hacklink Adalet.az | KEÇMİŞİMİZİN ÇİYNİNDƏ Adalet.az | KEÇMİŞİMİZİN ÇİYNİNDƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KEÇMİŞİMİZİN ÇİYNİNDƏ

21959    |   2012-12-14 23:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən oxuduğum bir cümlə kifayət edir ki, bütün fikirlərim alt-üst olsun. Beynimdə sahmana saldığım uyuşan və uyuşmayan nə varsa, darmadağın olur, yerini bir-birinə zidd, alışmağa çətinlik çəkdiyim düşüncələr zəbt edir. "İnsan gələcəyə öz keçmişinin çiynində gedirg" Buyurung Yaxa qurtara bilmədiyim keçmiş təklifsiz-filansız çiyinlərini verdi gələcəyimin altına. Mənsə ondan qaçmaq-gecələrimi onsuz ötürüb, sabahlarımızı onsuz açmaq istəyirəm. O isə yaxamdan yapışıb buraxmaq istəmir. Təkcə yaxamdan tutsaydı, dərd yarıydı; ya əllərini kəsər, ya yaxamı dəyişərdim. Birbaşa beynimə, ürəyimə təcavüz edirsə, onda neyləməliyəm?!.

Cavab tapmaq çətindi...

Söhbət duyğulardan gedirsə, onda lap müşküldü...

***

Keçmiş xatirələrə güvənir. Onu yaşadana. Arxayındı ki, bundan heç kəs yaxasını qurtara bilməyəcək. Xatirələrinsə pisi olmur. Ona görə olmur ki, insan pisi yaşatmaq istəmir. Fikrən də olsa, ondan uzaqlaşmağa, ruhunu sakitləşdirməyə meyllidi. Unutmağa çalışır və... çox zaman da buna nail olur. Yaxşı xatirələr ruhu təzələsə də, ağrıverici tərəfləri də yox deyil. Deməli, hər iki halda onları kənarlaşdırmaq lazım gəlir. Amma həmişə işə yaramır bu. Bəzən insan təkcə xatirələrin ümidinə qalır, çarəsiz qəlbini dadlı xəyalların qanadında keçmişinə baş vurmaqla ovutmağa çalışır. "Xəyal şirin nemətidi bu acı kainatın" deyən bənzərsiz şairimiz də, yəqin elə bunu nəzərdə tutub. Xəyallara baş vurmaq bu günlə qurtarmaq, sabaha inamı itirməkdən yaranır. İrəlidə nəsə görməyəndə geriyə boylanmağa, arxada nəyisə axtarmağa məhkumsan. Dünənki şirinliyi bu günündə dadmayanda, sabahından da gözləməyəndə keçmişinə qəzəbli olmayıb, neyləyəsən?! Qoynunda yaşayanda duymadığın, qədrini bilmədiyin, əbədiliyinə inandığın xoşbəxtlik deyilən o yarıgerçək, yarıxülya nəsnənin xiffətini çəkməyə başlayırsan. Sənə qalan da elə bu olur. Yaman ağrıdıcı mirasdı. Bir tərəfdən də, kimsə onun nə özünü, nə də ağrılarını səndən ala bilməz. Sevinməlidi, yoxsa, təəssüflənməli?! Hər ikisindəndi... Keçmişinin sevinclərini, xoş yaşantılarını səndən ala bilsəydilər, ömründə nə qalardı böyük, sıxıcı bir boşluqdan savayı?!. Sevinə bilərsən buna. Ala bilmirlərsə, ağrılarını da almayacaqlar. Ömürlük qalacaq canında. Yandıra-yandıra, göynədə-göynədə. Yanırsan, göynəyirsən ona görə ki, dünən əlindən tutub bu gününəcən gətirməli birisi vardı. Mütləq vardı. Amma tanıya bilmədin onu. Tanısan da, qədrini bilmədin. Qədrini biləndə də gücün çatmadı əlindən tutmağa, özünlə gətirməyə. Amma nə gözəl olardı... Meydan oxuyardın ömrə də, yaşa da, həyatın hər türlü ağrı-acılarına, dövranın şıltaqlarına. Çünki O yanındaydı, həmişə səninləydi... Gözlərinin rastlaşdığı sevgi dolu baxışlarıyla axşamlarını da, sabahlarını da işıqla doldururdu...

***

İndi isə O yoxdu. Ha axtar, ha gözlə. Köksünü deşən ahları sinəndən qova bilirsənmi?! Bu, sənin taleyindimi?! Alın yazısı kimi qəbul edirsənmi?! Bəs, nədən ürəyincə deyil? Təkəbbürün qoymadı, nadanlığın kəsdi qabağını, qədirbilməzliyin tutdu gözlərini... Gələcəyin yaman sürətlə gəlir. Bilirsənmi niyyətini? Keçmişini səndən almaqçın, bu gününü zəhərləyib sabahını yaxınlaşdırmaqçın... Gələcək həmişə baş qatmaqçındı... Qəlbindəkini unutdurmaq, qəlbini boşaldıb özünə yer almaqdan ötrü gəlir... Sən də elə tez razılaşır, təslim olursan ki... Çünki o, baş qatmağı bacarır. Başının qatılmağı sənin də ürəyindəndi... Bəs, niyə sızıldayır o ürək?!

Çünki onun içindəki həmişə sənin yanındakından Gözəldi...

***

Hə... Bizim həm də ümumi gələcəyimiz vardı, axı... Dünyamızla birgə gələcəyimiz... Ağlımız kəsəndən inandırmışdılar ki, bizim, lap elə bütün bəşər övladının gələcəyi kommunizm qurmaqdan, onun qoynunda insan kimi yaşam aqdan ibarətdi. İnanmışdıq... Sən demə, geriyə-başqalarının artıq yaşayıb ayrıldığı keçmişə doğru gedirikmiş... Bəs, bu nədi?!

Alın yazımız, yoxsa... çaşqınlığımız?!

***

Keçmişin çiynində... Çiynimizdə uşaqları gəzdirir, çiyinlərimizdə ölüləri aparırıq həmişə. Uşaqları ayaqları bərkimədiyinə, ölüləri isə bir daha ayaq üstə dura bilməyəcəklərinə görə çiyinlərimizə alırıq. Bəs, keçmişimizin məqsədi nədi sabahımızı çiyninə götürməkdə?!.

Cavabı da elə həmin fikri deyən müdrikdən alıram: "Biz gələcəyə çatanda məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş..." Məsələ aydındı. Keçmişimiz öz bildiyi yerə götürür bizi. Özünün əvvəlcədən çəkib hazırladığı məkana aparır. Özünün davamına. Bizlik heç nə qalmır daha. Sabahımız dünənimizdən başlanırmış, sən demə. Bizsə elə bilirdik, hər şeyi öz əllərimizlə yazacağıq. Ömrümüzün günəşi biz istəyəndə üfüqdən boylanacaq, ancaq bizim üzümüzə güləcək. Günəşi üfüqdən boylanmayanlara, taleyi üzünə gülməyənlərə rişxənd edirdik, əfəl sanırdıq...

***

Məmnuniyyətlə gəldiyimiz yolla geri qayıdardıq. Bizi yorub əldən salan enişlərə enər, yoxuşlara dırmanardıq. Bəlkə o yollarda itirdiklərimizi tapa bildik. Bir də o günləri yaşayacağımıza inanmasaq da, heç olmasa ətrini alardıq. Bəlkə bizdən sonra gələnlərə nəsə öyrədə bilərik bu halımızla. Qoy görsünlər ki, insan sabahını qura bilməyəndə keçmişinin tör-töküntülərinə yalvarır, geri qaytarmağa, təzədən yaşamağa can atır...

Qoy qibtə eləməsinlər bizə...

Əllərində olanı qorusunlar...

Qoruya bilsələr...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK