Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | XƏCALƏT Adalet.az | XƏCALƏT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XƏCALƏT

(Bunun Hüseynbala Mirələmovun əsərinə heç bir dəxli yoxdur)

22873    |   2007-10-24 06:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ədalət" qəzetinin dünənki sayını oxuyan hər bir kəs əgər diqqət yetiribsə, qəzetin manşeti çox qəribə idi. Oxumayanlar üçün xatırladım:
   
   - Türklər də "lazım"ı gözləyir! (Əslində burda sonsuz sayda nida işarəsi qoyulmalıdı).
   
   Bəli, həqiqətən bu lazım hər kimdisə bizi təkcə el-oba, arvad-uşaq, qohum-əqrəba, dost-tanış yanında deyil, cəmi mələkətdə, cümlə dünyada biabır elədi. Bu zalım Oğlu (bəlkə də bu zalım Qızı) nə məssəbə qulluq edir, hansı əqidənin sahibidir, kimin dediyi ilə oturub-durur baş aça bilmirəm. Bilsəm nə dərdim vardı ki? Dizin-dizin, sürünə-sürünə, iməkləyə-iməkləyə, tay bilmirəm hansı formaya gücüm çatırsa, bacarıramsa o cür də yeriyərdim qabağına. Dizimi atıb yerə əlimi açıb göyə yalvarardım, deyərdim ki:
   
   - Dədəm-anam, oğul-uşağım, qonum-qonşum, kəndim-kəsəyim sənə qurban ay Lazım, başına dönüm hardasan? Niyə gəlib çıxmırsan... Niyə gözümüzü döyənək, ürəyimizi yağır eləmisən... Niyə bu daşı tökmürsən ətəyindən... Niyə gəlib çıxmırsan... Niyə bizim papağımızı arvad-uşaq yanında yerə soxdun... Cəmi dünyada biabır elədin... Arvad-uşaq, cəmi dünya bir yana, hələ üstəlik xəcalətli qaldıq Metyu Brayzanın, Fasyenin, Merzlyakovun yanında... Üzümüzə deməsələr də him-cimlə, hərəkətləri ilə qandırdılar ki, harda qaldı sizin Lazımınız... Bəs deyirdiniz Lazımınız var, sezona gedib, topla-tüfənglə gələcək... Dolunu dağıdıb boşu dolduracaq... Bə noldu.. İndi özün fikirləş dana ay başına dönüm, bu təntənəni nə təhər həzm eliyək?..
   
   Bu fikirləri kompüterin ağappaq yaxasına naxışladıqca özümdən asılı olmayaraq, havalanmış adam kimi bərkdən də təkrar edirdim. Səsim ağzımdan çıxıb qulağıma çatınca tez sağa-sola baxdım. Düşündüm ki, birdən Allah eləməmiş Lazımın gəlməsini istəməyənlər eşidər, gedib birinin üstünə də beşini qoyub onun yolunu bir az da o tərəflərə salar. Tay ondan sonra ölüləri ağlayıb qurtarmışıq... diriləri başlamışdıq ağlamağa ona da göz yaşımız çatmaz, olan-qalan umudumuz da puç olub gedər. Bu da olar ikinci biabırçılıq...
   
   Biabırçılıq deyəndə ki, ağzı göyçəklər söz yayar ki, Lazımı küsdürmüşəm ona görə gəlmir. Onsuz da mənim əskim tüstülüdü, xatası da gəlib məni tutacaq. Deyəcəklər ki, niyə qaxılıb oturmurdun yerində, ürəyi yanan çıxmışdın?.. Lazıma minnət edirdin, özü də qəzet vasitəsilə?.. Bilmirsən indi hər sözü yox, hər hərfi, hər işarəni qaldırıb altında nə isə axtarırlar?.. Bilmirsən, Lazım suyu üfürə-üfürə içir?..
   
   Hə, bax bunları fikirləşəndə düzü, elə bil yatmışdım oyandım. Dedim ki, doğrudan ha, birdən Lazım küsüb eliyər, ondan sonra Motodromdakı özülsüz evimi də şəlləyərlər dalıma, day sığınmağa yer tapmaram. Odur ki, tələm-tələsik Lazımdan üzr istəmək üçün çevirdim o biri vərəqi...
   
   Kim nə iş görür düz eliyir... Kim hansı qərarı qəbul edir onun da lap əlinin içindən gəlir. Lazım görünür bizdən çox bilir, əlaqələri genişdir, imkanları böyükdür, oturub vaxtın, vədənin lazım gələcəyini gözləyir. Elə ki Lazımın lazımı gəldi, onda heç bizdən soruşub-eləmədən özü öz işini görəcək. Bunu yaddan çıxarmaq olmaz. Əksinə sırğa edib qulağımıza, sancaq edib yaxamıza taxmalıyıq. Bir də ki, biz artıq Lazımın da səbrinə bələdik, özümüzün də. Dərd türk qardaşlarımızındır...
   
   Türklər də indi oturub Lazımı gözləyir. Əllərində neçə cürə qərar, yəni təskərə ola-ola, hələ götür-qoy eləyirlər. Özü də tələm-tələsik, hay-küynən. ah deyirlər İraqın şimalına girəcəyik, gah deyirlər Amerika otursun öz yerində, gah deyirlər Bərzani özünə gülür, gah nə bilim nəmənə... Bir sözlə, hələ ki, yançaqları yer tutmur. Deməli, bu səbrsizlik onların təcrübəsizliyindən xəbər verir. Onlar da bizim kimi 1988-in fevralından oturub Lazımı gözləsəydilər bilərdilər ki, "Səbrlə halva bişər, ey qora səndən..."
   
   Bəli, türk qardaşlarımıza xırdaca bir mesaj göndərmək istəyirəm, imkanları varsa oturub Lazımı gözləsinlər. İnşallah, söz verib gələcək. Sadəcə bir az dözüm nümayiş etdirmək, sayqı göstərmək lazımdır. Terrordur, olur olsun də?.. Biz dözüm göstərdikcə torpaqlarımız yanır, siz də dözüm göstərsəniz şəhidiniz beş-on nəfər artar. Dünya da görər ki, bizlər necə səbrliyik, necə dözümlüyük. Bundan sonra inşallah, yenə deyirəm, dünyanın "dobro"suynan, yəni böyük-böyük dövlətlərin razılığıynan Lazım öz işinə başlayar...
   
   Bu da belə... Lazım bizə xəcalət verdi, qalsın qulluğunda. Borclu qalmarıq, inşallah, bizim küçədə də toy olar, biz də Lazımın könlünü xoş edərik. Axı, heç kimin olmayan dünya heç kimə də qalmayıb? Elə deyil, Lazım müəllim?..
   
   
   
   P.S. Belə götürəndə bu yazı çəkdiyim xəcalətin milyardda birinin səbbini almadı. Əksinə xəcaləti bir az da təzələdi. Ümumiyyətlə, bu xəcalətin ömrü görəsən nə qədər olacaq?


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK