Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORDAN İKİ PƏRİ ƏLİR... Adalet.az | ORDAN İKİ PƏRİ ƏLİR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORDAN İKİ PƏRİ ƏLİR...

Biri Raisa, biri Lyudmila

20529    |   2007-08-03 05:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxşı deyiblər ki, türkə nə bəla gəlibsə zənən xeylağından gəlir. Yəni arvaddan gəlir. İndi bizim bu bəlalı Qarabağın dərdi azmış kimi, bu yandan da Putinin arvadı çıxdı qarşımıza. Özü də o Putinin ki, bir əliylə əlimizi sıxır, bir əliylə də başımıza corab hörən Merzlyakova işarə verir...
   
   əlin məsələni bədii təqdimatsız, yəni bər-bəzəksiz olduğu kimi xatırlayaq. Bəzəyini sonra vurarıq. İş burasındadır ki, iki gün öncəki mətbuatda Moskvaya istinadən APA-nın yaydığı bir məlumat diqqətimi çəkdi. Məlumatın başlığı da özü-özlüyündə "Oxu məni" deyirdi. Özünüz diqqət yetirin. "Putinin arvadı Dağlıq Qarabağa telefon çəkir". İndi özünüz fikirləşin, belə bir təmtəraqlı başlığı görəndən sonra siz bu xəbəri oxuyarsınız, yoxsa yox? Bax elə həmin o başlıq da məni məcbur elədi ki, bir nəfəsə həmin o yazını oxuyum. Oxuyub nə görsəm yaxşıdı. Heç kim ağlına bu yerdə "Məşədi İbad" filmindəki məlum məqamı gözünün qarşısına gətirməsin. Bildiniz də söhbət hansı məqamdan gedir. O deyir e, "Part bir güllə, gedəm görəm kim. Hamı da bir ağızdan deyir kim? Bax, bizim bu Məşədi İbad!"
   
   Hə, indi bax mən də baxıb gördüm ki, Rusiyanın birinci ledisi, sən demə, heç də ərindən geridə qalmayıbmış. O da bir yekə şirkət yaradıbmış, adını da qoyub "Meqafon". Həmin bu "Meqafon" şirkəti də özü üçün yekə-yekə layihələr həyata keçirir. Şirkətin prezidenti Lyudmila Putina necə deyərlər sağa-sola "xod" eləyir. Bu dəfə də "xod" eləyəndə qarmağa qondarma Dağlıq Qarabağ Respublikasının "Karabakh Telekom" şirkəti keçib. Və Lyudmila xanım bu üzdəniraq respublikanın üzdəniraq şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə görə, "Meqafon" Qarabağda ermənilər üçün telekomunikasiyanın işləri ilə məşğul olmalı imiş və artıq bu işi görüb. Özü də müəyyən bir hissəsini.
   
   APA-nın məlumatına görə, "Meqafon"un abonent xidməti bizim şəhərlərimizin adları sırasında Şuşa, Laçın, Xankəndi, hətta Stepanakert adlarının da olmadığını bildirib. Maraqlıdır, o boyda Rusiyanın, o boyda Moskvasında "Meqafon" deyilən o boyda şirkətdə bircə dənə də olsun ağlı yerində olan rus tapılmayıb ki, bizim sorğumuza adam balası kimi cavab versin. Heç olmasa, keçmiş SSRİ xəritəsini gözünün qarşısına gətirib istirahətə gəldikləri Şuşanı xatırlasınlar. Və yaxud Stepanakerti yada salsınlar. Nə bilim vallah. Ha fikirləşirəm bilmirəm ki, bu ruslar nə cür ruslardı. Bir tərəfdən ATƏT-in Minsk Qrupunda başımıza açdıqları oyunları guya çözürlər. Yəni, həmsədrdilər. O biri tərəfdən də gündə bir şirkəti Dağlıq Qarabağla müqavilələr imzalayır. Özü də elə-belə sıravi adamlar yox ha, ölkəni idarə eləyən, siyasətini yönəldən o boyda prezidentin arvadı, bağışlayın siz Allah, xanımı...
   
   Bilirsiniz maraqlı nədi, maraqlı odu ki, Lyudmila Putina evdə əriylə məsləhət eləmədən bu işi görüb. Necə deyərlər, o məşhur filmdə deyildiyi kimi, "Ya tak dumayu"... Əgər məsləhətləşsələr yəqin ki, Putin arvadına bu işi görmək səlahiyyətini verməzdi. Amma bir gün öncəki gecə xəbərlərində də eşitdim ki, Putin ad gününü Kosmosda qarşılayacaq. Şərhçinin verdiyi məlumata görə, kosmosda turist gəzintisi ən azı 15 milyona başa gəlir. Özü də hər bir adam üçün. Və Putinin idmançı olması, onun sağlamlığı imkan verir ki, çox da böyük təlimlər, məşqlər keçmədən bu səfərə hazırlaşsın. Babalı deyənlərin boynuna, guya artıq belə bir razılaşma var, artıq bunun müəyyən hissəsini də Lyudmila Putinanın prezidenti olduğu "Meqafon" firmasına ermənilər ötürüblər, ordan da xanım Putina ərinə ad günü hədiyyəsi kimi köçürüb kosmik turist uçuşlarını həyata keçirən ünvana. Necə deyərlər, xeyirli olsun. Arvaddan da yarımaq böyük xoşbəxtlikdir. O da Putinin payına düşüb deyəsən.
   
   Dağlıq Qarabağın problemi zaman-zaman uzanır. Çözülmür ki, çözülmür. Və indi mənə məlum olur ki, Raisa Qorbaçovanın barmaq təpdiyi yerdə sən demə Lyudmila Putinanın da izləri var imiş. Artıq bu izlər aşkar görünür. Biz də belə bir məşhur atalar sözü var: "Arvad yıxan evi, heç, fələk də yıxa bilməz". İndi Qarabağın başının corabını Raisa, Lyudmila hörür. Hörsünlər görək...
   
   P.S. Deyirlər, şeytan papış tikəndə burnuna deşik qoyur. Bilmirəm bunun mətləbə dəxli var, yoxsa yox. Hər halda özünüz fikirləşin və bildiyiniz kimi də yozun.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
SON XƏBƏRLƏR
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK