Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM Adalet.az | ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM

BİR DAHA O KİTABI OXUYARKƏN - 2

21667    |   2013-12-21 00:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, toxunduğumuz bu məsələlər yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz də yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkə bilər.

Təşəkkürlər Zeydulla Ağayev...

Kitabın adı: "ERMƏNİSTAN terrorçu "xristian" ölkənin gizlinləri". Yazarı Samuel A.Vems. (Müəllifin İngiliscə adının yazılışı : Samuel A.Weems).
Yazarı Amerikanın Arkansas vilayətindən Samuel A.Vems adlı təqaüddə olan bir müstəntiq. Çox tərəfkeş bir xristian olan Vems ermənilərin türklərə şər atmaq və onları qaralamaq üçün olmazın iftiralar yağdırmasını və yalanlarla dolu faktları dünyaya yaymasını və bunları eləyərkən də əsasında dinlərini bazara qoyduqlarını təkzib olunmaz sənədlərlə və bilgilərlə ortaya çıxarmışdır. Samuel Vems kitabını yazmaq üçün Vaşinqtonda, Moskvada olmuş, Londonda, Parisdə və İstanbulda aylarla vaxt keçirmişdir. Müəllifin dediyinə görə yalnız Ermənistandakı arxivləri onun üzünə bağlamışlar, yaxın buraxmamışlar. Hələ bu bir yana, müəllif ermənilərin Bostondakı Erməni Federasyonu arxivlərinə baxması üçün ona imkan yaratmadıqlarını acı-acı yazır.
Kitabda ermənilərin insani şeylərdən nə qədər yoxsun və uzaq olduqları və düşmənləri saydıqları Türklərin arxivlərinə baxmağın nə qədər çətin olduqlarını vurğulamaları belə müəllif tərəfindən faş edilmişdir. Türkiyədə neçə-neçə erməni kilsəsinin bu gün də var olmasına baxmayaraq, Ermənistanda bir vaxtlar boy göstərən onlarla, yüzlərlə caminin və məscidlərin yerlə yeksan olduğu acı FAKTLARLA AŞKARA ÇIXARILMIŞDIR.
Yazar kitabında bu gün ermənilərin əllərində olduğu sənədlərlə türklərin onlara soyqırım elədiklərini heç cür isbat edə bilməyəcəklərini müxtəlif variantlarda və təkzibolunmaz, danılmaz tarixi faktlarla açıqlayır və bunun heç zaman həyata keçə bilməyəcəyini də deyir. Yazar Osmanlı Anadolusunda bir zamanlar müxtəlif vəzifələrdə olan və oralarda yaşayan amerikalı və ingilis məmurların bir zamanlar yazdıqları bir raportun olduğunu açıqlayır və həmin raportda SOYQIRIM deyilən bir şeyin heç cür həqiqət olmadığını ifadə edir. Yazarın gəldiyi nəticələrdən bir də budur ki, o zamankı demoqrafik hesablamalar belə bu soyqırımın olunduğunu isbatlamır, buna imkan vermir. Yazar sonra soruşur: erməni propaqandaçılarına və ya onların komutanlarınamı inanaq, yoxsa ÖZÜMÜZÜN OLAN AMERİKANLARAMI? Vems bütün türk arxivlərinə istənilən zaman baş vurmağın imkanı olduğunu yazaraq ermənilərin hay-küy salıb bu arxivlərə yaxın düşməmək kimi qeyri- obyektiv addımlarını da onların gözünə soxur. Öz gördüklərindən və praktikasından çıxış eləyərək bunu İKİÜZLÜLÜK adlandırır. Və hətta bəzən öz temasından qırağa çıxan yazar ABŞ konqresinin qeydlərinə əsasən belə bir faktı da ortaya atır ki, SON ON İLDƏ AMERİKA ERMƏNİSTANA 1.4 MİLYARD DOLLAR YARDIM ETMİŞDİR.
Bütün bunları böyük bir haqsızlıq hesab eləyən yazar sonunda həqiqətən acı-acı yazır və tərcümədə oxuyuruq: "Görəsən Rid Erməni kilsəsinin qiyama xərac verməsi və öz əshabələrinə silahlanmağı təhrik etməsi haqqında bilsəydi nə deyərdi? Məsəl burasındadır ki, 1 Dünya müharibəsi başlayanda ermənilərin hamısı ciddi surətdə silahlanmışdı. Senator Rid nə deyirsə düz deyir - belə vəziyyətə düşmüş hər bir xalq özünü müdafiə edərdi. Təpədən dırnağa kimi silahlanmış köç karvanlarının yaranmasında Osmanlıların mövqeyi müzakirə obyekti ola bilməz.
Belə bir sualın soruşulmasına ehtiyac yaranır: Əgər ermənilər təpədən dırnağa silahlanmışdısa, onda nə üçün qıraqda dayanaraq arvadlarının və uşaqlarının, valideynlərinin və nənə-babalarının qırılmasına imkan verirdilər? Həqiqət burasındadır ki, ermənilər elə belə sakitcə qıraqda dayanaraq 1,5 milyon (və ya həmin məsəl ilə bağlı istənilən sayda) adamın heç bir döyüş olmadan soyuqqanlılıqla öldürülməsinə imkan verməzdilər.
Ermənilər iddia edirlər ki, onlar cəsur və qorxmaz döyüşçülər kimi 1 Dünya müharibəsində Müttəfiqlərə kömək istiqamətində vacib rol oynamışlar (lakin bunun məhz əksinə olan faktlar da vardır ki, ermənilər daha çox heç nə ilə məşğul olmamışlar). Əgər onlar belə cəsur və qorxmaz adamlar olsaydılar, onda nə üçün belə hiddətlə nifrət etdikləri "qorxulu türkdən" özlərini qorumadılar?
Senator Rid öz barmağını həqiqətin ürək döyüntüsünün üzərinə qoydu. Orada türklər heç bir qırğın törətməmiş, ona görə də özünümüdafiəyə cəhd də olmamışdır. Bu saxta nağılın yaradılması ideyasını ortaya atmış erməni kilsəsinin xadimi başa düşmüşdü ki, əgər o, "qırğın" və "qılıncdan keçirmə" sözlərini işlətsə, o əhvalat daha yaxşı səslənəcəkdir.
General Harbordun hesabatını diqqətlə öyrənmiş senator Rid axırda dedi ki, o, ermənilərin "qılıncdan keçirmə" və "qırğın" əhvalatına inanmır".
Tarixi sənədləri böyük bir səbirlə incələyən və bir çox yeni faktlar aşkara çıxaran Yazar qarşılaşdığı həqiqətlər önündə sanki çaşmış kimi olur və erməniləri suçlayacaq bir çox faktları da yenidən açıqlayır.
Bu kitabı oxuduqdan sonra bir daha belə bir qənaətə gəlmək mümkündür ki, biz bu ermənilərə daha mədəni, daha insaflı və daha insancıl yanaşırıq.
Amma nə faydası, qardaşg
Bir oyun hələ də davam etməkdədir. Ha yordu yordu yordug görək kimi kimi yordu..."
Çox sevimli yazar və əvəzsiz tərcüməçi Zeydulla Ağayevin acılarla dolu şirin Azərbaycancada tərcüməsini oxuduqda eynən bu hissləri keçirirsən: biz bu ermənilərə daha mədəni, daha insaflı və daha insancıl yanaşırıq.
Bir daha təşəkkürlər Zeydulla Ağayev!!!!!!
Ruhu şad olsun Samuel A. VemsingRuhu şad olsun!!!
Bu kitab hər bir azərbaycanlının evində olmalıdır.
Mütləq olmalıdır!!!!!!
Not: bəzi bilgilər türk mətbuatından alınmışdır.

***
"TERRORÇU ERMƏNİSTAN XRİSTİAN DÖVLƏTİN SİRLƏRİ" kitabında daha nələr var.
Bu iddianın tarixi kökləri 20-ci illərdə gedir. Rusiya və Osmanlı imperiya arasında rəqabətin növbəti mərhələsi - o zaman Osmanlı imperiyası ərazisində yaşayan slavyan, ermənilər və yunanlar ilə birləşmək istəyirdi. Çar - ermənilərə "böyük Ermənistan vəd edib" (əvvəllər heç vaxt olmamışdır ki) öz Şərqi Anadolu ərazisində dövlət yaratmağa kömək etmək vəd edir. Əlavə olaraq Qara və Aralıq dənizləri arasında böyük ərazilər də ermənilərin gözü vardı.
Birinci Dünya müharibəsi zamanı erməni inqilabçıları Rusiyada işğalçılıq kampaniyasını gücləndiriblər. Erməni terrorçuların terror taktikası müsəlmanların öldürülməsinə yönəlir. Avropa tarixçiləri də buna bilirlər. Müxtəlif erməni təşkilatları Avropada at oynatmağa başladılar. Daşnaklar bütün erməniləri öz adamları adlandırırdılar.
Yazar bel bir rəyə gəlir: Ermənilər "soyqırım" məsələsindən istifadə edib özgə torpaqlarını ələ keçirmək.
Lakin ermənilər özləri soyqırımı törətmişlər ki, bundan istifadə etsinlər. Bəli, Birinci Dünya müharibəsindən sonra çoxlu erməni ölüb, amma onların çoxu əsasən müharibədən, xəstəlik və aclıqdan ölürdülər.
Boqos Nubaryan (Boghos Nubarian), Paris sülh konfransında Ermənistan nümayəndə heyətinin rəhbəri, 1919-cu il yanvarın 30-da, Londonda dərc olunmuş məktubunda yazıb: "Biz türklərə qarşı sizə kömək etdik - bəs bizim mükafatımız nə oldu?" Əgər ermənilər soyqırım qurbanı olsaydı, niyə onda Nubaryan müttəfiqlərinə müraciət məktubunda bunu demir?
Müəllif öz kitabında bir faktı da verir: məsələn, Emory Nayls və ordu kapitanı Artur Sazerlend Amerika hökumətinin tapşırığı ilə hazırda Şərqi Anadoluya gedib, ona da aydın şəkildə bildirdik ki, ermənilər müsəlman əhalisini məhv etmişlər.
Erməni diktatorlar həmişə öz adamlarını özləri qurban veriblər. Məsələn, 1918-1919-cu illərdə bir çox insan elə erməni quldurları tərəfindən, xəstəlikdən və aclıqdan ölüb. Amma erməni agentləri haqda, ABŞ-da və digər xristian ölkələrində "soyqırımı" haqqında nağıl danışırdılar ki, pis müsəlmanlar "onları incidirlər", onların torpağını onlara vermirlər, ac qoyurlar.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vems soruşur ki, niyə ABŞ öz torpağını və xalqını qorumaq istəyən bir dövlətin müqəddəs hüququnu inkar edir? Niyə Vaşinqton təcavüzkar tərəf və etnik təmizləmə yolunu müdafiə edir.
Vems yazır ki, "Əsl həqiqət budur ki, XIX əsrin əvvəllərində, 1800-ci ildə, Qafqazda ermənilərin sayı az idi, ümumiyyətlə, Qarabağda lap az idi".
Kitabda göstərilir ki, müasir Ermənistanda əhalinin mütləq əksəriyyəti - ermənilərdir. Minlərlə müsəlman bu ölkədən qovuldular. Halbuki, ermənilər Osmanlı imperiyasında daha geniş dini azadlıqlarından istifadə edirdilər...
Ermənistan - bir terror dövlətidir. Bu barədə kitabda ətraflı danışılır ki, erməni terrorizmi hansı cinayətlər törətmişlər və erməni terrorçuları tərəfindən Roma, Madrid, Brüssel, Cenevrə, Kopenhagen, Sürix, Toronto, Sidney, Afina, İstanbul, Ankara, Belqrad, Bonn, Lissabon, Amsterdam, Tehran, Haaqa, Milanda, Strasburqda Parisdə, Beyrutda 71 nəfər öldürülüb, 387 nəfər yaralanıb. ABŞ, Nyu-York, Los-Anceles, San-Fransisko, Kembricdə, Anaxeyme Santa-Barbare 21 hücum olub. Erməni terrorizminin və ermənilərin qəddarlığına ən dəhşətli sübutlar müasir Azərbaycanda olanlar.
Müəllif özü də Amerikanın Erməni assambleyası tərəfindən hücumlara məruz qalmış (Armenian Assembly of America), fiziki cəzalandırmaya təhlükə alırdı. Həmçinin ondan tələb edirdilər ki, Türkiyə hansı kitabı ona verib, amma Vems son illərdə bunun əksini sübut etmək üçün onun hesablarını yoxlamaq təklif edib. Müəllif ermənilərlə yazışmalarını çıxarır, onu qorxutmağa çalışanları açıqlayır.
. Yeri gəlmişkən, erməni arxivləri ümumi istifadə üçün hər yerdə bağlanıb....
Kitabın sonunda Vems qeyd edir ki, bu cür davranışla müasir dünyada Ermənistana yer ola bilməz. Bu terror dövləti, sonunda ifşa olunacaq.

Tofiq Abdin
abdin41@mail.ru
www.tofigabdin.com


İmza:

YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK