deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | GÜNAHSIZ Adalet.az | GÜNAHSIZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜNAHSIZ

Hekayə

25234    |   2014-04-26 07:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...göydə də Ayın yolçuluğu başlanmışdı. Düz gün çıxan yerdən-qapqara, lay-lay buludların arasından batıb çıxa-çıxa üzüyuxarı qalxırdı. Özü də elə günəş boydaydı-yupyumru, qıpqırmızı. Qalxdıqca buludlarla əlləşməkdən pörtüb qızarmış rəngi durulur, balacalaşıb özü boyda olurdu. Yerdəki yolçular təngənəfəs eləmişdilər Ayı. Birnəfəsə göyün üzünə qalxıb cığırdakılara çatmaq, üz-gözlərinə işıq salıb bu gecə yolçularının dərdini-sərini bilmək istəyirdi. Yerin-göyün sahibi onun da boynuna bu vəzifəni qoymuşdu. Elə ki, dünyanın bu başından günəş ətəklərini yığışdırıb öz yerinə-yatağına çəkilirdi, o başından çəpərdən boylanan qonşu arvad kimi Ayın qırmızı alnı dikəlirdi. Kefinin duru vaxtında zülmət gecələri süd rənginə boyayıb gündoğandan günbatana kimi dünyanın dağında, dərəsində, meşəsində, düzənində, çayında, dənizində-ən məhrəm bucağında belə baş verənlərdən xəbər tuturdu. Ancaq sirr saxlayandı-gördüklərini heç Tanrısına da danışmırdı. Bilirdi ki, aşağıda-torpaq üstündə gəzən ikiayaqlıların, dördayaqlıların- sürünənlərin, dik gəzənlərin başlarına gələnlər ondan ötrü bir tamaşadı və xoşlansa da, xoşlanmasa da, bunları göy üzündən seyr eləməlidi. Heç nəyə qarışmağa haqqı yoxdu. Hərdən elə şeylər görürdü ki, göy üzündə gizlənməyə yer axtarırdı. Tapa bilməyəndə dərindən bir ah çəkirdi, bu ah boyunbağı kimi boynuna dolanıb sabah açılana kimi onunla göy üzünü dolaşırdı...
İndi nə olmuşdu? Payız gecəsinin şirin yuxu gətirən bu çağında nə başmaq seyriydi belə?! Özü də bu xəlvətlikdə, iki-üç adamın güclə yan-yana yeriyə bildiyi dar cığırda... Canavarın, çaqqalın qopartmağa əti, gəmirməyə sümüyü olan heç bir canlıdan vaz keçmədiyi bir vaxtda öz ürəyinin çək-çeviriynən, heç nəyi görmədən, heç nədən ehtiyatlanmadan ağır-ağır yol getməyin altında nə gizlənirdi?!. Ay bunun axırına çıxmalıydı. Düz başlarının üstündə buludlardan sıyrılıb çıxdı, dörd bir yanı elə işıqlandırdı ki, yolçular ikisi də birdən başını qaldırıb göyə baxdı... Qonaq Aydan gözünü çəkmirdi, ev yiyəsi də qonaqdan. Evdən çıxandan bəri kəlmə də kəsməyib yorğun ayaqları dolaşa-dolaşa beş-on addım irəlidə papiros sümürə-sümürə gedən kişi göyə baxanda əməlli-başlı təlaşlanmışdı...
Oğlan ilk dəfəydi ki, Aydan qorxan adam görürdü...
***
...Yox, bizim tərəflərdə bu boyda adam yoxdu. Heç yanda yoxdu. Belə kişilərin kökünü çoxdan kəsiblər. Yaxşısının da, pisinin də. Bu kimdisə, axıra qalıb. Ağacın hansı budağınınsa bir küncünə ilişib qışın ortasınacan qalan yarpaq kimi. Belə yarpaqları qoparıb salan küləklər yer üzündə çox gec-gec əsir - əlli ildən, yüz ildən bir qalxır. İndi hardasa o külək qopmuşdu və bu boyda kişini qol-budağıynan bir yerdə qoparıb Kürün bu tayına atmışdı...
Qoy gəlib çatsın, görək, kimdi, nəçidi, hardan gəlib hayana gedəndi?!. O tərəfə-bu tərəfə boylanmaqda nabələd adama oxşayır. Elə də gəlir ki, sanki başını götürüb bu yerlərə qaçıb-yer üzündə əldən-ayaqdan uzaq, dəli çayın qorxusundan təzə atılmış bəndin ətəyinə qısılan qırx-əlli evlik, bağsız-bağatsız kənddən başqa bir pənahı, sığınacağı yoxdu. Özünü bura yetirən kimi bir də dönüb arxasına baxmayacaq...
Şər qarışan vaxtı böyrü meşəyə, üzü kəndə tərəf gələn adamın payız günəşinin qara-qırmızı işığında iki özü boyda görünən kölgəsi bəndin döşüynən sürünür, yaxınlaşdıqca bu yerlərdə çox az adamda görünən ətəyi dizdən aşağı, boynu qaragül dərili paltosu, uzunboğaz xrom çəkmələri, ortası düyməli qara kepkası aydın seçilirdi. Qoyun-quzu kimi bəndin ətəyinə yatışan qamış evlərdən birinin tuşuna çatanda yavaşıdı, çox fikirləşməyib bənddən enən cığıra düşdü. Düz yulğun pələdin ağzında çömbəlib papiros çəkən oğlanın üstünə gəldi. Təzə qamış çəpərə alınmış ev kəndin lap qırağında, bəndin döşündəydi. İçərilərə girmək istəmədi-onu nə qədər az adam görsəydi, bir o qədər başı salamat olardı. Özləri də təzə binədilər. Qom evin palçıq çırpması üzü payıza hələ əməlli-başlı qurumamışdı. Oğlan könülsüz bir-iki addım irəli gəlib əl uzatdı. Yad adamın iri, tüklü əllərinin soyuq, nəm təmasından əti ürpəşdi. Günün bu çağında onsuz da daralan sinəsi möhkəm-möhkəm sıxıldı. Ürəyi bulanan adam kimi sifətini turşudub çağırılmamış qonağı təpədən-dırnağa gözdən keçirdi. Çallaşmış sallaq bığları ətli sifətini zəhmli göstərirdi. Uca getdikcə nazilmək əvəzinə qalınlaşan qaşlarının altından yorğun, qızarmış gözlərini ona zilləmişdi-nigarançılıqla nə deyəcəyini gözləyirdi. Baxışlarından aclıq, səbirsizlik yağırdı. Heç ürəyi gəlmirdi qonağa içəri geçməyi təklif eləsin. Amma çarəsi nəydi? Günün bu çağında Allah qonağını, həm də qərib qonağı qapıdan qaytarmayacaqdı ki,...Bəs, bu kor-kobud kişi necə, doğrudanmı, Allah qonağıydı?!... İçində get-gedə böyüyən, ağırlaşan bir duyğuynan könülsüz-könülsüz əlini pələdə apardı:
-Nə durmuşuq... Keçək içəri...
Kişi cəld onun qabağına düşdü...
Gəlin sağını qurtarıb beş-altı günlük buzovu inəyin altına ötürmüşdü. İt-pişik dəyməsin deyə sərnici dirəkdən asıb evə girmək istəyəndə hənirtiyə döndü, qonağı görüb yaylığının ucuynan ağzını örtdü. İçəri keçib təzə nimdar gətirdi, divarın dibindən sərilmiş yun palazın üstünə qoyub tələsik çıxdı... Qonaq bir də onu görmədi...
Ağır-ağır əlini kepkasına apardı, göz dolandırıb qapının dalına vurulmuş taxta asılqana tərəf getdi. Qalın yun nimdarın üstündə oturanda yorğun qıçlarına xoş bir rahatlıq yayıldı. Yarım saat olmazdı hinin ağzını bağladıqları. Ağır, paslı təkəri güclə qırağa çəkib köhnə taxta qapını hinin ağzından götürəndə təzə ətdənmiş beçələr, fərələr qaqqıldaşıb bir-birlərinə qarışdılar... Qıy-qışqırığa həyətin o başında qamış çəpərin daldasına bağlanmış Boz it də yerindən sıçrayıb tozanaq qaldırdı. Boğazındakı zəncirdən uzağa gedə bilməyib eşə-eşə külünü çıxardığı yerdə fırlanmağa başladı. Toyuq-cücəni qışqırdanların özgə deyil, öz sahibləri olduğunu görüb sakitləşdi, hətta quyruğunu bulayıb şadlığını da bildirdi. Dal ayaqları üstə şöngüyüb qismətinə düşəcək payı gözləməyə başladı... Beş-on dəqiqə keçməmiş iki beçənin başını, ayaqlarını bir-iki dişdəmə udub böyrü üstə uzandı...
Günəşin öləzimiş şüaları meşədəki yarpaqsız ağacların sıx budaqları arasından qızılı ox kimi uzanıb qısala-qısala yoxa çıxanda həyətdəki ocaqlıqda alayaş yulğunlar çatıltıynan, fısıltıynan yanırdı. Kəsdiyi beçələri arvadına verib qonşunun uşağını çağırdı. Köhnə səbəti qoluna keçirdib, "anana ver, ogünkü nardan, heyvadan bir-ikisini bura yığsın, gətir" dedi. Özünün əkdiyi ağaclar hələ tutmamışdı. Uşağın qonşu kənddə yaşayan ana babası iki-üç gün bundan qabaq bir eşşək yükü nar-heyva gətirmişdi...
Piyada yol gəlməkdən ayaqlarının altı zoqquldayırdı. Kürəyini divara söykəyib qıçlarını uzatmışdı. Bayırdan gələn səslərə qulaq verirdi. Ocaqlıqda ağaclar yanıb tutuşduqca canına xoş bir istilik yaılırdı. Aralı qalmış qapıdan əvvəlcə acı tüstü, dalınca da nehrə yağında qovrulan soğanın, beçə ətinin qoxusu gələndə yerini bir az da rahatladı. Ev yiyələri qəfil qonağın yanında xəcalətli qalmamaq üçün əlimyandıynan vurnuxur, olan-olmazlarından keçirdilər...
Çox yorulmuşdu. Hələ o tayda özünə söz vermişdi ki, kim üzünə qapı açsa, kəlmə kəsməyəcək, ağzına bir tikə çörək də qoymayıb başını atıb yatacaq. Qayıqnan keçəndə Kürün havası ayıltdı onu. Bu tayda camış böyürtkənləri ətəyinə yapışa-yapışa bəndə çıxanda ürəyi qalxıb boğazına dirəndi. Ay Allah, buralar heç dəyişməyib. Asfaltdan, dəmiryolundan uzaq olduğu qədər də qulaq dincliyi, can rahatlığı vardı burda. Yeridikcə sağa-sola göz yetirirdi. Suyu göyərib ağırlaşan, qamışı, avarı, yulğunu bitib-tükənməyən axmaz bir az yığılıb, kiçilib, deyəsən. Bircə qəbristanlıq böyüyüb, qəbirlər yolacan çatıb. Dəyirman da hələ qalıb. Ancaq söküb dağıdıblar. Yəqin, indi camaat unu dükandan alır, ya da başqa yerə dəyirmana gedirlər. Qamış divarları sökülüb, içində köhnə, paslı dəmir-dümür görünür. Yan-yörəsi mal təzəyi, qoyun qığıynan doludu. Torpaq hələ şorandı ki, şorandı. Bəndin döşündə, ətəklərində, arxların qırağında söksöyüldən, qanqaldan başqa heç nə bitmir ki, mal-heyvan da ağzını uzada. Tək-tük evlərin həyətində ağac var, o da tutdan, söyüddən başqa bir şey deyil. Heç evlərin də sayı atmayıb. Kənddə kişi də az qalar indi... Görəsən, adamları dəyişməyib ki... Əvvəlki kimi sakit, başıaşağı, öz iş-güclərində olandılar, yoxsa, burunları dikəlib?!.

***
...gedirdilər. İndi Ay düz başlarının üstündəydi. Buludların arasından onları pusa-pusa buracan gəlib qəfildən üzə çıxmışdı. Yuxarıdan baxanda sıx meşənin ortasından axan çay kimi görünən cığıra Ay yaxşı bələddi. Buludsuz gecələrdə dünyanın o başından qalxıb bu başında enənəcən buralara çox işıq salmışdı. Öz işığında da bu yerlərdə çox şeylər görmüşdü. Körpə quzuların ac canavarların qabağıycan titrəyə-titrəyə, qıçları dolaşa-dolaşa getməsinə, bir kolun dibində bu qurbanların necə parça-tikə olunmasına, beş-on nəfəs çəkimindən sonra yerdə qalan quru sür-sümüklərə göydən soyuq-soyuq az baxmamışdı. Buğlanan cəmdəyin, təzə qanın qoxusu yulğunluğa yayılanda bu yerlərdən baş götürüb qaçmaq istəmiş, axmazın qaramtıl sularında pörtmüş sifətini görər-görməz meşənin arxasına keçib ilim-ilim itmişdi. Qoy, bu yerlər zil qaranlıqda qalsın, demişdi, mən batdım, Günəşi də heç çıxmasın... Amma səhər də açılmışdı, Günəş də çıxmışdı. Elə xoş üznən üfüqdən qalxmışdı ki, elə bil ilk dəfəydi Yer üzünü görürdü. Yorulub əldən düşmüş yuxusuz Ay onun bu halını xoşlamasa da, qınaya da bilmirdi. Axı, onun çox şeydən xəbəri olmurdu. Hardan biləydi ki, gündüzlər ondan qorxub gizlənənlər qaranlıq gecənin qoynunda nə oyunlardan çıxırlar...
Ancaq indi belə etməyəcəkdi. Buracan birnəfəsə gəlmişdi, burdan o yana tələsməyəcəkdi. Bu gecə əvvəlkilərə bənzəmirdi. Göy üzündə dolaşıb dünyanın qaranlıq işlərinə göz qoyan gündən qurdun quzunun qabağıycan getdiyini görməmişdi. İndi görürdü. Bunun niyə belə olduğunu, işlərin tərsinə çevrilməsinin səbəbini də bilirdi. Onu da bilirdi ki, bu yolçuluq uzun sürməyəcək. Öz ürəyiynən danışa-danışa dallı-qabaqlı yol yeriyən bu adamlar mənzil başına bir yerdə çata bilməyəcəklər. İkisindən biri bu cığırnan tək qayıtmalıydı. Çünki bu cığır axmaza aparıb çıxarırdı. Bu cığırın başında, düz axmazın qırağında kötük vardı və bu kötük bir zaman iki bu boydaydı....
Yolçular düşündüklərini öz içlərində nə qədər gizlətsələr də, Ay hər şeyi bilirdi...

***
Bayırda payız dumanı gecənin qaranlığına qarışıb havanı bozartmışdı. Adamların şam süfrəsinə yığışan vaxtıydı. Sakitlikdi. Arada axmazın o tayındakı meşədən gələn səslər bu sakitliyi pozurdu. Gecə quşlarının tükürpərdən qışqırığı bəndin döşünə yığışan ac çaqqalların vay-şivəninə qarışanda kənd itlərinin səbri tükənirdi. Yerbəyerdən ağız-ağıza verib hürüşən kimi quşlar da, çaqqallar da qorxudan kiriyirdilər. Bircə tülkülərin nə iş gördükləri bilinmirdi. Bu çoxbilmişlərin əməllərinin üstü sabah-sabah toyuq hinlərinin qapısıynan bir yerdə açılacaqdı...
(ardı var)

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK