... Kimsə rəhmətə gedirsə və dünyasını dəyişirsə, təbii ki, həmin insana müsəlman adət-ənənəsinə uyğun olaraq yas tutulur və məclis qurulur. Kimliyindən asılı olmayaraq, bu hadisə ilə üzləşməyə məcburdur. Düzdür, Allah-Təala insanı yaradanda bir gün onu öz dərgahına qaytarır. Bunlar hamısı bəlli!
Biz sadəcə olaraq yas mərasimlərimizdən, dəbdəbəli ehsanlardan və qəbirüstü abidələrdən danışmaq istəyirik. İndi hansı məclisdə olursan, hansı yas yerinə gedirsən, dəbdədəli ehsan verilməsi ilə bağlı müəyyən etirazların şahidinə çevrilirsən. Biri deyir ki, əgər kiminsə imkanı yaxşıdırsa və rəhmətə gedəninə dəbdəbəli ehsan verirsə bunun nəyi pisdir?! Bir başqası isə bildirir ki, kasıb adamlar da həmin varlı ilə ayaqlaşmaq üçün dünyasını dəyişən yaxınına dəbdəbəli ehsan vermək istəyir. Bax, onda həmin adam borc-xərcə düşür və çətinliklər içində qalır...
Bu gün kimi dindirirsən yas məclislərinin həddindən artıq ağır olduğunu deyir. O qədər dəbdəbəli ehsanlar, süfrənin üstündəki zəngin xörəklər və meyvələr istər-istəməz hər hansı adamı narahat etməyə bilmir. Hətta elə yas məclisləri var ki, orda balıq kürüsü də verilir. Müsəlman dövlətlərinin heç birində bizdəki qədər yas məclisləri dəbdəbəli keçirilmir. Qardaş Türkiyədə yas məclisində çay, xurma, limon verilir.
Biz uşaq olanda kənddəki yas məclislərində də elə həmin şeylər verilərdi. Bircə fərqi ondan ibarət idi ki, bizim kəndin yaslarında bir cür yemək - sous, yaxud dolma verilərdi. Ən varlı adam heç vaxt bu çərçivədən kənara çıxmaz və əndazəni aşmazdı. Cümə axşamları və cümə günü isə rəhmətə gedən adamın qohum-əqrəbasının üzərinə o qədər ağır yük düşməzdi. Kimi yemək bişirib gətirərdi, kimi halva çalıb orda olardı, kimi də təndir çörəyi bişirərək yas yerində görünərdi. Bu isə birmənalı olaraq yas sahibinin çiynindən ağır yükün götürülməsinə bir köməklik idi. Amma indi bizim kənddə də çox şey dəyişib. Bir neçə il bundan əvvəl yas məclislərində iki cür, üç cür yemək verilərdi. Ağsaqqallar işə qarışandan sonra bir cür yemək verildi; ya plov oldu, ya da sous! Hətta mer-meyvəni də verməyi qadağan elədilər. İndi bir ildir bu adət pis-yaxşı davam edir.
Adamı yandıran odur ki, bu qədər söhbətlər aparılır, maarifləndirmə işləri görülür, yenə də insanlar yas məclislərini dəbdəbəli halda verməyə çalışırlar. Sanki bir-biriylə yarışa giriblər. Elə adam da var ki, qonşudan geridə qalmamaq üçün gedib bankdan kredit götürür və dəbdəbəli ehsan verir. Sonra da o krediti qaytara bilməyəndə canını qoymağa yer tapmır.
Din xadimləri deyirlər ki, yeməyin və dəbdəli ehsanın rəhmətə gedənin ruhuna heç bir xeyiri yoxdur. Ondansa bişirilən o yeməklər yetimlər evinə, kimsəsizlərə və ac insanlara paylansa daha yaxşı olar. Bir də ehsan odur ki, kiminsə ruhuna görə yol çəkdirəsən, körpü saldırasan, bulaq düzəltdirəsən, xəstə bir insana əl tutasan. Əgər kimsə doğrudan da savab iş görmək istəyirsə, bax, belə addımlar atmalı, dəbdəbəli ehsanlardan uzaq düşməlidir.
İndiyə qədər yaxşı yadımdadır. Onda mən uşaq idim. Sovet dönəmində bizim də kənddə məscid fəaliyyət göstərirdi və Məhərrəmlik həmin məsciddə yüksək səviyyədə həyata keçirilirdi. Qətl sınandan sonra insanlar məscidə yaxınlaşar, orda iştirak edən adamları evlərinə aparar və ehsan süfrəsinə dəvət edirdi. Mən də rəhmətlik qardaşımla məscidə getdik, ancaq bir adam tapmadıq ki, gəlsin bizdə bişirilmiş ehsandan yesin. Atam qanımızın qaraldığını görüb dedi ki, Quruçayın içərisində ekskavatorçular var. Onlar yayın istisində və günün altında ac-susuz çayı zığdan, palçıqdan təmizləyirlər. Gedin onların hamısını gətirin, bundan yaxşı heç nə ola bilməz. Maşınımıza minib həmin yerə getdik. Gündüz saat 2-də göydən od yağanda onların işlədiyini gördük. Fikrimizi o insanlara çatdırdıq, onlar da qoşulub bizə gəldilər. Ac insanları doyurmaqdan savab iş yox idi. Ekskavatorçuların dördü də süfrə arxasına əyləşdi, ehsanı yedi və sonra da dua edib ayağa qalxaraq iş dalınca getdilər.
Beləcə illər ötür, hələ heç kəs dəbdəbəli ehsanların qarşısını ala bilmir ki, bilmir. Hətta ağsaqqalların dediyi sözləri kimlərsə qulaqardına vurur və öz bildikləri yolu tuturlar. Xeyir-şər elə bir işdir ki, bu hamının qapısını döyür. Xüsusən də kimsə əzizini itirəndə bilmir ki, dərdini çəksin, yoxsa qapıya tökülüb gələn qonaqların qarşısına çıxsın və onlara yemək versin.
Şəxsən bu sətirlərin müəllifi olaraq həmin anları görəndə istər-istəməz dünya-aləm başıma fırlanır. Düşünürəm ki, ay Allah, bu millətə yazığın gəlsin. Bir ağıllı adam ortaya çıxıb yumruğunu vursun və desin: Dəbdəbəli ehsan vermək olmaz!
Çünki bu addımı atmamaq çox böyük günahdır. Yas məclisinə gələn təbii ki, kiminsə dərdinə şərik olmağa can atır. Kimsə gəlib həmin məclisdə qarın doydurmaq istəmir. Yas məclisində çay verərlər, stolun üstünə limon qoyarlar, uzaqbaşı xurma gətirərlər. Kimsə bayaq dediyimiz kimi, yas məclisinə gəlirsə, rəhmətə gedənin dərdinə şərik olmaq istəyir, yoxsa, vallah, hər adam yas məclisində heç doyunca çörək yemək fikrində deyil.
Bizə elə gəlir ki, bu barədə ciddi addımlar atmağın vaxtı çoxdan gecikib. Vaxt ötür, bizsə hələ də ciddi addım ata bilmirik. Ziyalılarımızın, tanınmış dövlət xadimlərinin və dindarların bu barədə fikirləri maraqlı olardı. Gözləyək görək bizim qaldırdığımız məsələlərə insanlar hansı münasibət göstərəcəklər?
FAİQ QİSMƏTOĞLU