ONLAR?BUNLAR?

TOFİQ ABDİN
21246 | 2006-12-27 09:59
Adam gərək arada bir özünə xəyanət etsin.Bunu eləməyə məcbur olunduğun zaman, eləməlisən. Və arxivimdən aldığım, heç yanda çap olunmayan bu yazımda mən adları gizləməli olacam.Amma yazı haqqında bir çox söhbətlərimiz olduğu üçün bəziləri burada nədən və kimdən söhbət getdiyini çox gözəl bilir.Zaman çox şeyləri göstərdi və zaman onu da göstərdi ki, ?etniklər? deyə haqqında danışılan və adı açıqlanmayan bəzi zati- aliləri bir çox azərbaycanlılardan daha vətənsevər və namusludurlar.
   
   ***
   
   Acı olsa da,içimi qurdlar gəmirsə də,bu yazı çap olunsa da,olunmasa da,məni sevsələr də, sevməsələr də,mənə nifrət esələr də,etməsələr də açığını etiraf etəməyə məcburam:
   
   bir neçə ay qabaq çox hörmət etdiyim bir dostumdan məktub aldım.Məktubun bir yerində yazılarım çap olunan qəzetdən incidiyini yazırdı və əlavə eləyirdi ki,buna baxmayaraq mənim yazılarım orada çap olunduğu üçün qəzetlə daxilən barışmış olmasa da (daxilən barışıb-barışmamaq məsələsini mən yazıram) mənim xatirimə qəzəti alır və oxuyur.
   
   Sağ olsun.
   
   Mən bu incikliyin nədən olduğunu bilmirəm və əslində yazı-pozu adamının başında belə şeylər olur və inanın ki, mənim xatirimə o qəzeti almağını da mən lovğalıq üçün yazmıram.
   
   (və əlavə eləyim ki, bu yeganə fakt deyil.İstanbulda yaşadığım illərdə Rəsul Rza günlərində ora gələn bir tanışım belə bir şey dedi mənə : bəlkə tanıyırsan Aqil Dadaşovu, o gün qəzet köşkündə ona rast gəldim,görüşdük,bir qəzet aldı və dedi: görək Tofiq nə yazır İstanbuldan).
   
   Aqili də gözəl tanıyıram...Sağ olsun.
   
   ...13 yaşından yazı yazıram və çap olunuram.Salyanda orta məktəbdə oxuyandan yazılarım mərkəzi mətbuatda ( o zaman belə deyərdilir) çap olunur.Tarix- nadir açmıram,amma mən onun dediyi o sözü çox-çox sonralar?, lap çox-çox sonralar eşitdim....Orta məktəbdə oxuyanda bizim üçün bir Türk vardı,bir azərbaycnalı vardı.Pisdirmi,yaxşıdırmı bilmirəm.Eşitdim eşitməyinə və heç bir əhəmiyyət vermədən,hətda mənə qara atan və vaxtiylə mənim haqqımda danos yazan bir ?ziyalımız? deyək ki, Lənkəran zonasından olan bir ?ziyalımız? ( amma ziyalı danos yazmaz) həmən bu indi daha çox üzə çıxan etniklər deyilən yerdən belə olmasına baxmayaraq heç zaman ona etnik-metnik gözüylə baxmadım.
   
   Və müstəqil bir məmləkət olmağa başlayan Azərbaycanda indi hansı ayrı-seçkiliklər var.Kiçik bir məmləkətin beləcə bir ağıl manerasına girməsi məni həddən artıq düşündürdü.
   
   Səhv ya doğru, şair Abbas Abdullanın ən çox dediyi sözlərdən biri də bu idi: kürdlər nə qədər türkdürsə mən o qədər türkəm,vəya türklər nə qədər kürddürsə mən də o qədər kürdəm...Rəhmətlik, gözəl şairimiz Eldar Baxış da belə bir fikri dəfələrlə mənə demişdi.
   
   Əsilində deyilən o yad sözlərə əhəmiyyət verməsəm də düşündüm: gözümüz qədər sevdiyimiz Bakını məhəllə-məhəllə bölüb belə düşüncələrlə ömür sürərək, belə düşüncələr içində vətənimizin azadlığını bir yerlərə aparmaq bizim üçün çox çətin olacaq.Bu çətinliyin ağır və dəhşətli acılarını indi biz Türkiyə kimi böyük bir dövlətdə və böyük bir məmləkətdə açıq-açığına görməkdəyik.Bu dəhşətlərin Türkiyə kimi bir ölkənin ayağında buxov olduğunu da hiss edirik və bu acılar üzündən hələ də qan axdığının şahidi oluruq.
   
   Biz nədən yaxşı şeyləri nümunə olaraq alamayaq ki...Ya Rəbbim?
   
   Baxın, mənim Azərbaycan deyilən bir dövlət və bir məmləkət haqqında yekə-yekə danışamğa haqqım yoxdur.Amma mənə acı gələn odur ki,sənin xəbərin belə olmadan sənə acılar çəkdirə biləcək bir ortam yaradırlar.
   
   Mənim vaxtilə yazılar yazdığım qəzetə böyük hörmətim var və orada mənim dostlarım çalışır.Mən onlardan çoxunu şəxsən tanımıram.Arada bir yazılarımda dəyişiklik eləyib məni çətin vəziyyətə salsalar da?
   
   Mən o zaman orta məktəbdə oxuyanda Bakıya yazılar göndərəndə də heç kəsi tanımırdım.
   
   Və bu gün çox acı çəkirəm ki, bu balaca məmləkətin başının üstündə AZINLIQLAR,ETİNKLƏR,ONLAR,BUNLAR kimi qorxulu bulutlar gəzir.
   
   
   
   MUSİQİNİN ƏFSANƏ İSMİ ÖLDÜ
   
   O YALNIZ TÜRKİYƏDƏ DEYİL,
   
   OKEANIN O TƏRƏFİNDƏ DƏ BÖYÜK ŞÖHRƏTƏ MALİK İDİ.
   
   BELƏ İNSANLAR BİZLƏRDƏ İNDİ-İNDİ YARANIR.
   
   Amerika Birləşmiş Ştatlarının məhşur musiqi şirkəti ?Atlantik Rekord?un sahibi Ahmet Ertegün, 83 yaşında vəfat etdi.
   
   Uzun bir sürə reaminasiya şöbəsində müalicə olunan, musiqinin əfsanə ismi Ahmet Ertegün bir konsert zamanı ayağının sürüşüb yıxılmasından sonra beyin qanaması keçirdiyi üçün müalicə olunurdu.Keçdiyimiz günlərdə həyata vəda edən Ertegün vəfat edərkən bütün ailə üzvləri başının ucunda olmuşlar.Amerikada ölən Ertegünün cənazəsi Türkiyəyə gətirilmiş və o Özbəklər takkəsində torpağa tapşırılmışdır.
   
   
   
   AHMET ERTEGÜN KİMİ İDİ?
   
   Ahmet Ertegün indi dünya şəhrətli olan şirkətini borcla qurmuşdu.Uzun illər öncə ?Atlantik Rekard? şirkətinin bir işçisindən 10 bin dolar borc alaraq işə başlamışdı.
   
   Ertegünün musiqi dünasına gətirdyi isimlər arasında Ray Carles, Biq Jue Turner, Ruth Brovn, La Vern Baker, Te Clovers, Te Drifters, John Coltrane, Ben E. King, Bobby Darin, Sonny & Cher, Aretha Franklin, Otis Redding, Solomon Burke, Wilson Pickett, Led Zeppelin, Eric Clapton, Crosby Stills Nash & Young, The Rolling Stones, Bette Midler, Roberta Flack, Phil Collins kimi sənətkarlar vardır.
   
   (not: adlar internetdən türk dilində götürüldüyü kimi verilmşdir).
   
   
   
   ERTEGÜNÜN KEÇMİŞİ
   
   31 iyun 1923-cü ildə İstanbulda doğulan Ertegün Böyükelçi Mehmet Münir Ertegünün oğluydu.Atasınnı vəzifəsinə görə İsveçrə, Paris, London və Vaşinqtonda təhsil alan Ertegün, 1947-ci ildə bir diş doxtorundan aldığı borcla 10 min dolar ?Atlantik Rekord?u dünyanın ən önəmli musiqi şirkətləri arasına çıxardı.
   
   Ertegün repartajlarında həmişə deyib: ? Atlantik?i qurduq, çünki biz sevdiyimiz və dinləmək istədiyimiz musiqiçilərin vallarını çıxarmaq istəyirdik.Bu işi iki-üç ilə bitirmək istəyirdik.Ləzzətlə işləyirdik və açığı bu qədər çox sevdiyimiz bir işdən pullar da qazana biləcəyimizi ilk anlar düşünməmişdik?.
   
   Ahmet Erdəgün qabiliyyəti və uzaq görənliyi ilə ?Atlantik Rekord?u əsasən blyuz və caz musiqini təbliğ etməyi qarşımıza məqsəd qoymuş və buna da anil olmuşdu.Və həm də modern musiqinin yeniləşməsində böyük rol oynamışdı.
   
   
   
   MÜKAFATLARI
   
   Ertegün 1991-ci ildə Bostondakı Berkle Musiqi Məktəbindən Fəxri Professor adına layiq görülmüş, 1993-cü ildə Sənət və Elm Qeydləri Ulusal Akademiyasından (National Akabemi of Rekordik Arts & Sciences) daha bir mükafatalmış və 2000-ci ildə ABŞ Konqre Kitabxanası tərəfindən "Yaşayan Əfsanə" ünvanıyla mükafatlandırılmışdır. 2006-cı ildə 40-cı Montreux Caz Festivalının açılış konserti Ertegünün şərəfəinə verildi. Kleveland Ohiodakı muzeyin əsas sərgi salonu Ertegünün adınadır.
   
   
   
   SON AN XƏBƏRİ
   
   Gözəl xatirələrlə son mənzilə yola salınan Ahmet Ertegünün cənazə mərasimində iştirak edən Türkiyənin Başbakan Yardımcısı Abdulla Gül : "Ona Türkiyəyə elədiyi xidmətlərdən ötrü XİDMƏT ÖDÜLÜ verdik,təəssüf ki,öz əlləriylə almaq ona qismət olmadı?-demişdir.
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV