hacklink Adalet.az | TELEFON ZƏNGİ Adalet.az | TELEFON ZƏNGİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TELEFON ZƏNGİ

24587    |   2007-07-31 14:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   "Əzizim Ruhiyyə,
   
   az məni dəng elə"...
   
   
   
   Başqalarını deyə bilmərəm, bu Qarabağ hadisələri başlayandan məni ən çox diksindirən telefon zəngləri olub. İllah da ki, vaxtsız zənglər. ecənin tən yarısı, ya da xoruzun son banında bir də görürsən ki, telefon özünü öldürür. Yuxulu-yuxulu istiqaməti müəyyənləşdirməkdə də çətinlik çəkirsən, ürəyin qırılıb düşür içərinə. Bilirsən ki, bu vaxt gələn zəng xeyirə olmaz. Xəstən, nigaran qaldığın adamın olduğu üçün telefonu söndürməyə də ürək eləmirsən...
   
   İndiki zənglər daha çox mobil telefona gəlir. Mobil telefonlarda bir xüsusiyyət var; hansısa bir nöqtəsini basırsan, telefona zəng gələndə başlayır "ürəkgetməsi" olanlar kimi silkələnməyə. Mən də telefonun səsini söndürüb onu ürəkgetməsi vəziyyətində saxlayıram. Onda oyanıram ki, yastığın altında "Şaloxo" oynayır.
   
   İndi hələ xəbərin nə olacağını bilmirəm (Əvvəllər deyirdilər ki, mobil telefona yanlış düşmək mümkün deyil, amma indi gecənin yarısı zəng vurub nömrəni düzgün yığmadığına görə üzr istəyənlər yaman çoxalıb), əlimi uzadıram, bir təhər telefonu tapıb götürürəm və məlum olur ki, bu sözü sabah saat 12-də, lap günün istənilən saatında soruşsalar, desələr dünya dağılmazdı. Neynəmək olar, zəng vuran belə məsləhət bilir. Mən də məcbur ötəri bir cavabla onu "yola verirəm". Bu məqamı diqqətə çatdırmaqda məqsədim var. Məqsəd də ondan ibrətdir ki...
   
   ... Elm, texnika əsrində yaşayırıq. Tay indi telefonda danışanlar bir-birlərini görürlər və bununla heç kimi də təəccübləndirmək mümkün deyil. Sadəcə olaraq, biz hər birimiz imkanlarımıza görə telefonlar alırıq və yaşımızın elə vaxtıdır ki, onun istehsalçısı, hansı firmaya məxsus olması o qədər də böyük önəm kəsb etmir. Əsas odur ki, telefondan xoş məqsədlə şad xəbərlər çatdırasan. Və bir də kaş ondan istifadə edəndə qarşı tərəfi də nəzərə alasan, zəng etdiyin insanın vəziyyətini göz önünə gətirəsən, şəraiti qiymətləndirəsən. Bütün bunlar üçün isə insani keyfiyyətlərin ən zəruri bir detalını, yəni diqqəti yaddan çıxarmamaq gərəkdir. Diqqət, sayğı istər-istəməz hər kəsə başqasını da dəyərləndirmək imkanı verir. Özünə hörmət edən qarşı tərəfi də düşünür. Əks halda...
   
   Redaksiyamıza hər gün yüzlərlə zəng olur. Düzdür, indi rabitə xidməti sahəsində çoxlu müsbət dəyişikliklər var. Amma nömrələrdə edilən dəyişikiliklərin açıqlanması, telefon yaddaş kitablarının indiki durumu heç də qənaətbəxş deyil. Təsəvvür edin ki, səhərin gözü açılandan, yəni iş vaxtı başlayandan işin sonuna kimi azı 10-15 dəfə zəng vurub mənim cavab verdiyim nömrənin "bura arxivdi", "poliklinikadı", "texnikumdu" və sairə deyə soruşurlar. Və hər dəfə də israrla bildirirlər ki, nömrəyə səhv düşməyiblər. Bu nömrə məhz həmin axtardığı ünvana aiddir. Kitabda belə yazılıb. Əvvəllər zəng vuranı başa salanda əsəbiləşirdim. Çünki inandıra bilmirdim. İndi bir az təcrübəm var. Ona görə də elə bu nömrənin dünən bizə verildiyini deyirəm. Özüm də başa düşürəm ki, günaha batıram, səhv edirəm. Amma başa düşə bilmirəm ki, niyə 15 ildən artıqdır ki, "Ədalət" qəzetinə məxsus olan nömrə telefon kitablarında 20-30 il bundan qabaq aid olduğu ünvanların qarşısında göstərilir. Belə baxanda balaca bir problemdi, daha doğrusu, diqqətsizlikdir. Amma...
   
   Amma bütün xırda-xırda problemlər yığılıb sonda böyüyür, böyük fəsadlar verir, əsəblər, stresslər yaradır. Adi bir diqqətsizlik zəng vuranla zəng edəni üz-üzə qoyur. Bəzən bir-birlərini acılayırlar da. Axı, belə olmalı deyil. Bu qədər zehni, fikri gərginliyin içərisində bir-birimizi boş şeylər üstündə sıxmaq bizim nəyimizə yaraşır ki?..
   
   Başına gələn başmaqçı olar, təcrübəm imkan verir ki, məsləhət verim: Vaxtlı-vaxtsız telefon zəngləri qulaqlarınızı dəng edəndə özünüzü ələ almağı bacarın. Əvvəl özünüzü fikirləşin, sonra dəstəyin o biri ucunda gözləyəni. Onda əsəblərinizi qorumuş olacaqsınız. Bir-birinizə diqqət göstərəcəksiniz. Bu da, heç olmasa, bir azcıq ömrün uzanması, insanlığın öz dəyərində qalması olardı.
   
   P.S. Telefon zəng çalır. Bu yazını necə qurtaracağımızı bilmirəm. özüm telefonda, fikrim bilgisayar arxasında oturmuş Vüsalə xanıma söyləməli olduğum mövzuda. Qabaqkı iki dəfənin birində "arxiv" soruşublar, birində "poliklinika". görəsən, bu dəfə nə eşidəcəyəm? İndi siz deyin, belə bir anda
   
    etmək olarmı?


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK