ANA SƏHİFƏ / YAZARLAR

Və sonda bir gün...

111238    |   2013-12-14 07:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İsti evdə oturanların heç vaxt soyuqda donanlardan xəbəri olmur, necə ki, isti otağında qaynar çayı mədəsinə ötürən komandirlərin səngərdə şaxtadan əlləri çatlamış əsgərlərdən xəbəri olmur.
Bahalı maşınları ilə dayanacaqların önündən sürətlə keçərkən asfaltdakı palçığı avtobus gözləyən boz insanların üzərinə sıçradaraq daha da bozlaşdırarkən altdan isinən oturacaqlarında onlar xoşbəxt və qayğısızdırlar.
Ağ bazarın qara insanları beş manatın dalınca səhərdən axşama kimi sürünərkən ondan bir kilometr uzaqda kimlərsə yüz beş manatlıq nahar edir.
Qarlı-şaxtalı qış günlərində ömürlərini dayanacaqlarda çürüdən o boz insanlar, bazardakı o qara insanlar hər şeyin fərqindədir. Ancaq onlar ən çox evdə onları gözləyən ac balalarının fərqindədir. Və həyat davam edir onlar üçün, bəzən monoton, bəzən heç o mono ton da olmadan.
Tox mədələrin, aclıqdan qoxan ağızlarla qarşılaşmalarına şahid oluruq. Ya insan əlindən tərpənməyə imkan tapılmayan şəhərin mərkəzi küçələrində, ya ölülərin arasında - məzarlıqda... və hər dəfə təsadüfi, hər dəfə diqqətsiz və hər dəfə toqquşan o nifrətli baxışlar...
Ən dəhşətli hissləri Bakının mərmər döşəmələri yaşayır. Bu döşəmələr taqətsiz bədənlərə yataq yeri, bahalı ayaqqabılara xalçadır.
Eyni vaxtda həm kasıbların, həm varlıların döşəməsidir. Elə Bakının özü kimi. Yeni tikilmiş hündür binaların son mərtəbələrindəki romantik şam yeməkləri və Bakının kənar küçələrində soyuqdan küncə qısılmış, şam istisinə həsrət çarəsiz ruhların yaşadıqları titrəyən bədənlər.
O bədənlər ki, yaşadığından heç özünün də xəbəri yoxdur. Orqanlar funksiyasını itirmiş, ölümü gözləyən və niyə hələ də döyündüyünü anlamayan ürəyin yaşadığı o qəfəsin sahibi insan.
Əslində Bakı da London kimi ağlamalıdır hər gün.
Bakının buludları, daş ürəkli buludları. Necə dözürlər bu gördüklərinə. Onlar yuxarıdan axı hər şeyi görürlər. Yox, yox günah buludlarda deyil. Bakının küləklərindədir. Bakı küləklər şəhəridir, həmin küləklər bu hadisələrə şahid olan buludları uzaqlara qovurlar. Yeni buludlar gəlir, görürlər, ağlayırlar... Sonra yenə qovulurlar, sonra yenə, sonra yenə.
Bakı dərd içindədir, Bakı ümidsizdir...
Vəhşi sürücünün idarə etdiyi avtobusun törətdiyi qəzada ayağını itirən o uşaq heç vaxt ovunmayacaq. Cavan əsgərin səngərdə soyuq dəyən böyrəkləri funksiyasını itirərkən həkimlər çarəsiz gəncin əməliyyatı üçün çoxlu pul istəyəcək. Xəstə və qoca ana aylıq telefon borcunu ödəyə bilmədiyi üçün Rusiyada bazarda göyərti satan oğlundan günlərlə xəbər ala bilməyəcək. Əl tutmaq Əlidən qalıb deyirlər, amma heç kimin əlindən tutmurlar. Yeyəcəklər, harınlayacaqlar, partlayana kimi... Ancaq gözləri heç vaxt doymayacaq. Qarşılarındakı o möhtac gözləri gördükcə gözləri heç vaxt doymayacaq. Qaraldıqca ürəkləri, ruhları qaralacaq, üzləri qaralacaq... Metronun çıxışında oturub dilənən balaca körpənin dərin gözlərində boğulacaqlar bir gün. Nə dostları qalacaq, nə ailələri, nə yaxınları. Bakı kimsəsizlərə qalacaq. Kimsəsizlər kimsəsiz Bakıya kimsə olacaqlar.
Və sonda Bakı da intihar edəcək bir gün...

Fərhad Şabanov
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2012-11-20 : Qadın Ətri
2012-11-17 : Qadın Ətri
2012-02-25 : Merlin Monro
2010-07-10 : SALAM, BAKI !
2010-04-17 : ATEİZM
2010-01-30 : İmtahan Sinfi -2
2010-01-23 : İmtahan Sinfi
SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK