bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | QARLA ƏRİYİB GEDƏN... Adalet.az | QARLA ƏRİYİB GEDƏN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARLA ƏRİYİB GEDƏN...

17158    |   2012-03-17 08:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Çox şey ola bilər. Hər kəsin qəlbindən, istəyindən ağlı-qaralı, sevincli-qüssəli, ümidli-ümidsiz çox şeylər qara qoşulub əriyər bir gün. Bizə baxmır ki, təbiət. İstədiyi vaxtda istədiyini edir. Uşaqlıqda bizə "Allahın işinə qarışmayın" deyərdi böyüklər. Guya kimsə qarışa bilərmiş. "Niyə yağdı, niyə külək qalxdı, niyə bürkü oldu" kəlmələrini də dilə gətirmək olmazdı deyilənlərə görə. Tanrıya xoş getmir bunlar. Bəs, duyğuları, onları dilə gətirmək bacarığını kim verib bizlərə?! Özü verməyibmi o Mütləq Hakim? Verib ki, seçək, ayıraq, özümüzünkünü götürək. Heç nəyi rədd eləmək iqtidarında deyilik, əslində. Sadəcə... bizlik olanlarla bizlik olmayanların arasında vurnuxuruq...
   
   Bu yaz daha arzulanandı. Qış əsl üzünü göstərdi, ona görə. Bizim tərəflərdə heç qışın oğlan çağında da bu ilki martdakı kimi soyuq, şaxta olmazdı. Üç-dörd ildi qışın qışlığını görürük. Hər şey öz sifətində gözəldi. Qışın ortasında günəş adamda xəstə ovqatı yaradır. Muğanın bol günəşindən, istisindən doymuş adamlar daha çox Təzə ildə yerdə qar görmək istəyirdilər. Bu il doya-doya qar da, şaxta da gördülər. Onu da gördülər ki, qışın bu yerlərdən yan keçməsi onları əməlli-başlı tənbəl edibmiş. Qış romantikasını ancaq ona yaxşı-yaxşı hazırlaşandan sonra yaşamaq mümkünmüş. İndi əllərini bir-birinə sürtə-sürtə "yox, balam, kasıbınkı qışdı deyənlər haqlıymışlar" kəlmələrini təkrarlayıb mənalı-mənalı qımışırlar. Yox, qış da elə kasıbın qışıdı. Dünyagörmüşlər deyirlər ki, məhsul bol olacaq. Xüsusən, taxıl bolluğunun gözlənilməsi külfət sahiblərinin ürəyini açır...
   
   Bu il yaz da aldanmadı. Qışın zəifliyindən istifadə edib vaxtından qabaq gəlmədi. Bir də görürdün fevralın ortasında budaqlar tumurcuqla doldu, alma, alça, ərik, şaftalı, albalı gül açdı. Bir gecikmiş külək də (vədəsiz külək) qəfil əsib zərif ağ, çəhrayı ləçəkləri tökdü. Bu aldanış məyusluq gətirir, qıtlığa yol açırdı. Mart yarıdan keçib. Hələ ağaclar qupqurudu. Təkcə otlar göyərir. Onlara nə var ki?!... Onsuz da ayaqlanmağa, tapdanmağa öyrəncəlidirlər. Qar-yağış döysə, qırov qonsa, nə olacaq ki?!...
   
   
   
   ***
   
   
   
   Qarla çox şey əriyib gedəcək. Yazda nələrinsə təzələnəcəyinə, dönəcəyinə bəslədiyimiz ümidlərimizi də özüynən aparacaq bu bəyaz örtük. İstəklərimiz bir az da köhnələcək. Bizdən ayrılanlar bir qış da uzaqlaşacaqlar.
   
   Aranı buz kəsdi, qırov döyəclədi...
   
   Vədlər yalan oldu, aldanışlar gerçək...
   
   Şirin dillər dəbə mindi, isti ürəklər bir az da daldaya çəkildi...
   
   Heç olmasa, qar üstündə iz qalırdı. İndən belə leysan yuyub itirəcək hər şeyi.
   
   Ürəyi şüşəyə bənzədənlər səhv ediblər. Yağış pəncərələri yuya bilir, könülləri yox...
   
   
   
   ***
   
   
   
   Yazın hər gəlişi bir istəyimin şiddətini ildən-ilə artırır. Uzun illərdi kəndimizdə bir daxmamın olmasını istəyirəm. Nə doğmalar, nə yadlar bu istəyimin gerçəkləşməsində mənə kömək eləmirlər. Sağa-sola paylanan, alınıb-satılan torpaqlardan bir pay verməyə kimsənin kişiliyi çatmır. Hələ ki, səbrlə gözləyirəm. Görək zaman kimin üzünə sərt şillə vuracaq: torpaq yeyənlərin, yoxsa, səbrlə payını gözləyənlərin?!...
   
   Xəyalımda çoxdan tikmişəm o evi. Həyətində ağac əkmişəm, güllük salmışam. Hər il bir az böyüyür bu ağaclar, artıq bar verirlər. Hər axşamçağı daxmamın qapısı ağzında oturub yol gözləyirəm. ( Bu dünyada hamı yol adamıdı. Ancaq bir fərqlə. Kimi qismətinə düşən yolu gedir, kimi də yol gözləyir).
   
   Kənddə yaşamağa dilə tutardı həmişə. Tay-tuşları böyük-böyük şəhərlərə, uzaq-uzaq ölkələrə can atardı, o isə məni geriyə aparmaq istəyirdi. Nə görmüşdü o şoran torpaqlarda?! Arzusuna tez çatdı. On dörd ildi sevdiyi torpağın altında uyuyur. Mən də xəyalımda ev qururam. Ana-bala birlikdə gözəl günlər görəcəyimiz evi. İnana bilmirəm ki, Tanrı bu kiçik, bəsit arzumuzu gözümüzdə qoydu. Yox, nə vaxtsa, bu olacaq. Olmalıdı...Bu boyda zülm olmaz, axı... Dünyanı qamarlamaq istəyənlər hər dediyinə çatır. Çox asanlıqla çatır. Biz nə istəyirdik ki,...Bir parça torpağın üstündə bir ev qaralamaq. Bir ağac kölgəsində oturub uzaqlarda sıralanan dağların başındakı bir parça ağ buludu seyr eləmək. Səhərlər şehli otların üstündə ayaqyalın gəzmək. Torpağın istisini ayaqlarımızda, günəşin hərarətini kürəyimizdə hiss eləmək...Çox deyil ki?!...
   
   Az da deyil...Xoşbəxtlik bizim istədiyimiz qədər deyilmiş. Payımıza düşən qədər imiş... Heç yerli-dibli olmaya da bilərmiş...
   
   O daxma işıqla dolu olacaqdı. Həyətində Özünə və mənə oxşayan uşaqlar oynayacaqdı. "Qızın olsa, baxacam, mənə oxşasa, öz adımı qoyacam, oxşamasa, qoyarsız o biri nənəsinin adını" deyib cığallıq da eləmişdim bir dəfə. (Birdən balaları gəlin tərəfə oxşayar...) Dünyada çəkilməz dərdlərin olduğundan xəbərim yox imiş o zaman. Elə bunun özü də bəxtəvərlikmiş...
   
   Günahımız nəydi?! Neyləmişdik biz?!...
   
   
   
   Hər çiçəyi,
   
   hər gülü
   
   leysan yağışı tutmaz,
   
   Xəta hər ömrü tutmaz,
   
   bəla hər başı tutmaz.
   
   Süd əmmişəm döşündən,
   
   ana qarğışı tutmaz,
   
   Bircə biləydim məni
   
   kimin qarğışı tutdu.
   
   
   
   Tələbə yoldaşım Şamxal Rüstəmin şeirindəndi bu parça. Hardasan, ay Adamayovuşmaz? Niyə səsin gəlmir? Axı, sən əsl şair idin... Bu axır çərşənbədə qarışıq duyğular içində çiçəkdən, yağışdan-leysandan, torpaqdan, sevgidən, ölümdən qatıb-qarışdırıramsa, xəyallarıma müsafirliyin təsadüfi deyil, demək... Neçə vaxtdan bəri saxladığım saralmış qəzet parçasındakı dörd-beş şeirində hamısı var saydıqlarımın...
   
   
   
   Çiçəklərə layla çalır
   
   küləklər,
   
   Dəyişir səma da,
   
   yer də təzədən.
   
   Təzə məhəbbətlə,
   
   təzə ürəklə,
   
   Köhnə yurd yerində
   
   bir də təzədən-
   
   Quşlar çöp daşıyır
   
   yuva qurmağa.
   
   
   
   Sən də sapandını
   
   saxla, ay uşaq,
   
   Hər quşun könlündə
   
   bir murazı var.
   
   Ovcuna sıxdığın
   
   o qara daşa,
   
   Yarımçıq bir evin
   
   ehtiyacı var-
   
   Quşlar çöp daşıyır
   
   yuva qurmağa.
   
   
   
   Elə mənim xəyalımdakı evi də fələk bir sapandlıq daşla uçurtdu, ay Şamxal!... Bir biləydin, yerdəkilər də kor fələyə necə yardım edirlər. Quşcan olmağa da imkan vermirlər...
   
   Bəlkə də düz edirlər torpağı verməməkdə. O evin bir gün suyu sovulmuş dəyirmana dönəcəyini bilirlər, axı. Adamların çoxu taleyin qəddarlığından bəhrələnməyi yaxşı bacarır...
   
   
   
   İşdən qayıdanda binamızın arxasındakı parkda şənlik idi.
   
   Qoy sevinməyi bacaranlar bu hissi unudanları bağışlasınlar...
   
   Əgər üzr istəməyə dəyərsə...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK