viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "MƏN YAZMAĞIN ZƏLİLİYƏM" Adalet.az | "MƏN YAZMAĞIN ZƏLİLİYƏM" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"MƏN YAZMAĞIN ZƏLİLİYƏM"

"Heç vaxt ailəmin son qəpiyini kitabımın çap olunmasına xərcləmərəm"

23468    |   2007-10-18 04:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda sözlə yaşayan, sözlə nəfəs alan, sözün sorağında olan hər kəs üçün Mustafa Çəmənli imzası tanışdır, doğmadır. Bu imza çoxsaylı bədii publisistik və bədii əsərlərlə qapıları döyüb, özünü oxucusuna tanıdıb və sevdirib. Təəssüf ki, bu gün həyatın elə bir məqamını yaşayırıq ki, bəzən yaxşını pisdən, düzü əyridən seçmək, fərqləndirmək həm çətin olur, həm də hansısa problemlər bu seçimin özünü pərdə arxasında qoyur. Şəxsən mənə elə gəlir ki, indi seçim etməli olanlar ya baş sındırmaqdan qorxurlar, onun əziyyətinə çiyin vermirlər, ya da laqeydlik və şəxsi maraq bu adamlar üçün daha önəmli olur. Nə isə... Bu başqa bir mövzudur. Bu gün isə mən 60 yaşı tamam olan Mustafa Çəmənli ilə üzbəüzəm. Özü də bu görüşün səbəbi təkcə 60 yaş deyil. Bir səbəbi də mənim bir oxucu kimi, bir söz adamı kimi Mustafa Çəmənli imzasına, şəxsiyyətinə xüsusi hörmətim, marağımdır.
   
   - Mustafa müəllim, necəsiniz? Bəlkə bir isti söhbət edək? Doğrudur, siz səmimiyyətinizlə həmişə fərqlənmisiniz. Amma yenə də çox istərdim ki, bəzi müsahiblər kimi özümüzü "qurutmayaq". Necə var, eləcə də dərdləşək.
   
   - Öncə çox sağ olun. İkincisi də bizimki sözdür. Sözü də ifadə edəndə ordan artıq səmimiyyət özü-özünü göstərəcək.
   
   - əlin etiraf edək ki, bu gün söz adamının həyatı elə sözün böyük mənasında məşəqqətlidir.
   
   - Bəli, bu həqiqətdir...
   
   - Çünki bu gün qələm, söz öz sahibini dolandırmır, yaşatmır. Söz o qədər urvatdan düşüb ki, bəzən adam sözlə dolandığını dilə gətirməyə də utanır. Bütün bunların içərisində - yəni söz, qələm və Mustafa Çəmənli... Bax, bu sizin üçün nə deməkdir?
   
   - Baxmayaraq ki, sizin bu sualınız çox sadə görünür və adama da adi gəlir, amma çox mürəkkəb, içində böyük bir insan ömrü yaşantısı olan yüklü bir sualdır. Və burda tək mənim ömrüm yox, həm də ümumiyyətlə, çoxlu sayda mənim kimi, sizin kimi insanların ömrü dilə gətirilir, görünür. Bilirsən, bir var yazıçılığa şöhrət naminə, tanınmaq naminə gələsən, nə isə şöhrət axtarasan, biri də var... Şəxsən mən yazmağın zəlili olmuşam, xəstəsi olmuşam, çalışmışam öz kədərimi, sevincimi, xalqımın gün-güzəranını ifadə edim. Artıq bu işlə 30 ildən artıqdır ki, məşğulam. Digər tərəfdən onu da açıq etiraf edim ki, bu yazmaq həm də vərdişə çevrilib. Hətta mən istəsəm belə yazmaya bilmərəm. Bu böyük səslənsə də, lakin həqiqətdir. Yazmağı ata bilmirəm. Xüsusilə, mənə elə gəlir ki, bunları mən yazmasam, etməsəm, başqa heç kim yazmayacaq, etməyəcək. Ancaq deyim ki, bu mənə dolanışıq verir, həyatımı zənginləşdirir... bunu desəm də heç kəs mənim səmimiyyətimə inanmaz. Bu işlərin ardınca düşmək əslində mənə əziyyət verir. Özünüz görürsünüz. İndi yazan o qədər çoxalıb ki, sayı itib. Düzdür, kitab yazmaq günah deyil. Amma çox kitablar yazan var ki, o kitabların iynə ucu boyda da ədəbiyyata, sənətə, oxucuya dəxli və xeyri yoxdur. O kitablarda sözün sehri ümumiyyətlə, hiss olunmur. Biz də qalmışıq bax, həmin xaosun içərisində.
   
   - Mustafa müəllim, siz kitablar barəsində, əsərlər barəsində bir fikrə toxundunuz. Mən sizin yaradıcılığınıza bələdəm. Hətta siz müsahibələrinizin birində də mənim çox ürəyimcə olan bir fikir söyləmisiniz ki, əslində sözün özü sənətdir. Bu mənada sizin əsərləriniz də var, yəni onlar konkret ünvanlara həsr olunub. Onlar sənət adamlarına ünvanlanıb, o əsərlərdə arxiv tozundan tutmuş canlı xatirələrə qədər hər şey sizin qələmdə özünün ikinci həyatını tapıb. Buna necə vaxt tapırsınız?
   
   - Bilirsən, mən ixtisasca jurnalistəm. Özü də jurnalistika fakultəsində oxuyanda qəzetçilik qrupunu seçmişdim. O vaxtlar məni xof bürümüşdü. Düşünürdüm ki, nə qədər üzümçüdən, pambıqçıdan yazacam. Qəzetdə işləsəm hər gün bu mövzulara üz tutmalı olsam, görəsən, mənim axırım nə olacaq? Bir də ki, pambıqçının həyatından yazsam sizi inandırıram ki, onun sevinci bir buğda dənəsi boyda ola, ya olmaya. Bilirsən nəyə görə?
   
   - Buyurun...
   
   - Hər kəs ürək döyündürən, insanı canlandıran, düşündürən mövzudan yazmağa maraqlı olmalıdır. Bax, ona görə də həmin illərdə ara-sıra sənət adamlarından da yazılar yazırdım. Elə həmin yazıları yaza-yaza gördüm ki, təmasda olduğum bu görkəmli insanlar artıq mənim bir konservatoriya təhsili almağıma köməklik edib. Sözün açığı, qeyri-rəsmi olsa da sənət, musiqi təhsili almış bir səviyyəyə gəlib çatışam. Xan əmi ilə söhbət etmək, Şövkət xanımla, Əbülfət Əliyevlə, Seyid Şuşinskinin yanında 20 il tarzən olmuş Kamil Əhmədovla görüşmək, eləcə də Hacıbaba Hüseynovla söhbət etmək və digərləri ilə bir yerdə danışmaq, görüşmək, fikirləri bölüşmək məni milli konservatoriya təhsili səviyyəsinə çatdırdı. Hətta onların özləri də bəzən deyirdilər ki, inanmırıq ki, sənin musiqi təhsilin olmaya. Çünki söhbətlərdə, müsahibələrdə muğamın bütün incəliklərinə, xırdalıqlarına qədər gedib çıxasan və heç kim də sənə nöqsan tuta bilməyə. Doğrusunu deyim ki, bu məndə vurğunluq idi. Haqqında yazdığım həmin o insanlar təkcə səsləri ilə yox, həm də şəxsiyyətləri ilə bir ləyaqət sahibləri idilər. Onlara məhəbbətim davranışlarından tutmuş sənətlərinə qədər bütöv idi. Və onlar da öz böyüklüklərini heç vaxt büruzə vermir, "mən, mən" demirdilər.
   
   - Mustafa müəllim, mənim üçün maraqlıdır. Elə bir haşiyə kimi də fikrinizi yayındırmadan soruşmaq istərdim. Doğrudan musiqi təhsiliniz və yaxud bu sahədə hər hansı bir bacarığınız var?
   
   - Yox, mən heç bir musiqi alətində ifa edə bilmirəm. Amma bir qarabağlı kimi uşaqlıqda müəyyən bir səs imkanım olub və indi də dostlarla, doğmalarla bir yerdə olanda hərdən zümzümə edirəm. Amma Allahın verdiyi bu səslə heç vaxt məşğul olmamışam. Lakin musiqidən yazan adamın, sən doğru soruşdun, ən azı məlumatı olmalıdır. Onsuz qeyri-mümkündür. Mən bütün oxuyanların səsini, avazını, onun şöbədən şöbəyə keçdiklərini, bir sözlə, hər bir xırda detalına qədər yaddaşıma köçürmüşəm. Bunun da bir səbəbi həmin oxumaq imkanımın olmasından irəli gəlir.
   
   - Elə məndə də maraq həmin səbəbdən yarandı. Ona görə də istədim ki, açıqlama verəsiniz...
   
   - Bəli, doğru deyirsən, musiqini sevməsəm, onunla yaşamasam onda həmsöhbət olmaq, yazmaq çətin olur. Hətta adamın yazısında qüsurlar tapıb onun nəfəsini də kəsə bilirlər. Şükürlər olsun ki, sənət adamları haqqında bu qədər yazılar yazmışam, hələ ki, heç bir nöqsan tutan olmayıb. Amma fikirləşməyin ki, mən xanəndəlik-zadlıq edirəm ha. Özüm-özümlə qalanda, yoldaşlarımla, dostlarımla birlikdə olanda... bir də qəlbim həmişə oxuyur. Hətta ən böyük romanımı yazanda da, o barədə düşünəndə də qəlbimdə hansısa xanəndənin səsinə radioda, televizorda olduğu kimi rahatca qulaq asıram.
   
   - Siz sənədli əsərlərlə yanaşı, həm də "Xallı gürzə" kimi samballı tarixi roman da yazmısınız. Qarabağla bağlı, faciələrimizlə bağlı... mənim bildiyimə görə bu romanın dünyaya gəlməsi, yəni nəşri də bir az problemli olub.
   
   - Düzü, burda problem çox da hay-küylü olmayıb. Ən böyük problem onun yazılması idi. "Xallı gürzə"yə qədər xeyli bədii əsərlərin müəllifi olmuşam. İlk kitabım "Mənim dünyamın adamları" adlanır. Burda bir qrammatik qüsur var və məni sovet dönəmində buna görə qınadılar ki, "bizim dünyanın adamları" kimi yazılsın, amma razılaşmadım. Mən onları inandıra bildim ki, söhbət mənim dünyamdan gedir. Həmin kitabda ilk hekayələrim toplanmışdı və on min tirajla işıq üzü gördü. Mətbuatda bu barədə dərhal reaksiyalar oldu. Hətta hekayələrin düzülüşünə görə onu povest adlandıranlar var idi. Onun ardınca "İtirilmiş səs" povest və hekayələr kitabım çıxdı. Sovet dönəmində nəşriyyatda işləyə-işləyə hər gün yaradıcılıqla məşğul olmaq çox çətin idi. Eyni zamanda ictimai iş də aparırdım, həmkarların sədri idim. 1988-ci ildə hadisələr başlayanda mən Pənah xanın nəvəsi Ağabəyim ağa haqqında bir povest yazmışdım. Amma heç harda çap etdirməmişdim. Çünki onun İranda keçən həyatını bütünlüklə bilmirdim və yalandan bədii təfəkkürün hesabına əsəri tamamlamaq istəmirdim. Meydan hərəkatı başlayandan sonra vaxtilə müxtəlif "Qarabağnamələr"də oxuduğum faktları xatırlayanda gördüm ki, bu günlə səsləşən çox məqamlar var və 1989-cu ilin mart ayında romanı yazmağa başladım. Və çox sürətlə başa çatdırdım. "Yazıçı" Nəşriyyatının "Karvan" jurnalı var idi və 45 min tirajla çıxırdı. Rəhmətlik Əmir Mustafayevə roman barəsində danışdım və o romanı oxuyandan bir həftə sonra mənə zəng vurdu və təkid etdi ki, əsəri başa çatdırım. urnalda hazır hissə iki sayında dərc edildi. Çalışdığım idarədə müəyyən münasibətlərə görə iddia etdilər ki, guya burda Qorbaçovla bağlı məqamlar var, amma ötüb keçdi. İki ay nəşriyyatda ləngidisə də sonra böyük tirajla çap olundu. Hətta roman dərc edilməmişdən öncə çox hörmətli ziyalılarımıza, Qarabağın tarixini çox gözəl bilən Nazim Axundova, Şuşada ədəbiyyatşünas Namiq Babayevə oxutdurdum. "Şuşa" qəzetində xeyli hissəsi dərc olundu. Nazim müəllim məni tanımaya-tanımaya roman barəsində çalışdığım nəşriyyatın baş redaktoru Cəmil Əlibəyova çox yüksək fikir söyləmişdi. 1993-cü iilin fevralında kitab 30 min tirajla nəşr olundu və qısa müddət ərzində də satıldı. Sonra isə iki dəfə müxtəlif tirajlarla işıq üzü gördü.
   
   - Təbii ki, bu cür uğur müəllifi sevindirməlidir...
   
   - Sözün düzü, mən bu əsəri yazmaqla heç də demək istəməmişəm ki, mən kiminsə əsərini bəyənməmişəm. Ancaq onu deyim ki, tarixi roman yazmaq çox msuliyyətli bir işdir. Mən dövrün bütün maddi mədəniyyət nümunələrindən tutmuş insan xarakterlərini ortaya qoymağa çalışmışam. Bazar münasibətlərini, pul vahidlərini, Qarabağ xanlığı ilə ilişkisi olan digər xanlıqların da bir növü normal cizgilərini əks etdirmişəm. Bu əsər bir nəfərin, yəni Pənah xanın deyil, bütövlükdə o dövrün əksidir. Həmin ictimai-siyasi mənzərənin canlı təcəssümüdür. Bir söz də deyim ki, mənim yaradıcılığım barədə yazılsa da heç bir tənqidçi yazdığım əsəri bütünlüklə açmayıbdır.
   
   - Yəqin bunun da zamana ehtiyacı var...
   
   - Ola bilsin. Vaqif Yusiflidən çox razıyam. O müəyyən detallara toxunub. Lakin mənə qədər hər iki taylı Azərbaycan barəsində tarixi roman yazan olmayıb. Bu mövzuya öncə Yusif Vəzir Çəmənzəminli müraciət edib, "Qan içində" romanını yazıb və orda da əsas qəhrəman Molla Pənah Vaqifdir. Mənə qədər isə Pənah xandan yazan olmayıb.
   
   - Mustafa müəllim, siz artıq yaşınızın elə bir mərhələsinə çatmısınız ki, ədəbi-ictimaiyyət bunu bilir. Yəqin sizin də yubileyiniz nə vaxtsa təmtəraqlı qeyd olunar. Amma bütün bunlarla yanaşı, sizin içinizdə bir Ağdam, Qarabağ niskili yaşayır. Deyə bilərsinizmi, "Xallı gürzə"dən sonra daha hansı yazılarla masa arxasında baş-başa qalmısınız?
   
   - 1988-ci ildən sonra mən ömrümü aşkarca Qarabağa həsr etmişəm. Bilirsiniz, iki cür sevgi var. Biri var hamı kimi sevəsən, biri də var ki, o yerlərsiz yaşaya bilməyəsən. Lakin mən yalançı kədərlərlə özünü məhv etməyin də tərəfdarı da deyiləm. Vuruşmaq üçün özünü də qorumalısan. Mən "Fred Asifi" də yazmışam. Qəhrəmanla yanaşı, onun döyüş dostları hamısı xatırlanıb. Sonra "Burdan bir atlı keçdi", "Muğam dünyasının xanı", Səxavət Məmmədov haqqında "Səsin ruhu", Əbülfət Əliyev haqqında "Nəğməli xatirələr", bundan başqa "Qarabağa aparan yol" qəzetində silsilə yazılarım çap olunub və o, böyük bir ovqat yazısıdır. Bu gün də hələ ki, içimdə olan o böyük sevgiynən böyük dərdlərimizi qələmə almağa çalışıram.
   
   - Mustafa müəllim, son olaraq bir şeyi də öyrənmək istərdim. Hər kəs bir kökün üstündə pöhrə verir. Siz də artıq öz soyunuzun üstündə 61-ci ilinizi yaşayırsınız. Sirr deyilsə, evdə, ailədə sizin sözdən çıxan çörəyinizlə yaşayanların Mustafa Çəmənliyə münasibəti necədir? Onların sizə heyfi gəlir?
   
   - Çox maraqlı sualdır. Sizə bir şeyi deyim. Mən özümü böyük şəxsiyyət saymıram. Amma hər bir şəxsiyyətin arxasında gözəgörünməyən böyük bir qadın dayanır. Mən o adamlardan deyiləm ki, varımı-dövlətimi satıb son qəpiyimə qədər kitablarımın nəşrinə xərcləyəm və balalarımı ac qoyam. Mənim üçün birinci ailədir. Bu yazı-pozular, kitablar mənə pul da gətirib, dolandırıb da. Ən çox da sovet dönəmində, bunu inkar edə bilmərəm. İndi isə kitablarım böyük tirajla çıxmasa da dostlar əl tutublar və yaxud satışa verdiyim alınıb. Bunları danmıram. Eyni zamanda mən həm də işləyirəm, evimə çörək pulu gətirirəm. Yaradıcılıq mənim şəxsi işimdir, onunla ailəni qarışdırmaq olmaz. Şükür Allaha, evimdə "bu nə sənətdir gedib tapmısan" sözünün işlənməsinə imkan verməmişəm. Bu da ondan irəli gəlir ki, ailəm mənim üçün birincidir.
   
   - Nəhayət, Mustafa Çəmənlinin özünün özünə ünvanlayıb, ancaq cavabını ala bilmədiyi sualı var?
   
   - Bilirsən, sual çoxdur. O suallar həm asandır, həm də cavabını tapmaq çətin. Mənim yeganə düşündüyüm və hələ ki cavabını tapa bilmədiyim bir sual var: - örən, biz Qarabağı nə vaxt alacağıq? Bundan başqa heç bir sualım yoxdur.
   
   ...Mustafa Çəmənli söhbət əsnasında çox mətləblərə toxundu. Bugünkü ədəbi durumdan tutmuş hamımızı düşündürən Qarabağ probleminə qədər. Və səmimi də etiraf etdi ki, onun üçün ailə, onun problemləri birincidir. O, son qəpiyini, son tikəsini hansısa bir əsərini nəşr etdirmək üçün sərf etməkdə o qədər də israrlı olmasa da yaxşı bilir ki, yazdıqları nə vaxtsa bu millətə lazım olacaq. Nə vaxtsa sular durulacaq, bu gün yazılanlar saf-çürük olanda hər kəs kimi o da qiymətini alacaq. Elə mən də bu ümiddəyəm.
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK