deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Bu gün "Qarabağ"a, sabah isə Qarabağa görə Adalet.az | Bu gün "Qarabağ"a, sabah isə Qarabağa görə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bu gün "Qarabağ"a, sabah isə Qarabağa görə

14651    |   2014-05-09 04:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qurban Qurbanov göz yaşlarını gizlədə bilmir, oyunçular tərli maykalarını azarkeşlərə tərəf tullayır. Fanatlardan meydana axışan kim, səcdə edib Allaha dua edən kim... Bu "Qarabağ"ı çempion edən oyundan sonrakı mənzərədi. Ağdamın "Qarabağ" klubu başladığı işi sona çatdırdı və haqq etdiyi titulu qazandı. "Futbol+" qəzetindəki dostlarımız statistikanı tam dəqiqliyilə incələyiblər - "Qarabağ" tarixində ikinci çempionluğu bayram etmək üçün 20 il, 9 ay, 6 gün gözləməli olub. Sevinməyə dəyərmiş.
Futbolda təsadüfi çempionluq olmur, yəqin elə bu üzdən milyonlarla insan idmanın bu növünə könül verib. Qurban Qurbanovun komandası builki çempionatın ilk turlarından iddiasını ortaya qoydu və sona kimi mövqeyini qorumağı bacardı. Nəticə də bəllidi - sona iki tur qalsa da "Qarabağ" finişə birinci çatdı. Futbolçu kimi qızıl medalı boynundan asmış Qurban bəy indi də məşqçi kimi çempionluğun dadını çıxarır.
Gənc, lakin yetərincə təcrübə toplayan, son illər Avroliqada bir çox adlı-sanlı klublara futbol dərsi keçən Qurban Qurbanovun qazandığı uğurun sirri nədədi? Bu məsələni geniş təhlil etməyə yəqin ki, hələ zamanımız olacaq. Çempionat başa çatandan sonra bu məsələyə qayıda bilərik, milli premyer-liqamızın bitməsinə isə iki tur qalıb.
Təqvimə görə davam etməkdə olan çempionatımızda klubların heyətinə azərbaycanlı futbolçular da top qovur, yaxın-uzaq ellərdən gələn əcnəbilər də. Bəzi klublarımızda yerli futbolçularımız gəlmələri kölgədə qoyur, bəzilərində bizimkilər adları dilimizə yatmayan legionerlərin kölgəsində gizlənir.
Mənim fikrimcə, Qurban Qurbanov məhz yerli futbolçularla legionerlərin vəhdətini yarada bildiyinə görə indidən Çempionlar Liqasına bilet sifariş verməyi bacardı. "Qarabağ" bu uğuru Rəşad Sadıqovla, Reynaldoyla, Qara Qarayevlə, Leroy Corcla, Bədəvi Hüseynovla, Riçard Almeydayla, Fərhad Vəliyevlə, İbrahim Şehiçlə, Maksim Medvedevlə, Muarem Muaremlə, Vüqar Nadirovla, Çumbinyoyla, Hacı Əhmədovla, Ansi Aqoli ilə birgə qazandı. Baş məşqçi Ağdam klubunda forma geyinən futbolçuları "Qarabağ" adı ətrafında birləşdirdi.
Qurban bəy klubun sponsorundan müstəsna heç bir şey tələb etmədi, bəlli imkanlar çərçivəsində işini qurdu və başlıcası, "transfer pəncərəsi"ndən ustalıqla yararlandı. "Transfer pəncərəsi" deyilən bu qorxunc Əjdaha çox klublarımızın qapısını bağlar, tərəfdarlarını ağlar qoyub.
Qarşıdan növbəti "transfer pəncərəsi" gəlir. Qurban bəy həmişə olduğu kimi, yəqin ki, bu dəfə də futbolçu seçiminə ciddi yanaşacaq.
Ən yeni çempionumuzun heyətinə düşməyə layiq futbolçuları "Qarabağ"ın sıralarına qatacaq. Qarşıdan isə Çempionlar Liqasının oyunları gəlir. Son illər Avroliqada adından söz etdirən "Qarabağ" daha nüfuzlu turnirdə təkcə Ağdamı deyil, müvəqqəti işğalda olan digər rayonlarımızı təmsil edəcək.
"Qarabağ"ın Avropadakı hər qələbəsi bizi Böyük Qələbəmizə daha da yaxınlaşdıracaq. Bu gün "Qarabağ"a görə sevinirik, sabah isə Qarabağa görə sevinəcəyik. Gəlin buna inanaq.

Etibar Cəbrayıloğlu


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK