nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Qorumaq istəmədiyimiz polis Adalet.az | Qorumaq istəmədiyimiz polis Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qorumaq istəmədiyimiz polis

68723    |   2014-04-23 13:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qaradağ postunda başqalarının həyatını qorumaq, xilas etmək üçün saatlarla yağışın, qarın, qızmar günəşin altında dayanaraq vəzifəsini yerinə yetirən yol polisinin üstündən maşın keçirirlər, həyatını itirir. Onun da atası, anası, ailəsi, övladları vardı və yolunu gözləyirdilər…

Şamaxı yolunda yol hərəkəti qaydalarını kobud surətdə pozan, qəza şəraiti yaradan sürücünü yol polisləri saxlayır, amma… Amma sürücü polislərə tabe olmaq istəmir, onların və polislərə köməyə gəlmiş vətəndaşların üzərinə maşın sürüb qaçır. Sonra nə fikirləşirsə geri qayıdır və maşını Yol Polisi avtomobilinin üstünə sürür. Polis əməkdaşının ustalığı sayəsində qəzadan qaça bilir. Amma arxadan gələn maşınlar qəzadan qaça bilmirlər və dəhşət… 7 nəfər həyatını itirir. Onların da ataları, anaları, övladları vardı, əzizlərinin yollarını gözləyirdilər… Və hadisəni törədən gəncin və gənclərin də ataları, anaları, əzizləri vardı və onların yolunu gözləyirdilər…

Tərtər rayonunda şəhərin mərkəzində avtoxuliqanlıq edənləri yol polisi saxlayır. Avtoxuliqanlar maşından düşürlər və yol polisi əməkdaşını bıçaqlayırlar. Ağır yaralansa da, xoşbəxtlikdən sağ qalır. Onun da atası, anası, ailəsi, övladları var və yolunu gözləyirlər…

Bir başqası yol polisinə tabe olmur, çığırır, bağırır, onu şantaj edir, videoya çəkib yutuba yerləşdirir…

Daha bir başqası… Vəzifəsini yerinə yetirən yol polisinə yaxınlaşır, ondan sənəd tələb edir, niyə burda dayandığını, gizli radardan niyə istifadə etdiyini sorğulayır, az qala polis əməkdaşını imtahan edir və sair və ilaxır. Sonra mətbuata çıxarıb polisi günahkar elan edir. İndi fikirləşin, hər gün yollardan yüz minlərlə maşın keçir və deyək ki, bunların 100-ü, 150-si dayanıb yol polisindən sənəd tələb edir, sorğu-suala tutur, vəzifəsini yerinə yetirməyə imkan vermir, sonra da mətbuata çıxır…

Yeri gəlmişkən, bir-iki kəlmə radar haqqında, günün əsas mövzusu. Daha doğrusu, gizli radarlar haqqında.

Yollarda radarlar qurulub. Həm uzaqdan gözlə görünür, həm də xəbərdarlıq nişanı da var. Özümüzü yığışdırırıq. Elə ki, radarı keçdik… ya Allah ey, qoy üstünə nəyin var… qəzalar, ölümlər, göz yaşları…

Əvvəla, yol polisinin gizli radarlardan istifadə eləmək hüququ qanunla təsbit edilib. İkincisi də, əgər sən düzsənsə gizli radardan niyə qorxursan?

Polis, eləcə də yol polisi insanlarla ən çox ünsiyyətdə olan dövlət məmurlarıdır. Ona görə də onların fəaliyyəti göz önündədir. Onlar bu ölkənin və bu ölkənin vətəndaşlarının əmin-amanlığını, asayişini, həyatını qoruyurlar. Sizə onlarla polis işçisinin adını çəkə bilərəm ki, vətəndaşların, yəni bizlərin həyatını xilas etmək üçün özünü qızıl güllənin qabağına verib həlak olub. Hələ mən yaralananları, sonradan ömrü boyu əlil olanları demirəm. Deyəcəksiz bu onların vəzifə borcudur. Bəs bizim borcumuz nədir? Onlara ləkə atmaq, şərləmək, şantaj etmək, nüfuzlarına xələl gətirmək?!

Bununla nə qazanırıq?! Cinayətin, cinayətkarların, avtoxuliqanların sayını artırırıq və sonra onların əlində əsir-yesir qalırıq, vəssalam!

Demirəm polis orqanlarında çalışanların hamısı Allahın bacısı oğlanlarıdı. Hər bir təşkilatda olan kimi burda da yerində olmayanlar az deyil. Və hər il bu yerində olmayanların cəzalandırılması, daxili işlər orqanlarından xaric edilməsi haqqında DİN-in rəsmi açıqlamaları olur.

Onlar Allahın bacısı oğlanları olmasalar da bizim atalarımızdı, qardaşlarımızdı, övladlarımızdı. Onlar bizi qoruyur. Biz onları qorumuruq-qorumuruq, barı heç olmazsa mane olmayaq!

Sonda. Badamdarda yaşadığım ərazinin bir sahə müvəkkili var. Polis kapitanıdı. İşimlə əlaqədar tez-tez rayonlarda oluram və gecə saat 2-də, 3-də qayıdıram. Və görürəm it ilindən qalmış «Jiquli»si ilə küçələrdə fırlanır. Hər dəfə də düşüb görüşürəm. Deyirəm, cənab kapitan, sən heç yatmırsan.

Deyir:

- Aqil müəllim, istəyirəm camaat rahat yatsın.

Özü də kirayədə yaşayır.




İmza:Aqil Abbas

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK