ANA SƏHİFƏ / YAZARLAR

Qərb Putinə güc gələ bilmir

224584    |   2014-04-08 15:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya mətbuatına səs salan Rusiya - Ukrayna davasına görə, Rusiya bir sıra dövlətlər tərəfindən dəfələrlə qınaqlara, təhdidlərə və o cümlədən qərbin, artıq ənənə halını almış sanksiyalarına məruz qalıb.

Ən yadda qalan sanksiyalar məhz, sammitin ləğv olunması, Rusiyanın mücərrəd şəkildə "Böyük səkkizlik”dən kənarlaşdırılması, NATO-nun dünyanın ən iri parçasını siyasi damğa vurmaqla tərkibindən çıxarması, Rusiyaya qarşı yönəlmiş bir sıra iqtisadi zərbələr və s. kimi hadisələrdir. Dərin siyasətçilər istənilən halda Rusiyanın tarixi ssenarisini öz variasiyalarına uyğun bitiriblər. Şübhəsiz onların arasında Rusiyanın məğlubiyyətini görənlər də var. Lakin, Cənab Putinin qərbə meydan oxuması, görünür onun keçmiş arzularını və bundan doğan strateji planlarını gerçəkləşdirməsi ilə izah olunur və ən vacibi odur ki, dünyanı özü hesab edən ABŞ belə bir vəziyyətdə başını aşağı salıb əlacsızlıq təzahürü nümayiş etdirməkdədir. Həqitət budur, çünki ortada heç bir təsiri görsənməyən sanksiyalar dayanır. Bəli, məhz onların "qalın xəzli Rusiya”ya təsir göstərə bilməməsi, onu göstərir ki, nahaqdan buranı ayılar məskəni adlandırmırlar.

Krım xalqının iradəsinə bələd olan Putin

Ötən səfərdə, bir qrup jurnalist heyəti Krımın rəsmi şəkildə Ukraynadan ayrılmasından sonra həmin kurort ölkəsində yaşayan əhali arasında sorğu aparırdı. Bir vətəndaş kimi, təsəvvürlərimi dəyişən cavablar olduğunu etiraf edirəm. Əhalinin bir çoxu Krımın, nəhayət öz tarixi sahibinə qayıtdığını söyləyərək, bundan sevinc və fərəh hissi duyurdu. Məsələninn özəyi ondadır ki, dahi Vladimir Krıma mübahisəsiz layiq olduğunu bir daha sübut etməyə qadirdir. Bəlkə də qərbin qismən əl-qolunu bağlayan da elə budur. Ola bilsin ki, dünyanın hegemonu sayılan ABŞ-ın Alyaska qorxusu, onun gözünün odunu alıb deyə, qonşusundan ehtiyat edir.

Rusiya ke,miş səhvləri düzəldir

Yuxarıda qeyd edildiyi kimi, Krım bir vaxtlar Rusiyanın olub, eləcə də Alyaska. İmperiya tarixinin 17 və 19-cu əsrlərində II Aleksandr və Xruşşov kimi idarəçilərin səhvlərini indi Putin düzəltməyə çalışır(gərək ki, belə olsun). Məsələyə siyasi və məntiqi yanaşan politoloqlar demək olar ki, ümumi rəydə ortaq məxrəcə gəliblər: "Alyaska Krım ola bilər”. Səbəb isə çox bəsitdir. Nəhəng qızıl və neft ölkəsi ilə kiçik turizm məskənini birləşdirən ortaq tale – hər ikisi imperiyanın köhnə müstəmləkisidir - biri Rusiyanın Ukrayna ilə birləşməsinin 300 illik yübileyi xatirinə "qardaşdan – qardaşa” hədiyyə, digəri isə, İmperiyanın xam vaxtlarında 7.2 milyard dollara satılmışdır. Beləcə məsələnin taleyi həll olunmuş olur.

Eks prezidentlər nə deyir?

Politoloqların ssenarilərindən qorxuya düşən Ukraynanın keçmiş prezidentləri Yanukoviçin buraxdığı xətaya görə Ukraynanın federallaşmasını təhlükəli hesab edirlər. Bu isə öz növbəsində hakimiyyətin diskreditasiya olunmasına gətirib çıxaracaq. Bu cür şərhlər verən Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko oxşar yuxuları gördüklərini söyləyirlər. Hərçənd heçnə işə yaramadı və silsilə bəyanatlara baxmayaraq, Krım əldən getdi.

Putini yaxından tanıdığını bildirən Yüşşenko, deyəsən mənim tək sıravi vətəndaşlar kimi düşünür. Müsahibəsində o, bildirib ki, Vladimir Putinin, Qərbin sanksiyalarına qarşı belə soyuqqanlı davranması cəfəngdir və "İmperator” açıq – aşkar psixoloji dayanıqlığını təmin etmək üçün rola girib: "Mən əminəm ki, Putin, artıq bir neçə gündür ki, ağzı çətinliklə bağlanan yeşiyi açdığı üzündən yata bilmir. Bütün dünya ona qarşı çıxış edir". Bəli Putin narahatdır, dünyanın o biri tayında Krım hadisələrini izləyən vətəndaş üçün bu yeni tarix nə qədər maraqlıdırsa Vladimir üçün də bir o qədər narahatlıq yaradır. Bəyanatçılıq edən digər eks prezidentlər isə çıxışlarında müxtəlif bəyanatlar səsləndirərək, ümumi məğzi hamımıza bəlli olan mövzuda ifadə edib. Gərək ki, ehtiyac olmasın, amma qeyd etmək lazımdır ki, Kuçma və Kravçuk hadisələri pisləyir və eləcə də tədbirlər görülməsini tələb edirdilər. Nəticə: Putin öz bildiyini elədi!



YAZARIN ARXİVİ

2014-04-30 : Salam, Allah
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK