viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ZƏİF DAMARIMIZ Adalet.az | ZƏİF DAMARIMIZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ZƏİF DAMARIMIZ

66706    |   2012-12-07 23:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu mənim dilənçilər barəsində dördüncü, ya beşinci yazımdı. Mövzuya yenidən qayıtmağımın səbəbi millət vəkili, çox hörmətli Qənirə Paşayevanın dilənçilər və onlara cəmiyyətin laqeydliyi haqqındakı fikirləri oldu.

Hörmətli millət vəkilimizin həmin fikri ilə tamamilə əks düşüncədəyəm.

İllər öncə dilənçilər ehtiyacdan yol kənarlarında, əhalinin sıx olduğu yerlərdə bir küncdə dayanaraq utana-utana səslərini çıxarmadan əl açıb dilənərdilər. Hər rayon mərkəzində (kəndlərdə dilənən olmazdı, çünki kənddə ehtiyacı olanı hamı bilirdi və gücü çatan köməyini edirdi. Onun kiməsə ağız açmasına ehtiyac qalmırdı...) bir "tanınmış" dilənçi olardı. O da ya həddən artıq kasıb, kimsəsiz, ya da şüur cəhətdən bir az zəif olması ilə seçilərdi. Bizim rayon mərkəzində Bayram adlı bir dilənçi vardı. Dəlidi, deyirdilər. Gənclər onun bayağı sözlərini eşitmək üçün başına yığışaraq danışdırıb gülər, onu ehtiyac çəkməyə qoymazdılar...

Həmin vaxtlar Bakıda da eyni vəziyyətin şahidi olardıq. Və hər kəs də gücü çatan köməyi edərdi dilənçilərə. İndi isə tamam başqa vəziyyətdi. Bir vaxtlar "168 saat" qəzetinin səhv etmirəmsə, Azər adlı yazarı vardı. Onun işlətdiyi bir cümləni hər gün rastlaşdığım dilənçilər yadımdan çıxmağa qoymur: "Millətimin dilənçisinə də inanmıram..." Mən bu sözlə tamamilə şərikəm. Çünki "yetiməm, anam xəstədi,bacım xəstədi, rayondan gəlmişəm məni soyublar, qayıtmağa pulum yoxdu, türmədən çıxmışam, evə getməyə yol pulu..." və sair yalanları hər gün o qədər eşidirəm ki, artıq o sözü deyənlərə nəinki mərhəmət göstərmək, onları döymək keçir içimdən. Bir dəfə avtobusda hamının halına acıdığı əl-ayağı şikəst bir gənc dilənirdi. O, pulu yığdıqdan sonra sayaraq dostlarına: düzəldi, getdik! - deyərək avtobusdan yerə enərkən əl-ayağının "düzəlməsinə" lap məətəl qaldım. Günü-gündən artan dilənçilər ordusu doğrudan əhalinin əsəbləri ilə oynayır. Millət vəkili dilənçilərə mərhəmətlə yanaşmanı təklif edirsə, onda mənim də bir millət nümayəndəsi kimi sualım ola bilər: Sizcə, bu qədər inkişafdan, tərəqqidən, artan büdcədən söhbət getdiyi bir neft ölkəsində bu qədər dilənçi ordusunun "fəaliyyəti" normaldımı? Onların əlindən küçədə rahat yerimək də olmur. Bir-iki nəfərin həqiqətən ehtiyacı olsa da, göstərdiyimiz o "mərhəmətlə" yüzlərlə asan qazanc yolunu tutan adamların fəaliyyətinə rəvac vermiş olmuruqmu? Adı çoxlarına bəlli olan bir aran rayonundan tökülüşüb ailə-uşağıyla Bakıya "işləməyə" gələn bu dilənçilərin çoxunun həmin rayonda rahat ev-eşiyi, maşını, şəraiti olduğunun şahidləri var. On beş yaşlı qızın avtobuslarda özü yaşda, yaxud özündən böyük oğlanların ayaqlarından öpərək yalvarıb pul istəməsi hər kəsdə mərhəmət hissi deyil, ikrah hissi yaradır. Doğrudan "çörək pulu"na ehtiyacı olan kəs o pulu əldə edəndən sonra çəkilib gedər. Bunlar nə qədər çörək yeyirlər??? İlin bütün fəslini səhərdən axşamadək çörək pulu dilənməkmi olar? Həm də abırsızlıqla, saymazyana, sanki onlara borcun varmış kimi əlindən, qolundan tutaraq çəkişdirməklə...

Qənirə xanımın adamların dilindən məzəmmətlə işlətdiyi "bunların əlindən cana yığıldıq" kəlməsini mən də işlədirəm, özü də tez-tez. Çünki doğrudan onların əlindən nə bazarda, nə avtobusda, nə metroda, hətta xəstəxanada belə, tərpənə bilmirsən. Fürsət gözləyib insanların zəif damarını tuturlar: Allah xəstənizə şəfa versin! Söz yox ki, əlini Allahın ətəyindən üzməyən ağır xəstə sahibi əlini cibinə atmağa məcbur olur. Burda hansı mərhəmətdən söhbət gedə bilər. Bu abırsızlıqdı, dəllallıqdı, insanlıqdan kənar hərəkətlərdi. Qaldı ki həqiqətən şikəst olub, köməyə, mərhəmətə ehtiyacı olanlar, onlara o birilərin ucbatından inanmırlar. Odur ki, vətəndaşları mərhəmətə səsləməkdənsə, onların dövlət qayğısıyla təmin olunması daha ədalətli qərar olar.

Hər gün keçdiyim 20 yanvar metrosuna yaxın ərazidə yolun bir tərəfində qıpqırmızı yanaqları olan qadın mən Bakıya gələndən (80-ci illərdən) o ərtafda dilənir. Sifətinə yazıq görkəm verib uca səslə elə yalvarır ki, tanımayanın doğrudan yazığı gəlir. (Amma o illərdən bəri mən neçə iş yeri dəyişmişəm. Ya işim bağlanıb, ya maaş qane etməyib. Onun işi və yeri isə sabitdi!!!) Ondan bir az aralıda sağlam görkəmli bir cavan kişi şalvarının balağını qatlayaraq, dərisi yanıb büzüşmüş ayağına işarə edərək yardım istəyir. O yara uzun illər bundan qabaq sağalıb, izləri qalıb. Və o kişi illər boyu yığdığı pullarla olanından yaxşı yeni iki dənə ayaq da düzəltdirə bilərdi... Yolun o biri tərəfindəki körpünün altında cavan gəlin maşınların sıx olduğu yerdə dayanıb keçən sürücülərə əl açır. Sağlam və gözəl qadın! Üzünü də gizlətmir. Güclü alibi də var: əxlaqsızlıq eləməkdənsə, dilənirəm. Güya ki, o əxlaqsızlıq etmir deyə millət onu yedizdirməlidi... Bu millət niyə bu günə qaldı?!

Bir iki addım o yanda iki gözündən zəlil olan qoca kişi dayanır. Onun taleyindən xəbərdaram. Deyilənə görə, onun qızı atası üzündən boşanıb. Yəni əri "ya atan, ya mən!" - dedikdə qız atasını seçib. Bəs bu fədakarlıq qarşısında onu soyuqda, istidə diləndirmək nə üçün?.. Kişidən bir az o yanda kardon parçasının üstündə oturub dönər yeyən dörd-beş yaşlı qızcığazsa təzə başlayır deyəsən. Hələ utanır nəsə istəməyə, sadəcə yanına qoyduğu qutuya, sonra da yolu keçənlərə baxır. Gözəl gözləri var. Hələ təmizdi, məsumdu gözləri. Ona "dönər alanın" kim olduğunu bilmək istəyirəm. Qıza yaxınlaşıb nəsə soruşmağa macal tapmamış, hardansa müdafiəçisi çıxır. Utanmırsanmı bu körpəni diləndirməyə? - deyə soruşuram. Halını da pozmadan: neyniyim, çörək pulu... cavabını verir. Uşaqdan o yanda gözlərini yumub, əyri əlini irəli uzadaraq nəsə deyən cavan qadın... Bir ərazidə bu qədər dilənçi... hələ qaraçıları demirəm...

Aktrisamız Naibə Allahverdiyeva bir neçə il əvvəl dilənçi rolunda, qucağındakı "körpəsiylə" bir neçə saat "dilənməli" oldu. Və çəkilişin axırında etiraf etdi ki, bir aylıq maaşını bir neçə saatda yığıb...

Yazımla məqsədim insanları mərhəmətdən uzaqlaşdırmaq deyil. Mərhəmət bizi yaradanın sevdiyi ali insani hisslərdən biridi. Yeri gələndə bir - birinə əl tutmaq müsəlmanın, ümumiyyətlə, insan övladının borcudur. Amma mərhəmət bizi ələ salanlara, insani hisslərimizdən sui-istifadə edənlərə deyil, əsl ehtiyacı olanlara göstərilməlidi. İnsan sifətindən abır-həya getdisə, ondan hər şey gözlə!

P.S. Deyilənə görə millət atası Hacı Zeynalabdin Tağıyev onun qarşısına çıxan erməni dilənçisinə pul verib uzaqlaşır. Bir azdan həmyerlimizlə rastaşanda isə ona pul vermədən nəsə deyib ayrılır. Ondan soruşurlar ki, niyə erməni dilənçisinə pul verdin, özümüzünkünə yox? Cavab verir ki, mən millətimi dilənçi görmək istəmirəm. Əgər həqiqətən onun çörək puluna ehtiyacı varsa, onu buruqda işə dəvət etdim, pulu halal zəhmətlə qazanıb yesin. Allah rəhmət eləsin Hacıya! İndi elələri varmı, bir də olacaqmı, bilmirəm...

Heç olmasa, bu milləti dilənçiliyə həvəsləndirməyək!

Fəridə RƏHİMLİ

f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK