ANA SƏHİFƏ / YAZARLAR

TUTİYƏ

19488    |   2014-06-07 05:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ta qədimdən təbiətin anlaşılmaz qüvvəsi qarşısında aciz qalan insan inanclara tapınıb, tanrılardan, ocaqlardan, pirlərdən, bütlərdən kömək umub, falçıdan, cadügərdən yardım diləyib. Ağıl və düşüncəsinə görə bütün yaradılmışlardan fərqli olan insan həm də ruhun və cismin birləşməsindən əmələ gələn varlıqdıar. Və ruhunun, cisminin, ağlının və fiziki durumunun gücüylə insan çox şeyə qadir olsa da, anlamadığı stuasiyanın, izah edə bilmədiyi faktların qarşısında aciz qalıb və bütlərə tapınmağa, çıxış yolları aramağa məcbur olub. Bunu yaradan səbəblər avamlıq, cahillik, xurafat olsa da, sonralar hər bir dövrdə insanların ehtiyaclarına cavab verə biləcək, doğru yol göstərəcək şəkildə mükəmməl bir dinin - İslamın meydana gəlməsindən sonra yenə davam edən bu cahilliyin kökündə politezim, yəni şirk, Allaha şərik qoşmaq, tək Allaha olan inamın, imanın kamil olmamasıdır.
Respublikamızda hər kəsin yaxşı tanıdığı məşhur ziyarətgahlarımız var ki, ilboyu oraya güclü insan axının şahidi oluruq. Bakıda- Buzovnada "Əli ayağı", Şüvəlanda Mir Möhsün Ağanın türbəsi, Gəncədə "İmamzadə" piri, Beyləqanda "Cərcis Peyğəmbər" piri, Siyəzəndə "Beşbarmaq" piri, "Baba" piri və onlarca sayda adsız və ya adını bilmədiyim ocaqlar, istinadgahlar, sitayiş yerləri var.
Dünyanın qloballaşdığı, texnikanın, iqtisadiyyatın, mədəniyyətin, kibernetikanın və s. bu qədər inkişafının qarşısında və bu inkişafdan ən müasir şəkildə istifadə edildiyi halda insanların bu sayaq xurafat təfəkküründə qalması təəccüblüdür. Bu ziyarətgahların hər biri müəyyən mənada maraqlı tarixə malik yerlərdir və əlbəttə, bunu gedib görməkdə heç bir ziyan yoxdur. Ən azından respublikamızın bir guşəsidir və o yerləri səyahətlər kiməsə bir zərər gətirməz. Amma bu ziyarətlərin kor-koranə, cahilliklə, ordan dilək diləmək, pənah aparmaq, yardım ummaq həqiqətən gülüncdür. Dinin vacib buyurduğu, hər bir müsəlmanın boynunda haqq olan yeganə ziyarət Həcc ziyarətidir.
Bizə ən gözəl bələdçi kimi nazil olunmuş müqəddəs kitabımızın bizə buyurduğu kimi, ən böyük günahlardan biri Allaha şərik qoşmaqdır ki, bunu da ziyarətlərdən yardım umanlar hər gün etmiş olurlar. İnsan yaranışından tutmuş ətrafda baş verən təbiət hadisələrinə qədər hər şey O böyük varlığın möcüzələrindən xəbər verdiyi halda daşa, ağaca, suya sitayiş etmək ən az cahillikdi.
Bu ziyarətgahlara marağımdan onların bəzilərində olmuşam. Təbiət möcüzəsi kimi dağların görünüşünü (Siyəzən), memarlıq abidəsi kimi binaların tikintisini (Şüvəlan, Beyləqan, Gəncə) qədim tarixi inanc yeri kimi pirləri, ocaqları müşahidə etmək və bu yerlər haqqında rəvayətlər eşitmək çox maraqlıdı. Amma insanların o yerləri sonsuz ümidlə, göz yaşları ilə, daşlarını yalayaraq, imdad diləyərək dolaşmaları insanı ürpədir. Söylədiyim kimi, insan daim aydınlaşıra bilmədiyi sirrin qarşısında aciz olarkən mistikaya üz tutub, inanıb, ondan çıxış yolu kimi istifadə etmək istəyib. Küləyin qarşısına ala bilməyəndə Külək allahından, günəşin çıxmasını arzulayanda, əkin-biçin zamanı Günəş allahından, Yağış allahından, Məhsul allahından, hətta Sevgi allahından mədəd umub. Amma əsrlər keçməsinə baxmayaraq eyni düşüncədə qalması, elə də köklü bir dəyişikliyin olmaması bizim insanların təfəkkürünə şübhə ilə yanaşmağa məcbur edir. Yəni, bu təsəvvürlə mağarada yaşayan əcdadımızla indiki sivilləşmiş insanmızın arasındakı fərq əncir yarpağı ilə Amerikan cins şalvarları arasındakı fərqdən başqa bir şey deyil, qənaətinə gəlmək olar.
Beyləqan pirində olarkən insanların göz yaşları içində həyəcandan əsə-əsə zəncirə yaxınlaşmalarını, yaylığı ataraq ümidlə yerə düşəcək, yoxsa saxlayacaq, sualı ilə iki-üç saniyənin içində o dünyanı görüb gəlmələri dəhşətli dərəcədə təəssüfləndiricidir. Bu an onların həyatınının ən unudulmaz anı olur sanki. Yaylıq zəncirdən yerə düşərsə, həyəcandandan bayılanlar da olur - yəni, istəyi qəbul olunmadı. Bu pirin haqqında yayılan rəvayətlər çox maraqlıdı. Bu marağı orda olan hər kəs seyr edə bilər. Bu mövzu ətrafında müxtəlif cür versiyalar səslənsə də bu, adi bir fırıldaqdır deyib, üstündən keçəsi hadisə də deyil əslində. Amma hər bir halda yaradan da, yox edən də bir olan Allahdır və bizə verilmiş ağıldan istifadə etsək, hər şeyin mütləq bir izahı olduğunu anlamalıyıq.
"Beşbarmaq" piri haqqında təəssüratlarım da unudulmazdır. Min bir əziyyətlə uzun bir yolu tər tökə-tökə qət edən insan ora çatarsa, yarı yolda qalmazsa, diləyi hasil olacaq inancındadır. Bu, əslində yaxşı bir inancdır. Heç yerindən tərpənə bilməyən xəstəyə, səni oraya aparsaq, sağalacaqsan, deyirlər və xəstədə daxili inam yaranır və uzun yolu qət etmək üçün sərf etdiyi fiziki gücü onun hərəkətsizlikdən donmuş əzələlərinin oyanmasına yardım edir. Belə nümunələr də o pirin daha da məşhurlaşmasına gətirib çıxarır. Yox, əgər kimsə yarı yolda qaldı, çıxa bilmədisə, yarı yolda az qala fatihəsini oxumağa hazırlaşırlar. Gülünc bir inanc... Məni ən çox maraqlandıran bir kilometrədək yolun sonunda - qayanın başında oturub, "tutiyə" adıyla həmin qayanın qırıntılarından camaata pulla satan qoca və qarıların hər gün oraya necə çıxmalarıdır... Və onlar bir övliya təmkiniylə: "Bunları əzib xəstənizə içirin", deməsi dinləyən insanı ötən əsrlərə aparır, sanki sehrli nağıllar aləminə düşmüsən, XXl əsrdə deyilsən. Qayanın sonuna az qalmış bir su sızıntısı var. Qayanın arasından süzülüb gələn su hər kəsə çatası qədər deyil. Əlbəttə, bunun da öz izahı var. Qayanın üstündəki müəyyən çalalanmış yerlərdə yağış suyu toplanıb sonra yavaş-yavaş aşağı doğru sıza bilər. Amma ziyarətçilərdən kimsə keçərkən qarşısında bir damcı su düşdüsə özünü dünyanın xoşbəxti sayır...
Bunları yaza-yaza özümü gülməkdən saxlaya bilmirəm, çünki oraya səyahətimdən on il keçsə də bu "sevincləri" yaşayanların üzlərinin ifadəsi gözümün önündən getmir.
Anadangəlmə ifliclə doğulmuş uşağıyla ziyarətə gedən bir qonşum ziyarətgahın birinci pilləsindən tutmuş sonuncu nöqtəsinədək düzülmüş dilənçilərin hər birinə nəzir verə-verə ta "kəllədəki övliyalar"a qədər gedib çatmışdı. Oraya gedib çatan ana "tutiyə"ni əlində elə bərk-bərk tutmuşdu ki, indi o tutiyə əlindəki uşağı qədər dəyərli idi onun üçün. Zarafat deyil, illərlə edilən müalicə heç bir nəticə verməmişdi, amma bu daş əzməsini içən kimi on ildi yeriməyən, danışmayan uşaq bülbül kimi ötəcək, yeriyib-yüyürəcəkdi...
Görünür, ana səhlənkarlıq edib, övliyaların tövsiyəsinə düzgün əməl etməmiş, tutiyəni qaydasında içirməmişdi, çünki tezliklə uşaq dünyasını dəyişdi...
Qusardakı pirsə sən demə, "sudurğalı uşaqlar üçün"müş. Kim o piri ziyarət etdisə, uşaq tutmalarını oradaca buraxıb gələcəkmiş...
Mən gördüyüm üç-dörd pir, ocaq haqda yazdım. Bilmədiyim, tanımadığım onlarca başqaları da var. Bunlar ayrı-ayrılıqda bir toponim, bir rəvayət qaynağı, bir hekayə mövzusudur. Amma bu qədər cahil, xurafatçı, avam olmaq zorunda deyilik.
Yaponiyada danışıb-gülən, idarələrdə işləyən robotlar istehsal olunur, Almaniyada uçan avtomobillər istehsala başlayıb, Çində özünü idarə edən maşınlar sınaqdan keçirilir- yəni sürücüsüz, insanın yerindən tərpənmədən dünyadan xəbərdar edən kompüterlər həyatımızın ayrılmaz hissəsi olub, insan yaşayışı üçün əlverişli olan yeni planet kəşf olunub, Ayda torpaq sahələri alan insanlar var, bir tək əl iziylə insanın əcdadından tutmuş bugününədək araşdıran elmi inkişaf metodları kəşf olunub və sair, və ilaxır minlərlə inkişaf nümunəsi...
Və maraqlısı da budur ki, bütün bu inkişafın özülünü təşkil edən qeyri-səlis nəzəriyyənin banisi də uşaqkən burdan uzaqlaşmış dünya şöhrətli alim Lütfüzadənin zəkasının nəticəsidir. Maraqlıdır, Lütfüzadə burda yaşasaydı, dünyanı yerindən tərpədən bu təfəkkürdə olacaqdımı? Anlamaq olmur, biz çox zəkalıyıq, yoxsa çox nadan...

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-19
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK