Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bir Türk Yazarı ( qəzetçisi )Nə Eləmək İstəyir Adalet.az | Bir Türk Yazarı ( qəzetçisi )Nə Eləmək İstəyir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bir Türk Yazarı ( qəzetçisi )Nə Eləmək İstəyir

16337    |   2006-12-05 20:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosyal baxımdan və lap elə insani baxımdan bir çox insan kimi mən də zor günlər yaşayıram.Bu bir şirin şikayətdir.Taleyin mənə verdiyi YAZARLIQ VƏ JURNALİSTLİK həyatımı bir düzənə soxa bilmədi.Təkrar edirəm: bu şikayət-zad deyil və bəlkə də taleyin mənə verdiyi bir şansdır ki, belə olmasaydı mən bir çox həqiqətləri yaşamazdım.
   
   Bu həqiqətlər bəlkə də bir az sonralar daha gözəl yazı olacaq.
   
   Arada bir lovğalanıb düşünürəm ki,bu həyat yalnız mənim deyil, bu yaşam yalnız mənə aid deyil,yüzlərlə insanın yaşamı və həyatıdır.Düşünürəm və istəyirəm ki, ?Mən nə axtarıram və niyə yaşayıram?? adlı bir yazı yazım.Yəni: ?MƏN NƏ İSTƏYİRƏM?? kimi bir yazı.Və görürəm ki, Türkiyənin ən böyük qəzətlərindən olan ?Hürriyət? qəzetinin tanınmış yazarlarından biri olan Sərdar Turğut bəyəfəndi bir az mənim hisslərimi ifadə edən bir yazı yazıb.Amma Sərdar Turğut bəylə mənim həyat müqayisəm və yaşam tərzim çox-çox uzaq bənzətməli bir şeydir.Sərdar bəy ?Hürriyət? qəzətinin Vaşinqton müxbiridir.Və üstəlik Türk yazarı və qəzetçisidir.Təbii onun istədikləri daha böyük şeylərdir.Məsələn : Yazını bizim Türkcəyə uyğulayıb oxuculara da çatdırmaq istədim.
   
   
   
   Sərdar Turğut
   
   HƏQİQƏTƏN MƏN NƏ ELƏMƏK İSTƏYİRƏM...
   
   
   
   Allah onu başımızdan əksik etməsin,bu üstün vəzifəlilərdən daha üstün vəzifəli olan Genel Yayın yönətmənimiz (bizimcə Baş Redaktor) son günlərdə nədənsə tez-tez mənə telefon açır.Bu telefon açdığı günlərdən birində də məndən soruşdu: ?SƏN NƏ ELƏMƏK İSTƏYİRSƏN?..?
   
   Məsələ bundadır ki, son günlərdə mən bu ekonomi ilə bağlı bir sıra yazılar yazdım və mənə elə gəlir ki, bu telefon açmağında da əsas məqsədi ?Təhlükəli vəzifə? telefilmindəki kimi əmr aldıqdan sonra maqnitafon kimi işləyən bir çox ajanlar sayağı mənim də artıq başqa bir şey eləməyimi istəmək idi.
   
   Bu aralar yazmış olduğum ekonomiylə bağlı yazılarımın baş redaktorun tərəfindən yalnız elə ekonimidən bəhs edilidiyini başa düşməsini çox normal qarşılayıram. Nə də olsa, o da bu torpaqların insanı, həyatında heç rakı içməmiş də olsa belə, meyxanəyə ilk kəz 52 yaşındaykən getmiş olmasına (bəli, nə yazıq ki, bu qeyri-adi,fövqaladə hadisəni şəxsən mən də şahid olaraq izləmək məcubriyətində oldum), Çateau Marqauks vəya Şiraz kəlmələrini anlamayanların vətəndaşlıqdan çıxarılmasını tələb etməsinə baxmayaraq, o yenə də necə olsa da bu xalqdan bir insan. O da bir-iki yazı yazanı həftədə 10 yazı yazan insanla qarışdıran birisidir.Bu sendrom Türkiyədə çox yayılıb. Bilirsiz,bir aralar mənim üçün də ??Sadəcə penis yazıları yazır?? deyənlər də vardı. Əslində o günlər daha əyləncəliydi, bunu da qəbul etmək məcburiyyətindəyəm Mən də buna cavab olaraq,sənədə 520 ədətdən daha çox yazı yazan bir insan olaraq, mövzularımı sadəcə penislə əhatəli tutmağı bacardığım təqdirdə, mənə Nobel Ədəbiyyat Mükafatı vermələrinin lazım gələcəyini düşünürdüm, çünki sonuc etibariylə son dərəcə qısa bir mövzusu olan bir hadisəni beləcə çox geniş işləməyi bacaran bir insanın ən azından dahi olması gərəkdir,amma mən isə sadəcə üstün zəkalı bir adam olduğumu onlara söyləyib bununla da geriyə çəkilirəm. Amma çifayda... Aradan illər keçdi, Yılmaz Güney mübahisəsi başladı, mən tam 15 gün Yılmaz Güney, sosyalizmin məsələləri və genişlənməsi mövzusunda yazı yazdım hər gün. 16-cı gün mənə gələn e-maildə Türkiyədəki qəzət oxucularının səviyyəsini göstərən, insanı fəna halda bədbinliyə sürükləyən bir adamın məsajını aldım. Arkadaşımız eyiniylə belə yazırdı məktubunda: ??Sərdar bəy, penis ilə bağlı durmadan yazı yazmanızdan artıq boğaza yığıldıq. Xahiş edirik biraz da mövzunu dəyişdirin...?? Bilmirəm məsələni anlada bildimmi?
   
   Həqiqətən, əslində mən nə eləmək istəyirəm, bilirsizmi? Rap musiqisi artisti Əminəmin son SD-sini qoyum maqnitafona, səsini sonuna qədər açım, əlimə Baskin and Robbinsdən bir böyük qutu dondurma alım və 43-cü küçənin Broadvayla kəsişdiyi yerdə bir ağaç kimi dikilib qalım. Sonra Əminəmin atası ilə bir kiçik qızın analarını öldürüb, meyidi maşına qoyduqdan sonra maşını dənizə atıb, sonra da atasının qızına dönüb, ??Yavrum, bax, sənin artıq, bundan sonra bir sürü adama ögəy atacığım deyə müraciət etmək məcburiyətində qalmayacaqsan?? deyə söylədiyi rap mahnısı var ya... onu da dinləyim. Brodvayda hər gələn gecəni heç göz qırpmadan seyr ədib, bir yandan şokolatlı dondurmamı qaşıqlayıb yeyə-yeyə musiqinin ritmiylə başımı o yan bu yana eləyim. ??Da da da da da Ti Ti, dadada da, dada dada da Ti Ti dapdabadam da.?? Ritim bu. Həyatda amacım,məqsədim yalnız bu olsa. Əvvəlcədən məlum olan bir yerə gedəcəyimi və o saatı həsrətlə gözlədiyimi yaşasam. Küçədəki sərsərilərin hamısıyla dost olsam, günəş batar-batmaz meyxanaya üz tutsam, heç yazı yazmasam, Türkiyəni tamamən unuda bilsəm, qəzətlərdən sadəcə ?Nyü-York Post?u oxusam, E-mail?im olmasa, cib telefonum olmasa, ??Nə eləmək istəyirsən??? sualı olmasa, heç kökəlməsəm, Manhattanda evim olsa, cibimdə dönüş bileti olmasa, Əminəmin SD-si heç bitməsə, Nyü-York Taymsda Türkiyə ilə bağlı heç yazı çıxmasa, Nyü- Yorka heç Türk Başbakan vəya Cumhurbaşqanı ziyarət eləməsə, kimsə mənə telefon açmasa, evdə hazır 10 şüşə gözəl qırmızı şərabım olsa, evimin pəncərəsindən Nyu-Yorku xəfif bir quş baxışı ilə görə bilsəm, klassik musiqi dinlərkən günəş batsa və günəşin işıqları evimin önündəki binanın damına vursa, uzaqdakı Brooklyn Köprüsünü görsəm, Patsysdəki meyxanaya gələndə orada işləyən qadın mənə mehribanlıqla yanaşsa, Rana ( Sərdar Turğutun həyat yoldaşı T.A.) gözəl bir iş tapsa, çoxlu pul qazansa, mənə də xərcləməyə pul versə, mən də işsiz olsam, sadəcə yemək bişirsəm , birlikdə Bazar günləri o irəlidə gördüyüm körpüdən keçib qarşı tərəfdəki qutab satılan yerə getsək, orada Frankieyi dinləsək, sabah altının yarısında qalxıb şəhərin oyanmasının səslərini izləsəm və bir də musiqi dərsləri almaya başlaya bilsəm...
   
   Bəli mən bunları eləmək istəyirəm əslində....
   
   ??Da da da da da Ti Ti, dadada da, dada dada da Ti Ti dapdaradam da.??
   
   Vəssalam!
   
   
   
   Not: Hər bir yazar və jurnalist sizcə elə bunları istəməzmi?
   
   
   
   ***
   
   
   
   
   
   BİR NEÇƏ SƏTİRDƏ
   
   MƏDƏNİ KRİZİSLƏRƏ MÜDAXİLƏ İTTİFAQI
   
   Mədəniyyətlərin mübarizəsi və ittifaqı məvhumunu yaradanlar məhz bunu bilərəkdən eləmişlər.
   
   Keçdiyimiz günlərdə Türkiyə və İspanyanın təklfi ilə keçirilən Birləşmiş Millətlərin Mədəniyətlər İttifaqı ideyası , yeryüzünü ağzına alan dərin krizisdən çıxmaq üçün bir yol göstə biləcəydimi?.. Təbii ki,yaxşı niyyətləri bir qırağa qoyaq.Amma Mədəniyətlərin mübarizəsi və ittifaqı məvhumunu yaradanlar bu gün yaşadığımız krizisin yaracılarrıdır.Batının 21-ci yüzildə öz mənafeyini qoruması üçün yaratdığı bu müddalar, hədə dəyərləndirmələri, qoruma konsepsiyalır və yeridilən gizli istilalar nədənsə dünyanın arxada qalan azadlığını, rəfahını, ədalətini, din və mədəniyyətini deyəsən heç syırlar. Həm vuruşmalar,həm dialoq axtarışları dünyanın bir çox ölkəsinə söz haqqı belə vermir. Ortadoğuda, Orta Asiyada, Afrikada, Latin Amerikasında ya da Uzaq Asiyada yaşayanlar, Qərbin yeni yüzildə rəfah və hüzurunun qorunması yolunda acılar çəkir,mərhumiyyətlər yaşayır,yoxsullaşır,sömürülür, əzilir, öldürülür.
   
   Böylə bir vəziyyətdə necə bir mədəniyət ittifaqından söz edilə bilir? Gücə dayanan bir gələcək həsrətində olanlar, özlərindən zəif və özlərindən olmayan ölkələrlə heç də dialoqa girmək istəmirlər.Barışmaq istəmirlər. Kontrol etmək, azalıqlarını və zənginliklərini talan etmək istəyirlər. Bu məqsəədlə ölkələri işğaledilər, daxilədə müharibələr təşkil edirlər, onları din, etnik fərqliliiklər və məzhəb kimi kimliklər üzərindən bir-birləriylə vuruşdururlar.Mədəniyyətlər mübarizəsi qavramı nədən Batıda yaradıldı? Mədəniyyətlər arasında mübarizə hansı məqsədlə ortya atıldı?. Fələstinlilərmi, İraqda dirənənlərmi? Bu coğrafyada yaşayan dövlət başçılarım? Mədəniyyətlər İttifaqı ideyası, bu ideyanı ortaya atanları mühakiəm etmir.O da öz ağalığını məzlumların mühakimə olunması üzərində qurur. Əsil görüləcək iş budur : Mədəniyyətlər İttifaqı İdeyası deyil, Krisizlərə Müdaxilə İdeyasını inkişaf etdirmək lazımdır.
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK