Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: FETHİ BƏY GEDİKLİ Adalet.az | ORALARDA KİMLƏR VAR: FETHİ BƏY GEDİKLİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR: FETHİ BƏY GEDİKLİ

FETHİ BƏY GEDİKLİ KİM İDİ

14104    |   2007-08-15 05:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(İkinci yazı) (əvvəli ötən sayımızda)

Mən bu sətirləri yazdığım saatlardan bir az sonra (3 avqust 2007-ci il tarixinin sabah saatlarında) bizim əbədi camiəmizin və mədəniyyət dünyamızın ən yaxın dostlarından biri, Türkiyə Cumhuriyyəti Kültür və Turizm Bakanlığı Kültür və Turizim müşaviri Fethi bəy Gedikli respublikamızdan ayrılacaq, məmləkəti Türkiyəyə gedəcək və bu ayrılış bir çox azərbaycanlı ziyalısı üçün həqiqi mənada çox ağır bir məqamdır və o Azərbaycan ziyalılarından biri də (bu söz üçün üzr istəyirəm) mən özüməm. Bu yaşa qədər bir çox məqamları yaşadıq və mən heç bir rəsmi və böyük vəzifə sahibi olmadığım halda Fethi bəy və TRT Radio və Televizyon Qurumunun Bakı ofisinin şefi Adulhamit bəy Avşar bir gün mənə telefon açdılar və dedilər ki, sizi ZİYARƏTƏ GƏLMƏK İSTƏYİRİK. Aman Allahım, BU ZİYARƏT HARDAN ÇIXDI? Bu elə bir məqamda idi ki, mən "Qobustan" jurnalından uzaqlaşdırılmışdım, "Ulduz" jurnalında ədəbi işçi işləyirdim və bu yandan da böyük bir ölkənin iki rəsmi yaradıcı insanı, məmuru məni hardan bu məqama layiq bildi ki, bəs ZİYARƏT etmək ortalığa düşdü. Bu ZİYARƏT MƏSƏLƏSİ Türkiyədə elə belə məsələ deyil və ZİYARƏT kəlməsinin altında bir çox məqamlar var ki, bunu mənim açıqlamam heç yerində olmaz, amma böyük bir dövlətin iki rəsmi məmurunun bunu eləməsi son dərəcə məmnun-edici bir iş və durum idi.
   
   Neyləyəsən, bu da bir alın yazısıdır. Mən sonralar bu iki yaradıcı və rəsmi insanlarla çox təmaslarda oldum, onlar haqqında bir çox yazılar yazdım və onlarla birlikdə iki ölkə arasında salınmış, şablon da olsa deyək, körpünün daha uzun ömürlü olması üçün bir şeylər elədim və elədilər.
   
   İndi Fethi bəy yalnız öz rəsmi işindən ayrılmadı və onunla vida resepsiyonunda məlum oldu ki, Fethi bəy olmazın işlər görmüş bu məmləkətdə və artıq onun gördüyü işlər bizim ana tariximizin böyük bir hissəsi olaraq yazılı və şifahi ortamlarda səslənəcək.
   
   Fethi bəy çox əfəndi birisi, bu yalnız mənim fikrim deyil, resepsiyona qatılan bir çox azərbaycanlı ziyalısı bunu söylədi və indi bunları təkrar etmək məqsədində deyiləm. Bu fikirlərə qulaq asa-asa düşünürdüm:
   
   bir neçə il, yox... daha bir neçə il öncələrə baxırdım və gözlərim yol çəkirdi: Fethi bəyin abisi Yusif Gediklinin Azərbaycana son gəlişi yadıma düşürdü və bu son gəlişdə Azərbaycan ədəbiyyatı üçün bir zamanlar dəmir qapılar arxasında unudulmaz işlər görən Yusif Gedikliyə ədəbi ictimaiyyətimizin son dərəcə qəbahət və son dərəcə qaba münasibətini yadıma salırdım və düşünürdüm: "BİZ SİZİ UNUTMAYACAYIQ" sözləri bir zamanlar onun ABİSİNƏ deyilmişdi.
   
   Və biz unutmaq üçün yaranmışıq. Bunu danmaq olmaz.
   
   Axı kimləri unutmamışıq ki...
   
   Bunu Fethi bəy bilirdi və bilə-bilə də: incə-incə gülümsünürdü və bu gülümsəmənin arxasındakı ağrını və "nə etmək olar" sözlərini də görməmək mümkün deyildi.
   
   O, öz işini gördü.
   
   Fethi bəyin Azərbaycandakı işləri uzun zaman araşdırılacaq, bu bir ETAPDIR. Heç kəs onun gördüyü işlər qədər iş görməyib, nə də görəcəklər. Onun kimi bir məmurun buralara gələcəyinə mənim çox böyük bir şübhəm var. Gələcək bunu tam açıqlığı ilə ortaya qoyacaq.
   
   
   
   Sizin Azərbaycanda gördüyünüz işlər qardaşınız Yusuf Gediklinin bizim məmləkətimizin yaradıcılarını Türkiyədə tanıtmaq çabalarını xatırladır. Bunu etiraf edim ki, sizdən əvvəlki müşaviri mən heç tanımadım və bunu özümə bir əksiklik də görmürəm. Çünki nələr etdiyindən də xəbərsizəm. Amma bunu etiraf edim ki, sizin insani xasiyyətiniz bizim bir çox yazarlarımızla isti münasibətlərə bir təkan oldu.
   
   Məni utandırmayın. Mənim bu iki doğma xalq üçün bir şey edib-etmədiyim, hesab edirəm, buradan ayrıldıqdan sonra ortaya çıxacaq. Əgər o zaman insanlar məni yaxşı xatırlarsalar və ya mədəni münasibətlərimizi vəzifəyə başladığım zamana görə daha gəlişmiş bir səviyyədə görürlərsə, bəlli ölçüdə uğurlu saya bilərəm. Amma bu qədərini söyləyə bilərəm ki, mən bu işi rəsmi bir iş olaraq deyil, bir missiya duyğusuyla edirəm. Ağabəyim Yusuf Gedikli də illərdir eyni şəkildə çalışır. İnandığımızı gerçəkləşdirməyə çalışırıq. Türkiyə xalqıyla Azərbaycan xalqını bir çinar ağacının iki böyük budağı olaraq görürəm. Mən ağaca xidmət edirəm, onun kökünə su tökürəm, onun daha gur və sağlam şəkildə ucalması üçün qayğı göstərirəm. Məndən əvvəlki dostlara gəlincə, hər igidin bir qatıq yemək biçimi var. Mütləq hər kəs gözəl anılmaq, gözəl bir iş görmək istəyir, yalnız bəzən tale insana yar olmaz, nə bilim?
   
   Azərbaycana gələnə kimi siz Türkiyədə bir universitetdə işlədiniz və bu vəzifə sizin ilk diplomatik vəzifəniz. Yenicə azadlığını qazanan bir ölkədə bu sayaq görəvlərdə işləmək çətindirmi?
   
   Bu xüsusda bir şey söyləyə bilmək üçün, qəbul edərsiniz ki, təcrübəli bir diplomat olmaq gərəkdir. Sizin də bildirdiyiniz kimi, bu mənim ilk diplomatik işim. Amma biz burada işimizi görərkən həm rəhbərlikdən, həm də xalqdan böyük sevgi, əlaqə və istilik görürük. Çalışdığı ölkədə, tərcüməsiz anlaşabilmə imkanı hər halda hər diplomata nəsib olacaq bir şey deyil. Bu baxımdan bizim bəxtimiz gətirib. Amma bəzən gözləmədiyimiz hadisələr də ola bilir, fəqət biz bunların üzərində dayanmadan işimizə davam edirik və gələcəyə baxırıq. Biz indi çox uzun sürmüş bir qapalı dövrün buraxdığı çöküntüləri silməyə çalışırıq. Azərbaycan toplumu hər ötən gün özünü kəşf edir, yaralarını sarıyır, təbiri caizsə özünü reabilitə edir. Buna başqa bir ifadəylə keçid dövrü deyilir. Azərbaycanın 1918-ci ildə Məmməd Əmin Rəsulzadə və dostlarının qurduğu, təəssüf ki, qısa bir müddət yaşayan və Şərqdə ilk demokratik Cümhuriyyət olan müstəqillik yaşamını saymasanız, modern dövrdə ilk dəfədir ki, müstəqil olaraq öz iradəsiylə və istəyiylə, özünün bəlirlədiyi hədəfləri özü çözərək bir dövlət həyatı yaşayır. Get-gedə güclənir və sağlamlaşır. Bizim mədəni münasibətlərimiz 1920-ci illərə qədər elə-belə davam edə bilmişdi. Ancaq Azərbaycana 11 Qızıl Ordunun girişiylə bolşevik hakimiyyətinin qurulmasından 1991-ə qədərki dönəm itirilmiş bir dövrdür. Bu arada itirdiklərimizi qaytarmaq üçün çox ağır vəzifələr durur qarşımızda. Bax, bu durumun gətirdiyi ciddi bir çətinlik var, edilməsi gərəkən çox şey var və əlimizdəki imkanlar bunların çox az bir hissəsini etməyə imkan verir. Görülməsi lazım olan tökülüb qalmış işlərlə etdiyimiz işlər arasında danmayaq ki, ciddi bir çatızmamazlıq var. Bu baxımdan nə etsək haqlı olaraq yetərsiz görülür, daha artıq istənilir. Ümid edirəm ki, gün keçdikcə daha yaxşı çalışmalar edəcəyik. Mədəniyyətimizə yönəlik tələbləri bütünlüklə qarşılamaq bizim hər birimizin işidir.
   
   Azərbaycanla Türk mətbuatı müqayisə edilirsə (təbii ki, müqayisə caiz deyil), hansı fərqləri görmək mümkündür?
   
   Həmən bildirim ki, Azərbaycanda kökü yüz ili aşan, canlı, dinamik, coşqun bir mətbuat var. Bu halı mən bizim 1908-ci ildə elan edilmiş olan II Meşrutiyet dövrünün mətbuatıyla müqayisə edə bilərəm. O zaman da zəncirlərindən boşalmış kimi hər kəs qəzet, dərgi buraxırdı. Burada da vəziyyət eyni. Keçənlərdə qəzet istədiyim bir köşkdə satıcı gözünün qabağındakı qəzeti axtararkən "Yerindən duran qəzet çıxardır" deyə şikayət etdi. O qədər çox qəzet var ki...
   
   Burada qəzetlərin bütün həftə boyu çıxmaması ilk gəldiyimdə mənim təəccüb etdiyim bir şeydi. Hər gün qəzet oxumaya alışmış bir ölkədən gələn adam üçün bu bir təhər idi. Bazar və bazar ertəsi günlərində qəzetin çıxmaması mənim üçün yeni bir şey idi. İndi oxuyacaq şey çox olduğundan "yaxşı ki, bütün qəzetlər həftənin hər günü çıxmır"- deyirəm. Sonra başa düşdüm ki, bu durum Azərbaycana xas deyil, bütün köhnə Sovet məkanında belədir.
   
   Müqayisəyə gəlincə, zənnimcə, Türkiyədə basının çox daha təsirli olduğunu söyləmək doğru olar. Mətbuat yaşam, idarəetmə və hüquqdan sonra dördüncü gücdür. Mənə elə gəlir ki, bizdə zaman-zaman mətbuat özündən əvvəlki bu üç gücün yerini ala bilməkdədir. Azərbaycanda mətbuat bir çox şeyi yazır, bizdə bunlar yazılsa, yer yerindən oynar, burada isə kimsənin tükü tərpənmir. Qəzetlərin istifadə etdiyi üslub da burada daha sərt görünür, hətta bəzən çox duyğusal da ola bilir. Bəzən jarqon sözlər də rahatlıqla qəzet səhifələrinə soxulur. Amma bizdə mətbuat son illərdə bəlirli əllərdə toplandı, bu, xoşagələn deyil. Burada isə, görünür, elə bir durum yox. Bu, fərqli fikirlərin çatdırılması baxımından daha sağlamdır. O biri tərəfdən, bizdə qəzetlər daha ucuz, həcmləri də müqayisə edilməyəcək ölçüdə genişdir. Hətta Qazaxıstandakı bir dostum söylədi, dərsdə tələbələrinə bir Türkiyə qəzeti göstərmiş, tələbələr "bu, bir günmü hazırlanıb çap olunur?" deyə heyrətlənmişlər. Amma mən Azərbaycan mətbuatının sağlam təməllər üzərinə qurulduğunu bilirəm və gün keçdikcə daha yaxşıya gedəcəyinə və ölkənin demokratik şərtlərlə idarə olunmasında böyük yardımının olacağına ürəkdən inanıram.
   
   Bir də burada qəzetlər mədəniyyət və ədəbiyyata daha artıq yer verirlər, qəzetlərdə şerlər, hekayələr nəşr edilir. Bəzi qəzetlər ədəbiyyat və mədəniyyət əlavələri yayımlayırlar. Belə şeylər bizim qəzetlərimizdə çox az görünən şeylərdir.
   
   Fethi bəy, çox zaman mən də sizinlə bir türlü görüşə bilmirəm və bir az qürbətdə yaşamış insan olaraq bunu deməyi özümə borc bilirəm ki, belə zamanlarda kimlərlə təmasda olmaq istərdiniz?
   
   Bayaq söylədiyim kimi, mən Bakıda İstanbulda darıxdığımdan daha artıq darıxmıram. Ailəmin yanımda olması böyük bir şans mənim üçün. Daha altıncı ayını sürən bakılı balası bir uşağımız da var. Başımızı qarışdırır. Etiraf etmək lazımsa, işim məni çox yorur. Bəzən axşamlar da tədbirlər olur. Evə döndüyümdə uşaqlarımla gözəl vaxt keçiririk. Ayrıca türkiyəli olsun, buralı olsun dostlarımız var. Fürsət tapanda biriylə-ikisiylə bir araya gəlib dərdləşirik, söhbət edirik. Amma yay vaxtı çox bürkülü olduğundan Bakının havası çəkilməz olur. Yalnız haqsızlıq etməmək baxımından qışının İstanbula görə çox yumşaq olduğunu da deməliyəm.
   
   Bu vəzifədə çətinlik çəkdiyiniz anlar?
   
   Bəzi tələblərə yox demək bizim ən böyük sıxıntımız. İnsanlar sizə bir ümidlə gəlir, ümid olmasa nə üçün gələcək? Onların istəklərinə hər hansı bir səbəblə mənfi cavab vermək mənim üçün ən çətin işdir. Təəssüf ki, belə cavablar vermək zorunda qalırıq. Çox zaman bu, büdcə imkanlarımızın məhdud olması ucbatından olur. Bəzən gələn istəyin yerinə yetirilməməsi ucbatından işimiz bizə imkan yaratmır.
   
   Türkiyədə yayımlanan "Ufuk tesi" aylıq dərgidə yazılarınız yayımlanır.
   
   Mən əslində elm adamıyam, Osmanlı hüququ üzərinə mütəxəssisəm. Bu sahədə yayımlanmış kitabım və tərcümə etdiyim kitablarım var. Ayrıca Osmanlı hüququna dair bir çox məqalənin müəllifiyəm. Üç ilə yaxın bir zamandır "Ufuk tesi" qəzetində yazılarım çıxır. Mən yazılı olan şeyə hardasa "müqəddəs" baxan bir adamam. Bu üzdən "Ufuk tesi"ndə "Evrak-ı Perişandan" başlığı altında xırda-para mövzularda yazılar yazıram. Bunlar əski kitablardan, kitab parçalarından, hətta bəzən sadəcə bir və ya bir neçə vərəqdən çıxardığım və adətən bir həkim kimi müayinə edib yenidən həyata qovuşdurduğum əski, yırtık-pırtık kağız parçalarından çıxarılan mövzulardır. Sonra Bakıya gəlincə "Evrak-ı Perişandan"ı "Bakı Məktubu"na çevirdim. "Evrak-ı Perişan" adı böyük vətən şairimiz Namiq Kamalın tarixdən söz edən bir əsərinin adıdır. Əslində mən bu yazıları, Bodlerin şer kitabının adına bənzər bir adla adlandırmaq istəyirəm: Bataqlıq və ya zibillik çiçəkləri kimi. Bununla da vermək istədiyim bir mesaj vardı; o da budur: mədəniyyətimizə aid ən xırda şeyi də qorumaq lazımdır, onlara diqqətlə baxıldığında və sevgiylə yanaşıldığında içlərində nə cövhərlər saxladıqlarını tapıb açığa çıxara bilərsiz. Açığı, onlara qarşı bir sevgi və qoruma hissi oyandırmaq istəyirdim. Çünki mənim təhlilimə görə, ümumi olaraq türklərin əksikliyi, öz dəyərlərinə biganə yanaşmaları onlara "sahiblik hissi"nin yox dərəcədə olması və ya kafi sağlamlıqda olmamasıdır. Qonşularımız (ermənilər və ya yunanlar) bizə aid olan şeylərə heç çəkinmədən sahib olarkən biz onların dəyərləri oğurlandığında fərq edib geri qaytarmağa çalışırıq.
   
   Mən dillə çox bağlıyam. Adətən dillə bağlı məsələlərlə məşğulam deyə bilərəm. Əlimdən gəldiyi qədər dilimizlə bağlı yazılan yazıları oxumağa çalışıram. Bu mövzuda zaman-zaman öz görüşlərimi də ictimaiyyətə çatdırmaq istəyirəm.
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK