hacklink Adalet.az | DÖVLƏT ANLAYIŞIMIZIN PRİNSİPLƏRİ Adalet.az | DÖVLƏT ANLAYIŞIMIZIN PRİNSİPLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÖVLƏT ANLAYIŞIMIZIN PRİNSİPLƏRİ

65303    |   2013-10-12 01:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Əğil dağlar əğil başından aşam
Yeni talim çıkmış varam alışam"

Yahya Kəmal Bəyatlı

Yahya Kəmal, cümhuriyyət Türkiyəsinin ən tanınmış, ən çox sevilən şairidir. Eynilə Atatürk, Marşal Fevzi Çaxmaq, Kazım Qarabəkir və digərləri kimi Osmanlı yetirməsidir. Yuxarıda təqdim etdiyim ikicə bəndlik şeiri Türk millətinin dövlətçilik anlayışının hərbi yönünü eyhamla da olsa əks etdirir. Dağ aşmaq, dənizləri keçmək, təbiəti özünə ram etmək Türkün milli xarakteridir. Onun yaradılışında əngəllər qarşısında nəinki geri çəkilmək, sınmaq da yoxdur. Atatürk ona görə deyirdi ki, "Türk yenildi desələr inanmayın, məğlub olan komandandır". Türk, bu xislətini tarix boyu hərs əsrdə dəfələrlə bütün dünyaya göstərib.
Türk dövlət gələnəyində "dövlət, istiqlal, ölkə və xalq" onun bünövrə daşlarıdır. Türkün dövlət anlayışında "dövlət" bütöv halda cahanı əhatə edir, yəni, Türkün dövlət anlayışının bünövrəsində "cahan hakimiyyəti ideyası" yer tutub, bu mövzuya daha əvvəlki bir yazımda da işarə etmişdim. Göytürk xaqanı Bilgə, Orxun-Yenisey abidələrində, "Yuxarıda göy, aşağıda yer yarlığadığı (buyurduğu) üçün xalqımı, gözünün görmədiyi, qulağının eşitmədiyi yerlərə kimi apardım. İrəlidə gün doğana, sağda günorta yerinə, arxada gün batana, solda gecə ortasına kimi səfər etdim" deyib. Yahya Kəmal da, Bilgə Xaqanın daşa həkk etdirdiyi hadisələri şeiriyyətlə dilə gətirib.
Şübhəsiz ki, bu sözlər, cahan hakimiyəti ideyasının şüurdan həyata keçirilməsi hadisəsidir. Böyük Hun Xaqanı Oğuz, yaradacağı dövlət haqda üzünü xalqına tutub səslənirdi: "Göy çadırımız, günəş bayrağımız olsun". Göytürk xaqanı İşbara, Çin imperatoruna yazdığı məktubuna; "Göydə doğulmuş, böyük Göytürk İmperiyasının və bütün dünyanın bilikli, müqəddəs imperatoru İşbara" sözləri ilə başlayırdı.
Aydın müşahidə olunur ki, Türkün dövlət anlayışı sərhədsizdir. Onda bu anlayışı yaradan da, o dövrün tankı qəbul edilən ata minərək ona hökm edən hər Türk övladı, nəhayətsiz bozqırlarda ulu səmanın altında uzaqları yaxın edir, bozqır həyatının çətinliyi ilə püxtələşib bişir və basılmaz, məğlubedilməz olurdu. Şüurunda isə özünə, öz gücünə inam artır, bunlar da onda azadlıq şüurunu yaradıb möhkəmləndirirdi. Türklər, bozqır həyatının çətinliyini saat dəqiqliyində işləyən törələri, yəni qanunları ilə həll edirdi. O həyatda, şəxsilik əvəzinə əməkdaşlıq ruhunu mənimsəmiş insanların yaratdıyı birlik hökmrandı. Hər bir Türk oğlu və qızı bu ruhla silahlanıb dövlətini yaradırdı.
Dədə Qorqudda Boğac Xan boyunda; "Bir gün Qamqan oğlu Xan Bayındır yerindən durmuşdu. Şami günlüyünü yer üzünə tikdirmişdi" deyilir. Şami Günlük, Bayındır xanın otağıdır. Xaqanların otaqları, yəni çadırları eynilə digər camaatın otağı kimidir, ancaq onları fərqləndirən sadəcə olaraq çadırın qabağında sancılmış xaqanlıq tuğudur. Bu çadırların üstü səma kimi qübbəli, ortası isə deşikdir, yəni üstündə baca vardır.
Qədim Türk inamına görə, dünya xaqanın otağının böyüdülmüş şəklidir. Göy qübbə yaşıl, mavi firuzə daşı rəngindədir. O, mərtəbələrdən ibarətdir və ulduzlar da yeşim daşındandır. Göy qübbə qızıl və ya dəmir paz adlanan Şimal Ulduzunun ətrafında fırlanır. Ulduzları daşıyan göyün çarxı da səma ilə birgə hərlənir. Onların hərlənməsi də müəyyən nizama görədir. Günəş və bəzi səmavi cismlər dünyanın mərkəzi ətrafında illik və günlük nizama görə; ay isə günlük və aylıq nizama görə fırlanır. Gün və ay bir-birinin ziddidir. Gün şərqdən çıxanda ay da qərbdə yerin altına sarı enir. Gün qalxıb düz təpə nöqtəsinə çatdıqda ay da yerin altındakı suların dərinliyində ən uzaq nöqtəyə çatmış olur. Bu anlayış bizim mifoloji mətnlərimizdə də öz əksini tapıb.
Qədim Türklərdə hökmdarın çadırı da həmin anlayışın yaratdığı plan əsasında tikilirdi. Bu memari tərz, kosmik anlayışın reallaşmış şəkli idi. Türklərdə kəinatın timsalı olan otağın ortasında və qübbənin mərkəzində "tünlük" deyilən bir deşik vardı. Bu deşiyin altında üç ayaqlı "oçok" adlanan ocaq yanırdı. O ocaqdan həm yemək bişirmədə, həm də mərasimlərdə istifadə edilirdi. Bu səbəblə ona, yəni ocağa müqəddəs gözlə baxılırdı. Hələ də belədir və ocaq bütün Türk xalqlarında müqəddəs sayılır. Azərbaycan mədəniyyətinin həkim olduğu coğrafiyada ocağın yansın, ocağın abad olsun, ocağın bərəkətli olsun kimi alqışlar, ocağın kor qalsın, ocağın sönsün kimi qarqışlar da həmin anlayışdan törədilmiş deyimlərdir.
Qədim Türklərdə çadırların qapısı daim gündoğana açılırdı. Həmin gələnək bu gün də bütün Türk xalqlarında davam etdirilir. Yaylağa çıxanlar çadırlarının ağzının xüsusilə gündoğan tərəfə açılmasına diqqət edirlər.
Hunlar və Göytürklər üzlərini gündoğana tutub istiqamətlərini təyin edirdi. Yönlərin ən hörmətlisi və əhəmiyyətlisi gündoğandı ki, ona "irəli" deyilirdi. Gündoğanın simvolik rəngi isə göydü, həmçinin qır və göydəmir atlar da bu yönün simvolu idi. İkinci mərtəbədəki yön "güney"di və buna da "sağ" deyilirdi. Sağın simvolik rəngi qırmızıydı, qonur atlar da bu yönü təmsil edirdi. Günbatan tərəf üçüncü dərəcəli yöndü və Türklər arxa tərəfə düşən bu yönə "kurı" deyirdi, simvolik rəngi isə ağdı. Ağ atlar bu yönü təmsil edirdi. Şimal isə Türklərin ən axırda önəm verdiyi yöndü. Qədim Türk inamına görə bu yön, qaranlıqların və gecələrin ölkəsiydi, bu səbəblə bura "sol" deyirdilər. Solu təmsil edən söz isə "yırı" idi ki, uzaq mənasındakı "iraq" sözü də yırıdan törəyib. Qüzeyin simvolik rəngi qara idi və qara atlar bu yönü təmsil edirdi.
Orxun-Yenisey abidələrində Bilgə Xaqan abidəsinin güney üzündə yazılıb:
"Göyə bənzər göydə olmuş Türk Bilgə xaqan, bu zamanda həkimiyyət mövqeyində əyləşdim. Sözümü axıra kimi eşidin. Məndən sonra gələn kiçik qardaş və qardaş oğullarım, bütün nəslim, millətim, sağdakı şadapıt bəylər, soldakı tarxanlar, buyruq bəyləri, otuz tatar, doqquz oğuz bəyləri, milləti! Bu sözümü yaxşıca eşidin: irəli gündoğana, bəri günortasına, geri günbatana, yuxarı gecə ortasına kimi olan yerlərin içindəki millətlər mənə itaət edirlər".
Bu cür hökmranlıq anlayışı hansı millətdə var?!.
Əfsanəvi Hun Xaqanı Oğuz da, Eradan Qabaq 200-cü ildə Pətəng qalası döyüşündə Çim imperatoru Kaonu mühasirəyə salarkən 400 min nəfərlik ordusunu dörd at rənginə görə tənzim etmişdi. Həmin rənglər isə dörd yönün rəmzi olan at rəngləriydi.
"Kitab-i Dədə Qorqud"da da Salur Qazanın Evinin Yağmalandığı Boyda;
"Üç yüz igidlə Uruz mənim evimin üstündə dursun dedi. Qonur atını çəkdirdi mindi. Təpəl qaşqa ayqırına Dundar mindi. Göy bədəvisini tutdurdu Qazan bəyin qardaşı Qaragünə mindi. Ağ bədəvisini çəkdirdi Bayındır Xanın yağısını basan Şir Şəmsəddin mindi. Parasarın Babyurd hasarından parlayıb uçan Bəyrək boz ayğırına mindi" deyilib.
Aydın görünür ki, Hun Xaqanı Oğuzun ordu nizamında istifadə etdiyi və hər biri əsas yönlərin simvolu olan at rəngləri eynilə Dədə Qorqudda davam edib.
Qədim Türk anlayışında bir də mərkəzə görə, yəni mərkəzi dövlətə görə yönləndirmə vardı. Hətta bu, yer adlarında da özünü büruzə verir. Tarixi və arxeoloji qeydlər sübut edib ki, Türklərin doğma vətəni mərkəzə Urmiya gölü hövzəsi, şərqi və cənubi-şərqi Anadolu olmaqla, Azərbaycan və Kür-Araz arasıdır ki, Dağlıq Qarabağa kimi yayılmışdı. Həmin yön anlayışını yer adlarına görə axtarsaq bunu görərik. Ən qədim Türk dövləti Aratta, Urmiya gölünün ətrafında yaranıb. Onun şərqində qalan yer adlarından biri Xəzər dənizidir ki, onun qədim adı Göy göldür, bu gün Qərbi Azərbaycan, yəni indiki Ermənistan işğalındakı Göyçə gölün adı da həmin vaxtdan qalmadı. Urmiya gölünün qərbindəki dənizin adı Ağdənizdir.
Cənubda qalan dəniz isə qırmızı dənizdir, yəni indiki Bəsrə körfəzidir ki, Heredotun tarixində onun adı qırmızı dəniz kimi qeyd olunub. Urmiya gölünün şimalında qalan dəniz isə Qaradənizdir. Bu yer adları da Türklərin Azərbaycan və Anadolunun ən qədim sakinləri olduğunu sübut edir.
Yahya Kəmal demişkən, ulu babalarımız dağlara hökm edərək onlara baş əydirdilər, yeni-yeni təlimlərlə güclənib basılmaz oldular, tarix boyu 16 imperiya, dörd yüzdən artıq dövlət yaratdılar, çünki o vaxtlar əsrin tələblərini yerinə yetirirdilər, elmə və texnolojiyə yiyələnmişdilər, ona görə də təbiətin çətin və bağışlamaz şəraitini məğlub edə bilirdilər. 13-cü əsrdən sonra elm və texnolojidən üz döndərdilər, dua əzbərləməyi, İslam dininin əmr etdiyi elm öyrənmənin özü sandılar yanıldılar. İndiki vəziyyətimiz də göz qabağındadır.
Allah sənə rəhmət eləsin hər əsrin ölməz şəxsiyyəti Sabirimiz. Millətimizin hər bir xalqı üçün qüvvədə olan sənin əsrin haçan sona çatacaq?! Şəxsən mən, sənin əsrinin başa çatmasını istəyirəm, kaş çata, ancaq bu gedişlə çox çətin baba, çooox çətin...

"Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzili-məvadə tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi,
Biz də edərik aləmi-röyadə tərəqqi..."

Seyfəddin Altaylı,
Ankara,altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK