ANA SƏHİFƏ / YAZARLAR

SƏBR ELƏ

9658    |   2014-09-27 00:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Biri çətinə düşəndə, dərd onun içini yeyəndə və canını qoymağa yer tapmayanda o dəqiqə ona deyirlər ki, bir az döz, səbr elə. Bir də görəcəksən ki, hər şey yoluna qoyuldu və içindəki dərd bir anın içində çıxıb getdi. Heç kim deyə bilməz ki, onun dərdi yoxdur. Dərd var ki, dağ boydadır, dərd də var ki, çox balaca, məsələn, qoz yekəlikdə. "Qurani-Kərim"də buyrulub ki, hamıya çəkə biləcəyi qədər dərd veririk. Heç kim çəkə bilməyəcəyi dərddən artıq yüklənmir.
Gözümüzü açıb görürük ki, dərd qapımızı döyür, içimizi yeyir və hər an bizim başımızın üstündədir. Başımızın üstündə olan bu dərdi nə qədər istəsək də özümüzdən uzaqlaşdıra bilmərik. Əgər biz insanıqsa, yaşayırıqsa, nəfəs alırıqsa, deməli, Allah-Təala bizə sevinc də bəxş edəcək, kədər də. Bayaq dediyimiz kimi, elə bir insan yoxdur ki, onun qəlbinin dərinliyində və ürəyinin harasındasa dərd yer salmasın.
Adam var ki, danışıb-gülür və şənlənir. Elə düşünürsən ki, bu adam nə bəxtəvərdi, heç bir dərd-səri yoxdur. Ancaq bir qədər söhbət edirsən, ürəyinin dərinliklərinə bələd olursan və məlum olur ki, onun dərdi səninkindən qat-qat ağırdır. Sadəcə bu insan səbrli və dözümlü olduğuna görə kədərə baş əymir və onun qabağında aciz qalmır.
Mənim bir əmim oğlu vardı - Əhliman Pənahoğlu. Tibb İnstitutunu bitirmişdi və uzun müddət də Almaniyada işləmişdi. Çox istedadlı, savadlı və qabiliyyətli bir ziyalı idi. Onunla bir dəfə söhbət edən kimi elə bilirdin çoxdandır bu adamla tanışsan. Çünki danışığından bal damırdı. Nitsşeni, Fredi, Feyerbaxı çox yaxşı bilirdi. Sözümün canı odur ki, onun gözəl bir kəlamı vardı: "Dərd qapınızı döyəndə qorxmayın, evinizin qapısını, pəncərəsini açıq qoyun, amma səbrli olun. Bir də görəcəksiniz ki, o dərd necə gəlmişdi elə də çıxıb gedib".
Həkim-cərrah olan mənim əmim oğlu 50 yaşında ürək tutmasında dünyasını dəyişib. Amma uşaqları, balaları çox ağıllı və çox da savadlı olublar. Ataları kimi hər bir çətinliyə və dərdə dözüblər. Onun 6 uşağı vardı. O uşaqlardan biri hüquq fakültəsini bitirib, indi prokurorluq orqanlarında işləyir. Bir oğlu Tibb Universitetini qurtarıb, Müdafiə Nazirliyinin hərbi hospitalında cərrah vəzifəsində çalışır. Başqa bir oğlu İqtisadiyyat Universitetini bitirib və böyük bizneslə məğuldur. İki qızın biri Bakı Dövlət Universitetində, digəri başqa bir ali məktəbdə təhsil alır.
Belə bir məntiqi nəticə çıxır ki, səbir eləyən adam gec-tez öz istəyinə çatır. "Qurani-Kərim"də də buyrulub ki, səbir eləyən insan Allaha çox yaxındır. Ancaq bir də görürsən ki, adi bir söz-söhbətdən iki əmioğlu düz gəlməyib bıçağa əl atdı. Biri o birisini qanına qəltan elədi. Bəlkə də bir dəqiqə, bir saniyə dözsəydi və səbr etsəydi bu ağır cinayət baş verməzdi.
Ən çox da bizim səbrimizin olmaması başımıza olmazın müsibətləri gətirir. Bir anın səbirsizliyi, dözümsüzlüyü insanın həyatını altını üstünə çevirir. Bir də insan ayılıb görür ki, artıq elə bir səhv edib ki, onu heç cürə düzəltmək mümkün deyil. Həmin anda sadəcə olaraq əsəblərini cilovlaya bilməyib və nəticədə çox ağır bir cinayət baş verib.
Bəzi insan əsəbiləşib və hövsələdən çıxanda "Lənət şeytana" deyir və tez də haqqın yoluna qayıdır. Yəni əsəbləri soyuyur, özünü rahat hiss edir və yavaş-yavaş sakitləşir. Elə biz də ən çox ağılasığmaz hadisələri və cinayətləri çox əsəbi vəziyyətdə törədirik. Dəfələrlə müxtəlif televiziya kanallarında göstərilən kriminal verilişlərə baxanda cinayəti törədən şəxslər bildirirlər ki, bir an səbir eləsəydim bu xəta da əlimdən çıxmazdı. Filankəsi öldürdüyümə görə çox peşmanam və şeytan məni yoldan çıxardı.
Ancaq səbirli olsaq heç vaxt şeytan bizi yoldan çıxara bilməz. Ən azından ona görə ki, səbirli adamlar Allaha çox yaxın olurlar. Allaha yaxın olan adamları isə nə şeytan, nə də digərləri pis yola çəkə bilməz. Deyirəm bəlkə daşı ətəyimizdən töküb bir az səbirli olaq? Səbirli olaq ki, axır sözümüzü əvvəl deməyək, böyüyün üzünə ağ olmayaq, əlimizdən xəta çıxmasın. Və sonra da ömrümüz boyu bu yükün altında qalıb canımızla əlləşməyək...




YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK