hacklink Adalet.az | BAYRAMDAN MƏNƏ NƏ!.. Adalet.az | BAYRAMDAN MƏNƏ NƏ!.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAYRAMDAN MƏNƏ NƏ!..

58039    |   2013-10-19 00:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qurban anlayışı deyilə bilər ki, bütün səmavi və ya qeyri-səmavi dinlərin ortaq dəyərlərindəndir. əlbəttə, hər bir dinin və inamın "qurban" termininə yüklədiyi məna fərqlidir.
İslam dünyası, bağışlayın, deyəsən səhvə yol verdim, çünki belə bir dünya yoxdur, sadəcə olaraq adı vardır. İslam dünyası üçün yox deməyimin niyəsinə gəldikdə, dünyada hardasa milyon yarımdan artıq müsəlman yaşayır. Səlcuqlu və Osmanlı imperiyalarından sonra müsəlmanların hüququnu dünya miqyasında qoruyacaq, dünya səthində gücə-qüdrətə malik bir dövlət görülməyib.
Bir vaxtlar ərəb yarımadasında ərəb xalqının yaratdığı əməvi, Abbasi kimi dövlətlər də, digərləri də regional güc əldə ediblər. ən önəmlisi isə ərəblər, Həzrət Məhəmməd zamanında əllərinə keçirdikləri fürsətləri bir-biriləri ilə daimi olaraq vuruşub, birləşərək vahid bir qüvvə yaratmaq, bu qüvvə sayəsində də həm xalqlarının, həm də mənsub olduqları dinin dünya səviyyəsində hörmət qazanması gerçəkliyini bada veriblər.
19-cu əsrdə özünü göstərən sənaye inqilabının memarı xristian dünyasıdır, xüsusilə də avropalılar. Onlar bu sənaye sayəsində dünyaya hakim oldular, çünki onlardakı birlik və bərabərlik ruhunu hələ 11-ci əsrde Səlib yürüşləri püxtələşdirmişdi. Sənaye inqilabı isə, dünyada ağalıq etmə əqidələrini pillə-pillə həyata keçirmələrinə səbəb oldu. Osmanlı İmperiyasının dağılmasında bu düşüncənin payı nəzərdən yayındırıla bilməyəcək qədər böyükdür.
Qərb dünyasındakı birlik və bərabərlik ruhunu bu gün də hər bir sahədə müşahidə edə bilirik. 77 milyonluq Türkiyə Cümhuriyyətinin yığma futbol komandası, Konya vilayətindən bir az daha böyük (2000 km2 qədər) bir torpağa və 15 milyonluq əhaliyə (İstanbul qədər) malik olan Hollandiyanın yığmasına məğlub olursa, bu, onların bizimkilərdən daha ağıllı, daha güclü, daha sürətli, fiziki olaraq daha dözümlü olmasından deyildir. əsl səbəb onlarda birlik və bərabərlik ruhunun, komanda ruhunun bizdən daha güclü olmasındandır. Avropalılar səksən il bir-biriləriylə vuruşdular və axırda təkbətək vuruşmağın onlara xeyir vermədiyini gördülər və hərə çəkilib öz torpağı üstündə müstəqilliyini elan etdi. Sonra yenə aralarında vuruşmalar yarandı, hələ İkinci Dünya Müharibəsində isə imperialist tamahlarına mane ola bilmədiklərindən Avropanı xarabaya döndərdilər, ancaq dünən bir-birini qıranlar bu gün Avropa Birliyi çətri altında birləşib vahid bir qüvvəyə çevriliblər. 15 milyonluq Hollandiya bu gün dünyanın 16-cı böyük iqtisadiyyatına malikdi. Türk dünyasının ən güclü dövləti olan Türkiyədə şəxs başına milli gəlirat 10 min dollar olmasına baxmayaraq 16-cı əsrdə müstəqil olan Hollandiyada 30 min dollardır.
Avropanı başdan-ayağa dolansanız tapacağınız qəhrəman sayısı Azərbaycanın milli qəhrəmanlarının sayına çata bilməz, nəinki Türkiyənin. Atatürk "bir Türk dünyaya bədəldir" sözünü, Türk millətinin milli xarakterini yaxşı təhlil etdiyinə, onun cəsarətinə və şəxsi işgüzarlığına görə söyləyib. Biz millət olaraq hər birimiz döyüş meydanlarında dünyaya bədəl vuruşa bilirik, ancaq döyüşlərdə qazandıqlarımızı tarix boyu stol başlarında davam etdirə bilməmişik, Atatürk dövrü buna istisnadır. Avropalılar şəxsləri üçün yox toplumları üçün çalışır, ona görə də idman komandaları əksəriyyətlə bizə qarşı üstünlük əldə edir. Türkiyənin yığma futbol komandasının məğlubiyyətinin əsas səbəbi mənə görə sadaladığım bu anlayışdır.
Fələstinlilər, daha düzü ərəblər illər boyu əllərindəki torpaqları hissə-hissə yəhudilərə satdılar, eyş-işrətin xumarlığından bir anlıq ayıldıqlarında gördülər ki, Fələstində İsrail adlı bir Yəhudi dövləti yaranıb. İsrail dövləti yaranan kimi bütün dinlər üçün müqəddəs olan Qüds şəhərinin qərbi hissəsini işğal etdi. 1967-ci ildə yaranan hərbdə isə Orta Şərqin ən strateji bölgəsi olan Qolan təpələrini əlinə keçirdiyi kimi Qüdsün şərq hissəsini də işğal etdi. ABŞ və İngiltərə isə, İsrail dövlətindən Orta Şərqdə jandarm kimi istifadə edəcəklərindən hər sahədə ona dayaq oldular.
Ərəbin cibi neft sayəsində bu gün doludur, ancaq onlar bu pulları qərbin xüsusilə bahalı maşınlarına, onların buraxdığı mallara, bir də gəzməyə getdikləri vaxt, mənsubu olduqları dinin qoyduğu prinsiplərə zidd olsa da eyş-işrət yolunda xərcləyirlər.
Bir vaxtlar Müsəlman ölkələrdəki millətçi hərəkətlər həmin ölkələrin künc-bucaqlarını tutmuş xristian imperialistlərin adamları tərəfindən budanarkən, daim yolundan yayındırılarkən yazıq ərəblər də başlarına hörülən Fələstin problemini və ərəb dünyasındakı dağılmışlığı ancaq İslam ümmətçiliyi əqidəsinin xilas edə biləcəyi fikrinə düşdülər. Həsən bin Bənnanın rəhbərliyində Müsəlman Qardaşlar Təşkilatını "İhvanı Müslimin" yaratdılar. İngiltərə və Amerika bunun təhlükəli olduğunu duyub o saat adamlarını bu təşkilata yerləşdirdilər və onu da öz oyuncaqlarına çevirdilər. Digər tərəfdən İslamın iqtisadi düşüncəsini törpüləyərək müsəlman ölkələrdə kapitalizmə zidd olan, onu qəbul etməyən İslami anlayışın aradan götürülməsi üçün nə lazımdırsa etdilər və axırda təbliğat sayəsində qalib gəldilər. İndi papaqlarını yan qoyub müsəlman aləmini soyub soğana döndərirlər, sonra da dayanıb istehza ilə ona tamaşa edirlər.
Demək istədiyim nədir; ərəb dünyası artıq sadəcə olaraq adı olan mövhum bir varlıqdır. Conilər, onların yataq otaqlarında da nələrin baş verdiyini anbaan bilir, ona görə də tədbirlərini alırlar. Bu nöqtədə amerikalılara da, ingilislərə də, qərblilərə də hörmətlə yanaşıram, çünki onların dövlətçilik anlayışı, insanlıq və həyat fəlsəfəsi ancaq özgələrini öz mənafeləri üçün soymaq özülü üstündə yüksəlib. Biz bu anlayışa və həyat fəlsəfəsinə qarşı hər hansı bir qalxan ixtira edə bilmişikmiə Bizim üçün əsas məsələ də bu suala veriləcək cavabdır. Veriləcək cavab mənfidirsə, imperialistlərə qarşı tədbir ala bilmiriksə, deməli, günah bizimdir, qərbliləri buna görə suçlaya bilmərik.
ərəb dünyası mənim aləmimdə Osmanlı ilə birlikdə ölüb getdi, Allah rəhmət eləsin. Mənim düşündüyüm isə öz dünyamızdır. Qurban Bayramını ürək ağrısıyla keçirdim. Bu ürək ağrısı sadəcə olaraq bu bayrama da məxsus deyil, hər bir bayram gəldikdə gözümün qabağında Türk dünyası, onun düşdüyü yazıq vəziyyət canlanır və o da məni narahat edir. İstərdim ki, yoldaşımı da götürüm və gedib qurbanımı Şuşada Cıdır Düzündə və ya Ağdamda kəsim, ancaq oralar dünənki nökərlərimizin işğalı altındadır. Bundan da böyük iztirab nə ola bilər kiə!. Hələ Xocalının qisası alınmamışkən, işğal altındakı torpaqlarımız xilas olmamışkən, bacı-qardaşlarım ehtiyac içində ömür sürərkən bayramdan mənə nə!..
Allah sənə sonsuz rəhmət eləsin, qəbrin nurla dolsun ey böyük insan, ey Ulu Atatürk:
"Türk millətinin yaranmasında təsirli olan təbii və tarixi gerçəkliklər bunlardır: Siyasi varlıqda birlik, dil birliyi, yurd birliyi, irq və mənşə birliyi, tarixi yaxınlıq, əxlaqi yaxınlıq. Türk millətinin təşəkkülündə mövcud olan bu şərtlərin tamamı digər millətlərdə deyilə bilər ki yoxdur.
Heç bir millət özgə bir millətin təqlidi olmamalıdır, çünki belə bir millət nə təqlid etdiyi millətin özü ola bilər, nə də öz milləti. Bunun nəticəsi də şübhəsiz ki, ziyandır, ümidsizlikdir".
Millətim darmadağınıqdırsa, xalqlarım Şərqi Türküstanda, Güney Azərbaycanda, Sibirdə, harda, harda əsarət altındadırsa, gələn bayramlara necə bayram deyim?!

Seyfəddin Altaylı,
Ankara,altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK