Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Yaradıcı adam Allahsız ola bilməz" Adalet.az | "Yaradıcı adam Allahsız ola bilməz" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Yaradıcı adam Allahsız ola bilməz"

Gənc rejissor Ər Toğrul onlayn teatr layihəsinin uğur qazanacağına ümid edir

16405    |   2014-07-26 01:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müsahibim Ər Toğrul Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirsə də, ustadı Vaqif İbrahimoğlu onu rejissor kimi görmək istəyib. Müəlliminin təklifi ilə Türkiyədə ustad dərsləri alıb, Moskva Beynəlxalq Çexov Festivalı çərçivəsində keçirilən rejissorluq kurslarında görkəmli pedaqoqlardan bu sənətin sirlərini öyrənib.
Ər Toğrul "YUĞ" Dövlət Teatrında artıq iki tamaşaya quruluş verib. Çexovun eyniadlı hekayəsi əsasında "Mərc", Markesin "Gözlənilən bir qətlin tarixçəsi" və "Dünyanın ən gözəl ölüsü" əsərləri əsasında "Missis və Mister Cəsəd" tamaşalarını hazırlayıb. Maraqlı quruluşları ilə teatr ictimaiyyətinin diqqətini cəlb edən gənc rejissor növbəti sınaq qarşısındadı. Akademik Milli Dram Teatrından dəvət alan Ər Toğrul növbəti mövsümdə bu sənət ocağının səhnəsində yeni tamaşasına quruluş verəcək.
Söhbət zamanı gənc rejissor maraqlı teatr layihələri barədə də danışdı, hətta onların detallarını da açıqladı.

- Çexov və Markes kimi dünya şöhrətli yazıçıların əsərlərinə quruluş vermisən. Rejissorluqda ilk addımlarını atan Ər Toğrulda bu cəsarət hardandı?
- Bəzən ən yaxın dostlarım da deyirlər ki, dikbaşlıq edirsən. Mən də onları əsəbiləşdirmək üçün cavab verirəm ki, əcəb edirəm, çünki bu mənim haqqımdı. Əslində isə mənim düşüncəmdə "bu işi bacarmaram" fikrinə yer yoxdu. Heç vaxt "filan işi bacarıram"da demirəm. Əsas hər bir işi başlamaq və onu sona çatdırmaqdı. Yalnız ondan sonra nəyi bacarıb bacarmadığın məlum olacaq. Çexovun "Mərc" hekayəsi əsasında hazırladığım tamaşaya gəlincə, quruluşçu rejissor kimi məhz bu əsərlə debüt etməyimin səbəbi var idi. Ustadım Vaqif İbrahimoğlu ilə bu hekayə ətrafında çoxlu söhbətlərim olmuşdu. Hazırlayacağım tamaşa barədə fikirlərimi demişdim, rəhmətlik müəllimimdən müəyyən məsləhətlər almışdım, belə demək mümkünsə, tamaşa artıq beynimdə hazır idi. Dediyiniz cəsarət də yəqin burdan qaynaqlanırdı. Bədii əsərə yanaşmam da bir qədər fərqlidi, müəllifinin kimliyindən, ədəbiyyatdakı yerindən asılı olmayaraq, əsərdə necə deyərlər, məni tərpədən bir cümlə oldusa, onun verdiyi impuls tamaşa hazırlamağıma yetir. Markesin "Dünyanın ən gözəl ölüsü" və "Gözlənilən bir qətlin tarixçəsi" əsərlərini oxuyanda da ənənəvi yanaşmamdan istifadə etdim.
Bizdə çox qəribə tendensiya formalaşıb, bəziləri elə fikirləşir ki, əgər sən gənc rejissorsansa əvvəlcə milli dramaturgiyaya müraciət etməlisən, yalnız bundan sonra dünya və Avropa dramaturqlarının əsərlərinə quruluş verə bilərsən. Bu cür yanaşma ilə qətiyyən razı deyiləm və tam əksini düşünürəm. Mirzə Cəlilin, Mirzə Fətəli Axundzadənin əsərlərinə quruluş vermək məgər asan işdi?
- "Missis və Mister Cəsəd" tamaşasında Markesə əlavələr eləmişdin, qəhrəmanlar o dünyada gözəllik yarışması keçirirdilər...
- Hələ tələbəlik illərindən obrazlaşdırmaq, görüntüyə çevirmək, forma tapmağa meyilliydim. Yəqin ki, ustadım Vaqif İbrahimoğlu da bu xüsusiyyətlərimə görə elə ilk kursdan sonra məni aktyor yox, rejissor kimi yetişdirməyə çalışırdı.
Yeraltı gözəllik yarışması barədə danışırıqsa, bu ilk növbədə bəlkə kimlərəsə qəribə gələ bilər. Amma bizim yaşam tərzimiz necədir? Gündə dəfələrlə keçdiyin yolda da bəzən hansısa səbəblərdən səhv edib başqa qapını döyürük. Bu, yuxu məntiqi kimidi, bəzən izahı mümkün olmur. Tamaşadakı yarışmanın şərtlərinə görə, iştirakçılar dirildilib, bu dünyaya göndərilirlər. Sağ olarkən etdikləri əməlləri təkrarlayaraq, əməllərinə özləri qiymət verirlər və məlum olur ki, hər biri özünü az qala, müqəddəs sayan iştirakçıların heç biri dirilməyə layiq deyillər.
İnsanın getmədiyi, görmədiyi yerlər haqqında təsəvvürləri həmişə maraqlı olur. Heç kim o dünyanı gedib görmədiyinə görə həmin məkan haqqında düşüncələri sirli, bir az da qorxuludur. O dünyada həqiqətən də gözəllik yarışması keçirilir, ya yox, bunu heç kim bilə bilməz. Lap tutaq ki, ölülər arasında belə bir yarışma keçirilirsə və kimsə qalib gəlirsə belə əsas bu deyil. Önəmli olan başqa bir şeydi, yəni sən hələ ora gedənə qədər, bu dünyada əməlinlə, işinlə seçilməyi bacarmalısan.
O dünyada gözəllik yarışması keçirmək məsələsi kiminsə dini baxışları ilə düz gəlməyə bilər. Mənim aləmimdəki yaradıcılıq mühitində dini, irqi fərqlilik o qədər də önəmli rol oynamır. Sən müsəlman da ola bilərsən, xaçpərəst də, yetər ki, Allaha inanansan. Yaradıcı adam Allahsız ola bilməz. Axı Allah da yaradıcılıqla məşğuldu, sənət adamı da. Ona görə biz Allaha Böyük Yaradan deyirik.
- Tamaşanın qəhrəmanları əslində hərəsi bir cür ölməyi arzulayır. Biri ayaq üstə ölməyi istəyir, digəri arzulayır ki, onu dünyanın ən gözəl, yaraşıqlı insanı öldürsün. Onlardan hansının arzusu sənə daha maraqlı görünür?
- Markesin "Dünyanın ən gözəl ölüsü"nü və "Gözlənilən bir qətlin tarixçəsi"ni oxuyanlar bilir ki, mətndə belə bir şey yoxdur. Tamaşanı hazırlayan rejissorun, rolları ifa edən aktyorların bir fərd olaraq necə ölməklə bağlı arzularını səhnədə göstəririk.
İnsan özünü həyatda elə aparır ki, guya hər gün ölüm barəsində düşünür. Amma əslində heç də belə deyil axı. Biz hansısa bəzi məqamlarda ölüm haqqında fikirləşir, tez də unudub gedirik. Gündəlik həyatda kimdi ölüm barədə fikirləşən? Müsahibəni bitirən kimi küçəyə çıxaq və qarşımıza çıxan ilk adama sual verək ki, ölümünüz haqqında nə düşünürsüz? Həmin adamın təbii ki, çox qəribə bir reaksiyası olacaq.
Tamaşanın məşqləri vaxtı bəzən bir-birimizə deyirdik ki, uşaqlar, axı deyəsən ölümlə həddindən çox əlləşirik. Nə bilim, vallah, məncə hərdən bu barədə də fikirləşmək pis deyil. Bizim tamaşada Rasim Cəfərin yaratdığı Bayyardo san Roman deyir ki, ən yaxşı ölüm Mayami Biçdə ölməkdi, yanında da gözəl bir... Həmin o gözəl bir şeyin nə olduğunu sona qədər demir. Məncə ən gözəli elə suda ölməkdi. Markesin əsərində də dünyanın ən gözəl ölüsü elə sudan çıxır.
- Növbəti bir imtahan qarşısındasan. Bu dəfə Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaqsan...
- Ukrayna dramaturqu Anatoli Krımın "Keçmişdən zəng" pyesinə quruluş verirəm. Əslində tamaşa üzərində yaradıcılıq işinə bir müddət əvvəl başlamışıq. Tamaşanı İki heyətlə qururuq. Rollarda Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Rəşad Bəxtiyarov, Elnar Qarayev, Amid Qasımov, Vüqar Hacıyev və Kəbirə Həşimli çıxış edirlər. Adlardan göründüyü kimi, yaradıcı heyət istedadlı gənclərdən ibarətdir. Çox həvəslə çalışırıq, növbəti teatr mövsümün əvvəlində yəqin ki, tamaşanı təhvil verə biləcəyik.
- Əvvəllər deyirdilər ki, Akademik Milli Dram Teatrında gənclərə meydan verilmir. Bu gün teatrın rəhbərliyi gənc rejissor, rəssam və aktyorlarla əməkdaşlıq edir, onlara yaradıcılıq üçün şərait yaradır, sənin kimi gənc bir rejissora tamaşa hazırlamaq etibar olunub. Lakin indi də teatrın rəhbərliyini cavanlara meydan verdiyinə görə qınayanlar tapılır. Ər Toğrulun onlara cavabı varmı?
- Cavab deyəndə ki, hər iki fikrin tərəfdarlarına hörmətlə yanaşıram və bu mübahisələrə təbii baxıram. Çünki tarixən belə fikirlər, tənqidlər səslənib. Teatr gənclərə öz yaradıcılıq imkanlarını realizə etmək üçün şərait yaratmalıdı, Akademik Milli Dram Teatrı da dünya teatrlarının keçdiyi bu yolla gedir. Teatrın rəhbərliyi istedadlı, cavan yaradıcı insanlar üçün geniş imkanlar yaratmağa çalışır. Bu teatrla yaradıcılıq əlaqəsi saxladığımdan müşahidə etmək fürsəti də qazanmışam. Rəhbərlik və kollektivin hər bir üzvü, orada çalışan müəllimlərimiz, adlı-sanlı sənətkarlarımız gənclərə dəstək verirlər. Tam səmimi deyirəm, mən bu teatrda çalışmaqdan zövq alıram. Mədəniyyət və Turizm Nazirliyinə, teatrın rəhbərliyinə təşəkkürümü bildirirəm ki, bizlərə belə yaradıcılıq meydanı verirlər. Bu günə kimi orada şəxsən özümə qarşı hansısa bir soyuq münasibət, qısqanclıq-filan hiss etməmişəm, ümid edirəm ki, sona kimi də belə olacaq. Bunun tam əksi isə yaxşı heç nə vəd eləmir. Əgər bu gün yaşlı nəsil yoxdursa, bəs gənclər kimdən nə öyrənsin? Gənclər yoxdursa, yaşlı nəsli kim xatırlayacaq? Həyatda olduğu kimi, teatrda da bu ənənə qırılmamalıdı.
- Səninlə söhbətlərimizdə onlayn teatr yaratmaq ideyanla bağlı çox danışmışıq. Bəlkə bu müsahibədə məsələni bir qədər ictimailəşdirək?
- Teatr canlı sənətdi, sən tamaşaya baxmaq, səhnədə baş verənlərdən belə deyək də, enerji almaq üçün teatra gəlməlisən. Amma nəzərə alaq ki, indi kompüter əsridi, informasiya texnologiyalarının imkanları sərhəd tanımır. Belə bir dövrdə hamı gənclərin teatrdan uzaq düşdüyünü deyir və problemin həlli üçün yollar axtarır. Məhz belə bir zamanda onlayn teatr gənclərin bu sənətə marağını artıra bilər. Üzərində düşündüyüm konsepsiyada bu məsələlər əks olunub. Tutaq ki, 24-25 yaşlı gənc işdən yorğun-arğın evinə qayıdır və kompüterin arxasında oturur. İnternetin üzərindən istədiyi teatrın satına daxil olur, sağ və ya sol lojadan, parterdən tamaşanı izləmək istədiyini təsdiqləyir, biletin qiymətini bank kartı vasitəsi ilə ödəyir. Həmin teatrda quraşdırılan kameraların köməyi ilə tamaşaya canlı baxır. Ailəsini, övladlarını da qonaqlarını da yığır başına. Evdə, qarşısında çay içə-içə, rahat şəkildə tamaşanı canlı izləyir. Eyni vaxtda bir neçə adamda da teatra marağı artırır.
Onlayn teatrla bağlı layihəmin detallarını tam açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, onu həyata keçirmək indiki məqamda çox realdır və bu gənclərimizin teatra marağını əhəmiyyətli dərəcədə artıra bilər.


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK