Adalet.az | TƏNHA QOCA... Adalet.az | TƏNHA QOCA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TƏNHA QOCA...

22507    |   2012-12-14 23:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Mədinə arvad uçulub-sökülən evdə tək qalmışdı. Bir canı ilə əlləşirdi, bir də uçulub-sökülən evlə. Mədinə arvad görürdü ki, gözünün ağı-qarası olan bir oğlu onu ağır vəziyyətdə qoyub Moskvaya getmişdi. Belə baxanda artıq Mədinə arvad hər cür çətinliyə və tənhalığa alışmışdı. Amma qışın möhkəm keçməsi ona heç cürə rahatlıq vermirdi...

...Tərs kimi bu qış da çox sərt gəlmişdi. Mədinə arvadın uçulub-sökülən evinin damına o qədər qar yağmışdı ki, elə bilirdin indicə həmin dam uçacaq və Mədinə arvad o damın altında qalacaq. Ancaq Allahın Mədinə arvada yazığı gəldiyinə görə, hələ ki o dam uçmurdu və hələ ki Mədinə arvad o damın altında qalmamışdı.

Mədinə arvadın arzuları, istəkləri çilik-çilik olmuşdu. Daha doğrusu, Mədinə arvadın arzuları gələcəkdə uça biləcək o damın altında qalmışdı. Çünki onun qapısını küləkdən savayı heç nə açmırdı. Elə həmişə gözü yola dikilmişdi ki, İlyas Moskvadan qayıdacaq, uçulub-sökülən evini düzəltdirəcək. İlyas isə Moskvadan qayıtmaq bilmirdi. Oğlu yadına düşəndə Mədinə arvad evin bir küncünə çəkilib için-için ağlayar və dərdini heç kimə deməzdi. Qəribə idi ki, Mədinə arvad kasıb olsa da, kəndin xeyrindən-şərindən qalmırdı. Elə bir yas yeri olmazdı ki, ora getməsin. Beynində çox götür-qoy edirdi, dağı arana aparırdı, aranı da dağa. Sonra da deyirdi ki, bu biqeyrət oğlum məni urus matışqasına satdı. On ildi gedib, bir xəbər yoxdu.

... Bayırdakı qar günortadan sonra daha da çoxalmışdı. Belə havada Mədinə arvad heç çölə çıxa bilmirdi. Ahıl yaşında ayaqları da sözünə baxmırdı. Ona görə də özünə bir əsa düzəltdirmişdi. Elə o əsanı əlinə götürüb ayağa qalxar və sonra da onun köməkliyi ilə qapıya, qonum-qonşuya gedərdi. Qonum-qonşu da Mədinə arvadı görəndə əldən-ayaqdan gedər və istərdilər ki, ona nə isə əl tutsunlar.

Evdən çıxmamışdan bir də tavana baxdı. Gördü ki, yox balam, tavandan su damır. Əgər damın üstündəki qar bu gün təmizlənməsə vəziyyət ağır olacaq. Evdən çıxanda əsasını götürdü. Bir-iki addım qapıya sarı yeridi. Gördü ki, həyətdə qarın üstündə yeriyə bilmir. O dəqiqə bir anlıq dayandı və qonşusu, qohumu Nəsib kişini səslədi:

- Ay Nəsib, hey! Ay Nəsib, hey!

Nədənsə qonşusundan səs çıxmadı. Düzdü, Nəsib kişi evdə yox idi. Amma böyük oğlu Tehran evdəydi. Elə Mədinə arvadın səsinə də o çıxdı:

- Mədinə nənə, dədəm evdə yoxdu. Nə lazımdı, özüm gəlim, kömək eləyim...

Mədinə arvad:

- Başına dönüm, a bala, möhkəm qar yağır. Damımız təmizlənməsə, bu axşam uçacaq, mən də qalajam onun altında. Qurban olum, Tehran, tez çalovu götür, bizim dama qalx!!!

Tehran:

- Nənə, narahat olma. Çalovu götürüb dama qalxacam. Qoymaram ki, sən çətin vəziyyətə düşəsən.

Tehran tez tövlədəki çalovu götürüb Mədinə arvadgilin həyətinə keçdi. Nərdivan da elə həmişə olduğu yerdə idi. Nərdivanı divara söykəyib cəld əlində çalov dama qalxdı. Qarsa möhkəm yağırdı. Axşamüstü olduğu üçün hava daha da soyumuş və şaxta düşmüşdü. Tehran çalovla damın üstündəki qarı çətinliklə də olsa təmizlədi. Mədinə arvadsa əlini gözünün üstünə tutub Tehrana sarı baxır və deyirdi:

- Tehran, qurban olum, bir az ehtiyatlı ol, ayağın sürüşər, yıxılarsan. Sonra mən nənən Nübar arvada nə cavab verəcəm? Onsuz da mənim əskim tüstülüdü, bir şey olan kimi çoxu məndən yapışır və deyir ki, günah Mədinədədi.

... Çalovla damın üstündəki qarı möhkəm-möhkəm təmizləyən Tehran tez-tez də Mədinə arvada tərəf baxırdı. Baxırdı ki, Mədinə arvad nə eləyir. Amma Mədinə arvad Tehran damın üstündə qarı təmizləyənə qədər həyətdə dayandı və onun işinə göz qoydu.

Yarım saatdan sonra damın üstündə bir ovuc da qar qalmadı. Tehran əldən düşmüş halda dilləndi:

- Mədinə nənə, vallah, heç dədəm məni belə işlətməyib. Çalov, bel, yaba görəndə gözümün düşmənini görürəm. Daha doğrusu, kim mənə bu alətləri uzadır, onu götürmürəm, atıb qaçıram. Amma bu dəfə sənə görə hər cür əziyyətə dözdüm.

Nübar arvadın nəvəsi Tehran dabanına qədər tərləmişdi. Dabanına qədər tərləyən Tehranı Mədinə arvad evlərinə buraxmadı.

Mədinə arvad:

- Ay oğul, keç içəri, tərin soyusun, sonra evinizə gedərsən. Yaxşı da mürəbbəm var, o zoğal mürəbbəsi ilə çayı içdin ha, o dəqiqə canın mum kimi olacaq və özünü əla hiss eləyəcəksən...

Zoğal mürəbbəsi eşidəndə Tehranın ağzı sulandı. Çünki o, uşaqlıqdan mürəbbə üçün sinov gedirdi. Özü də ki, zoğal mürəbbəsi ola. Bir də Tehrangilin bir erməni kirvəsi var idi: Surik. Həmişə zoğal mövsümündə Surik onlara zoğal, qoz, fındıq, əzgil gətirərdi. Bir də Surik yaxşı tut arağı çəkirdi. O, tut arağını da gətirməyi yaddan çıxarmazdı. Amma Tehran dədəsindən xəlvət bəzən tut arağının yerini tapır və ondan bala-bala içərdi. Sonra da içdiyi butulkanın içinə su tökərdi. Bunu da onun üçün edərdi ki, fırıldağının üstü açılmasın. Ancaq fırıldağının üsütü tez də açılardı. Bir dəfə dədəsi Nəsib kişi bunu bilmişdi və Tehranı o ki, var mal kimi çırpmışdı...

...Evin damından ayağını nərdivanın pilləkənlərinə uzatdı və yavaş-yavaş pilləkənlərdən aşağı düşdü. Sonra evə keçib Mədinə arvadın dəmlədiyi zoğallı çayı içdi. Bayırda bir çovğun başlamışdı ki, gəl görəsən. Külək elə vıyıldayırdı ki, sanki canavar ulayırdı. Axşamüstü qar daha da sürətləndi. Amma Mədinə arvadın ürəyi sakit idi. Çünki qar nə qədər yağsa da, bir-iki gün qorxusu yox idi. Heç qar da həmişə bu kəndə çox yağmazdı. Başqaları qar yağanda sevinər, həyət-bacaya çıxar və qartopu oynayardı. Mədinə arvadsa qar yağanda büzüşüb oturar, yazıq-yazıq boynunu bükər və elə bil ki, o qar onun evinin üstünə yox, içinə və varlığına yağardı.

Qonşunun iti hürməyə başladı. Qonşunun iti hürəndə Mədinə arvad bilirdi ki, onlara kimsə gəlir. Çünki Mədinə arvadla həmin qonşunun arasında heç çəpər də yox idi. Mədinə arvadın həyətində it də yox idi, at da yox idi, qoyun-quzu da yox idi. Mədinə arvadın cəmi-cümlətanı iki-üç toyuğu vardı. Elə o toyuqları da uçulub-sökülən evin bir küncündə bəsləyirdi. Fikirləşirdi ki, onun var-dövləti elə bu iki-üç toyuqdu. Toyuqlar yumurtladıqca, onu bir-bir kənara qoyar və deyərdi ki, bunu Novruz bayramına saxlayıram. İlyas gələndə ona verəcəm. Toyuqları da İlyas gələndə kəsəcəm.

Qapı döyüldü. Mədinə arvad belini əyə-əyə qapıya sarı getdi:

- Kimsən? - deyə soruşdu.

- Mənəm, ay Mədinə xala! Nəsibəm da. Eşitdim səhər-səhər məni axtarmısan, indi gəlmişəm.

Mədinə arvad Nəsib kişinin səsini o dəqiqə tanıdı və qapını açdı, sonra da dilləndi:

- Sənə qurban olum, ay Nəsib! Sən olmasan, uşaqlar olmasa, ürəyim parlayar. Damın üstünü təmizlətdirmək istəyirdim. Nə yaxşı Tehranı tapdım. O, qarı təmizlədi, ürəyim sakitləşdi...

Nəsib kişi:

- Mədinə xala, heç narahat olma. Evdəkilərin hamısı nə vaxt desən, sənə kömək edəcək. Görürəm, odunun yoxdu, olanlar da yarılmayıb. Bu dəqiqə onları yararam və evdən də sənə odun göndərərəm. Nəsib kişi bir göz qırpımında evin küncünə qoyulmuş beş-altı odunu baltayla doğradı. Sonra da böyük oğlu Tehranı səslədi ki, həyətdəki odundan bir-iki qucaq gətirsin. Tehran da həyətdəki odundan bir-iki qucaq gətirdi.

O, Mədinə arvadla sağollaşıb evdən çıxdı və evlərinə sarı getməyə başladı. Fikirləşdi ki, Mədinə arvad həm qonşusudu, həm də qohumu. Gərək onu heç vaxt darda qoymasınlar. Evdədə həmişə həm qayınanası Nübar arvada, həm də həyat yoldaşı Qaratelə deyirdi ki, Mədinədən muğayat olun. Allah İlyasa lənət eləməsin, bu on-on beş ildə bir dəfə gəlib anasına dəyməyib...

... On-on beş gündən sonra bir gecənin içində yenidən kəndə möhkəm qar yağdı. Hələ kəndə heç vaxt belə möhkəm qar yağmamışdı. Hətta köhnə evlərin damı da çökmüşdü. Həmin gecə Mədinə arvadın ən ağır günlərindən biri idi. Gecə qar necə yağmışdısa, evin damı uçmuşdu. Gurultunu Nəsib kişi və oğlanları eşitmiş və tez özlərini həyətə çatdırmışdılar. Ancaq hər şey gec idi. Ev tamamilə uçmuşdu. Çətinliklə də olsa, Mədinə arvadı uçmuş evin altından çıxara bildilər. Ancaq Mədinə arvadın üstünə düşən tir, kərpic yazığı yaman pis günə qoymuşdu. Elə həmin gecə Mədinə arvadı kəndin xəstəxanasına apardılar. Həkimlər onu müayinə elədilər və dedilər ki, bu axşamı yaşaya bilsə, arvad sağalacaq. Amma gözümüz su içmir. Çünki həm müqaviməti zəifdi, həm də çoxlu qan itirib.

Mədinə arvad gözlərini açıb ətrafına baxdı. Yaxın qohumlarını - Nəsib kişini, Nübar arvadı, Qarateli, Tehranı gördü. Sonra da zarıyaraq dedi:

- İlyas! İlyas!..

... Arvadın son nəfəsi idi. Son nəfəsdə də gözləri oğlunu axtarırdı. Yenə bir neçə dəfə "İlyas, İlyas" deyib oğlunu səslədi. Qohumlardan kimsə dilləndi:

- Mədinə nənə, bu dəqiqə İlyas gəlir...

Mədinə arvad yenə gözlərini hərləyib o tərəf, bu tərəfə baxdı. Gördü ki, heç kim gəlmir. Amma ona sarı bir əl uzanıb və o əl onu boğur. Mədinə arvad istədi ki, ona sarı uzanan o əli saxlasın, ancaq saxlaya bilmədi. Mədinə arvad dərindən nəfəs aldı və son dəfə:

- Oğul hey! - deyib gözlərini qapadı. Bir daha Mədinə arvad gözlərini açmadı...

FAİQ QİSMƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK