ANA SƏHİFƏ / YAZARLAR

ARXALI...

18383    |   2013-11-16 11:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Arxalı köpək qurd basar" məsəlini zaman-zaman eşidirik. Bu sayaq məsəllərin gündəlik rastlaşdığımız hadisələrlə uyğun gəldiyini gördükcə atalara rəhmət oxumaya bilmirsən. Günümüzdə reallığının şahidi olduğumuz təmsilsayağı bu məsəlin nədən birbaşa deyilmədiyi də aydın olur. Arxalı köpəyə bənzədilənlərdən qurdların çəkinməsi belə üstüörtülü məsəllərin yaranmasına səbəb olub.
Hər dövrün arxalı köpəkləri də, arxasız, yazıq günə salınmış canavarları da olub. Bugün isə köpəklərin sayı daha çox artmaqdadır. Haqlı-haqsız hər kəs öz istəyinin yerinə yetirilməsini istəyir. Nə qanun, nə ictimai qınaq, nə vicdan tanımırlar.
Ölümün olduğu bu dünyada heç bir şey çox da ciddi deyil əslində. Frans Kafka deyib bu sözləri. Bugünün insanı gündəlik çörəkpulunun, maddi tələbatının arxasınca qaçdığından ölüm, axirət haqda düşünməyə vaxtı qalmır. Yalnız dəfn mərasimlərində ölüm adlı sonluğun da olduğunu düşünən adamlar qəbiristanlıqdan çıxan kimi yenidən bu reallığı unudurlar. Amma etdiyin hər əməl, gördüyün hər iş, ilahi bir ədalət tərəfindən izlənir və hər kəs də bu ədalətin tərəzisindəki fərqə görə cavab verəcək. Siz görməsəniz də, bilməsəniz də Allah tökülən hər göz yaşının intiqamını alır.
O gün müqəddəs aylardan biri - Məhərrəm ayının onu idi, yəni Aşura günü. Özünü müsəlman hesab edən hər kəs üçün bu gün böyük önəm daşıyan bir gündü. Peyğəmbərin davamçısı, Allahın aslanı, elmin qapısı sayılan Əli əleyhissalamın övladı, müqəddəs din uğrunda, amalı, məqsədi uğrunda ölümə könüllü gedən Hüseyn (ə)-ın qətl edilməsi günüdür. Hər kəsin malik ola bilmədiyi inamı, etiqadı qazanmış və illərdir, əsrlərdir azalmayan, əksinə artan, çoxalan bu inamın, inancın ən layiqli daşıyıcısı olan imam Hüseyn(ə)-ın qətli günü hər bir müsəlman bir az dayanıb düşünməyə, bunu istəməyənlər isə ətrafına baxaraq, qınaqdan çəkinərək həmin günə, aya sayqı ilə yanaşmağa məcbur olur. Ticarət, iaşə obyektləri, bazarlar günortaya qədər işləmir - bir sözlə bütün ticarət sahələrinin sahibləri Hüseyn əleyhissalam xatirinə şəxsi mənfəətlərini bir gün düşünməkdən vaz keçərək camaata qoşulub, bu müqəddəs günün matəmini saxlayırlar. Ürəklər yumşalır, hər şeyin fani olduğu, dünyanın maddiyatla günaha batdığı və bu dünyanın yalnız bir sınaq meydanı olduğu həmin gün din adamlarının söhbətlərdə anladılır.
Həmin gün ilk dəfə minib, yeddinci mikrorayon ərazisindən "Elmlər Akademiyası" metro stansiyasına qədər getdiyim 13 nömrəli avtobusda rastlaşdıqlarım isə mənə, "arxalı köpəklər" üçün yuxarıda yazdıqlarım dini tərbiyənin heç bir aidiyyatı olmadığını, heç bir mahiyət daşımadığını sübut etdi...
Sakit görkəmli, sadəlövh çöhrəli sürücü gecikdiyindən mənzil başına vaxtında çatmağa çalışırdı. İctimai nəqliyyatdan istifadə edən hər kəsə məlumdu ki, avtobusların reysləri onlara ayrılan vaxt limitiylə müəyyən edilir. Yəni, bir sürücü ikicə dəqiqə gecikdisə, artıq arxasınca gələn sürücünün, sərnişinlərini götürməklə haqqını yemiş olur. Bunu etməsinlər deyə, sürücülər də tələsməyə, sonrakı ilə üz-göz olmamağa çalışırlar. Tıxaclardan danışmaq da artıqdı, çünki bu bəladan hər kəs əziyyət çəkir. Ona görə də səhər evdən çıxıb ailəsinə bir tikə çörək aparmaq istəyən sürücülər min cür əziyyətlərlə rastlaşırlar. Bəzən mən özüm də onları qınamışam. Amma vəziyyətlə yaxından tanış olanda, bircə gün onların iş rejiminə diqqət edəndə, nələrlə rastlaşdıqlarını görəndə bu insanların zəhmətinə qiymət verməyə bilmirsən. O gün 13 nömrəli avtobusda rastalaşdıqlarım bütün avtobus sürücülərinin ümumiləşmiş imici idi. Sürücü tıxacdan güclə çıxıb bərk sürürsə, "yavaş sür!" deyə acıqlanırlar, yavaş sürürsə, bir başqası "işə gecikdik, sür də!" deyə qışqırır, gecikməsin deyə öndəki maşını ötürsə maşın sahibi tərəfindən təhqirlərə məruz qalır, "qırmızı işığı" keçdisə polis tərəfindən yaxalanır. Bu yazıqların işi Allaha qalıb...
13 nömrəli avtobusun sürücüsü nə qədər sakit görünsə də, içindəki əsəbi hiss edirdim. Bu əsəbi üzə çıxaran isə orta yaşlı bir kişinin avtobusun sürücüsünə: ay eşşək, adam kimi sür də!- deməsi oldu. Artıq səbr kasası daşan sürücü özünü saxlaya bilməyib: eşşək özünsən, danışığını bil - deməsiylə sanki kişiyə od vurdun: Bilirsən mən kiməm? Sənin başına bir oyun açaram! Mən səni bu işdən atdırmasam... Sən ikicə gün burda işləsən, mən adam deyiləm...
"Odla su arasında qalan" Nəqliyyat Departamenti nümayəndəsi isə, sürücüyə yaxınlaşıb, üzr istəməsini tövsiyə etdi. Və sözarası eyhamla bildirdi ki, onun arxasında böyük adamlar durur...
"Böyük adamlar" görəsən niyə böyük işlərdə, xeyirxah əməllərdə, ölkənin inkişafı, insanların rifahı uğrunda bir işə yaramırlar. O, "böyük adam"ın gücü ailəsinə bir tikə çörək apara bilməkdən ötrü min cür haqsızlıqlarla, təhqirlərlə rastlaşan bu gəncəmi çatır? Və nəhayət, böyüklük nə deməkdi, bilirmi o "böyük adam"?..
Bu qədər insan taleyi həvalə olunmuş, yəni bir əsəbi hərəkətiylə qəza törədərək neçə insanın bədbəxtliyinə səbəb ola biləcək belə psixoloji durumlarda gənc sürücüyə arxa ola bilməyən departament nümayəndəsinə də sözüm qalmadı. "Arxalı köpək"lərin cövlan elədiyi bu cəmiyyətdə (əslində cəngəllikdə!) insanın insan olması, insan kimi qalması bir az çətin görünür mənə. Üz - gözündən hiss olunan insani keyfiyyətlərini itirməmiş Rəhman adlı o gənc sürücü isə, bu qədər hədə-qorxudan sonra: niyə üzr istəməliyəm ki, əslində o, üzr istəməlidi, məni bu qədər insanın içində təhqir etdiyinə görə, deməsi də yaltaqlar, qorxaqlar, gözükölgəlilər üçün, böyük hesab olunanların üzünə vurulmuş sərt sillə idi. Görünür, hələ tamamilə korlanmamışıq. Sevindim ki, hələ heysiyyatını maddiyatdan üstün tutaraq "böyük adamlar"la üz-üzə gəlməyə hazır olan gənclərimiz var və bu yolda vicdanı olan hər kəs onlara arxa olmalıdır ki, arxalı köpəklərə yem olmasınlar.

P.S. Şikayət edəcəyini və bu davanı udaraq, onu işdən atdıracağını əminliklə deyən o "kişi" bilməlidi ki, qanun şahdı, şah qanun deyil...

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK