hacklink Adalet.az | Dostum Dr. Cavad HEYƏTin Əziz Xatirəsinə Adalet.az | Dostum Dr. Cavad HEYƏTin Əziz Xatirəsinə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dostum Dr. Cavad HEYƏTin Əziz Xatirəsinə

51351    |   2014-09-06 01:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər bir insanın ömür yolu vardır və o yolda onun uğurları, uğursuzluqları, sevincləri, kədərləri, dostları, Allah hamıdan uzaq eləsin düşmənləri, sevənləri, sevmiyənləri qarşısına çıxır. Ömür yolumda hər cürə bəlalarla, iztirablarla, dağ boyda çətinliklərlə üzləşdim, ancaq Tanrının da yardımıyla hamısının öhdəsindən gəldim. Gözəl insanlar tanıdım, şükür Tanrıya pislərlə üzləşsəm də onlarla ünsiyyət yaratmadan aralandım. Harda gözəl insanlar vardırsa gedib onları tapdım, onlarla dostlaşdım.
Güney Azərbaycanın ədəbiyyat dünyasını hələ orta məktəbdə ikən tanımağa başladım. Ədəbiyyat müəllimim həmişə klassik şairimiz Şəhriyardan, əvəzsiz əsəri Heydər Babadan söhbət açırdı. Onun söhbətləri şagird dostlarımı bilmirəm, ancaq mənim dünyamı başdan-başa bəzəyirdi, atamın Azərbaycanla bağlı təlqinləri ilə müəllimimin söylədikleri üst-üstə düşdüyündən xəyalımda əlçatmaz bir Güney sevgisi yaranmışdı. Universitetdə oxuyarkən "Varlıq" dərgisinin ədəbiyyat dünyamıza qədəm qoyduğunu eşitdim, sonra təsadüflər gözəl şairimiz Savalan ilə tanışmağıma imkan yaratdı. Onunla İstanbulda keçirdiyimiz bir neçə gündə Güney dünyasından dünya boyda sevgi çiçəkləri dərdim. Savalan bəy başda Şəhriyar, Dr. Həmid Nitqi, Dr. Cavad Heyət, Məhəmməd əli Fərzanə, əli Kamali, Qulamhüseyn Bəydili, Mirhidayət Hisari və digər ziyalılarımızı mənə qiyabi olaraq tanış etdi. Varlıq jurnalını daimi olaraq izləməyə başladım və vaxt ötdü məktəb qurtardı, öz kəndimizə dönməli oldum. 1985-ci ildə TRT Türkiyənin Səsi Radiosu nəzdində fəaliyyət göstərən Azərbaycan Türkcəsi bölməsinə imtahanla daxil oldum, bir neçə aydan sonra da radionun rəhbərliyinə təyin olundum. Artıq Güney Azərbaycanlı dostların yazılarını daha yaxından izləməyə başladım. Ankarada keçirilən bir simpoziumda Dr. Cavad Heyətlə əyani tanış oldum. Azərbaycan ədəbiyyatına sevgi bəsləyən ağsaqqallarımızla Dr. Ahmət Bican ərcilasun, Dr. Məmməd Kəngərli, mərhum Fəvzi Aküzüm, Ahmət Karaca, Nurəddin Hazar və digər bir neçə şəxsiyyətlə Heyət bəyin iftixarına verilən bir axşam qonaqlığında görüşdük. Ədəbiyyatımızın böyük şəxsiyyəti Dr. Cavad Heyət, Varlıq dərgisinin hansı yollarla və nə cür çap olunduğunu, Dr. Həmid Nitqi ilə əl-ələ verib hansı çətinliklərin öhdəsindən gəldiklərini danışdıqca hamımız heyrətə gəlirdik, o gecənin qurtarmasını istəməsəm də hər başlayan şeyin bir qurtaracağı vardı və təəssüf etsəm də qurtardı.
Sosiolojinin qanunlarına görə bəzi toplumları insanlar, yəni liderlər, bəzi liderləri də toplumlar yaradır. Məsələn Hindistanın azadruhlu xalqını yaradan Mahatma Qandini və Türk dünyasının əvəzsiz dövlət və siyasət xadimi Atatürkü birinci sadalanan fikrə nümunə göstərə bilərik. İngilis müstəmləkəsində nalə çəkən Hindistanı əsarət qandalından xilas etmək üçün pay-piyada yollara düşən Qandi, əlindəki əsası ilə şəhərbəşəhər, kəndbəkənd dolanıb irad etdiyi nitqlərlə xalqını oyatdı və toplumun əksəriyəti avam olsa da onlara aşıladığı azadlıq ruhuyla əsarəti qəbul etməyən insanlardan ibarət müstəqil ruhlu bir Hindistan toplumunu yaratdı. Atatürk də, dağıdılan Osmanlı İmperiyasının düşkün ruhlu insanlarına yeni bir ruh aşılayaraq onları yeddi düvələ qarşı döyüşə səslədi və işğal olunmuş vətənimizi yad çəkmələrdən xilas etdi. Bu tipli liderlərə çoxluqla Şərq dünyasında rast gəlirik. Bir də toplumların yaratdığı liderlər vardır ki, bu tipli insanların əksəriyyətini isə qərb dünyası yaradıb. Onlar ziyalı kütlələrin içindən çıxıblar həmin kütlələrin arzusuna görə dövlətləri və xalqları nailiyyətlə idarə ediblər. Bu tipli liderlərə də İngiltərənin sabiq başnaziri Winston Leonard Spenser-Churchilli göstərə bilərik.
Varlıq dərgisinin təsisçisi olan Dr. Cavad Heyət ilə Dr. Həmid Nitqi və dərginin yazıçı heyəti də eynilə Mahatma Qandi kimi bir yol izlədilər və ziyalı bir Varlıq nəsli yaratdılar. Mənim aləmimdə bu nəsil Güneydə yetişən bütün nəsillərdən üstündür, çünki elmə üstünlük verir, ziyalanmağı yeganə məqsəd kimi qəbul edir, ziyalandıqca da özünə qayıdır, ona görə də düşmənləri çoxdur. 1977-ci illərdə ərəb əlifbasıyla yazılsa da İran coğrafiyasında Türkcə oxuyub-yazan insanların sayı barmaqla göstərilərdi, ancaq indi onların sayı onlarla milyonu ötüb. Bunun özü də hər oğulun bacara biləcəyi nailiyyət deyildir. Dr Cavad Heyət, qələm dostları və əqidədaşlarıyla başda da Dr. Həmid Nitqi olmaqla bu müqəddəs işi başarmış bir şəxsiyyətdir.
Dr. Cavad Heyət, sadəcə olaraq İranda tanınan ürək həkimi və ədəbiyyat sevdalısı bir insan deyildi. Dünya miqyasında tanınan bir cərrah, Türkiyədə və Azərbaycanda çox sevilən, Türk dünyasında tanınan görkəmli bir ədəbiyyat alimi və araşdırmaçısıydı. Onun Türk Dil Qurumunun şərəf üzvlüyünə seçilməsi də bunun nişanəsi deyildir mi?! Bu unvan, da hər insana qismət olan şey dəyildir..
Dr. Cavad Heyət ilə əyani tanış olmaq, onunla dostlaşmaq, bir süfrə başında duz-çörək kəsmək şərəfinə nail olduğuma görə özümü dünyanın ən xoşbəxt insanı sayıram.
Tanrı müqəddəs kitabımız "Qurani-Kərim"də "Hər bir nəfs ölümü dadacaqdır" buyurub. Hər birimiz vaxtı gəldikdə bu dünya ilə vidalaşacağıq, Dr. Heyət də vaxtı çatdığı anda bu fani dünya ilə vidalaşıb əbədi aləmə köç etdi. Tanrı məkanını cənnət eləsin, ancaq o böyük və müqəddəs bir irs buraxıb getdi. Varlıq jurnalını davam etdirmək barədə Dr. Heyətin davamçısı olan dostlarının boynuna böyük bir məsuliyyət qoyub getdi. əminəm ki, "Varlıq" jurnalı, mərhum ağsaqqallarımız, dostluğu ilə fəxr etdiyim Dr. Cavad Heyətin, Dr. Həmid Nitqinin açdığı yolda davam etdiriləcəkdi.
"Varlıq" jurnalı digər tərəfdən İran ilə Türk dünyasının, xüsusilə də Türkiyənin və Azərbaycanın dostlaşmasında da öz öhdəsinə düşən vəzifəni layiqiylə indiyə kimi yerinə yetirib, indən belə də yetirəcəkdi.
Məkanın cənnət olsun əziz dost, unudulmaz əqidədaş...


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK