viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Mənə klip lazım deyil" Adalet.az | "Mənə klip lazım deyil" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Mənə klip lazım deyil"

24298    |   2014-03-20 00:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qocaman kaman ustamız Habil Əliyev deyirdi ki, ölənlərin arxasınca o qədər yaxşı sözlər danışırlar, o qədər tərifləyirlər ki, adam ölmək istəyir. Millətimizdə insanı öldürüb, goruna and içmək istəyi onu diri görmək istəyindən daha çoxdu. Sağlığında qiymətləndirmək nəsə həmişə bir az kölgədə qalır.
Çox şükür ki, onu bu gün aramızda görmək, qəhrəmanlıq səhifəsini onunla birgə çevirmək imkanımız var. O, bir örnək, bir nümunə, bir şahiddi və ruhən bir şəhiddi. Qarabağ müharibəsinin canlı şahidi, özünə aid qəhrəmanlıq tarixinin yaradıcısı, xalqın fəxr edə biləcəyi bir insan - İbad Hüseynov haqqındadı yazım. İlaxır çərşəmbə günü onun haqqında çəkilmiş klipin nümayişinə dəvətli idim. Klip "Sən bu yurdun İbadısan" adlanır.
Başlıqdakı sözləri əbəs yerə yazmadım. Bu gün İbad haqqında yazılanlardan, çəkilən filmlərdən, kliplərdən narahatlıq keçirənlər var. Çox reklam olunur, nə qədər olar, deyənlər var. Bunları söyləyərkən bir anlıq gözünüz önünə müharibənin ilk illərini gətirin. Pərakəndə şəkildə ordu yaratma istəyiylə küçədə tutularaq cəbhə zonasına aparılanlar, Vətənin dar günündə can qorxusundan ölkəni tərk edənlər, yaşını "azaldıb" çağırışdan yayınanlar olduğu və hökumətin idarəetməni itirdiyi bir vaxtda könüllü olaraq bir ailədən beş qardaşın canını, geridə ağlar qoya biləcəklərini düşünmədən döyüşə atıldıqlarını xatırlayın. İndi oturub bəzək-düzəkli, ütülü fikirlər yürütmək, boş-boş danışmaq çox asandı...
Filmin yaradıcı heyəti artıq oxucu kütləsinə məlumdu: Kəmalə Mirzəyeva, İzzət Əzizov, Aqil Axundov, Rasim Baxşəliyev. Klipin sözləri "Atilla" jurnalının baş redaktoru Gülşən Behbuda, musiqisi əməkdar incəsənət xadimi Tahir Əkbərə məxsusdur. Mahnını muğam müsabiqəsindən yaxşı tanıdığımız Mirələm Mirələmov ifa edib. "Misri" qəhrəmanlıq havasının bədii qiraət ustası xalq artisti İlham Əsgərovun ifası ilə səslənməsi klipə xüsusi bir qəhrəmanlıq əhvali-ruhiyyəsi qatıb.
İbadla bağlı çox tədbirlərdə bir şey nəzərimdən qaçmır. O, içəri daxil olarkən sıxılır və iştirakçılar onun haqqında sevgi ilə xoş sözlər söyləyərkən utanıb başını aşağı salaraq oturur. Gülşən xanım onu bu dəfə də tədbirə gəlməyə çətinliklə razı sala bildiyini söylədi. Baxın, Vətən üçün canından keçib qəhrəmanlıq tarixinə imza atmış biri utanır, amma kənardan bunu müşahidə edənlər fikir yürüdür, bəzən də etiraz edirlər.
İbadın Təvəkkül adlı döyüş yoldaşının çıxışı xüsusilə diqqətimi çəkdi: "Azərbaycan yatmış şirdi deyə-deyə durmuşuq. Bu şiri oyatmaq lazımdı artıq. Güclü orduya, hər cür silahlara sahibik. Biz nə qədər sağıq, döyüş ruhumuz var döyüşmək, torpaqlarımızı geri almaq istəyirik. Döyüşməklə buna nail ola bilərik, zurna çala-çala, şadlıq evi, restoranların sayını artırmaqla deyil. İbad kimi, bizim kimi döyüş təcrübəsi olanlardan ön cəbhədə istifadə etmək, faydalanmaq lazımdı. Bir azdan biz də bunu etməyəndə gənclərə kim nümunə olacaq. Tədbirdə mənə ön sırada oturmağı təklif etdilər, mən imtina edib, arxa sırada oturdum. Mən cəbhədə ön sırada oldum, indi də o sırada olmağa hazıram. Qoy burda söz deyənlər önə keçsin"...
İbad Hüseynova söz verilərkən yenə təriflərdən sıxılaraq çıxışına başladı. "Mənə nə klip, nə filmlər, nə təriflər lazım deyil. Mən torpağımın müdafiəsi üçün döyüşə atılanda bunları düşünməmişdim. Bunlar gənclərimizin mübariz ruhda, döyüş əzmində tərbiyələri üçün lazımdı. Təəssüf ki, mənim fikrimcə, bu gün biz müharibəyə hazır deyilik. Çünki o illər bizdə olan o ruhu, döyüş, qisas yanğısını indiki gənclərdə görmürəm. Qələbəyə nail olmağımız üçün övladlarımıza vətənpərvərlik hissini aşılamalıyıq və bu mənada belə kliplərin faydası ola bilər.
Bu sözləriylə məncə, İbad, onun çox təbliğ olunduğunu iddia edənlərə cavabını vermiş oldu. Yəni, "Mən döyüşdüm, alnım açıq, üzüm ağdı bu Vətənin qarşısında və nə bu təmtərağa, nə sizin etirazınıza ehtiyacım yoxdu" demiş oldu.
Professor Nizaməddin Şəmsizadənin çıxışında söylədiyi kimi, qəhrəmanlıq hərəkətlərinin arxasında Vətən dayanmırsa, onun qiyməti olmaz. Qəhrəmanın sözlərinin əksinə olaraq, İbaddan xəbərsiz onun arxasında çox böyük bir mənəvi batalyonun olduğunu söylədi. Bu batalyon İbadı igidliyinə görə sevən, onun döyüş yolunu nümunə bilən gənclərdən ibarət batalyondu və İbadla keçirilən hər tədbir gənclərə gözəl nümunə ola bilir.
Şair Şöhlət Əfşar İbadı "düşmənin onurğa sütununu qırmış qəhrəman" adlandırdı. Bu həqiqətən də belədir, çünki onun məhv etdiyi qatı terrorçu Monte Melkonyan onlara həm maddi, həm də mənəvi dayaq idi.
Şairə xanım Nurəngiz Günün İbad haqqında çıxışı və Xocalıya həsr etdiyi şeiri iştirakçıları çox təəsirləndirdi: Mən ölüm istəmirəm, müharibə istəmirəm, bir qarışqanı belə əzmək mənə əzab verə bilər. İnsan başı kəsmək haqda eşidəndə dəhşətə gəldim. Amma o vəhşinin törətdiklərini eşidəndə İbada haqq qazandırdım. Onu buna vadar edən qeyrətdi, içində yığılıb qalmış dərddi. Qaradağlı onu buna məcbur etmişdi, Xocalı məcbur etmişdi. İndi mənim içimdə iki Nurəngiz oturub, biri ölüm istəməyən, digəri İbada haqq qazandıran.
Ötərxan Özcan: Göz yaşlarıyla qələbəyə gedilməz. Vətənpərvərlik məktəbi yaradılmalıdı və bu məktəbin İbad kimi öyrədəni olmalıdı. İbadın qatı terrorçunu məhv etməsinə səbəb onun düşmənə olan nifrəti, hikkəsi idi. Bunu gənclərimizə də aşılamaq lazımdı.
Bu dəyərli klipə aid olan fərqli insanların fərqli fikirləri bir nöqtədə birləşirdi - qəhrəmanı, qəhrəmanlığı Vətənin, xalqın unutmadığı nöqtədə.
"Misri"nin səslənməsi qəhrəmanın döyüş yolu səhnələri ilə üst-üstə düşməsi klipə mükəmməllik vermişdi. Çünki musiqinin oyatdığı hissləri sözlər yarada bilmir. Koroğlunu ruhlandıran "Misri" hələ çox igidlərimizi qəhrəmanlığa səsləyəcək!

Fəridə RƏHİMLİ
f_rehimli@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK