik göstərməyi də bacarmalıyam. Axı bizə müraciət edəni dinləməyin özü ona bir köməklikdir, ona yol göstərməkdir, ona məsləhət verməkdir. Onda seçici də görür ki, nəyi etmək, nəyi aradan qaldırmaq mümkündür, nəyi yox. Heç vaxt seçicidən qaçmaq, ondan gizlənmək olmaz. Konkret olaraq həmişə seçiciyə qarşı getmək lazımdır, ona qarşı addım atmaq lazımdır. Lap müraciət əhəmiyyətsiz bir şey olsa belə insanı dinləmək ona ümid verməkdir. Hər kəs bunu nəzərə almalıdır...
   
   - İlham müəllim, konkret olaraq Yevlaxın bugünkü iqtisadi, siyasi müstəvisində baş verənlər barədə nə deyə bilərsiniz?
   
   - Öncə onu deyim ki, mən həm də Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədriyəm. Şübhəsiz ki, bu da mənə rayonun bütün mənzərəsini görmək, bilmək imkanı verir. Digər tərəfdən də həmin proseslərin içərisində oluram. Yəni ictimai, siyasi, mədəni və sosial proseslərin ən xırda detallarına qədər bütün mənzərəsindən məlumatlıyam. Mən həm partiya sədri kimi, həm millət vəkili kimi çalışıram ki, nöqsanların, problemlərin aradan qaldırılmasında iştirak edim. Yəqin ki, televiziya kanallarından izlədiniz. Bu günlərdə möhtərəm prezidentimiz Yevlaxa səfər etmişdi. Ölkə başçısının müxtəlif obyektlərin açılışında iştirakı rayon ictimaiyyətinə, şəhər sakinlərinə böyük ruh yüksəkliyi bəxş etdi. İstər mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün parkların, idman kompleksinin, istər iş yerlərinin açılması Yevlaxın bügünkü reallığıdır. Şəhərin bugünkü mənzərəsi kökündən dəyişib. Yeni iş yerlərinin açılması ikinci bir məqama, yəni rayonda yoxsulluğun səviyyəsinin xeyli aşağı düşməsinə şərait yaradıb. Həm də ölkə prezidentinin seçki öncəsi xalqımıza verdiyi vədlərin reallaşmasını sübut edir. Bir anlıq möhtərəm prezidentimizin andiçmə tarixinin dörd ilini göz önündən keçirəndə bütün respublikamızda olduğu kimi Yevlaxda da görülən işləri xatırlamamaq, qiymətləndirməmək qeyri-mümkündür. Bunlar isə məhz ölkə rəhbərinin, eləcə də onun yerdəki təmsilçilərinin, ictimaiyyətin xidmətlərinin bəhrəsidir. örülən işlər strateji məqsədlərimizə çatmağımızdan xəbər verir. Təkcə iş yerlərimizin açılması istiqamətində görülən işlərin fonunda Yevlax şəhərində həyata keçirilən tədbirlərə nəzər salsaq yüzlərlə iş yeri barəsində ürəklə danışmaq olar. Sosial infrastrukturun daha da genişlənməsi, tarix-diyarşünaslıq muzeyinin yaranması, emal istehsal müəssisələrinin açılması, bir sözlə, görülən hər iş xalq üçündür. Elə "Lalə" Tekstil MMC-nin fəaliyyətə başlaması 700 nəfərdən artıq qadının işlə təmin edilməsi deməkdir. Özü də bu, işin təkcə maddi tərəfi deyil, həm də işə cəlb olunmuş həmin qadınların evdən çıxıb cəmiyyətə qovuşması, sözün yaxşı mənasında, özünə, oğluna, qızına nişanlı tapması, rəfiqə tapması, bir sözlə, həyatla qaynayıb-qarışması deməkdir. Bütün mənalarda həmin o qadınlar evdarlıqdan çıxıb cəmiyyətin böyük mənada üzvlərinə çevrilirlər. Zənnimcə, bu fakt Yevlaxın bugünkü reallığından öz-özlüyündə məlumat verir.
   
   - Siz iqtidar partiyasının təmsilçisisiniz. Bu gün Yevlaxın timsalında iqtidar-müxalifət münasibətlərini necə qiymətləndirirsiniz?
   
   - Möhtərəm prezidentimizin qarşımıza qoyduğu əsas məsələlərdən birincisi Azərbaycan dövlətinin müstəqilliyinin və bütövlüyünün qorunması, demokratik cəmiyyətə doğru cəmiyyətin parametrləridir. İnsanların sosial vəziyyəti ilə yanaşı, siyasi atmosferin də şəffaflığı xüsusi önəm daşıyır. Bu gün Azərbaycan dünyaya inteqrasiya edən bir dövlətdir, dünyanın tərkib hissəsinə çevrilməkdədir. Və biz də böyük dünyada gedən demokratik proseslərdən özümüzü təcrid edə bilmərik. İstər parlamentdəki fəaliyyətimdə, istərsə də partiya işimdə görürəm ki, Azərbaycan hökuməti də beynəlxalq aləmdə qəbul edilən bütün qanunlara, konvensiyalara mütəmadi olaraq qoşulur və öz qanunlarını da onlara uyğunlaşdırır. Təbii ki, cəmiyyətdə müxalif qüvvələrin olması normal haldır və sağlam müxalifət də nöqsanları görüb göstərməli, öz mövqeyini konstruktiv şəkildə ortaya qoymalıdır. Yoxsa ağı qara görmək, hər şeyi pis qələmə vermək heç kəsə başucalığı gətirməz. Elə Yevlaxda bu gün həyata keçirilən işlər buna bir misaldır. Rayonumuzda fəaliyyət göstərən müxalif partiyaların təmsilçiləri də həmin o reallığı görür. Biz həmişə həyatdan, onun real durumundan çıxış edirik. Kimlər də hər şeyi olduğu kimi görüb qiymət verirsə, onların sağlam fikirlərinə müsbət yanaşır və heç vaxt reallıqdan çəkinmirik. Bir sözlə, biz siyasi fikir plüralizminin tərəfdarıyıq. Kim də ki, bulanıq suda balıq ovuna çıxıb, onu artıq xalq tanıyıb və öz qiymətini də verib. Konkret müxalifətin bu gün Yevlaxda deməyə sözü, göstərməyə iradları yoxdur.
   
   - İlham müəllim, gəlin cəmiyyətin bir üzvü kimi məsələyə obyektiv yanaşaq. Ölkə əhalisinin ictimai-siyasi həyatda qazandıqları ilə iqtisadi tərəfdən qazandıqları arasında nə kimi fərq var? Bir az da konkret desək əmək haqqı və bazar, yəni insanların maddi durumunun heç də ürəkaçan olmaması bəlli həqiqətdir. Bazarla cib arasında məsafə daha böyükdür...
   
   - Əlbəttə, bu kimi problemlər bizi də narahat edir. Elə dövlət başçısı da sonuncu müşavirədə, elə regionlara səfərləri zamanı xalqımıza müraciətində vurğulayır ki, əmək haqlarının artırılması, inflyasiyanın qarşısının alınması istiqamətində ardıcıl iş aparılır və adamların sosial durumunun yaxışılaşdırılması onun həmişə diqqət mərkəzindədir. Mən konkret olaraq deyə bilərəm ki, bizim müstəqilliyimizin yaşı o qədər də böyük deyil. Bu müddət ərzində görülən işlərə də dönüb baxmaq lazımdır. Ulu Öndərimizin öz həyatı bahasına az qala bütün dünyaya qarşı duraraq müəyyən etdiyi iqtisadi-siyasi kurs, neft strategiyası zənnimcə danılmaz həqiqətdir. Məhz həmin kursun həyata keçirilməsi bizim iqtisadi durumumuzu xeyli yaxşılaşdırıb, ölkəmizin büdcəsi artıb. Bu da ki, öz növbəsində bizim insanların sosial durumuna təsirsiz ötüşməyə bilməz. Lakin bu da həqiqətdir ki, indiki bazar iqtisadiyyatı şəraitində müəyyən nöqsanlar da qalır. Burada öz işinin öhdəsindən gələ bilməyən, köhnə təfəkkürlə işləyən bəzi məmurların da günahı var. Cəmiyyətdə apardığım müşahidələrim göstərir ki, bizim çox gözəl, böyük potensialı olan gəncliyimiz formalaşır və onlar artıq idarəçiliyə gəlməkdədir. İnanıram ki, bu gənclik ölkəmizin bütün sahələrini öz düşüncələri ilə, yaradıcılıqları ilə zənginləşdirəcəklər.
   
   - İlham müəllim, bizdə hələ sovet cəmiyyətinin təfəkkürünün müəyyən məqamları qalmaqdadır. Düşünürük ki, millət vəkili hər şeyə qadirdir və bu problemləri də çözməlidir. Bu məsələyə münasibətiniz necədir?
   
   - Çox sağ olun ki, real məqama toxundunuz. Doğrudan da biz millət vəkilləri öz aramızda bu məsələni müzakirə edirik. Necə deyərlər, bu bizim gizli, yaralı yerimizdir. Seçiclər elə hesab edir ki, millət vəkili seçilməklə bizə əlahiddə bir qüvvət, imkanlar gəlir və biz bütün problemləri həll etməyə qadirik. Ancaq neyləyək ki, biz seçiclərimizə bunu deyə bilmirik. Sadəcə çalışırıq ki, onları başa düşək, onlar üçün ürəyimizin yandığını onlara çatdıra bilək. Doğrudur, biz onların qarşısına düşüb lazımi qapıları da döyürük, səlahiyyətimiz, gücümüz daxilində sosial problemlərimizi də çözürük. Ancaq bəzən seçicilər bizə ailə problemlərini, hətta itmiş bir qoyununun tapılması kimi məsələləri və yaxud yol polisinin aldığı sürücülük vəsiqəsinin geri qaytarılması sorğuları ilə, problemləri ilə də üz tuturlar. Bir sözlə, görünür cəmiyyətimiz hələ bütövlüklə millət vəkilinin vəzifəsinin nədən ibarət olduğunu müəyyənləşdirib həzm etməyibdir. Odur ki, biz səbrlə öz seçicilərimizi dinləməyi və yenə xüsusi olaraq vurğulamaq istəyirəm ki, gücümüz və səlahiyyətimiz daxilində köməkliklərimizi əsirgəməməliyik.
   
   - Sonda bir suala çox səmimi cavab vermənizi istərdim. Bugünkü Azərbaycan parlamentinin mənzərəsi və o cümlədən də sizin parlamentdəki yerinizi necə qiymətləndirərdiniz?
   
   - Maraqlı sualdır və çalışacam ki, səmimi də cavab verim. Milli Məclisin əvvəlki çağırışlarında da parlamentdə çox vacib qanunlar qəbul edilib. Həmin çağırışlarda da Azərbaycanın yüksək intellektli nümayəndələri, alimləri, hüquqşünasları, müxtəlif peşə sahibləri, bir sözlə, qanun yaradıcılığı ilə məşğul olan insanlar təmsil olunublar. Bu gün də parlamentimizdə cəmiyyətin çox nüfuzlu nümayəndələri əyləşiblər. Təbii ki, hər yeni çağırışda parlamentin təkcə binasında deyil, onun seçilmiş nümayəndələrinin həm mənəvi, həm də ziyalılıq səviyyəsində irəliləyişlər edilir. Yəni seçilənlər özlərinin intellektual səviyyələri ilə yeni dövrə daha yaxın olur, onu daha yaxşı təmsil edir. Bu mənada mən parlamentimizin təmsilçilərinin qanun yaradıcılığındakı imkanlarını, onların səviyyəsini yüksək qiymətləndirirəm və düşünürəm ki, Yevlaxı təmsil edən bir nümayəndə kimi mən də bu parlamentdə sözümü deyim və bundan sonra da deyəcəyim sözlər var. Çalışacağam ki, bundan sonra seçicilərimin öz seçimində yanılmadığını fəaliyyətimlə təkrar-təkrar sübut edim.
   
   Bizimlə həmsöhbət olduğunuz üçün çox sağ olun.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK